Month: October 2025

  • Ученые зафиксировали изменение цвета межзвездного объекта 3I/ATLAS

    Межзвездный объект 3I/ATLAS, который гарвардский астрофизик Ави Леб считает возможным инопланетным аппаратом, внезапно изменил цвет и резко увеличил яркость при приближении к Земле.

    Об этом сообщается в новом исследовании, опубликованном на платформе ArXiv.org.

    По данным астрономов Цичэна Чжана и Карла Бэттамса на 28 октября, объект при подходе к Солнцу сместил излучение из красной части спектра в синюю и стал ярче в несколько раз.

    Леб в своей статье отметил, что подобное изменение цвета и интенсивности невозможно объяснить для обычной кометы. Температура объекта может превышать температуру Солнца.

    Ученый добавил, что внезапное повышение температуры может быть связано с работой двигательной установки, что делает 3I/ATLAS уникальным среди известных космических тел. По его словам, объект проявляет негравитационное ускорение и движется по аномальной траектории, проходя близ Юпитера, Венеры и Марса. Эти факторы, по мнению Леба, позволяют предположить его искусственное происхождение.

  • Alimlər “3I/ATLAS” ulduzlararası obyektinin rəngində dəyişiklik qeydə alıblar

    Harvard astrofiziki Avi Lebin mümkün yadplanetli aparat hesab etdiyi ulduzlararası “3I/ATLAS” obyekti Yerə yaxınlaşarkən qəfil rəngini dəyişib və parıltısını kəskin şəkildə artırıb.

    Bu barədə “ArXiv.org” platformasında dərc olunmuş yeni tədqiqatda qeyd olunub.

    Astronomlar Çiçen Çjan və Karl Bettamsın 28 oktyabr tarixli müşahidələrinə əsasən, Günəşə yaxınlaşarkən obyekt şüalanmanı spektrin qırmızı hissəsindən mavi hissəyə keçirib və parlaqlığını bir neçə dəfə artırıb.

    Avi Leb öz məqaləsində qeyd edib ki, bu cür rəng və intensivlik dəyişikliklərini adi kometalarla izah etmək mümkün deyil. Obyektin temperaturu Günəşin temperaturunu belə üstələyə bilər.

    Alim əlavə edib ki, temperaturun qəfil yüksəlməsi mühərrik qurğusunun işləməsi ilə əlaqəli ola bilər ki, bu da “3I/ATLAS”ı məlum kosmik cisimlər arasında unikal edir. Onun sözlərinə görə, obyekt qeyri-qravitasiya təcili göstərir və Yupiter, Venera və Marsın yaxınlığından keçərək anomal trayektoriya üzrə hərəkət edir. Lebin fikrincə, bu amillər onun süni mənşəli olması ehtimalını irəli sürməyə imkan verir.

  • Афганистан и Пакистан проведут новую встречу в Стамбуле 6 ноября

    Афганистан и Пакистан согласились продолжить переговоры по урегулированию ситуации на границе и провести новую встречу в Стамбуле 6 ноября.

    Об этом говорится в их совместном заявлении по итогам переговоров при посредничестве Турции и Катара, которое распространил турецкий МИД.

    “Афганистан, Пакистан, Турция и Катар провели встречи в Стамбуле с 25 по 30 октября с целью укрепления режима прекращения огня, согласованного Афганистаном и Пакистаном в Дохе 18-19 октября 2025 года при посредничестве Турции и Катара. Все стороны согласились на продолжение перемирия. Дальнейшие условия реализации будут обсуждены и определены на встрече на уровне руководителей в Стамбуле 6 ноября”, – говорится в заявлении.

    Ранее сообщалось, что Пакистан по просьбе Турции решил возобновить переговоры с Афганистаном после того, как предыдущие раунды не привели к достижению приемлемого результата.

  • Əfqanıstanla Pakistan arasında noyabrın 6-da İstanbulda yeni görüş keçiriləcək

    Əfqanıstan və Pakistan sərhəd vəziyyətinin nizamlanması ilə bağlı danışıqları davam etdirmək və noyabrın 6-da İstanbulda yeni görüş keçirmək barədə razılığa gəlib.

    Bu barədə Türkiyə və Qətərin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan birgə bəyanatda bildirilib.

    “Əfqanıstan, Pakistan, Türkiyə və Qətər 25-30 oktyabr tarixlərində İstanbulda Türkiyə və Qətərin vasitəçiliyi ilə 18-19 oktyabrda Dohada Əfqanıstan və Pakistan tərəfindən razılaşdırılmış atəşkəs rejimini möhkəmləndirmək məqsədilə görüşlər keçiriblər. Bütün tərəflər atəşkəsin davam etdirilməsinə razılaşıblar. Əlavə icra üsulları noyabrın 6-da İstanbulda rəhbərlər səviyyəsində keçiriləcək görüşdə müzakirə ediləcək və müəyyən ediləcək”, – bəyanatda deyilir.

    Daha əvvəl bildirilmişdi ki, Pakistan Türkiyənin xahişi ilə Əfqanıstanla əvvəlki raundların məqbul nəticə verməməsindən sonra danışıqları bərpa etmək qərarına gəlib.

  • Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor müavini təyin edilib

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr təyinatı olub.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, birliyin direktor müavini vəzifəsinə Yaşar Salahov təyin edilib.

    O bundan əvvəl Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi vəzifəsində çalışıb.

  • 81 və 160 nömrəli avtobuslar dəyişdirilir

    Bakıda 81 və 160 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir.

    Median.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, əsasən, noyabrın 1-dən 81 və 160 nömrəli marşrutlarda istismar olunan avtobuslar dəyişdiriləcək.

    Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini əlaqələndirən 81 nömrəli marşrut üzrə sərnişinlərin ixtiyarına veriləcək 20 ədəd “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xəttə buraxılması ilə marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Marşrut üzrə gedişhaqqı 0,60 manat müəyyən edilib.

    Binə qəsəbəsini “Koroğlu” metrostansiyası ilə əlaqələndirən 160 nömrəli müntəzəm marşrut üzrə xəttə buraxılacaq 18 avtobus da müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilib. Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə gedişhaqqı 0,70 manat müəyyən edilib.

    Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır.

  • Gəncədə hərəkətdə olan “Passat” yandı

    Gəncədə yanğın olub.

    Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Belə ki, hərəktədə olan “Passat” markalı minik maşınında anidən yanğın olub. Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Vyetnamda daşqınlar 14 nəfərin həyatına son qoydu

    Vyetnamın mərkəzi bölgəsində güclü daşqınlarla müşayiət olunan leysan yağışlar 34 nəfərin ölümü, 8 nəfərin itkin düşməsi ilə nəticələnib. Daha 34 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

    Təbii fəlakət mərkəzi rayonların infrastrukturuna ağır ziyan vurub. 128 mindən çox yaşayış evi və bina daşqın suları altında qalıb. 4,9 hektar düyü tarlası və başqa əkin sahələrinə, 790 hektardan çox meyvə plantasiyalarına zərər dəyib.

    Bundan başqa, ümumilikdə 17,7 min baş iri buynuzlu heyvanın və quşun tələf olduğu qeyd olunur.

  • Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdinin qarşısı alınıb

    Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə aparılan şəhərsalma monitorinqi zamanı Nəsimi rayonu, 28 May küçəsi 20 ünvanında (inv. № 2904) yerləşən memarlıq abidəsində qanunvericiliyin kobud pozuntuları aşkarlanıb.

    Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

    Aydın olub ki, binanın fasadında və 133,4 kv.m sahəsi olan qeyri-yaşayış obyektində heç bir icazə sənədi və müvafiq qurumlarla razılaşdırma olmadan özbaşına təmir-tikinti işləri aparılıb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işlərin dayandırılması ilə bağlı aidiyyəti qurumlar və obyektin sahibləri əvvəlcədən xəbərdar edilsə də, qanunsuz fəaliyyət yenidən davam etdirilərək reklam banerləri ilə gizlədilməyə cəhd göstərilib.

    Bu kimi hərəkətlər şəhərin tarixi-memarlıq mühitinə ciddi müdaxilə kimi qiymətləndirilir və dövlət mühafizəsində olan obyektə zərər vurur.

    İşlər dərhal dayandırılıb, binanın fasadı mütəxəssislərin nəzarəti altında ilkin vəziyyətinə qaytarılır. Qanun pozuntusu faktı barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

    Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bir daha bütün mülkiyyətçi və icarədarları xəbərdar edir ki, binaların memarlıq görkəminə edilən hər hansı qeyri-qanuni müdaxilə qanunvericiliyin kobud pozuntusu hesab olunur və pozuntuya yol verənlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək.

  • Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

    Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Samir Salah oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

    İmişli rayon polis şöbəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Samir Mehdiyevin Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü (dələduzluq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan olunub.

    Samir Mehdiyev Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.