Month: November 2025

  • İndoneziyada torpaq sürüşməsi: 10-dan çox ölü, itkin düşənlər var

    İndoneziyanın Mərkəzi Yava vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində azı 11 nəfər həlak olub.

    Bu barədə “20 minutes” qəzeti yerli axtarış-xilasetmə xidmətinə istinadən məlumat yayıb.

    Hadisə nəticəsində daha 12 nəfər itkin düşmüş hesab edilir. Fəlakət qurbanlarının sayının artacağı istisna olunmur.

    Qeyd olunur ki, sürüşmə bir neçə gün davam şiddətli yağışlar səbəbindən baş verib.

  • Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb

    Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçay məcrasını dəyişərək 6 evi təhlükə altında qoyub.

    Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb.

    Artıq çayla evlər arasındakı məsafə bir neçə metrə qədər azalıb. Çayın səviyyəsi qalxdıqca kənd camaatı üçün təhlükə kritik həddə çatır. Sakinlər bildirirlər ki, bəzi torpaq sahələri tamamilə itirilib və bir neçə fərdi təsərrüfat uçqun riski ilə üz-üzədir.

    Bildirilir ki, çayın istiqamətinin dəyişməsinə səbəb burada vaxtında bəndlərin çəkilməməsidir. Sakinlər iddia edirlər ki, çayda möhkəmləndirmə və sahilbərkitmə işləri olmadığı üçün hər il eyni problem təkrarlanır və təhlükə daha da artır. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Франция осудила удары ВС РФ, при которых пострадало посольство Азербайджана в Украине

    Франция самым решительным образом осуждает массированные удары, нанесенные Россией в ночь с 13 на 14 ноября по территории Украины, в результате которых также пострадало посольство Азербайджана в этой стране.

    Как сообщает Report, об этом говорится в заявлении МИД Франции на сайте ведомства.

    “Франция осуждает массированные удары, нанесенные Россией в ночь с 13 на 14 ноября по территории Украины, в основном по украинской столице Киеву, его энергетическим объектам, жилым кварталам и больнице, в результате чего было много жертв и раненых, в том числе детей, а также пострадало посольство Азербайджана”, – говорится в сообщении.

    По утверждению МИД Франции, эти широкомасштабные удары с применением около 430 беспилотников и 18 ракет, запущенных несколькими залпами, представляют собой дальнейшую эскалацию и “демонстрируют нежелание России взять на себя обязательства в пользу мира”.

    “Франция выражает полную солидарность с Украиной, ее народом и властями, а также с персоналом посольства Азербайджана. Она напоминает о своей неизменной поддержке суверенитета Украины, независимости и территориальной целостности. Она продолжит свою приверженность вместе со всеми своими партнерами усилению своей поддержки Украины и усилению давления на Россию с целью прекращения ее войны”, – подытожили во внешнеполитическом ведомстве.

  • Fransa Rusiyanın Ukraynaya zərbələri zamanı Azərbaycan səfirliyinin zərər görməsini pisləyib

    Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiya tərəfindən Ukrayna ərazisinə endirilən kütləvi zərbələri qətiyyətlə pisləyir. Bu hücumlar nəticəsində həmin ölkədəki Azərbaycan səfirliyi də zərər görüb.

    “Report”un məlumatına görə, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin saytında yayımlanan bəyanatda qeyd olunub.

    “Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiya tərəfindən Ukrayna ərazisinə, əsasən də, paytaxt Kiyevə, onun enerji obyektlərinə, yaşayış məhəllələrinə və xəstəxanaya endirilən kütləvi zərbələri pisləyir. Nəticədə çoxlu sayda insan həlak olub və yaralanıb, o cümlədən uşaqlar, həmçinin Azərbaycanın səfirliyi də zərər görüb”, – deyə məlumatda qeyd olunub.

    Fransa XİN-in bildirdiyinə görə, bir neçə atəş ilə buraxılan təxminən 430 pilotsuz uçuş aparatı və 18 raketin istifadəsi ilə həyata keçirilən bu genişmiqyaslı zərbələr daha da gərginləşməni və “Rusiyanın sülh naminə öhdəlik götürmək istəməməsini nümayiş etdirir”.

    “Fransa Ukrayna, onun xalqı və hakimiyyəti, həmçinin Azərbaycanın səfirliyinin əməkdaşları ilə tam həmrəylik ifadə edir. O, Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini bir daha xatırladır. Fransa bütün tərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyini gücləndirməyə və Rusiyaya təzyiqi artırmağa davam edəcək ki, müharibə dayandırılsın”, – deyə XİN yekunlaşdırıb.

  • Tramp BBC-ni məhkəməyə verəcək

    ABŞ Prezidenti Donald Tramp BBC-nin “Panorama” proqramının onun çıxışlarından birini dəyişdirdiyini bildirərək, kanala qarşı 5 milyard dollar məbləğində iddia qaldıracağını açıqlayıb.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, D.Tramp iddianın gələn həftə rəsmi olaraq təqdim ediləcəyini söyləyib.

    ABŞ lideri məbləğin 1 milyard ilə 5 milyard dollar arasında olacağını qeyd edib.

  • ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ – TARİXLƏR

    Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar olaraq 5 gün qeyri-iş günü olacaq.

    Median.Az
    xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1 və 2 yanvar tarixləri isə yeni ilin gəlişi ilə bağlı qeyri-iş günüdür.//metbuat.az

  • Haber Global: Ильхам Алиев поздравил Махмуда Аббаса

    Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо президенту Государства Палестина Махмуду Аббасу по случаю 37-й годовщины провозглашения палестинской государственности.

    Как сообщает Median.Az со ссылкой на репортаж Haber Global, в послании Ильхам Алиев от своего имени и от имени азербайджанского народа тепло поздравил Махмуда Аббаса и палестинский народ со знаменательной датой.

    В письме отмечается: “Мы будем и впредь продолжать оказывать Палестине необходимую гуманитарную помощь. Верю, что построенные на добрых традициях дружественные отношения и сотрудничество между Азербайджаном и Палестиной будут успешно развиваться и в будущем”.

    Подробнее – в видеоматериале:

  • “Haber Global”: İlham Əliyev Mahmud Abbası təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin elan olunmasının 37-ci ildönümü münasibətilə Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Haber Global”ın reportajında deyilir.

    Qeyd olunub ki, İlham Əliyev məktubunda M.Abbası və Fələstin xalqını həm öz, həm də Azərbaycan xalqı adından təbrik edib.

    Məktubda bildirilib: “Biz bundan sonra da Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik. İnanıram ki, Azərbaycan ilə Fələstin arasında xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələri və əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcəkdir”.

    Daha ətraflı videomaterialda:

  • Şəkidə 50 yaşlı kişi qətlə yetirilib, şübhəli şəxs polisə təslim olub

    Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Turan qəsəbəsində baş verib.

    Belə ki, 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə öldürülüb.

    Cinayəti törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sədi Heydərov könüllü şəkildə polisə təslim olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Balıq bazarında canlanma: Ən çox alınan növlər AÇIQLANDI

    Dabaq xəstəliyinin yayılması nəticəsində əhalinin ətə tələbatı azalıb. Bu səbəbdən son günlər balıq məhsullarına maraq kəskin artıb. Satıcılar deyirlər ki, alıcıların böyük qismi ət əvəzinə balığa üstünlük verir və bu da qiymətlərin bahalaşmasına səbəb olub.

    Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, bazarlarda bəzi balıqların qiymətində ciddi dəyişiklik olmasa da, tələb artdığı üçün ümumi bahalaşma müşahidə edilir.

    Satıcıların bildirdiyinə görə, fermer təsərrüfatlarında yetişdirilən ağ amur balığının qiyməti sabit qalıb.

    Həm tələbat, həm də gündəlik satışlarda nəzərəçarpan artım var. Qiymətlər balıqların ölçüləri və çəkilərinə görə dəyişir. Mütəxəssislər yaxın günlərdə balıq bazarlarında aktivliyin daha da artacağını proqnozlaşdırırlar.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: