Month: October 2025

  • “Stadionun enerjisini hiss etməliyik” – Alonso

    “Real Madrid”in baş məşqçisi Xabi Alonso La Liqanın 10-cu turunda “Barselona” ilə keçiriləcək “El Klasiko” öncəsi fikirlərini bölüşüb.

    Median.Az xəbər verir ki, ispan mütəxəssis görüşün həm komanda, həm də azarkeşlər üçün xüsusi önəm daşıdığını bildirib.

    Onun sözlərinə görə, “El Klasiko” hər zaman özəl olub:
    “Stadionun enerjisini hiss etməli, hamımız birlikdə bu anı qeyd etməliyik. Bu, mövsümün ən vacib oyunudur”.

    . Alonso komandasının motivasiyasının yüksək olduğunu vurğulayıb:
    “Çətin və gərgin oyun olacaq. Hər kəs maksimum səviyyədə çıxış etməlidir. Oyuna ciddi hazırlaşmışıq və qalib gəlmək istəyirik”.

    Baş məşqçi həmçinin “Yuventus”la matçda iştirak etməyən bir neçə futbolçunun sıraya qayıtdığını açıqlayıb:
    “Komanda yaxşı formadadır, lakin hələ inkişaf üçün imkanlar var”.
    Qeyd edək ki, “Real Madrid” – “Barselona” oyunu oktyabrın 26-da Madridin məşhur “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. “El Klasiko” öncəsi “Real Madrid” 24 xalla 1-ci, “Barselona” isə 22 xalla 2-ci yerdədir.

  • Азербайджанские военнослужащие участвуют в учениях НАТО в Турции

    Группа военнослужащих азербайджанской армии принимает участие в международных учениях “Нусрет-2025” в Турции.

    Об этом Report сообщили в Министерстве обороны Азербайджана.

    Согласно информации, маневры в Саросском заливе проходят с участием военно-морских и военно-воздушных сил стран НАТО, соответствующих подразделений Командования береговой охраны, а также наблюдателей из различных государств.

    Целью учений является повышение знаний и навыков подразделений и командований в области планирования, исполнения и оценки минной войны, а также развитие сотрудничества и способности к совместным действиям между Военно-морскими силами Турции и военно-морскими силами дружественных и союзных стран.

    Отметим, что в учениях наряду с Азербайджаном принимают участие в общей сложности 44 человека из США, ОАЭ, Бахрейна, Болгарии, Индонезии, Южной Африки, Нидерландов, Кении, Республики Корея, Кувейта, Малайзии, Марокко, Египта, Пакистана, Перу, Саудовской Аравии, Сингапура, Шри-Ланки и Омана.

  • Azərbaycan hərbçiləri NATO təlimində iştirak edir

    Türkiyənin ev sahibliyi ilə NATO ölkələrinin hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif dövlətlərdən gələn müşahidəçilərin iştirakı ilə “Nüsrət-2025 Dəvət Təlimi” keçirilir.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.

    Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

    Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, İndoneziya, Cənubi Afrika, Niderland, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur, Şri-Lanka və Omandan ümumilikdə 44 nəfər iştirak edir.

  • Polisə o qədər zəng etdi ki, həbs olundu

    Azərbaycanda dəfələrlə polisə zəng edib iş rejimini pozan şəxs həbs olunub.

    Hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.
    32 yaşlı kişi özünə məxsus mobil telefonla Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə dəfələrlə zəng edərək, gündəlik iş rejimini pozub. Bu əməlinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
    Təqsirləndirilən şəxs ifadəsində günahını etiraf edərək, həmin vaxt içkili olduğunu deyib.
    Məhkəmənin qərarı ilə şəxs barəsində 5 günlük inzibati həbs qərarı verilib.

  • Kürdəmirdə ağır qəza – 4 nəfər öldü

    Kürdəmirdə minik avtomobili traktorla toqquşub, ölənlər var.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
    Belə ki, həmin yolda hərəkətdə olan “VAZ 2107” markalı avtomobil traktora çırpılıb. Nəticədə, ilkin məlumata görə, iki nəfər həyatını itirib. Daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
    Hadisə yerinə hüquq-mühafizə orqanı, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.
    Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.

  • Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

    Xalq artisti Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb. 

    Onun nəvəsi Eldar Abdullayev açıqlamasında Xalq artistinin bu gün əməliyyat olunduğunu bildirib. 
    “Şahnaz Haşımovanın bu gün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitdi. Hazırda palata şəraitində müalicəsi davam etdirilir”, – deyə o qeyd edib.
    Qeyd edək ki, 68 yaşlı Ş.Haşımova səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya yerləşdirilmişdi. (Qafqazinfo)

  • “Chrysler” 291 min avtomobilini geri çağırı

    Birləşmiş Ştatların “Chrysler Stellantis” avtomobil istehsalçısı radiator ventilyatorunun elektrik dövrəsinin həddindən artıq qızması səbəbindən 291.6 min avtomobilini geri çağırdığını bildirib.
    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Reuters” ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsinə istinadla yayıb. Bildirilir ki, yaranmış problem maşını tam sıradan çıxa bilər.

  • Pikassonun həmin əsəri 37 milyona satıldı

    Tanınmış rəssam Pablo Pikassonun unikal tablosu Fransanın paytaxtı Parisdə keçirilən hərracda 37 milyon dollara satılıb.

    “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Çiçəkli papaqlı qadının büstü” (Dora Maar) adlı əsər 1943-cü ilin iyulunda çəkilib və 1944-cü ildə şəxsi kolleksiyaya daxil olub.
    Rəssam və fotoqraf olan Dora Maar 1936-1945-ci illərdə Pablo Pikasso ilə münasibətdə olub.

  • Bu ölkədə 260-dan çox məhbus səhvən azadlığa buraxıldı

    Son 1 il ərzində Böyük Britaniyada 260-dan çox məhbus səhvən azadlığa buraxılıb.

    Bu barədə “Sky News” hökumətin rəsmi məlumatlarına istinadla yazıb.
    Məlumata görə, 2024-cü ilin martından 2025-ci ilin martına qədər ümumilikdə 262 nəfər azad edilib. Onlardan 233-ü həbsxanalardan, 29-u isə məhkəmələrdən buraxılıb.
    Rəqəmlər göstərir ki, bu tip hadisələrin sayı əvvəlki illə müqayisədə 128% artıb.
    Məsələ ilə bağlı Britaniya Ədliyyə Nazirliyi hadisələrin səbəblərinin araşdırıldığını və gələcəkdə bu kimi səhvlərin qarşısını almaq üçün əlavə tədbirlər görüləcəyini bildirib

  • 10 yaşlı uşağı maşın vurdu – Vəziyyəti ağırdır

    Beyləqan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Dünyamalılar kəndi ərazisində qeydə alınıb.
    Belə ki, Beyləqan rayon sakini Rasim Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən 2015-ci il təvəllüdlü Adəm Rövşən oğlu Salahlını vurub.
    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, azyaşlının vəziyyəti ağırdır:
    “Oktyabrın 25-i saat 16:00-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
    Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
    Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”.