Month: November 2025

  • Prezident İlham Əliyev Konstitusiya Günü münasibətilə paylaşım edib – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev 12 Noyabr – Konstitusiya Günü ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Abşeronda FACİƏ: Sürücü mərmər daşın altında qalıb öldü

    Abşeron rayonunda sürücü faciəli şəkildə ölüb.

    Hadisə rayonun Xırdalan şəhərində baş verib.

    Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Ziyad Məmməd oğlu Həsənov idarə etdiyi “Ford” markalı yük avtomobilinə mərmərdən olan qəbirdaşı yükləyən zaman daş avtomobildən sürüşərək onun üzərinə düşüb.

    Z.Həsənov xəstəxanaya çatdırılsa da, orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Обнаружено еще два обломка рухнувшего турецкого самолета – Видео

    Найдены еще два обломка военного транспортного самолета типа C130, принадлежащего Турции, который вчера потерпел крушение в Грузии, сообщает Median.Az со ссылкой на AПA.

    Согласно информации МВД Грузии, поисковые работы продолжались ночью.

    Отмечается, что турецкий БПЛА AKINCI в настоящее время проводит поиск на месте происшествия.

  • Türkiyənin qəzaya uğrayan “C-130” hərbi təyyarəsinin daha iki qalığı tapılıb – Video

    Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin daha iki qalığı tapılıb.

    Median.Az bu barədə APA-ya istinadən xəbər verir.

    Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışlar gecə saatlarında davam etdirilib.

    Türkiyənin “Akıncı” PUA-sının hazırda hadisə yerində axtarış apardığı vurğulanıb.

    Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

  • FHN-dən dumanlı hava ilə bağlı kiçikhəcmli gəmi istifadəçilərinə MÜRACİƏT

    Fövqəladə Hallar Nazirliyi dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.

    Bu barədə FHN-dən məlumat verilib.
    Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-200 metr təşkil edəcəyi proqnozlaşdırılır.
    Qeyd olunanları nəzərə alaraq, FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.

  • Güclü geomaqnit qasırğası müşahidə olunur

    Günəşin səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik yüksək səviyyəyə qalxıb.

    Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından  verilən məlumata görə, 9-10 noyabrda baş verən X5 alışması zamanı asimmetrik tac kütlə atılması nəticəsində plazma kütləsinin noyabrın 12-də Yerə yaxınlaşması proqnozlaşdırılır.
    Hazırda Günəş aktivliyi R1-R2 (zəif-orta), günün yarısından başlayaraq noyabrın 13-dək R3 (güclü-aktiv) səviyyədə olacaq. Aktivlik noyabrın 13-ü günortayadək davam edə bilər. Yüksək coğrafi enliklərdə noyabrın 12-də maqnit qasırğasının gücü 10 ballıq şkala ilə 4-8, noyabrın 13-də azalaraq 3-5 səviyyəsində olacaq. Orta coğrafi enliklərdə noyabrın 12-də qasırğanın gücü 4-7, sonrakı günlər azalaraq fon səviyyəsində olacaq.
    9-10 noyabr tarixlərində baş verən tac kütlə atılması nəticəsində noyabrın 12-də yüksək coğrafi enliklərdə G2-G4 səviyyəsində maqnit qasırğası proqnozlaşdırılır. Günün yarısında bu, artaraq G3-G4 (güclü) qasırğa səviyəsinə yüksələcək. Tac kütlə atılması səbəbindən noyabrın 13-də qasırğanın G1-G3 səviyyədə qalacağı proqnozlaşdırılır. 14 noyabr tarixində aktivlik azalacaq.

  • Dünyanın ən yaxşı şəhərləri açıqlandı

    Böyük Britaniyanın paytaxtı London yenidən “dünyanın ən yaxşı şəhəri” elan edilib.
     
    Reytinq beynəlxalq məsləhət şirkəti “Resonance Consultancy” tərəfindən açıqlanıb. Araşdırma zamanı dünya üzrə 270 şəhər qiymətləndirilib və onların arasından 100 böyük metropol seçilərək 2026-cı il üçün “Dünyanın ən yaxşı şəhərləri” siyahısı hazırlanıb.
     
    Qiymətləndirmə mədəniyyət, iqtisadi potensial, həyat keyfiyyəti, turizm və investisiya imkanları kimi göstəricilərə əsaslanıb. Hesabatda qeyd olunur ki, “London tələbələrdən sahibkarlara, turistlərdən qlobal şirkətlərə qədər fərqli qrupları cəlb edən gücünü qoruyur. Şəhərin pandemiyadan sonrakı bərpası, 2024-cü ildə xarici ziyarətçilərin 22 milyard dollarlıq xərcləri ilə özünü göstərdi”. London ardıcıl 11-ci dəfə siyahının zirvəsinə yüksəlib. Paytaxt 34 alt kateqoriyadan üçündə birinci yeri tutaraq rifah, yaşayış keyfiyyəti və cəlbedicilik göstəricilərində rəqiblərini geridə qoyub. Mütəxəssislərə görə, şəhərin infrastruktur layihələri və davamlı nəqliyyat sistemi Londonun mövqeyini daha da gücləndirib.
     
    2026-cı ilin “ən yaxşı şəhərləri” aşağıdakı ardıcıllıqla qeyd olunub: 1. London (Böyük Britaniya) 2. Nyu-York (ABŞ) 3. Paris (Fransa) 4. Tokio (Yaponiya) 5. Madrid (İspaniya) 6. Sinqapur 7. Roma (İtaliya) 8. Dubay (BƏƏ) 9. Berlin (Almaniya) 10. Barselona (İspaniya) Mütəxəssislər qeyd ediblər ki, London mədəni müxtəlifliyi, güclü iqtisadiyyatı, turizm potensialı və davamlı inkişaf strategiyası sayəsində 2026-cı ildə də “dünyanın ən yaşanılan şəhəri” adına layiq görülüb.
    //sfera.az

  • Paytaxtda oğurluq edənlər saxlanılıblar

    Noyabrın 8-də Səbail rayonunda marketlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək içərisində 1300 manat, 200 dollar, mobil telefon və sənədlər olan pul kisəsinin talanmasını bildirib.
     
    Bu barədə DİN məlumat yayıb.
     
    Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı R.Quliyev müəyyən olunaraq saxlanılıb.
     
    Sabunçu rayonunda isə evlərin birindən 4000 manat, həmçinin rayon ərazisindəki mağazadan 300 manat talamaqda şübhəli bilinən 35 yaşlı T.Hacıyev və bir nəfər qadın da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
     
    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Bu avtomobillərin ehtiyyat hissələri ucuzlaşa bilər

    Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

     
    Median.Az Milli.Az – a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır.

  • Azərbaycanda vəzifəli şəxs videosu ilə şantaj edildi

    Ağdaşda vəzifəli şəxsləri şantaj edən iki nəfər həbs edilib. Zərərçəkmişlər arasında həkimlər və Ədliyyə Nazirliyinin Ağdaş Rayon Qeydiyyat Şöbəsinin rəisi də var.
     
    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, həbs edilən şəxslərdən biri özünü “Cinayət və Olay” qəzetinin və saytının təsisçisi və baş redaktoru kimi təqdim edən Təbriz Dəmirovdur. O, dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il müddətinə azadlıqdan məhrum edilib.
     
    Onunla birlikdə həbs edilən digər şəxs isə tanışı Əhməd Əzizov olub. Əhməd Əzizov Latviya vətəndaşıdır və onun barəsində yeddi il müddətinə həbs cəzası təyin edilib.
     
    İttihama görə, Dəmirovla Əzizov ayrı-ayrı vəzifəli şəxsləri rüşvət almaqda ittiham edərək onlardan pul tələb ediblər. Vəzifəli şəxslərin videolarını gizli şəkildə çəkərək şantaj ediblər.
     
    Məlum olub ki, Təbriz Dəmirov arvadından boşanmaq üçün Qeydiyyat Şöbəsinə müraciət edib. Lakin arvadı ölkədə olmadığı üçün boşanma mümkün olmayıb. Təbriz Dəmirov arvadı Rusiyada olduğu halda boşanmanın onsuz rəsmiləşdirilməsini istəyib. Buna görə də şöbənin rəisi Teymur Mustafayevin işçisi Mətanətə rüşvət verib. Daha sonra həmin məlumat və görüntülərlə Teymur Mustafayevi şantaj edərək ondan pul tələb ediblər. Əvvəlcə razılıq əldə etmədiklərinə görə hazırladıqları videonu prokurorluğa göndəriblər, lakin cinayət tərkibi olmadığı üçün işə xitam verilib. Bir müddət sonra Dəmirov və Əzizov rəisi yenidən şantaj ediblər və ondan iki dəfə 1 000 manat pul alıblar.
     
    Şantaj edilənlər arasında Ağdaş Rayon Mərkəzi Xəstəxanasının laborantı da olub. Onlar xəstəxanaya gedərək həkimlərə özləri “şirinlik” təklif ediblər, prosesi lentə alıb, daha sonra onlardan pul tələb ediblər. Laborantdan əvvəlcə 20 min manat istəyib, sonra məbləği beş min manata endiriblər. Sonda həmin şəxsdən iki min manat alıblar.
     
    Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevtindən də 1 000 manat aldıqları müəyyən edilib.
     
    Həmin xəstəxanada həkim-oftalmoloq kimi çalışan İradə Əhmədova da qurbanlardan biri olub. Təbriz Dəmirov müalicə üçün müraciət etdiyi xəstəxanada ona pul verərək prosesi lentə alıb, daha sonra videonu yayımlamaqla hədələyərək həkimin ərindən 2 000 manat alıb.
     
    Təbriz Dəmirov ifadəsində bildirib ki, hadisələrdə əsas günahkar Əhməddir. Özünün jurnalist kimi araşdırma apardığını və məlumatları hüquq-mühafizə orqanlarına təqdim etdiyini deyib. O, görüntüləri əldə edən və zərərçəkmiş şəxsləri şantaj edən şəxsin Əhməd olduğunu bildirib. Həmçinin Əhməddən qorxduğu üçün onun dediklərinə razılaşdığını qeyd edib.
     
    Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Əhməd Əzizov Ağdaş şəhərində müxtəlif şəxslərin adından dövlət orqanlarına əsassız müraciətlər və şikayətlər göndərən, dövlət qurumlarının rəhbərlərini və əməkdaşlarını şantaj etməyə meyilli şəxs kimi tanınıb. Həmçinin o, daim xarici dövlət nömrə nişanı olan avtomobil idarə edib.
     
    Həkim İradə Əhmədova ifadəsində göstərib ki, istirahətə yola düşən zaman ona sosial şəbəkədə belə mesaj göndərilib: “Rüşvət almağınız barədə fakt Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndəriləcək. Xanım, sizə xeyirli istirahətlər!”
     
    Əhməd Əzizov isə özünü qismən təqsirli bilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslərlə barışıq əldə edilib.