Month: November 2025

  • Pakistanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verib

    Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

    O, bu barədə “X”də yazıb.

    “Gürcüstanda Türkiyəyə məxsus C-130 təyyarəsinin faciəvi qəzası ilə bağlı kədərləndik. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana, təyyarədə olanların ailələrinə, türk qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk. Bu kədər anında düşüncələrimiz və dualarımız onlarla birlikdədir”, – paylaşımda bildirilib.

  • Toy karvanındakı qəzada yaralanan şəxsin son durumu

    Quba rayonunda toy karvanında baş verən qəza nəticəsində yaralanan şəxsin vəziyyəti açıqlanıb.

    Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən verilən məlumatda deyilir:

    “Quba-Xaçmaz avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə noyabrın 10-u, saat 13:10-da 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kiçikölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir”.

  • Monqolustan quzusunun kababının dadı necə olur? – TEST EDİLDİ

    Son aylar Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri xaricdən gətirilən ətlərdir. Xüsusilə Monqolustandan gətirilən dondurulmuş quzu ətləri yerli alıcılar tərəfindən birmənalı qarşılanmır. Qeyd edək ki, Monqolustan ətlərin qiyməti yerli bazarda 11-14 manat arasında dəyişir.

    Bəziləri heyvanların islami qaydalarla kəsilmədiyini, bəziləri isə dadının yerli ətdən çox fərqli olduğunu iddia edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin halal kəsimlə bağlı yaydığı açıqlamada bildirilir ki, əgər ölkəyə məhsul idxal edən şəxs bəyan edirsə ki, ölkəyə “halal ət” və yaxud “halal kolbasa” gətirir, o zaman bəyan etdiyi məlumatla, gətirilən məhsulun faktiki tərkibi laborator analizə cəlb edilir və müvafiq qərar verilir. Yəni “halal” standartı isə məcburi yox, könüllüdür.

    Monqolustan quzusunun dadı da insanlara maraqlıdır.

    Median.Az xəbər verir ki, Bakıda blogerlərdən biri “monqol əti”ni alıb və kabab bişirib. Alibaba Məmmədov adlı bloger Monqolustan ətindən bişirilən kababı yedikdən sonra onun dadı barədə sosial şəbəkələrdə paylaşım edib.

    “Mən Monqolustan ətindən bişən kababın dadına baxdım. Bizim quzuların ətindən bişən kababın dadını verə bilməz. Kababı yerli quzular kimi yumşaq deyil, bərkdir. Yəni yerli quzuları əvəz edə bilməz”.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. /day.az

  • Qəzaya uğrayan C-130-un xüsusiyyətləri

    Xəbər verdiyimiz kimi, Türkiyəyə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayıb.

    Median.Az sözügedən təyyarə haqqında bir sıra məlumatları təqdim edir:

    Uzunluq: 29.79 m.
    Qanadların açılması: 40.41 m.
    Hündürlük: 11.84 m.
    Qanad sahəsi: 162.1 m².
    Boş çəki: 34.274 kq.
    Maksimal uçuş çəkisi: 74.393 kq.
    Mühərrik: 4 × Rolls-Royce AE 2100D3 turbovintli mühərriklər.

    “Lockheed C-130 Hercules” ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən dizayn edilmiş və istehsal edilmiş dörd turboprop mühərrikli hərbi nəqliyyat təyyarəsidir. Təyyarə hərbi yük, qoşun və təxliyə olunan personal daşımaq qabiliyyətinə malikdir. 1954-cü ildən bəri bu təyyarələrdən 2500-dən çox istehsal edilib və onlar ABŞ, Kanada və Avstraliya da daxil olmaqla 60-dan çox ölkə tərəfindən fəal şəkildə istifadə olunur. Türkiyə Hərbi Hava Qüvvələri 1963-cü ildən bəri bu təyyarələrdən istifadə edir.

    C-130 hərbi nəqliyyat təyyarəsi 74 ədəd tam təchiz olunmuş əsgəri daşıya bilir.

    Arxa yükləmə rampası və qapısı sayəsində C-130 çoxməqsədli vertolyotlardan və altı təkərli zirehli nəqliyyat vasitələrindən tutmuş, standart paletli yüklərə və hərbi personala qədər geniş çeşiddə böyük yük daşıya bilir.

    Bundan əlavə, C-130-lər izlənilən avadanlıqlar, yerdən yüklənmiş təchizatlar, hava platformaları, konteyner çatdırılma sistemi paketləri, nəqliyyat vasitələri və personal və ya aerotibbi təxliyələr daxil olmaqla müxtəlif yük növləri üçün tez bir zamanda yenidən konfiqurasiya edilə bilir.

    Köhnə C-130-larla müqayisədə J modeli daha sürətli və daha yüksəyə qalxır, daha yüksək kruiz sürətində uzaqlara uçur.

    Təyyarədə həmçinin tam inteqrasiya olunmuş müdafiə sistemləri, aşağı güclü rəngli radar, rəqəmsal hərəkət xəritəsi displeyi, altı və rəqəmsal avtopilot mövcuddur.

  • Kürdəmir sakini göyərçinlərinə hücum etdiyinə görə pişiyi asdı – Video

    Sosial mediada pişiyə qarşı rəhmsiz rəftarı əks etdirən görüntü paylaşılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bloqer Saleh Nəsirov tərəfindən paylaşılan görüntüdə şəxsin göyərçinə hücum etdiyi üçün pişiyin boğazına kəndir asaraq onu boğduğu əks olunub.

    Əldə etdiyimiz məlumata görə, polis əməkdaşları heyvana qarşı rəhmsiz rəftar edən Kürdəmir rayonunun Söyüdlər kənd sakini İlkin Əsgərov müəyyən edilərək saxlayıblar.

    Həmin şəxsin psixi sağlamlıq vəziyyətinə uyğun olaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

  • Balakəndə velosipeddən yıxılan şəxs ÖLDÜ

    Balakən rayonunda velosipeddən yıxılan 43 yaşlı şəxs ölüb.

    Hadisə ötən gün rayonun Mahamalar kəndində baş verib.

    Belə ki, kəndin ərazisində kənd sakini 1982-ci il təvəllüdlü Hacyov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır./apa

  • Bakıda mənzildə iki nəfərin MEYİTİ TAPILDI

    Paytaxtda bağlı qapı arxasında iki nəfərin meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan müraciət əsasında Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə Binəqədi rayonunda yerləşən mənzilə baxış keçiriblər.

    Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • İndiyədək Qəzzada ölənlərin sayı açıqlandı

    İndiyədək Qəzzada ölənlərin sayı 69 min 182 nəfərə çatıb.

    Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

    Nazirlik Qəzza müharibəsi ilə bağlı son statistikanı açıqlayıb.

    Hesabata əsasən, 2023-cü il oktyabrın 7-dən indiyədək 170 min 694 fələstinli yaralanıb.

  • Глава МИД Турции Хакан Фидан обсудил авиакатастрофу с грузинской коллегой

    Состоялся телефонный разговор между министром иностранных дел Турции Хаканом Фиданом и его грузинской коллегой Макой Бочоришвили.

    Как сообщает Median.Az со ссылкой на Haber Global, стороны обсудили поисково-спасательные работы, проводимые в связи с крушением военно-транспортного самолета у грузино-азербайджанской границы.

    Глава МИД Грузии выразила соболезнования турецкому коллеге в связи с инцидентом.

    Ранее Министерство национальной обороны Турции сообщило, что на борту потерпевшего крушение самолета C-130 вместе с экипажем находились 20 военнослужащих. Поисково-спасательные работы продолжаются.

  • Hakan Fidan gürcüstanlı həmkarı ilə təyyarə qəzasını müzakirə edib

    Türkiyənin xarici işlər naziri Hakan Fidanın gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı baş tutub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Qeyd olunur ki, telefon danışığı zamanı Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin axtarış-xilasetmə işləri ilə bağlı məlumat mübadiləsi aparılıb. Gürcüstanın xarici işlər naziri Boçorişvili türkiyəli həmkarına başsağlığı verib.

    Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsində uçuş heyətinin və 20 nəfərin olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.