Month: October 2025

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 1.1 доллара, или 1.58% – до 68.51 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 69.61 доллара.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.1 ABŞ dolları və ya 1.58% azalaraq 68.51 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.61 ABŞ dolları təşkil edib.

  • Над аэропортом Мюнхена замечены БПЛА

    Аэропорт Мюнхена приостановил полеты из-за обнаружения нескольких беспилотников.

    Об этом сообщает ТАСС.

    “Вечером 2 октября Управление воздушного движения Германии ограничило, а затем и вовсе приостановило полеты в аэропорту Мюнхена из-за нескольких замеченных беспилотников. В результате 17 рейсов не смогли вылететь из Мюнхена в тот вечер, что затронуло почти 3 000 пассажиров”, – говорится в сообщении на сайте аэропорта Мюнхена.

    Отмечается, что 15 прибывающих рейсов были перенаправлены в другие города Германии и Австрии.

  • Münhendə dronlara görə hava limanı fəaliyyətini dayandırdı

    Münhen hava limanı bir neçə pilotsuz uçan aparatın aşkarlanması ilə əlaqədar uçuşları dayandırıb.

    Bununla bağlı Münhen hava limanının saytında məlumat yerləşdirilib.

    “Oktyabrın 2-də axşam saatlarında Almaniyanın Hava Nəqliyyatı İdarəsi bir neçə pilotsuz uçuş aparatın müşahidəsi ilə əlaqədar Münhen hava limanında uçuşları məhdudlaşdırıb, sonra isə tamamilə dayandırıb. Nəticədə həmin axşam 17 reys Münhendən yola düşə bilməyib və bu, 3000-ə yaxın sərnişinə təsir edib”, – məlumatda qeyd edilir.

    Xatırladaq ki, gələn 15 reys Almaniya və Avstriyanın digər şəhərlərinə yönləndirilib.

  • Bazarlarda hazırlanan yağlar səhhətimizə təhlükədir, yoxsa? – Video

    Bakıda böyük bazarlarda tez-tez yerində günəbaxan yağı hazırlanmasına rast gəlinir. Bu yağlar hər nə qədər təbii görünsə də, onların necə istehsal olunduğu və hansı şəraitdə saxlanıldığı barədə suallar yaranır.

    Bəzi alıcılar bu yağların təmiz və keyfiyyətli olduğunu desələr də, mütəxəssislər xəbərdarlıq edirlər ki, əsas məsələ yağın hazırlanmasında istifadə olunan xammalın keyfiyyətli və mənşəyinin məlum olmasıdır.

    Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən bütün ticarət şəbəkələrində yalnız təsdiq olunmuş müəssisələrin istehsalı olan və müvafiq baytarlıq sənədləri ilə müşayiət edilən yağ məhsullarının satışına icazə verilir. Satışda olan məhsulların üzərində qanunvericiliyə əsasən etiket məlumatları da mütləq göstərilməlidir.

    Agentlik, həmçinin qeyd edib ki, ev şəraitində və sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə hazırlanan yağların satışına icazə verilmir. Aparılan nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan və tələblərə cavab verməyən yağlar aşkar edilərsə, onlar dərhal satışdan çıxarılır. Küçə ticarəti halları isə müvafiq qurumlara göndərilir.

    Ətraflı Baku TV-nin süjetində

  • Ukrayna ordusu siqaret qutusu ölçüsündə dronlar tətbiq etməyə başlayıb

    Ukrayna döyüşlər zamanı siqaret qutusu ölçüsündə kamikadze-dronlar tətbiq etməyə başlayıb.

    Bu barədə “Voyennaya xronika” “Telegram” kanalı yazıb.

    Bildirilir ki, dronun mühərrikləri arasında məsafə təxminən ovuc boydadır.

    Minimum partlayıcı maddə daşıya bilən aparat ayrı-ayrı döyüşçülərin məhv edilməsi üçün nəzərdə tutulub. Bir neçə yüz qram çəkisi olan dron ağır zərbə endirə bilsə də, kiçik akkumulyatoru yalnız qısa müddətə uçmağa imkan verir.

  • Ильхам Алиев поздравил президента Ирака

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Республики Ирак Абдель Латифу Джамалу Рашиду.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин президент,

    От себя лично и от имени народа Азербайджана передаю Вам и всему Вашему народу самые теплые поздравления по случаю национального праздника Республики Ирак.

    Высоко ценю нашу недавнюю встречу с Вами в Нью-Йорке, проведенный нами обмен мнениями. Уверен, что мы и впредь будем прилагать совместные усилия для укрепления азербайджано-иракских отношений, полноценного использования потенциала нашего взаимовыгодного сотрудничества как на двустороннем, так и на многостороннем уровне.

    В столь знаменательный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, дружественному иракскому народу – постоянного благополучия и процветания”.

  • Azərbaycan Prezidenti iraqlı həmkarını təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Bu yaxınlarda Nyu-Yorkda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Президент Азербайджана поздравил корейского коллегу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Республики Корея Ли Чжэ Мёну.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин президент,

    По случаю национального праздника Республики Корея от своего имени и от имени народа Азербайджана передаю Вам и всему Вашему народу сердечные поздравления и наилучшие пожелания.

    Успешное развитие отношений между Азербайджаном и Кореей вызывает удовлетворение. Сегодня имеются хорошие возможности для углубления нашего сотрудничества в ряде направлений, в частности, в торгово-экономической сфере, в области промышленности, высоких технологий, цифровой трансформации, науки, образования и других областях.

    Уверен, что мы и впредь будем последовательно продолжать совместные усилия, направленные на укрепление азербайджано-корейских отношений, расширение взаимодействия в интересах наших дружественных народов.

    В этот праздничный день выражаю Вам свои наилучшие пожелания, желаю дружественной Республике Корея постоянного благополучия и процветания”.

  • Prezident İlham Əliyev Li Cemyönə təbrik məktubu ünvanlayıb

    Azərbaycan Prezidenti İlham Əliyev Koreya Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur. Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, sənaye, yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün yaxşı imkanlar vardır.

    İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Koreya əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

    Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Koreya Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.