Month: October 2025

  • Ramiz Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri – ADLAR və DETALLAR

    Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.

    Ramiz Mehdiyev məktubda qeyd edir ki, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə – fəaliyyətinə nəzarəti 50 üzvdən – təcrübəli dövlət məmurlarından, iqtisadçılardan, hüquqşünaslardan, elm və mədəniyyət nümayəndələrindən – ibarət “Dövlət Şurası” təmin edəcək. Mehdiyevin “Dövlət Şurası”nda təmsil olunacaq 50 nəfəri daha öncədən müəyyənləşdirdiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatlar var.

    Median.Az xəbər verir ki, Mehdiyevin komandasında yer alacaq 50 nəfərin tam siyahısı hələ məlum olmasa da, “Teleqraf” “Dövlət Şurası”nda yer alacaq müxalifət nümayəndələrindən 2 nəfərin kimliyi haqda məlumat əldə edib.

    Mənbənin məlumatına görə, siyahıda yer alan müxalifət düşərgəsindəki şəxslərdən biri AXCP sədri Əli Kərimli, digəri isə Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir. Əli Kərimlinin hələ 90-cı illərin ikinci yarısında – Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət edərək, Ramiz Mehdiyevin “çətiri” altına keçdiyi və uzun illər onun təlimatı ilə fəaliyyət göstərdiyi məlumdur. Ramiz Mehdiyevin 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin gündəmdən düşməsi, mitinq və piketlərə son qoyulması da bunu isbat edən əsas məqamlardandır. Çünki Mehdiyev vəzifədə olduğu dövrdə Əli Kərimlinin “ana müxalifət” və “hakimiyyətə təhdid yaradacaq gücə malik olması” haqqında eyforiya yaradılır, mitinq və piketlərlə gündəmdə qalırdı. Mənbə bildirir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında müxalifətin fəaliyyətinin koordinasiya edildiyi gizli əlaqə var idi.

    Ramiz Mehdiyev Əli Kərimlini necə idarə edib?

    Bu əlaqəni quran şəxsin isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun olduğu deyilir.

    Əli Həsənov 2000-ci illərin əvvəllərində “Gənclik” metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb. Həmin görüşdə gələcək əməkdaşlığın konturları cızılıb. Sonralar isə Ə.Həsənov öz adamı vasitəsilə R.Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb. Ramiz Mehdiyev və Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin siyasi fəaliyyətinin zəifləməsi, aksiyalara son qoyulması, ümumiyyətlə, gündəmdən çıxması da bununla bağlıdır. Çünki Ramiz Mehdiyev və Əli Həsənov Əli Kərimlini gündəmdə saxlamaqla “hakimiyyətə real təhdid olduğunu” və “onlar tərəfindən bu təhdidin qarşısının alındığı” görüntüsünü yaradır, öz vəzifələrini bu yolla qorumağa çalışırdılar. Əli Kərimli də Ramiz Mehdiyevin təlimatlarına əməl etməklə “ana müxalifət” obrazında siyasi və digər imtiyazlar əldə edirdi. Görünür, Mehdiyev çevriliş planında ona yeni missiya vermək niyyətində imiş.

    Gültəkin Hacıbəylinin “Dövlət Şurası”na daxil edilməsinin isə fərqli hədəfləri olub. Mənbə bildirir ki, Qərbdə müxtəlif dairələrlə münasibəti olan və dəstək alan G.Hacıbəylinin qurumda təmsilçiliyi mümkün çevriliş cəhdinin Qərb tərəfindən də dəstəklənməsinə hesablanıb. Məlumatda o da bildirilir ki, G.Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqəsi hələ parlament üzvü olduğu dövrdə yaranıb. Hacıbəyli parlamentə düşə bilmədikdən sonra onun vaxtilə müdafiə etdiyi hakimiyyətə qarşı üsyana başlaması və məhz Əli Kərimlinin yanına getməsində də Mehdiyevin təlimatlarının rol oynadığı deyilir. Mənbə daha bir mühüm detalı da açıqlayıb: Ramiz Mehdiyev “Dövlət Şurası”nda bütün region dövlətlərinə yaxın şəxslərin iştirakını vacib sayır, bununla həmin dövlətlərin loyallığını təmin etməyin mümkün olduğunu düşünürmüş. Həmin şəxslərin də adlarının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

  • Qurbanovdan futbolçulara SƏRT CƏZA: “Qarabağ”lıların maaşlarından kəsiləcək

    “Qarabağ” bütün futbolçularını cərimələyib.

    Median.Az Sportinfo.az-a istinadla xəbər verir ki, bu, Qurban Qurbanovun qərarıdır.

    Baş məşqçinin belə addım atmasına səbəb Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda qeydə alınan nəticədir.

    Belə ki, Azərbaycan təmsilçisi İspaniya səfərində “Atletik Bilbao” ilə üz-üzə gəlib.

    Ağdam klubu “San Mames” stadionunda keçirilən oyunu 1:3 hesabı ilə uduzub. Bu onların ardıcıl 2 qələbədən sonra liqa mərhələsində ilk məğlubiyyəti olub.

    Qurbanovu məyus edən yalnız nəticə deyil. Təcrübəli mütəxəssisi narazı salan futbolçularının sərgilədiyi mübarizədir.

    O. istənilən səviyyədə çıxış etməmələri, əksər tapşırıqlarının yerinə yetirilməməsi üzündən oyunçularını cərimələməyi zəruri sayıb.

    Məbləğ kifayət qədər böyükdür. Həmin vəsait komanda üzvlərinin oktyabr ayı üçün maaş fondundan tutulacaq.

    “Qarabağ” bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlmiş, “Atletik Bilbao” isə xal qazanmamışdı.

    İlk turda “Benfika”nı 3:2, ikinci turda isə “Kopenhagen”i 2:0 üstələmiş Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür.

    ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yerləri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

  • Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu

    Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılış mərasimi olub.

    Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “X”də paylaşım edib.

  • Ramiz Mehdiyevin nəvəsi Bakıda 630 min manatlıq maşınla gəzir – Video

    Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsi Hikmət Mirzəyevlə bağlı maraqlı faktlar məlum olub.

    “Unikal”ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevin nəvəsi, general-mayor Teymur Mehdiyevin oğlu Hikmət Mehdiyev Dubayda böyük biznes şəbəkəsinə sahibdir. Onun işlərini Ülviyyə İbrahimova adlı qadın idarə edir.

    Qeyd edək ki, Hikmət Mehdiyev 90-AA-500 dövlət qeydiyyat nişanlı, 630 min manat dəyərində olan “Lamborghini Urus” markalı avtomobil idarə edir.

  • В сентябре объём безналичных платежей в Азербайджане вырос на 24%

    В сентябре 2025 года объём безналичных операций по стране увеличился на 24% по сравнению с аналогичным периодом прошлого года.

    По данным Median.Az со ссылкой на Центральный банк Азербайджана, общий объём безналичных платежей с использованием карт составил 8 миллиардов 898 миллионов манатов, из которых них 7 миллиардов 808 миллионов манатов пришлось на операции в сфере электронной торговли.

    Оставшиеся средства распределились следующим образом: 1 миллиард 86 миллионов манатов прошло через POS-терминалы, а 4 миллиона манатов – через терминалы самообслуживания и банкоматы.

    С начала года безналичные платежи с использованием карт составили 67.4% всех внутренних карточных операций.

  • Sentyabrda nağdsız ödənişlərin həcmi 24 faiz artıb

    2025-ci ilin sentyabrında ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıb.

    Median.Az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 898 milyon manat təşkil edib. .

    Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 808 milyon manatı elektron ticarətin payına düşür.

    Qalan məbləğin 1 milyard 86 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.

    İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.4%-ni təşkil edib.

  • “Sədərək” və otellərdə ƏDV FIRILDAĞI – 7 milyon “yedilər”

    Bakı Ağır Cinayətlər Məhkəməsində Samil Kamil oğlu, Fərəhim Səfərov və Yelena Kudinovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda zərərçəkən Maliyyə Nazirliyinin hüquqlarını müdafiə edən vəkil dəymiş zərərin 250.000 deyil, 4 milyon manat olduğunu deyib. O, eyni zamanda vəsatət qaldıraraq, mühasibatlıq ekspertizasının təyin olunmasını məhkəmədən xahiş edib.

    Məhkəmə mütəxəssisin məhkəməyə dəvət ediləcəyi ilə bağlı qərar qəbul edərək, növbəti prosesin 5 noyabr, saat 12:00-a təyin olunduğunu açıqlayıb.

    Xatırladaq ki, təqsirləndirilən şəxslər 7 milyon manatdan çox vəsait dələduzluq yolu ilə ələ keçiriblər. Onlar mehmanxanalar, “Sədərək” ticarət mərkəzi, digər iaşə obyektlərində ƏDV-ləri qanunsuz olaraq leqallaşdırıblar. İstintaq sənədlərinə görə, təqsirləndirilən şəxslər müxtəlif şirkətlərdə işləyiblər.

    Onların hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurma) maddəsi ilə təqsirli bilinirlər. Bundan əlavə, Samil Kamilli əlavə olaraq Cinayət Məcəlləsinin 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

  • Səfirlik Monteneqroda baş vermiş hadisələrlə bağlı açıqlama yaydı

    Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.

    Bu barədə Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən bildirilib.

    Məlumatda qeyd olunub ki, Azərbaycanın Serbiyada Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Podqoritsada baş vermiş və Türkiyə vətəndaşlarının və bir nəfər Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən iğtişaşlar ilə əlaqədar yayılan məlumatları diqqətlə izləyir:

    “Səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcə də onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə zəruri tədbirlər görür”.

    Diplomatik nümayəndəlik Monteneqro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, ictimai asayişin qorunması və mümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansı kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyin tələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə səfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyə edib.

  • В Азербайджане произошло землетрясение

    В Ширване зафиксировано землетрясение магнитудой 3.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы при Национальной академии наук Азербайджана.

    Сообщается, что очаг землетрясения залегал на глубине 21 км. Землетрясение зафиксировано в 16:22 по местному времени.

    Отмечается, что эпицентр землетрясения находился в 33 км к востоку от станции Ширван.

  • Şirvanda zəlzələ olub

    Şirvanda zəlzələ olub.

    Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Qeyd olunub ki, maqnitudası 3, dərinliyi 21 km olan təkanlar Şirvan stansiyasından 33 km şərqdə qeydə alınıb.