Month: October 2025

  • İlham Əliyevin Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşü olub – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.


  • Milyonlarla manat dələduzluqda təqsirləndirilən Elariz Məmmədoğlunun kürəkəninə prokuror ağır cəza istədi

    İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanov cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinin yekunlaşması elan edildikdən sonra prokuror dövlət ittihamının müdafiə çıxışını edərək təqsirləndirilən Nizami Alışanovun 14 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

    Proses oktyabrın 13-də müdafiə tərəfinin çıxışı ilə işini davam etdirəcək.

    Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışanov özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

    Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 manat) təşkil edib.

    Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

    İş üzrə zərərçəkən qismində 3 nəfər – Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

    Əlavə edək ki, Nizami Alışanov AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.
    //oxu.az

  • İrandan Azərbaycana dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər TUTULDULAR

    Dərman vasitələri və tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmiş şəxslər və onlara şərait yaradan vəzifəli şəxslər ifşa ediliblər.

    Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin birgə məlumatı yayıb.

    Bildirilib ki, qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşları və digər şəxslərin qanunsuz əməlləri ilə bağlı həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

    İstintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran İslam Respublikasının vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə aralarındakı razılaşmaya uyğun sonuncunun İİR-də əldə etdiyi ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib Azərbaycan Respublikası ərazisində aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış ilkin sübutlar əsasında Vüsal Hüseynov, Asif Hacımuradov, Jafar Rezeyan və Etibar Hatəmliyə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə), 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

    İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Vüsal Hüseynov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində məhkəmənin qərarı ilə həbs, Jafar Rezeyan barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • III Игры стран СНГ: азербайджанский пловец завоевал золотую медаль

    Во Дворце спорта Гянджи продолжаются соревнования по плаванию в рамках III Игр стран СНГ.

    Сегодня на дистанции 400 метров вольным стилем азербайджанский пловец Сулейман Исмайылзаде занял первое место.

    Россиянин Александр Филипец завоевал серебро, а его соотечественник Богдан Торопкин – бронзу.

  • III MDB Oyunları: Azərbaycanlı üzgüçü qızıl medal qazandı

    Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.

    Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

    Bu gün keçirilən 400 metr məsafədə sərbəst üsulla üzməkdə azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə birinci yeri tutub.

    Rusiyalı Aleksandr Filipets gümüş, onun həmyerlisi Boqdan Toropkin isə bürünc medala sahib çıxıblar.

  • Служба мобилизации направила материалы в отношении 75 человек в Генпрокуратуру

    В III квартале 2025 года Государственная служба по мобилизации и призыву на военную службу направила в Генеральную прокуратуру материалы в отношении 75 человек.

    Об этом говорится в статистических данных по борьбе с коррупцией Госслужбы за III квартал 2025 года.

    По результатам служебных расследований незаконных действий сотрудников и случаев злоупотребления должностными полномочиями в 2023 году дисциплинарные взыскания и организационно-штатные меры применены в отношении 78 сотрудников, в прошлом году – 249, а в соответствующий период 2025 года – 143 сотрудников (из них 54 – руководящий состав).

    Отмечается, что в текущем году 9 сотрудников уволены в запас по негативным причинам или с ними расторгнуты трудовые договоры, по 35 фактам в отношении 75 человек материалы направлены в Генпрокуратуру для принятия процессуального решения.

  • Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 75 nəfər barəsində Baş Prokurorluğa müraciət edib

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin III rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

    Bu barədə SHXÇDX məlumat yayıb.

    Məlumata görə, SHXÇDX 2023-cü ilin may ayından etibarən xidməti fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirmiş, bu dövr ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində kompleks işlər görülüb.

    Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

    “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.09.2023-cü il tarixlin 2317 nömrəli Fərmanının icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.

    Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat haqqında” arayışlar “MyGov” mobil tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.

    Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə “9100” çağrı mərkəzinə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

    “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək”, – deyə məlumatda bildirilib.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 0.25 доллара, или 0.36% – до 69.61 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 69.86 доллара.

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.25 ABŞ dolları, yaxud 0.36% azalaraq 69.61 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.86 ABŞ dolları təşkil edib.

  • Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxslə bağlı QƏRAR

    Ali Məhkəmədə əzab vermədə və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    İttihama görə, Namiq Məmmədov 1948-ci il təvəllüdlü atası, zərərçəkmiş Fərmail Məmmədov, anası və övladları ilə birgə Bakının Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq massivində, nömrəsiz ünvanda yaşayıb. O, mütəmadi olaraq spirtli içki qəbul edib, həmin şəxsləri 2017-ci ildən 2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda mübahisə zamanı döyərək əzab verib.

    Namiq 2023-cü il avqustun 16-da saat 23 radələrində evdə olarkən növbəti dəfə spirtli içki qəbul edib. Atası Fərmail ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirib. Namiq evin pilləkəninin yuxarısında dayanmış atasına əvvəlcə şillə vurub, daha sonra sinə nahiyəsinə qəsdən təpiklə zərbə endirib. Ağır xəsarət alan kişi müalicə aldığı xəstəxanada ölüb. Hadisədən sonra Namiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib, onun cəzası 12 ildən 11 ilə endirilib.