Month: October 2025

  • BMCMİ dabaq əleyhinə saxta dərman hazırlayanları saxladı – Video

    DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) dabaq xəstəliyinə qarşı iri, eləcə də xırdabuynuzlu heyvanların müalicəsində nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
    Bildirilib ki, tədbir zamanı qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar.
    Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə olunan rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb.

    Onlara məxsus Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və sair sübutlar polis tərəfindən aşkarlanıb.

    Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
    Sonda fermerlərə onlara məxsus heyvanların müalicəsi və tibbi profilaktikası zamanı yalnız rəsmi sertifikatı olan dərman vasitələrindən istifadə etməyi tövsiyə edirik.

  • Prezident bu kəndləri gəzdi – Fotolar

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.

    Median.Az xəbər verir ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir.

    36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb.
    Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.

    Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışında iştirak edib.
    Dövlət başçısına kənddə yaradılan şərait barədə məlumat verilib.
    Bildirildi ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub.
    Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə çalarlar qatır. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.

    Kənddə yaradılmış şəraitlə tanış olandan sonra dövlətimizin başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.



  • İlham Əliyev onlarla da görüşdü – Fotolar

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb.

    Median.Azxəbər verir ki, dövlət başçısı kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.


  • Vyetnamda tarixi şəhərlər su altında qaldı – Fotolar

    Vyetnamda bir gündə rekord miqdarda yağıntı qeydə alınıb.

    Median.Az “APNews”a istinadən xəbər verir ki, şiddətli yağışlar Vyetnamın mərkəzi hissəsində daşqınlara səbəb olub..

    Belə ki, evləri, əkin sahələrini və tarixi Hue və Hoi An şəhərləri də daxil olmaqla turizm sahələrini su basıb.

    Ölkənin meteorologiya departamentinin məlumatına görə, oktyabrın 27-də axşam saatlarında YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Hue şəhərində yağıntının miqdarı 24 saat ərzində 1085 mm-ə çatıb.

    Bu, Vyetnamda indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

  • Odunla dolu yük maşını aşdı – Xəsarət alanlar var

    Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “QAZ 53” markalı yük maşını idarəetmədən çıxaraq aşıb.

    Hadisə nəticəsində sürücüsü 62 yaşlı Ələddin Nuriyev və sərnişini müxtəlif dərəcəli xəsarətlərlə rayon xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.//qafqazinfo

  • Həmin şiddət görüntülərinə görə saxlanıldı – Foto

    Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

    Həmin görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”ya bildirib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:

    “Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, həmin video şiddət ehtiva etdiyi üçün onun yayılmasını məqbul hesab etmirik:

  • Milyonçu qardaşların işində yenilik

    Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi xüsusi əməliyyatla həbs edilən Bahadır və İkram Quliyev qardaşlarının, eləcə də onlarla birgə ittiham olunan digər şəxslərin məhkəməsi yenidən başlanacaq.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb cinayət işinin başqa hakimlərin icraatına verilməsidir.

    Bu iş bir ildən artıq idi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə araşdırılıb. Lakin məhkəmə istintaqı yekunlaşmağa az qalmış həmin hakimin səlahiyyətlərinə xitam verilib.

    Təqsirləndirilən şəxslərdən birinin vəkili Vüqar Əliyevin sözlərinə görə, artıq cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına keçib. Onunla birgə iki yeni hakim də işə qoşulub. Qanunun tələbinə əsasən, hakim tərkibi dəyişdiyindən məhkəmə istintaqı yenidən aparılacaq.

    Milyonçu qardaşların işində yenilik

    Yeni tərkibdə ilk iclas noyabrın 13-də keçiriləcək.

    Qeyd edək ki, Bahadır və İkram Quliyevlərlə yanaşı, onların əmisi oğlu Fərhad Qasımov, eləcə də işçiləri Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov da eyni iş üzrə mühakimə olunur.

    İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qanunsuz pul köçürmələri ilə məşğul olublar. İstintaqla müəyyən edilib ki, həmin şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğin təxminən 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Şirkət vasitəsilə pul köçürən bir neçə şahid ifadələrində oranı “Bahadırın bankı” kimi tanıdıqlarını bildirib.

    Xüsusilə ağır cinayət əməlinə görə müttəhimlərin bir milyard manata yaxın qiymətləndirilən əmlakları – bahalı evlər, avtomobillər, qayıqlar üzərinə həbs qoyulub.

  • Nikahdankənar oğlu olan Fəzail Ağamalı: “Şəxsi həyatımın heç kimə aidiyyəti yoxdur”

    Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı nikahdankənar oğlunun olması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

    O, oxu.az-a açıqlamasında yayılan məlumatları təsdiqləyib.

    “Hər şey aydın yazılıb. Amma mənim şəxsi həyatımın heç kimə aidiyyəti yoxdur. 40 il bundan qabaq bir hadisə olub, indi üzə çıxarırlar. Bu yaxınlarda, 40 il bundan qabaq Ramiz Mehdiyevlə olan fotomu göndəriblər. Nə dəxli var?” – deyə F.Ağamalı bildirib.

  • Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür – VİDEO

    Sosial şəbəkələrdə tələbələrin metrodan tələbə kartı vasitəsilə ödəniş edərək keçdiyini əks etdirən görüntülər yayılıb.

    Bakı Metropolitenindən “Azedu”ya bildirilib ki, metroda ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib.

    Qeyd olunub ki, layihə “BakıKART” və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir: “İlkin mərhələdə “Kapital Bank”ın tələbə kartları üzərindən sınaq aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri cəlb olunub. Tələbələrə tövsiyə olunub ki, sınaq zamanı hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından məsələn, “BakıKart”dan istifadə etsinlər. Həmçinin balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər. Ona görə yalnız balanslı kartlarla əməliyyat aparmaq məsləhət görülür”.

    Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova isə Bizim.Media-ya açıqlamasında bildirib ki, tələbə kartı həm də bank kartı olduğu üçün tələbələr bundan istifadə edə bilirlər: “Sözügedən yenilik yalnız tələbələrə aid deyil, bank kartları vasitəsilə təmassız ödəniş sisteminin test mərhələsinin həyata keçirilməsi ilə bağlıdır.

    Qeyd edək ki, “TələbəPlus” kartı həm də bank kartı statusuna malikdir. Bu səbəbdən hazırda metropolitenlərdə aparılan sınaq mərhələsi çərçivəsində bu kartla da ödəniş etmək mümkündür. Kartların ümumilikdə ictimai nəqliyyat sisteminə inteqrasiyası həm texniki, həm də inzibati baxımdan çoxmərhələli və kompleks bir prosesdir. Bu istiqamətdə mərhələli yanaşma tətbiq olunur və Fond tərəfindən bütün zəruri addımlar ardıcıl şəkildə həyata keçirilir. Tələbələr üçün xüsusi endirim və güzəştlərin müəyyən edilməsi isə Tarif Şurasının səlahiyyətinə aid məsələdir.

    Təhsilin İnkişafı Fondu olaraq ictimaiyyəti bu prosesin gedişi barədə mütəmadi şəkildə məlumatlandıracağıq”.

  • Стали известны жуткие подробности смерти актера Романа Попова

    Актер и юморист Роман Попов перед смертью провел в коме больше двух недель. По его информации, состояние артиста резко ухудшилось 11 октября.

    Об этом сообщает Telegram-канал SHOT.

    Источник канала заявил, что его доставили в реанимацию в тяжелом состоянии и провели операцию.

    Именно после этой процедуры он впал в кому и больше не выходил из нее. Как уточняют авторы канала, Попов пытался облегчить свое состояние лекарствами, которые ему привозили из-за границы.

    SHOT также сообщил, что семья артиста выставила на продажу подмосковный дом, чтобы оплатить лечение, которое очень дорого обходилось. Отмечается, что одна упаковка, которой хватило на месяц, обходилась в 850 000 рублей, а первый этап химиотерапии стоил 230 000 рублей.

    Попов родился в 1985 году в Конотопе Сумской области, но спустя два года родители перебрались в Йошкар-Олу. Актер участвовал во многих юмористических шоу, например в “Камеди Баттл”, в котором победил со своим другом. Телезрителям он известен благодаря сериалу “Полицейский с Рублевки”, в котором он сыграл роль Игоря Мухича.