Month: October 2025

  • Житель Евлаха задержан по подозрению в умышленном убийстве

    Житель Евлахского района Махир Бахшалызаде задержан по подозрению в убийстве 29-летнего Хаяла Зейналова.

    Об этом сообщили в прокуратуре Евлахского района.

    В ходе расследования возникли обоснованные подозрения в том, что 26-летний Бахшалызаде убил Зейналова нанесением ножевых ранений в ходе конфликта в одном из кафе на территории района.

    По факту в прокуратуре Евлахского района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    Махир Бахшалызаде был задержан сотрудниками полиции и передан следствию, прокуратура задержала его в качестве подозреваемого.

    По факту продолжается предварительное расследование.

  • Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

    Yevlax rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

    Bu barədə Yevlax rayon prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Mahir Baxşalızadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam edir.

  • В Латвии государственные сайты подверглись DDoS-атаке

    Латвийские государственные интернет-ресурсы сегодня подверглись масштабной DDoS-атаке.

    Об этом сообщил Латвийский государственный центр радио и телевидения.

    В течение часа или полутора часов были недоступны сайты службы государственных доходов vid.gov.lv, правительства, министерств, муниципалитетов и других госучреждений. Также был недоступен сервис электронной подписи “eParaksts.lv”.

    Центр радио и телевидения расследует случившееся. По его данным, DDoS-атака на госресурсы продолжается.

  • Latviyada dövlət saytları DDoS hücumuna məruz qalıb

    Latviyanın dövlət internet resursları bu gün genişmiqyaslı DDoS hücumuna məruz qalıb.

    Bu barədə Latviya Dövlət Radio və Televiziya Mərkəzi məlumat yayıb.

    Dövlət Gəlirləri Xidmətinin vid.gov.lv, hökumət, nazirliklər, bələdiyyələr və digər dövlət qurumlarının saytlarına bir saat və ya saat yarım ərzində giriş mümkün olmayıb. Həmçinin “eParaksts.lv” elektron imza xidməti də əlçatmaz olub.

    Radio və Televiziya Mərkəzi insidenti araşdırır. Məlumata görə, dövlət resurslarına DDoS hücumu davam edir.

  • Испания вызвала посла Израиля в связи с задержанием судов флотилии “Сумуд”

    Испания вызвала посла Израиля в Мадрид в связи с задержанием судов флотилии “Сумуд”, направлявшихся с гуманитарной помощью для палестинцев к берегам сектора Газа.

    Как передает Median.Az со ссылкой на иностранные СМИ, об этом говорится в сообщениии МИД Испании.

    “Сегодня я вызвал временного поверенного в делах здесь, в Мадриде”, – заявил глава испанского МИД Хосе Мануэль Альбарес отметив, что на судах находились также 65 граждан Испании.

    Ранее сообщалось, что израильские военные перехватили девять судов флотилии “Сумуд”.

    Напомним, что Израиль отозвал своего посла из Мадрида в прошлом году после того, как Испания признала палестинское государство.

  • İsrail səfiri İspaniya XİN-ə çağırılıb

    Fələstinlilərə humanitar yardımla Qəzza sahillərinə doğru hərəkət edən “Sumud” flotiliyasına aid gəmilərin saxlanılması ilə əlaqədar İsrail səfiri İspaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə XİN-in bəyanatında bildirilib.

    XİN başçısı Xose Manuel Albares gəmilərdə 65 İspaniya vətəndaşının olduğunu söyləyib.

    Qeyd edək ki, daha əvvəl İsrail hərbçilərinin “Sumud” flotiliyasına aid doqquz gəmini ələ keçirdiyi barədə məlumat verilib.

    İspaniya Fələstin dövlətini tanıdıqdan sonra İsrail ötən il Madriddəki səfirini geri çağırıb.

  • Прогноз погоды на завтра

    3 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков. Будет преобладать северо-восточный ветер.

    Как сообщили в Национальной службе гидрометеорологии, температура воздуха ночью составит 14-17, днем 19-24 градуса тепла. Атмосферное давление повысится с 768 до 765 мм ртутного столба. Относительная влажность ночью составит 70-75%, днем 50-55%.

    В районах Азербайджана преимущественно без осадков. Однако ночью и утром в некоторых местах возможна изморось, временами туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 13-16, днем 19-24, в горах ночью 4-8, днем 10-15 градусов тепла.

  • Sabah Bakıda və rayonlarda 24 dərəcə isti olacaq – PROQNOZ

    Azərbaycanda oktyabrın 3-də 24 dərəcə isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-16, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.

  • Prokurorluq uşaq evində seksual zorakılığa görə şəxsə 10 il həbs cəzası verilməsinin səbəbini açıqlayıb

    Məhəmməd Hacıyevin uşaq evində seksual zorakılığa görə 10 il həbs cəzası verilməsinin səbəbi məlum olub.

    Baş Prokurorluqdan bildirilib ki, Bakının Xətai rayonunda fəaliyyət göstərən 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Məhəmməd Hacıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib və iş üzrə ibtidai istintaq yeşkunlaşdırılaraq ötən il dekabrın 9-da ittiham aktı Xətai rayon prokuroru tərəfindən təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bu il sentyabrın 23-də o, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Qeyd edək ki, bu kateqoriya cinayət əməlinə görə qanunda 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, təqsirləndirilən şəxs M.Hacıyev cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığına görə (18 yaşı tamam olmayıb) qanunun tələblərinə əsasən onun barəsində məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

    Təqsirləndirilən şəxs və onun müdafiəçisinin hökmdən qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə yuxarı məhkəməyə şikayət etmək hüququ var.

    “Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirilməklə zərərçəkmiş şəxsin hüquqlarına hörmətlə yanaşılmasını, məhkəmə prosesinin ədalətliliyi, cəmiyyətin qanunun aliliyinə inamını qorumaq naminə cinayət işlərinə dair məlumatlar paylaşılarkən əsassız fərziyyələr və yanlış şərhlərdən çəkinməyi xahiş edirik”, – məlumatda qeyd olunub.

  • Qazaxıstan və Türkiyə Azərbaycanda keçiriləcək bu sammiti müzakirə etdi

    Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci sammitini müzakirə edib.

    “Report” xəbər verir ki, bu barədə Qazaxıstan XİN-dən bildirilib.
    H.Fidan həmkarını Qazaxıstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar arzulayıb. Y.Koşerbayev Qazaxıstan və Türkiyə arasında genişləndirilmiş strateji tərəfdaşlığın hərtərəfli dərinləşdirilməsinə sadiqliyini ifadə edib.

    Tərəflər ali və yüksək səviyyələrdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda fəal dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.

    “Bundan başqa, nazirlər Türk Dövlətləri Təşkilatının Azərbaycanda 12-ci sammitinin uğurla keçirilməsini arzu ediblər”, – məlumatda qeyd olunub.