Month: October 2025

  • İmkanlı oğlanla sevgili olub evinə getdi, 340 min manatlıq seyfi oğurladı

    Bakıda qadın əmisi oğlu ilə birləşib, sevgilisinin evini qarət edib.

    Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

    Cəlilabad rayon sakini 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova Ruslan adlı şəxslə tanış olub və onunla sevgi macəraları yaşamağa başlayıb. O, Ruslanın imkanlı ailədən olduğunu bilərək, hər həftə onunla görüşüb. Bir müddət sonra Ruslan Şəbnəmi evinə dəvət edib və onlar mütəmadi olaraq evdə görüşüblər. Şəbnəm Ruslanın evinə gəlib-gedərkən evi gəzib, mənzildə olan əşyaların yerini müəyyənləşdirib. O, bir gün Ruslanın evində olarkən, yataq otağında bahalı seyfi görüb.

    Bir müddətdən sonra Şəbnəm Ruslanla görüşməkdən imtina edib və müxtəlif bəhanələrlə onunla görüşdən yayınıb. Bir gün Şəbnəm eşidib ki, Ruslanın atası Bakıdakı özəl klinikalardan birində ağır əməliyyata hazırlaşır. O, Ruslanla yenidən evlərində görüşüb və əməliyyatın vaxtını öyrənib. Həmin vaxt Şəbnəm Ruslangildə olarkən evin ehtiyat açarını götürüb.

    Ruslan ailəsi ilə birlikdə atasını klinikaya əməliyyata aparıb. Həmin vaxt fürsətdən istifadə edən Şəbnəm əmisi oğlu, 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanovla əlaqə yaradaraq tanışının evində bahalı seyfin olduğunu deyib və seyfi oğurlamaq üçün ondan kömək istəyib.

    Qadın əmisi oğlu ilə birlikdə evə gedib və yataq otağındakı seyfi oğurlayıb. Şəbnəm seyfdəki 340 min manatın müəyyən hissəni Qurbana verib. Qalan pulla o özünə maşın alıb, bacısına gözəllik salonu açıb.

    Atası əməliyyatdan çıxandan sonra Ruslan qardaşı ilə evə gələrək, evdən əməliyyatın pulunu götürüb klinikaya qayıtmaq istəyib. Evə daxil olan Ruslan seyfin oğurlandığını görüb.

    Dərhal polis əməkdaşlarına məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ş.Hüseynova və əmisi oğlu Q.Sultanov saxlanılıblar.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Hüseynova və Q.Sultanovun hər biri 5 il müddətə azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Qəbələdə beşotaqlı ev yandı

    Qəbələ rayonunun Aydınqışlaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli, beşotaqlı evin yanar konstruksiyaları yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Магнитная буря на Земле продолжается третьи сутки подряд

    Магнитная буря на Земле продолжается третьи сутки подряд.

    Об этом сообщили ученые из Лаборатории солнечной астрономии Института космических исследований (ИКИ) РАН.

    По их данным, шторм, начавшийся утром во вторник, держится более 50 часов с перерывами и колеблется между средним и сильным уровнем (G1-G3).

    Причиной возмущений остается экстремально высокая скорость солнечного ветра – порядка 700-800 км/с, а иногда достигающая 900 км/с, что в 2-3 раза выше нормы. Такой режим, по оценке специалистов, поддерживается высокой вспышечной активностью и воздействием крупной корональной дыры, через которую Земля прошла ночью.

    Ученые отметили, что вспышки на Солнце пока не превышают M-класса, что безопаснее, чем мощные X-класса. По их прогнозу, если не произойдут мощные солнечные выбросы, признаки стабилизации геомагнитной обстановки могут появиться в течение 1-2 суток.

  • Maqnit qasırğası ardıcıl üç gündür Yer kürəsini öz məngənəsində saxlayır

    Ardıcıl üç gündür Yer kürəsində maqnit qasırğası davam edir.

    Median.Az Qazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının alimləri bildiriblər.

    Onların məlumatına görə, sentyabrın 30-da səhər saatlarında başlayan qasırğa arada fasilə olmaqla, 50 saatdan artıq davam edir, orta və güclü səviyyələr (G1-G3) arasında dəyişir.

    Qasırğanın cövlan etməsinin səbəbi Günəş küləyinin sürətinin son dərəcə yüksək – saatda təqribən 700-800 kilometr təşkil etməsi, bəzən isə saatda 900 kilometrə çatması ilə bağlıdır ki, bu da normadan 2-3 dəfə artıqdır. Mütəxəssislərə görə, bu rejimə yüksək alışma fəallığı və Yer kürəsinin gecə saatlarında keçdiyi çox böyük koronal çuxurun təsiri şərait yaradır.

    Alimlər qeyd ediblər ki, Günəşdə alışmalar hələlik daha güclü X-sinfindən təhlükəsiz olan M-sinfini ötməyib. Proqnozlara görə, Günəşdə güclü tullantılar olmasa, geomaqnit vəziyyətin sabitləşməsinin əlamətləri 1-2 gün ərzində müşahidə edilə bilər.

  • Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

    Zərdab Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Nicat Əlifli və direktor müavini Nazim Əzizov tutduqları vəzifələrdən azad ediliblər.

    Məlumatı Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova Bizim.Media-ya açıqlamasında təsdiqləyib.

    Ehtimal olunur ki, rəhbər şəxslərin işdən çıxarılmasına rüşvət halları səbəb olub.

    Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.

  • İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir

    Bu dəqiqələrdə Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

  • İrandan Azərbaycana 15 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumat yayıb.

    Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli “Metadon M-40” həbi aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Qubada bir ailənin üç üzvü göbələkdən zəhərlənib

    Qubada bir ailənin üç üzvü göbələkdən zəhərlənib.

    Quba rayonunun Zərqava kəndində üç nəfər göbələkdən zəhərlənib.

    Həmin kəndin sakinləri – İqlimə Şahgədə qızı Seyidova, Seyid Mövlud oğlu Seyidov və Ümman Seyid oğlu Seyidov meşədən göbələk toplayıb yedikdən sonra özlərini pis hiss ediblər.

    Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Meteor yağışı gözlənilir – Azərbaycandan da müşahidə edilə bilər

    Oktyabrın 2-dən 7-dək Orionid meteor yağışı aktiv olacaq.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

    Bildirilib ki, drionid meteor yağışının pik dövrü isə oktyabrın 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək:

    “Bu zaman Orion bürcü gecəyarıdan sonra üfüqdən qalxır və müşahidələr üçün ən əlverişli vaxt yaranır. Əgər hava şəraiti aydın olarsa, Azərbaycan səmasında da bu hadisəni rahatlıqla izləmək mümkün olacaq.

    Orionidlər payız gecələrinin ən parlaq və sürətli meteor yağışlarından biridir. Mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər. Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Bu komet minilliklər ərzində arxasında toz və daş hissəciklərindən ibarət uzun iz buraxıb. Yer hər il bu izdən keçəndə hissəciklər atmosferdə yanaraq parlaq işıq zolaqları əmələ gətirir.

    Orionidlərin əsas xüsusiyyəti onların çox sürətli olmasıdır. Meteorların sürəti təxminən 66 km/san-dir. Buna görə də onların səmada buraxdığı izlər qısa, lakin çox parlaq olur”.

  • Президент Ильхам Алиев встретился в Копенгагене с Антониу Коштой и Урсулой фон дер Ляйен – ФОТО

    2 октября Президент Азербайджанской Республики Ильхам Алиев встретился в Копенгагене с президентом Совета европейского союза Антониу Коштой и президентом Европейской комиссии Урсулой фон дер Ляйен.

    Об этом сообщает АЗЕРТАДЖ.