Month: October 2025

  • Yaponiya Çinə etiraz notası verib

    Yaponiya hökuməti Çinə etiraz notası göndərib.

    Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi keçirdiyi mətbuat konfransında məlumat verib.

    Buna səbəb rəsmi Tokionun Çini Amami adaları yaxınlığındakı müstəsna iqtisadi zonada qanunsuz tədqiqat fəaliyyəti aparmaqda ittiham etməsidir.

    “Diplomatik kanallar vasitəsilə Çin hökumətinə qanunsuz tədqiqat fəaliyyətinin dərhal dayandırılması tələbi ilə qəti etiraz bildirilib”, – deyə o qeyd edib.

    Hayaşinin sözlərinə görə, sentyabrın 28-də və 30-da Amami adaları bölgəsində Yaponiya sahil mühafizəsi boruya bənzər bir cismi suya endirən Çin okeanoqrafiya gəmisini aşkar edib. Yaponiya patrul gəmiləri səsucaldanlar vasitəsilə Çin gəmisindən zonanı tərk etməsini tələb edib.

  • Стоимость серебра поднималась выше 48 долларов впервые с 2 мая 2011 года

    Стоимость фьючерса на серебро с поставкой в декабре 2025 года на бирже Comex (подразделение Нью-Йоркской товарной биржи) поднималась выше 48 долларов за тройскую унцию (примерно 31 г – ред.) впервые с 2 мая 2011 года.

    Об этом свидетельствуют данные торговой площадки.

    По данным на 17:12 по Баку, цена на драгметалл росла на 1.45% и составляла 48.01 доллара за тройскую унцию. К 17:27 по бакинскому времени стоимость серебра замедлила рост до 47.875 доллара за унцию (+1.16%).

    В то же время фьючерс на золото с поставкой в декабре 2025 года на бирже Comex находился на уровне 3 917.9 доллара (+0.68%).

  • Gümüşün qiyməti son 14 ildə ilk dəfə 48 dolları ötdü

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi – red.) 2025-ci ilin dekabr ayı üzrə gümüş füçerslərinin qiyməti 2011-ci il mayın 2-dən bəri ilk dəfə 1 Trua unsiyası üçün 48 dollardan yuxarı olub.

    Bunu ticarət platformasının məlumatları göstərir.

    Bakı vaxtı ilə saat 17:12-yə olan məlumata görə, gümüşün qiyməti 1.45% artaraq 1 Trua unsiyası üçün 48.01 dollar təşkil edib.

    Eyni zamanda, “Comex” birjasında qızıl füçerslərinin qiyməti 3 917.9 dollar (+0.68%) səviyyəsində olub.

  • Rusiya Ukraynadan 185 hərbçisini və 20 mülki şəxsi geri qaytardı

    Rusiya Ukraynadan 185 hərbçisini və 20 mülki vətəndaşını geri qaytarıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri qarşı tərəfə təhvil verilib.

    Rusiya Müdafiə Nazirliyi mübadilənin cari ilin 23 iyulunda İstanbulda əldə olunmuş Rusiya–Ukrayna razılaşmaları əsasında həyata keçirildiyini bildirib.

    Geri qaytarılan Rusiya hərbçiləri və mülki şəxslər hazırda Belarus ərazisindədir, onlara zəruri tibbi və psixoloji yardım göstərilir. Onların yaxın vaxtlarda Rusiyaya gətirilmələri, xüsusi ixtisaslaşdırılmış tibb müəssisələrində müalicə və reabilitasiya kursu keçmələri nəzərdə tutulur

  • Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq

    Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq. Burada beynəlxalq əhəmiyyətli oyunlar da keçiriləcək.

    Bunu gənclər və idman naziri Fərid Qayıbov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.

    Nazir bildirib ki, iki il əvvəl dekabrın 21-də Xankəndi stadionunda futbol oyunu keçirilib. Bundan sonra stadionda rekonstruksiya işlərinə başlanılıb. İşlərin gələn ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.

    “Ötən il dekabrın 21-də Xankəndidə badminton üzrə Azərbaycan çempionatı da keçirilmişdi. Bu isə ilk beynəlxalq yarışdır. Çox qürurluyuq. Biz iki il ərzində artıq Xankəndidə beynəlxalq yarış keçiririk”, – deyə nazir əlavə edib.

  • Fransa prezidenti İlham Əliyevi və Paşinyanı təbrik etdi

    Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib.

    Bunu Makron Kopenhagendə “Avropa Siyasi Birliyi”nin sammiti çərçivəsində panel müzakirəsində bildirib.

    “Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanı iki ölkə arasında sülhə nail olmaları münasibətilə təbrik edirəm”, – E.Makron qeyd edib.

  • İlham Əliyev Makronla görüşdü – FOTOLAR

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



  • Azərbaycanın 6 boksçusu finala yüksəldi

    III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edir.

    Azərbaycanın 6 boksçusu turnirin finalına yüksəlib.

    Təmsilçilərimizdən Aysel Fərəcova (46 kq) özbəkistanlı Ruxşonabonu Əhədovaya qalib gələrək finala çıxıb.

    50 kiloqram çəki dərəcəsində yarımfinalda mübarizə aparan Əminə Tağı belaruslu Arina Kmitadan üstün olub – 4:1.

    Cəmilə Muradlı (54 kq) qazaxıstanlı Adelaida Sadvakassovaya qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.

    60 kiloqram çəki dərəcəsində Aynur İsmayılova tacikistanlı Furuğ Sarhaszodaya qalib gəlib. Gülər Hüseynova (48 kq) Tacikistanın digər təmsilçisi Kumriniso İmomaliyevadan üstün olub.

    Fidan Bakarova (63 kq) isə yarımfinalda rusiyalı Zlata Konovalovanı məğlub edib.

    Beləliklə, Azərbaycanın 6 boksçusu finala vəsiqə qazanıb.

    Qeyd edək ki, qadın boksçular arasında final qarşılaşmaları oktyabrın 4-də keçiriləcək.

  • На каких улицах Баку 2 октября наблюдаются транспортные заторы?

    Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана обнародовал информацию о текущей ситуации на столичных дорогах.

    В настоящее время затруднено движение транспорта на:

    1) шоссе Баку – Сумгайыт, в направлении станции метро “20 Января”;

    2) Тбилисском проспекте, от станции метро “20 Января” в направлении центра;

    3) проспекте Гейдара Алиева (основная и второстепенная дороги), в направлении центра столицы;

    4) бинагадинском шоссе, в направлении станции метро “Азадлыг проспекти”;

    5) улице Кёроглу Рагимова, от улицы Мирзы Гадима Иревани в направлении улицы академика Гасана Алиева;

    6) улице Юсифа Сафарова, в направлении центра столицы;

    7) улице Алы Мустафаева, в направлении проспекта Зии Буниятова;

    8) проспекте Зии Буниятова, от пересечения с улицей Музаффара Нариманова в направлении станции метро “20 Января”;

    9) улице Узеира Гаджибекова, до пересечения с проспектом Азадлыг;

    10) улице Афияддина Джалилова, в направлении улицы Юсифа Сафарова;

    11) проспекте 8 Ноября, от пересечения с улицей Сулеймана Ахмедова в направлении центра столицы;

    12) улице 28 Мая, между пересечениями с улицами Александра Пушкина и Рашида Бейбутова.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    12. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

    13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    15. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    16. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    17. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    18. Zərifə Əliyeva küçəsində;

    19. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində sıxlıq müşahidə olunur.