Month: October 2025

  • Bu təkərlərin istifadəsi çox təhlükəlidir – Sürücülərə xəbərdarlıq

    Payız-qış fəslində köhnə və aşınmış şinlərin istifadəsi ciddi təhlükə yaradır. Uzaq səfərlər zamanı şinlərdəki nasazlıqlar isə daha tez üzə çıxır ki, bu da normativ tələblərin pozulmasına, hətta şinlərin partlamasına səbəb ola bilir.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    “Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların hündürlüyü normaya uyğun olmadıqda, şinlərin kord hissəsi çılpaqlaşdıqda, karkas təbəqələri ayrıldıqda, protektor və yan hissələrdə qopmalar və ya zədələr olduqda, yaxud eyni ox üzrə fərqli naxışlı şinlərdən istifadə edildikdə həmin nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıqlar mütləq aradan qaldırılmalıdır.

    Bəzən də zahirən “yeni” görünən şinlər istifadə müddətinin bitməsi və ya düzgün saxlanılmaması səbəbindən yararsız olur ki, buda onların istifadəsi zamanı ağır fəsadlara gətirib çıxara bilər.

    Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək bildirir ki, istənilən hava şəraitində yarana biləcək çətinlikləri təhlükəsiz dəf etmək üçün sadalanan tövsiyələr daim diqqət mərkəzində saxlanılmalıdır.

    Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun vəziyyətdə olması vacib şərtdir”, – deyə məlumatda eyd olunub.

  • Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı

    Oktyabrın 1-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

  • Zelenski: Azərbaycan Prezidenti ilə enerji əməkdaşlığını müzakirə etdik

    Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə enerji əməkdaşlığı məsələlərini müzakirə etdiklərini açıqlayıb.

    Bu barədə o, “X” sosial media platformasında yazıb.

    “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstəyinə görə ona təşəkkür etdim. Biz Ukraynada ədalətli sülhün əldə olunması üçün diplomatik səyləri, eləcə də enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”, – o vurğulayıb.

    O, liderlərin gələcək təmaslar barədə razılığa gəldiyini bildirib.

    “Azərbaycana göstərdiyi dəstəyə görə minnətdaram”, – Ukrayna Prezidenti qeyd edib.

  • Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb, şübhəli şəxs qismində həmyaşıdı saxlanılıb

    Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb.

    Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

    Şəhər sakini, 2009-cu il təvəllüdlü Fərzəliyev Məhəmməd Nazim oğlu aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı – 2009-cu il təvəllüdlü Niftəlizadə Elcan Anar oğluna bıçaqla xəsarət yetirib.

    Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib.

    Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Uşaq Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Başın tüklü hissəsinin, bədənin dəqiqləşdirilməmiş nahiyəsinin, göz qapağı və gözyuvası yanı nahiyənin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

    Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.

  • Sumqayıtda rəsmi qeydiyyatda olan narkoloji xəstələrin sayı açıqlanıb

    Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin sayı açıqlanıb.

    Sumqayıt şəhər Narkoloji Dispanserindən “Report”un yerli bürosuna verilən məlumata görə, hazırda dispanserdə ümumilikdə 5 869 nəfər narkoloji xəstə qeydiyyatdadır.

    Onlardan 4 364 nəfəri narkotik istifadəçisidir. Qeyd olunan şəxslərin 102-si qadındır.

    Eyni zamanda müəssisədə 1 505 nəfər alkoqolizm xəstəsi də rəsmi qeydiyyata alınıb. Onların arasında 24 qadın var.

    Məlumata əsasən, narkotik istifadəçilərinin böyük əksəriyyətini 20-40 yaş arası şəxslər təşkil edir.

  • МИД Азербайджана поздравил Гвинею

    Министерство иностранных дел Азербайджана поздравило Гвинею по случаю Национального дня.

    Соответствующей публикацией ведомство поделилось в соцсети X.

  • Azərbaycan XİN Qvineyanı təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi Qvineyanı Milli Günü münasibətilə təbrik edib.

    Nazirlik bu barədə “X” hesabında post paylaşıb.

  • В Тегеранском университете прогремел взрыв, трое пострадали

    В Иране в результате взрыва в лаборатории Тегеранского университета пострадали три студента.

    Как сообщает Median.Az со ссылкой на иранские СМИ, об этом заявил ректор вуза Махмуд Нили Ахмадабади.

    По его словам, инцидент произошел в результате взрыва капсулы с азотом в лаборатории.

    Согласно информации, лаборатория полностью разрушена, один из пострадавших находится в тяжелом состоянии.

  • Tehran Universitetində partlayış olub, üç tələbə xəsarət alıb

    İranın Tehran Universitetində laboratoriyada baş verən partlayış nəticəsində üç tələbə xəsarət alıb.

    Bu barədə Tehran Universitetinin tələbələrlə iş üzrə vitse-prezidenti Mahmud Nili Əhmədabadi bildirib.

    Onun sözlərinə görə, hadisə azot kapsulunun partlaması nəticəsində olub. M.Əhmədabadi bildirib ki, yaralılardan birinin vəziyyəti ağırdır.

    Məlumata görə, partlayış Tehran Universitetinin materialşünaslıq və metallurgiya fakültəsinin laboratoriyasında baş verib. Hadisə nəticəsində laboratoriya tamamilə dağılıb.

    Bildirilib ki, Tehran Universiteti də təhlükəsizliyi təmin olunmayan binalardan sayılır.

  • Argentinalı hücumçu ilə İngiltərənin üç klubu maraqlanır

    İtaliya təmsilçisi “Parma”nın hücumçusu Mateo Pelleqrino ilə İngiltərənin “Tottenhem”, “Vest Hem” və “Nottingem Forest” klubları maraqlanır.

    Bu barədə “TuttoSport” məlumat yayıb.

    Bildirilib ki, İtaliya klubu 23 yaşlı argentinalını 2026-cı ilin yayından əvvəl buraxmağa hazırdır.

    Pelleqrino 2025-ci ilin martından “Parma”da çıxış edir. O, 2025/2026 mövsümündə bütün yarışlarda yeddi oyunda beş qol vurub.