Month: November 2025

  • Azərbaycanlı atıcıdan yeni dünya rekordu

    Azərbaycan Atıcılıq Federasiyasının üzvü Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb.

    50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayan milli komandanın üzvü bu göstəricisinə görə yeni dünya rekordu müəyyənləşdirib.

    Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların sayına görə müəyyənləşib. Y.Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.

  • Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, təbrikdə deyilir:

    Hörmətli İlham Heydər oğlu.

    Sizi ölkənizin mühüm bayramı olan Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Bu əlamətdar tarix müasir Azərbaycan tarixində xüsusi yer tutur, Azərbaycan xalqının ədalətə, sülhə və birliyə sarsılmaz iradəsini, suverenlik və müstəqillik prinsiplərinə möhkəm sadiqliyini təcəssüm etdirir.

    Sizin müdrik və uzaqgörən rəhbərliyiniz, həyata keçirdiyiniz strateji kursa ümumxalq dəstəyi sayəsində Azərbaycan BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, dövlət quruculuğu salnaməsində davamlı və yaradıcı tərəqqinin yeni səhifəsini açmışdır.

    Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş siyasətiniz beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraq geniş dəstək qazanmışdır. Çünki bu siyasət uzunmüddətli əməkdaşlıq, qarşılıqlı etimad və bütün regionun davamlı inkişafı üçün əlverişli şərait yaradır.

    Bu fürsətdən istifadə edərək, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin dinamik inkişafını böyük məmnunluqla qeyd etmək istərdim. İkitərəfli əməkdaşlığın dostluq və mehriban qonşuluq ruhunda möhkəmlənməsinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm.

    Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə tükənməz enerji, qardaş Azərbaycan xalqının rifahı naminə yeni uğurlar arzulayıram”.

  • Paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika (SİYAHI)

    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı nümayiş etdirilən texnikalar Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirir.

    Median.Az “Azərtac”a istinadən xəbər verir ki, paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olunub.

    Bu müxtəliflik ordunun eyni zamanda həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir.

    Xüsusi təyinatlı avtomobil texnikası və zirehli nəqliyyat vasitələri

    Keçiddə təqdim olunan üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarəolunan “SPIKE-ER” (İ-AR) raketləri, 120 millimetrlik “SPEAR” minaatanları quraşdırılmış, “SandCat-Stomer” zirehli idarəetmə, çevik hərəkət avtomobilləri göstərir ki, Azərbaycan Ordusu əməliyyatlarda çeviklik və mobilitetə böyük əhəmiyyət verir. Silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, silahlanmaya yeni qəbul edilmiş “COBRA-II” zirehli tibbi təxliyə avtomobilləri, “Land Rover-110” xüsusi təyinatlı patrul avtomobilləri, “SKİF” – “COBRA” üzərində yerləşdirilmiş tank əleyhinə idarə olunan raket kompleksi, BTR-82A zirehli transportyorları, “PDM-3” – Piyadaların Döyüş Maşınları, “T-72M1” və “T-90S” tankları Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlılığını və strateji üstünlüyünün açıq nümayişidir.

    Hava Hücumundan Müdafiə (HHM) sistemləri

    Paradda Azərbaycan Ordusuna məxsus Hava Hücumundan Müdafiə vasitələri qürurla nümayiş etdirilib. Nümayişdə “S-125 TM” zenit-raket kompleksi, “BUK-MB” və “BUK-MB2K” zenit-raket kompleksi, “İLDIRIM-8” zenit-raket kompleksi, “S-300”- “FAVORİT” uzaqmənzilli zenit-raket kompleksi, “TOR-2M” zenit-raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş yerli müdafiə sənayesinin məhsulu “VİKİNQ” Hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit-qurğusu, silahlanmaya yeni qəbul edilmiş “HQ-9” (EYC KÜ-9) uzaqmənzilli zenit-raket kompleksi Azərbaycanın hava məkanının çoxsəviyyəli, etibarlı və döyüş şəraitinə davamlı müdafiə qabiliyyətinin təcəssümüdür.

    Pilotsuz uçuş aparatları (PUA) və insansız sistemlər

    Azadlıq meydanındakı hərbi paradda İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları (PUA) və digər insansız vasitələri də təqdim edilib. Paradda nümayiş etdirilən “Orbiter-1KM” zərbə PUA-sı, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat PUA-ları, “Aerostar” taktiki-kəşfiyyat PUA-sı, “Bayraktar-TB2” silahlı kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş “Hero-120” (HİRO) sərbəst uçan döyüş sursatları, “Sky Striker” (Strayker) sərbəst uçan döyüş sursatları, “Orbiter-5” taktiki-kəşfiyyat PUAsı, “Harop” zərbə tipli PUA-sı, “Hermes-450” taktiki-kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş KAYRA – kamikadze tipli suüstü dəniz vasitəsi Ordumuzun həm kəşfiyyat-zərbə, həm də dəniz və sahə əməliyyatlarında yeni taktiki imkanlar qazandığını göstərir. Marauder və Matador tipli mina əleyhinə zirehli nəqliyyat vasitələri də Ordumuzun texnoloji üstünlüyünün parlaq simvoludur.

    Raket və artilleriya sistemləri

    Paradda nümayiş etdirilən Raket və Artilleriya Silahlarının kolonu isə olduqca qürurvericidir. Belə ki, 120 millimetrlik “Vena” özüyeriyən minaatan qurğusu, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik “Akasiya” özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik “Msta-S” özüyeriyən artilleriya qurğusu, 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğusu, 220 millimetrlik TOS-1A “Odsaçan” yaylım atəşli reaktiv sistemi, “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket sistemi, 152 millimetrlik “Dana” özüyeriyən artilleriya sistemi, silahlanmaya yeni qəbul edilmiş 155 millimetrlik uzunmənzilli “NORA” və 155 millimetrlik uzunmənzilli “DİTA” özüyeriyən artilleriya sistemi, 122 millimetrlik RM-70/85 yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik “ACCULAR” (AKULAR) idarə olunan yaylım atəşli reaktiv sistemi, 160 millimetrlik “QRAD-LAR” yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, “Qasırğa” taktiki raket kompleksi – TRLG-230A, 300 millimetrlik uzunmənzilli TRG-300 taktiki raket sistemi, 300 millimetrlik iriçaplı “Smerç” yaylım atəşli reaktiv sistemi, 306 millimetrlik “EKSTRA” taktiki raket kompleksi, 301 millimetrlik “POLONEZ” əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 370 millimetrlik yüksək dəqiqlikli “Predator Hawk” (HOUK) Əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş beşinci nəsil İCEBREAKER (Aysbreker) qanadlı raket kompleksi, həmçinin 624 millimetrlik “LORA” əməliyyat-taktiki raket kompleksi izləyənlərə üçün qürurverici anlar bəxş edib.

    Dəniz qüvvələri, sahil mühafizəsi və Aviasiya komponenti

    Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə aviasiya nümayiş uçuşları isə izləyicilər üçün unudulmaz olub. Parad çərçivəsində uçan Mİ-17 döyüş-nəqliyyat helikopterləri Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyıb, Mİ-17 helikopteri Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirib. Həmçinin uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş Mİ-17 döyüş-nəqliyyat helikopterləri, MFİ-17 təlim təyyarələri, L-39 təlim təyyarələri, İL-76 hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J yük təyyarələri, silahlanmaya yeni qəbul edilmiş JF-17 (Cİ EF) çoxməqsədli qırıcı təyyarələr, Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən F-16 çoxməqsədli qırıcı təyyarələr, modernizasiya olunmuş SU-25-Laçın hücum təyyarələri iftixar dolu hislər yaşadıb. SU-25 hücum təyyarələri isə Azərbaycan Bayrağının rənglərini paytaxt səmasında canlandırıb.

    Paradda, həmçinin Xəzər dənizində döyüş gəmiləri və katerlər də nümayiş etdirilib. Bu, Azərbaycanın region sularında suverenlik və strateji nəzarət qabiliyyətinin sarsılmaz gücünü göstərir.

  • Сегодня Бакинский метрополитен будет работать на час дольше

    В связи с проведением массовых культурных мероприятий по случаю 5-й годовщины Дня Победы сегодня Бакинский метрополитен продлит время работы на один час.

    Об этом сообщили в пресс-службе структуры.

    Отмечается, что все станции Бакинского метрополитена будут открыты для пассажиров до 01:00.

  • Bu gün Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq

    Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, bu gün Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq.

    Bu barədə qurumdan bildirilib.

    Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

  • Romada Azərbaycan vətəndaşı itkin düşüb

    Romada həmyerlimiz Sona Cəmil qızı Quliyeva itkin düşüb.

    İtkin düşən şəxsin boyu təxminən 165 sm, çəkisi 50 kq, arıq bədən quruluşludur.

    Məlumata görə, o, 3 noyabr gecəsi Bakıdan Romaya uçub, hava limanına endikdən sonra “Romaya çatdım” sözləri ilə video paylaşıb. Lakin bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.

    Artıq 6 gündür ki, Sona Quliyeva ilə əlaqə saxlamaq mümkün deyil. O, nə zənglərə cavab verir, nə də mesajlara. Həmçinin telefonuna zəng çatmır. Məlumata əsasən, o, səfərə səyahət məqsədilə çıxıb.

    Qeyd olunur ki, Sona Quliyevanın üzərində böyük məbləğdə pul və telefon olub. Onun itkin düşməsi ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyinə də məlumat verilib.

  • Завершился визит премьер-министра Пакистана Мухаммада Шахбаза Шарифа в Азербайджан

    8 ноября завершился визит премьер-министра Исламской Республики Пакистан Мухаммада Шахбаза Шарифа в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги обеих стран, в честь высокого гостя был выстроен почетный караул.

    Премьер-министра Пакистана Мухаммада Шахбаза Шарифа провожали первый заместитель премьер-министра Азербайджана Ягуб Эйюбов, заместитель министра иностранных дел Фариз Рзаев и другие официальные лица.

  • Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri noyabrın 8-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

  • Завершился визит президента Турции Реджепа Тайипа Эрдогана в Азербайджан

    8 ноября завершился визит президента Турецкой Республики Реджепа Тайипа Эрдогана в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги двух стран, в честь высокого гостя был выстроен почетный караул.

    Президента Турции Реджепа Тайипа Эрдогана провожали первый заместитель премьер-министра Азербайджана Ягуб Эйюбов, заместитель министра иностранных дел Самир Шарифов, министр национальной обороны Турции Яшар Гюлер и другие официальные лица.

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri noyabrın 8-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər yola saldılar.