Month: November 2025

  • Bu maşınları ölkəyə gətirmək üçün 200 min manat vergi ödəməlisən

    2026-cı ildən Azərbaycanda avtomobil idxalı ilə bağlı vergi və gömrük qaydaları dəyişir. Yeni qanunvericilik dəyişikliklərinə əsasən, həm elektrik, həm hibrid mühərrikli avtomobillər üçün mövcud güzəştlər ləğv olunacaq, köhnə avtomobillərin idxalı isə daha baha başa gələcək.

    Median.Az xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən 7 ildən çox istismar olunmuş avtomobillər üçün aksiz dərəcələri artırılır. Bu addım dövlətin köhnə, ekoloji cəhətdən zərərli avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırmaq və daha təmiz enerji mənbələrinə keçidi stimullaşdırmaq siyasətinə uyğunlaşdırılıb.

    Əvvəllər benzin mühərrikli avtomobillər üçün artım əmsalı 1,2, dizel mühərrikli avtomobillər üçün isə 1,5 idi. Yeni qaydalara əsasən, bu göstəricilər müvafiq olaraq 1,5 və 2 səviyyəsinə qaldırılır. Nəticədə, xüsusilə iri mühərrikli avtomobillərin aksiz məbləğləri nəzərəçarpacaq dərəcədə artacaq.

    Məsələn, 2 litrlik mühərriki olan 7 ildən köhnə benzin avtomobilləri üçün aksiz vergisi 720 manatdan 900 manata qalxacaq. 3 litrlik mühərrikli avtomobillərdə bu artım təxminən 1700 manat, 3,5 litrlikdə isə 4 min manata qədər olacaq. 5 litrlik benzin mühərrikli avtomobillərin aksizi isə 73 min manatdan 91 min manata yüksələcək.

    Dizel mühərrikli avtomobillər üzrə artım daha kəskindir. 2 litrlik dizel avtomobillərin aksiz dərəcəsi 900 manatdan 1200 manata, 5 litrlik avtomobillərdə isə 91 min manatdan 121 min manata qalxacaq. 5,5 litrlik dizel mühərriklər üçün bu məbləğ artıq 200 min manatı keçəcək.

    Bu dəyişikliklər bazarda köhnə avtomobillərin idxalını azaldacaq və eyni zamanda ölkədə qiymətlərin artımına səbəb olacaq./milli.az

  • Али Асадов и Джевдет Йылмаз провели телефонный разговор

    Вице-президент Турции Джевдет Йылмаз и премьер-министр Азербайджана Али Асадов провели телефонный разговор.

    Об этом Дж.Йылмаз написал в своем аккаунте в социальной сети X.

    В ходе беседы глава правительства Азербайджана заявил, что Баку в знак солидарности внимательно и решительно следит за ситуацией.

    Турецкий вице-президент поблагодарил А.Асадова за соболезнования от имени братского азербайджанского народа и за проявленную солидарность.

  • Əli Əsədovla Cevdet Yılmaz arasında telefon danışığı olub

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

    Bu barədə C.Yılmaz “X” sosial şəbəkəsi hesabında yazıb.

    Telefon danışığı zamanı Əli Əsədov bildirib ki, Azərbaycan həmrəylik əlaməti olaraq prosesi diqqətlə və qətiyyətlə izləyir.

    Türkiyənin vitse-prezidenti Əli Əsədova qardaş Azərbaycan xalqı adından verdiyi başsağlığı və göstərdikləri səmimi həmrəyliyə görə təşəkkür edib.

  • Azərbaycanda ən çox və ən az işçi hansı sahələrdə işləyir?

    Bu ilin ilk yarısının yekununa görə, Azərbaycanda muzdlu işçilərin sayı 1 milyon 770 min nəfər olub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, işçilər daha çox təhsil, səhiyyə və pərakəndə satış sahələrində çalışırlar.

    Təhsil sektorunda 324 min nəfər, yəni ümumi işçilərin 18,3 faizi çalışır. Bundan başqa, səhiyyə sahəsində 143,7 min nəfər (8,1 faiz), pərakəndə satış sahəsində isə 236,3 min nəfər (13,4 faiz), dövlət idarəetməsi və müdafiə sahəsində 111,3 min nəfər (6,3 faiz), binaların tikintisində isə 58,4 min nəfər (3,3 faiz) işləyir. Bu beş sahə birlikdə ölkə üzrə bütün işçilərin təxminən yarısını təşkil edir.

    Ən az işçi sayı isə sənayenin ixtisaslaşmış sahələrində müşahidə olunub. Dəri və ayaqqabı istehsalı sahəsində cəmi 705 nəfər, ağac emalı və ağac məmulatlarının istehsalında 750 nəfər, baytarlıq fəaliyyətində 897 nəfər, tütün məmulatlarının istehsalında 1 760 nəfər, metal filizlərinin hasilatında isə 2 227 nəfər çalışıb. Bu sahələrin ümumi məşğulluqdakı payı 1 faizdən azdır.

  • Azərbaycan iki karateçisi İslamiadada bürünc medal qazanıb

    Azərbaycanın daha bir karateçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Roman Heydərov kata növündə üçüncü olub.

    Qeyd edək ki, daha öncə Mədinə Sadıqova İslamiadada üçüncü olub.

    * * * * *

    Azərbaycan karateçisi Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində Mədinə Sadıqova üçüncü yer uğrunda görüşdə pakistanlı rəqibi Laiba Zianı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

    Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

  • Лейла Алиева поделилась кадрами поездки в Габалинский район – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева посетила Габалинский район.

    Л.Алиева поделилась кадрами поездки на своей официальной странице в Instagram.

    Median.Az представляет данную публикацию:

  • Leyla Əliyeva Qəbələ rayonuna səfərindən görüntülər paylaşdı – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonuna səfər edib.

    L.Əliyeva səfərlə bağlı görüntüləri rəsmi “Instagram” hesabında paylaşıb.

    Həmin paylaşımı təqdim edirik:

  • Qəzaya uğrayan Türkiyə təyyarəsində 20 hərbçi olub

    Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

    Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

    “Qəzaya düşən təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 20 hərbçimiz olub. Qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir”, – məlumatda deyilir.

    Qeyd edək ki, Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus “C-130” tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

    Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.

  • Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq

    Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq

    “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, 35/10 kilovoltluq “Sədərək” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Qaraağac ” hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

    Bu səbəbdən noyabrın 12-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

  • Пашинян обсудил с послами ЕС итоги Вашингтонского саммита

    Премьер-министр Армении Никол Пашинян обсудил с послами стран-членов Европейского союза итоги Вашингтонского саммита.

    Об этом сообщают армянские СМИ.

    В ходе беседы стороны обсудили текущую повестку отношений между Арменией и Европейским союзом и перспективы дальнейшего сотрудничества.

    Особое внимание было уделено ситуации в регионе после состоявшегося 8 августа в Вашингтоне саммита, вопросам установления прочного мира между Арменией и Азербайджаном.