Month: October 2025

  • Zelenski: “Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdaram”

    “Bu gün Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə enerji sahəsində və potensial müdafiə əməkdaşlıq məsələlərini müzakirə etdik”.

    Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkə hesabında yazıb.

    “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstəyinə görə ona təşəkkür etdim.

    Biz Ukraynada ədalətli sülhün əldə olunması üzrə diplomatik səyləri, habelə enerji və potensial müdafiə əməkdaşlığı məsələlərini müzakirə etdik. Gələcək təmaslar barədə razılığa gəldik. Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdaram”, – deyə o vurğulayıb.

  • Пашинян: Саммит Европейского политического сообщества в Армении пройдет 4 мая

    Премьер-министр Армении Никол Пашинян сообщил, что VIII саммит Европейского политического сообщества (ЕПС) пройдет 4 мая 2026 года.

    Об этом он написал в своем Telegram-канале.

    “Следующий, VIII, саммит Европейского политического сообщества состоится в Армении 4 мая 2026 года. Я официально пригласил в Ереван своих ведущих коллег из стран-участниц. Для меня большая честь принимать каждого из них”, – говорится в сообщении.

    Первый саммит ЕПС прошел в октябре 2022 года в Праге с участием 44 стран.

  • Paşinyan: “Avropa Siyasi Birliyinin növbəti sammiti İrəvanda keçiriləcək”

    “Avropa Siyasi Birliyinin növbəti 8-ci sammiti 2026-cı il mayın 4-də İrəvanda keçiriləcək”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Telegram” kanalında yazıb.

    “İştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı İrəvana dəvət etmişəm. Onların hər birini qəbul etmək mənim üçün böyük şərəfdir”, – deyə o bildirib.

    Qeyd edək ki, qurumun ilk sammiti 2022-ci ilin oktyabrında Praqada keçirilib.

  • В Турции по делу об убийстве 8-летней Нарин Гюран освобождены трое обвиняемых

    В Турции суд постановил освободить трёх фигурантов по делу о зверском убийстве 8-летней Нарин Гюран в провинции Диярбакыр.

    Как сообщает Oxu.Az со ссылкой на Haber Global, 7-я уголовная палата Апелляционного суда региона Диярбакыра отменила меру пресечения в виде заключения под стражу для Бирсен Гюран (двоюродной сестры девочки), её дяди Фуата Гюрана и жены дяди Машаллах Гюран. Все они проходили по делу по статье “сокрытие преступления”.

    Суд посчитал дальнейшее содержание под стражей излишним и постановил освободить их после выполнения необходимых процессуальных процедур.

    Напомним, 21 августа 2024 года в деревне Тавшантепе Диярбакыра пропала по дороге на уроки Корана 8-летняя Нарин Гюран. Через 19 дней её тело было обнаружено в русле реки Эгертутмаз – в мешке, присыпанном камнями и ветками.

    Судмедэкспертиза установила, что девочка умерла от удушья вследствие перекрытия дыхательных путей и давления на шею. В отчёте прокуратуры указано, что Нарин была убита в день исчезновения – 21 августа.

    Следствие пришло к выводу, что преступление совершили мать ребёнка Юксель Гюран, её брат Энес, дядя Салим Гюран (в его автомобиле нашли волосы девочки), а также сосед Невзат Бахтияр, признавшийся в перевозке тела.

    Решением суда Юксель, Энес и Салим Гюран, а также Невзат Бахтияр были приговорены к пожизненному заключению в особо строгой форме по обвинению в умышленном убийстве ребёнка.

  • Türkiyədə vəhşicəsinə qətlə yetirilən Narin Güran cinayəti ilə bağlı həbs edilən üç nəfər azadlığa buraxıldı

    Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən səkkizyaşlı Narin Güranın məhkəmə işi ilə bağlı həbs edilən 3 nəfər azadlığa buraxılıb.

    Bu barədə Median.Az “Haber Global”-a istinadən xəbər verir.

    Məlumata görə, Diyarbəkir Bölgə Ədliyyə Məhkəməsinin 7-ci Cəza Dairəsi Narin Güran cinayəti işi ilə bağlı “Cinayətkarı ört-basdır etmə” ittihamı üzrə azadlıqdan məhrumetmə şəklində mühakimə olunan dayısının (xalasının, əmisinin, bibisinin) uşağı Birsen Güran, əmisi Fuat Güran və əmisinin arvadı Maşallah Güranın azadlığa buraxılmasına qərar verib.

    Məhkəmə təqsirləndirilən şəxslərin həbsdə saxlanmasına ehtiyac olmadığını bildirib və qanuni prosedurlardan sonra onların sərbəst qalmalarına hökm verib.

    Xatırladaq ki, 2024-cü il avqustun 21-də Diyarbəkirin Tavşantəpə kəndindəki Quran kursuna getdikdən sonra yoxa çıxan səkkiz yaşlı Narin Güranın cəsədi onun itkin düşməsindən 19 gün sonra Egertutmaz dərəsində çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində tapılmışdı.

    Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib. İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran tərəfindən törədildiyi məlum olub. Onlara və cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyara qarşı “mütəşəkkil cinayət törətmək” ittihamı ilə cinayət işi açılıb.

    Məhkəmənin hökmü ilə mərhumun anası Yüksel, böyük qardaşı Enes, əmisi Səlim Güran və Nevzat Bəxtiyar “Uşağın qəsdən öldürülməsində iştirak” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.
    //oxu.az

  • “Qarabağ”ın oyununa görə “Gənclik”də rekord qırıldı

    Dünən baş tutan “Qarabağ”-“Kopenhagen” matçı ilə bağlı “Gənclik” metrostansiyasında ilin rekordu qeydə alınıb.

    Oyun günü Bakı metropolitenindən 802 813 sərnişin istifadə edib.

    “Gənclik” stansiyası 73 025 sərnişin daşınması ilə bu il ilk dəfə günün lideri olub.

    Daha əvvəl stansiya üzrə səfər sayı yalnız bir dəfə 70 mini keçib – 15 sentyabr (70 843 sərnişin).

  • Berlində 200-dən çox vyetnamlı tələbə itkin düşüb

    Berlində vyetnamlı tələbələrin kütləvi şəkildə yoxa çıxması qeydə alınıb.

    Qaynarinfo RBB kanalına istinadən xəbər verir ki, təkcə Veysenze rayonundakı Kulinariya və Otel Kollecindəki təxminən 700 vyetnamlı tələbənin 1/3-i izsiz yoxa çıxıb.

    Müəllimlər və sənaye nümayəndələri qeyd edirlər ki, bir çox tələbələr yalnız formal olaraq dil sertifikatlarına malikdirlər, lakin əslində onlar heç alman dilini bilmirlər və bu da təhsilə başlamalarına mane olur.

    Jurnalistlərin fikrincə, itkin düşən tələbələrin bəziləri kölgə iqtisadiyyatına keçiblər – məsələn, gözəllik salonlarında qeyri-qanuni işləyirlər və ya hətta seks sənayesinə girirlər.

    Miqrasiya üzrə ekspert Mimi Vu beynəlxalq cinayətkar qrupların gəncləri borc əsarətinə cəlb etmək üçün saxta sənədlərdən istifadə etmələri barədə xəbərdarlıq edir.

    Federal Məşğulluq Agentliyinin məlumatına görə, hazırda Almaniyada təxminən 16.000 vyetnamlı təhsil alır, onlardan 2.000-ə yaxını Berlindədir. Və bu say getdikcə artır: təkcə 2024-cü ildə Vyetnamdan Almaniyaya təxminən 4000 yeni tələbə gəlib.

  • Yaşadığı evi adına keçirmək istədi, dələduzluqla üzləşdi

    Bakıda yaşadığı evi öz adına keçirmək istəyən şəxs dələduzluqla üzləşib.

    Qaynarinfo-nun məlumatına görə, S.R.-ya qarşı dələduzluq əməlini ailəvi dost olduğu şəxsin oğlu törədib.

    S.R. yaşadığı evi öz adına keçirmək üçün ailəvi dost olduğu A.İbadova müraciət edib. A.İbadov isə bu işdə ona oğlu R.İbadovun kömək edə biləcəyini bildirib.

    S.R. R.İbadovla görüşüb və problemini ona bildirib. R.İbadov məsələni həll edəcəyini, lakin bunun üçün pul lazım olduğunu deyib. S.R. onunla razılaşıb. R.İbadov zərərçəkmişdən 6100 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.

    S.R. hüquq-mühafizə orqanlarına şikayət edib. R.İbadov saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə baxılıb. R.İbadov məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    Məhkəmə zamanı aydın olub ki, zərərçəkmişə dəymiş ziyan ödənilib. Lakin S.R. təqsirləndirilən şəxslə barışmadığını deyib. O. bildirib ki, mənəvi zərərin ödənilməsi barədə iddia qaldıracaq.

    Hakim Teymur Həsənovun çıxardığı hökmə əsasən, R.İbadova 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun ev dustaqlığında saxlanıldığı 3 ay 26 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 7 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Zəfər Günü ilə bağlı əfv sərəncamı olacaqmı?

    “Zəfər Günü ilə bağlı əfv sərəncamının verilməsi gözlənilmir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, bu gün cəmiyyətdə əfv sərəncamının verilməsi ilə bağlı gözləntilər var:

    “Nəzərə alsaq ki, əfv sərəncamı bir neçə ay əvvəl imzalanıb. Ona görə də bu il ərzində yeni bir Əfv sərəncamının verilməsi gözlənilmir”.

    Əliməmməd Nuriyev əlavə edib ki, əfvetmə Prezidentin kontitutsion səlahiyyətidir:

    “Prezident hər zaman əfv sərəncamı imzalaya bilər. Hazırda Zəfər Günü ilə bağlı komissiyada iclaslar keçirilmir”.

  • Təhlükəsizlik, yoxsa şəxsi həyata müdaxilə? – Yasamalda bəzi kameralar eyvanları çəkir

    Bakının Yeni Yasamal ərazisində yerləşən yaşayış komplekslərindən birində qeyri-adi təhlükəsizlik tədbiri həyata keçirilib.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, yaşayış kompleksinin ətrafında üzü eyvanlara yönələn kameralar quraşdırılıb.

    Kompleksin komendantının verdiyi məlumata görə, bu kameralar bəzi sakinlər tərəfindən eyvanlardan həyətə tullantı atılmasının qarşısını almaq məqsədilə yerləşdirilib.

    Komendant bildirib ki, kameraların quraşdırılması mövcud vəziyyəti müsbət yöndə dəyişib və tullantı atma hallarının azalmasına nail olunub.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: