Month: November 2025

  • Bakı-Qazax yolu iflic vəziyyətdə

    Bakı-Qazax avtomobil yolunun müəyyən hissəsində aparılan təmir işləri səbəbindən nəqliyyat hələ də iflic vəziyyətdədir.
     
    Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində təmir işləri aparılır. Tikinti aparılan ərazidə avtomobillərin hərəkəti əks istiqamət üzrə ikitərəfli olaraq təmin edilib.
     
    Görüntüləri təqdim edirik.

  • “Spartak”ın baş məşqçisi istefa verdi

    Deyan Stankoviç “Spartak”ın baş məşqçisi vəzifəsindən ayrılıb.

    Bu barədə Moskva futbol klubunun mətbuat xidməti məlumat yayıb.

    Məlumatda deyilir: “Spartak hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində altıncı yerdədir ki, bu da klub rəhbərliyini qane etmir. Stankoviçlə müzakirələrdən sonra qarşılıqlı razılıq əsasında tərəfdaşlığa xitam vermək qərarı verilib”.

    Qarşıdakı oyunlarda komandanı Stankoviçin heyətində olan Vadim Romanov hazırlaşdıracaq.

  • Qazaxıstan neft məhsullarının ixracına qadağa qoydu

    Qazaxıstanın Energetika Nazirliyi ölkə ərazisindən neft məhsullarının ixracına müvəqqəti qadağa qoyulması barədə qərarı təsdiqləyib.

    Median.Az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu qərar “milli təhlükəsizliyi və daxili yanacaq bazarının sabitliyini təmin etmək” məqsədilə qəbul olunub.

    Qazaxıstandan, o cümlədən Avrasiya İqtisadi Birliyi ölkələrindən neft məhsullarının ixracına qadağa altı ay müddətinə – 2025-ci il noyabrın 20-dən 2026-cı il mayın 20-dək tətbiq olunur.

    Sənədə əsasən, avtomobil və dəmir yolları ilə benzin, dizel yanacağı və bir sıra digər neft məhsullarının ixracı qadağandır.

  • “Fənərbağça” UEFA-ya şikayət etdi

    “Fənərbağça” Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Viktoriya” ilə (0:0) oyununun hakimi Allard Lindhoutla ilə bağlı UEFA-ya rəsmi şikayət edib.

    Bu barədə türk KİV-ləri məlumat yayıb.

    Müraciətdə hakimin oyun boyunca idarəçilik tərzinin və onun səhv qərarlarının matçın nəticəsinə birbaşa təsir etdiyi bildirilib.

    UEFA-dan bunu nəzərə alaraq, hadisələri lazımi ciddiyyətlə və təcili şəkildə araşdırması xahiş edilib.

  • Məktəblərdə direktor seçimi yalnız müsahibə əsasında olacaq

    Direktorların işə qəbulu üzrə müsabiqə bundan sonra yeni qaydalarla həyata keçiriləcək. Əvvəlki illərdə bu proses bir neçə mərhələdən ibarət olsa da, bu dəfə əsas diqqət pedaqoji peşəkar səriştələrə və əvvəlki qiymətləndirmə nəticələrinə yönələcək.

    Bunu Məktəbdənkənar və Ümumi Təhsil Dəstək Agentliyinin (MÜTDA) İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli İTV-yə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, yeni mərhələdə namizədlər vakansiya seçimi həyata keçirir və bundan sonra əvvəlcədən təsdiq edilmiş ardıcıllığa uyğun şəkildə dəyərləndiriləcəklər:

    “Hazırda namizədlər vakansiya seçimi aparırlar. Daha sonra onlar müəyyən edilmiş ardıcıllıqla müsahibəyə dəvət olunacaqlar. Proses yalnız müsahibə mərhələsindən ibarət olacaq”.

    Nurlan İsmayılbəyli həmçinin müsahibədən keçməyən direktor namizədlərinin növbəti mərhələlərdə iştirak imkanına da aydınlıq gətirib:

    “Əgər namizədlər bu mərhələdə uğur qazanmasalar, onlar növbəti elan olunacaq vakansiyalara yenidən müraciət edə və müsahibəyə dəvət ala bilərlər”.

  • Gökberk Demircinin yeni layihəsi

    Türkiyəli aktyor Gökberk Demircinin yeni layihəsi bəlli olub.

    Aktyor “Rüya gibi” serialında rol alacaq. O, ekran işinin 3-cü bölümündən etibarən “Bora”ta həyat verəcək.

    Qeyd edək ki, Gökberk son olaraq “Yalan”da kamera önünə keçib.

  • Zəfər paradında nümayiş etdirilən yeni raketin üstünlükləri

    “Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümünə həsr edilən Zəfər paradında Silahlı Qüvvələrimizin arsenalına qəbul edilən bir çox yeni texnika, silah, vasitə və avadanlıqlar ilk dəfə ictimaiyyətə nümayiş etdirildi”.

    Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bunlardan biri də “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən hazırlanan “Ice Breaker” qanadlı raketi idi:

    “300 kilometrə qədər mənzilə malik bu raket ilk dəfə 18-22 iyul 2022-ci il tarixlərində “Farnborough Airshow” sərgisində təqdim edilib. “Ice Breaker” raketi 2021-ci ildə eyni şirkət tərəfindən təqdim edilən “Sea Breaker” gəmi əleyhinə raket ailəsinin bir üzvüdür. Bu raketin hazırlanması proqramı uzaqmənzilli, çoxməqsədli raketin əldə olunmasını nəzərdə tuturdu. “Ice Breaker” çoxməqsədli raketdir, hava, quru və dəniz hədəfləri ilə mübarizə aparmaq üçün hazırlanıb. “Ice Breaker” raketi axtarış, hədəf tanıma və operatordan asılı olmadan hədəfin seçilməsi və məhv edilməsi üçün süni intellekt alqoritmlərindən istifadə etməyə imkan verən bort kompüteri ilə təchiz olunub. Bu isə onu 5-ci nəsil raket olduğunu göstərir.

    “Rafael Advanced Defense Systems” raketin gövdəsini gizli (stels) texnologiyadan istifadə edərək hazırlayıb. Bu isə onun radarlara görünməsini maksimum çətinləşdirir. Raket rəqəmsal idarəetmə sistemi ilə 3,73 kN dartma gücü istehsal edən “Safran Microturbo TRI 60″ turbo mühərriki ilə təchiz olunub. Süni intellekt sayəsində raketin idarəetmə və analiz sistemləri avtomatik rejimdə fəailiyyət göstərir. Yeni nəsilə aid olan raketin istənilən hava şəraitində, GPS sisteminin mövcud olmadığı və mürəkkəb radielektron müdaxilə şəraitində fəaliyyət göstərə bilir. Qatlanan karbon lifli qanadlara malik raket olduqca kompakt ölçülərə malikdir. Onun diametri 300 mm, uzunluğu isə 3980 mm-dir. Raket 300 km-ə qədər məsafədəki hədəflərə qarşı effektiv nəticələr göstərir. 300 km məsafəyə uçuş 20 dəqiqədən çox çəkmir, ən uzaq məsafələrdə belə raket komanda və idarəetmə mərkəzi ilə təhlükəsiz ikitərəfli əlaqə qurmaq qabiliyyətinə malikdir. İdarəetmə Mərkəzi raketin uçuşuna tənzimləmələr edə bilir, yəni, raket buraxılandan sonra belə onun hədəfini dəyişə və ya dayandıra bilir, uçuş zamanı vəziyyəti yenidən qiymətləndirə və raketə yeni hədəf təyin edə bilir”.

    Ekspert bildirib ki, universal “Ice Breaker” raketləri həm kiçik gəmilərdə, həm pilotlu və pilotsuz aviasiya vasitələrində, həm də personal daşıyıcılarında və pikap tipli avtomobillərdə yerləşdirilə bilər:

    “Bundan əlavə raketin təhlükəsiz rabitə sistemi sayəsində həm raket və sahil batareyası arasında, həm də digər batareyalar və gəmilərlə real vaxt rejimində rabitə təmin edilir. Qabaqcıl Missiya Planlaşdırması və Nəzarət (AMP) sistemi qurudan və dənizdən eyni vaxtda həyata keçirilən hücumların koordinasiyasını da təmin edir. “Ice Breaker” raketinin son dərəcə aşağı hündürlüklərdə (2-5 metr) uçması, gizli texnologiyaya malik olması və avtonom rejimində işləməsi onu analoqlarından fərqləndirir. Beşinci nəsil raketin müxtəlif təyyarə və helikopterlərdən, o cümlədən “Gripen”, FA-50, M-346, Jf-17 və F-16 təyyarələrindən buraxılması mümkündür. “Gripen” və JF-17 qırıcısı asqılarında 6 ədəd, F-16 isə 7 ədəd “Ice Breaker” raketi daşıya bilər. Digər bir neçə əsas parametr isə yeni raketin hücumları üçün GPS peyk sistemindən asılı olmamasıdır. Bu, digər “Rafael” sistemləri ilə tam uyğun olan zərbə silahıdır. Məsələn, daşıyıcı buraxılış təyyarəsində və ya helikopterdə “Spice 1000” silah idarəetmə blokundan istifadə ediləndə digər platformada olan “Ice Breaker” gəmi əleyhinə raketindən istifadə edilə bilir.

    350 kiloqram kütləyə və aşağı hündürlükdə 300 km məsafəyə zərbə imkanına malik raket süni intellekt sayəsində dərin təhlil texnologiyasına, avtomatik hədəf əldə etmə (ATA) və avtomatik hədəf tanıma (ATR) imkanları əldə edib. “Ice Breaker” raketi çətin radioelektron müdaxilə mühitində işləyə bilir, stasionar və ya hərəkət edən hədəfləri vurmaq üçün maneə törətmə cəhdlərinə müqavimət göstərən müstəqil naviqasiya və tuşlama texnologiyasına malikdir. Raket hədəfə doğru hərəkət zamanı yol nöqtələrinə, azimuta, hücum meydançası bucağına və tuşlama nöqtəsi seçiminə uyğun olaraq əvvəlcədən müəyyən edilən hücum planlarına əsaslanan və digər əlaqəli vasitələrlə sinxronlaşdırılan hücum həyata keçirir”.

    Ə.Verdiyev qeyd edib ki, Azərbaycan dövləti Silahlı Qüvvələrin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin inkişafına daim yüksək diqqət göstərir: “Həm quru, həm də dəniz sərhədlərində baş verə biləcək təhdidlərin aradan qaldırılması üçün zəruri olan bütün tədbirləri görür. “Ice Breaker” qanadlı raketlərinin alınması da Silahlı Qüvvələrin döyüş potensialının artırılması məqsədi daşıyır. Raketin universal platformaya və süni intellektə malik olması, onun müxtəlif daşıyıcı vasitələrə quraşdırılmasına imkan verir. Bu raketlərin əldə edilməsi Azərbaycanın həm quruda, həm də dənizdə döyüş potensialını kifayət qədər artıracaq”.

  • В Грузии обнаружены обломки военного транспортного самолета Турции, потерпевшего крушение

    В Грузии обнаружены обломки военного транспортного самолета ВВС Турции, потерпевшего крушение.

    Об этом сообщил министр внутренних дел Турции Али Ерликая в публикации в соцсети X.

    По его словам, поисково-спасательные работы продолжаются.

    Отметим, что на борту самолета C-130, принадлежащего Вооруженным силам Турции, находились 20 военнослужащих.

  • Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsinin qalıqları tapılıb

    Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qalıqları tapılıb.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

    O bildirib ki, axtarış- xilasetmə tədbirləri davam edir.

    Nazir həmçinin təyyarənin qalıqlarının olduğu bölgəyə çatdığını bildirib.

    Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

  • Премьер-министр Пакистана выразил соболезнования президенту Турции

    Премьер-министр Пакистана Шахбаз Шариф выразил соболезнования президенту Турции Реджепу Тайипу Эрдогану в связи с крушением военно-транспортного самолета ВВС Турции на территории Грузии.

    Об этом Ш.Шариф написал в соцсети X.

    “Мы опечалены трагическим крушением принадлежащего Турции самолета C-130 в Грузии. Выражаю глубокие соболезнования моему дорогому брату президенту Реджепу Тайипу Эрдогану, семьям тех, кто находился на борту самолета, всему турецкому народу. В этот день скорби наши мысли и молитвы с ними”, – говорится в публикации.