Month: November 2025

  • Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

    Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

    Median.Az xəbər verir ki, təbrik mətnində deyilir:

    “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

    Sizi böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində respublikamızın suverenliyinin, müstəqilliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlıq yaradılaraq ordumuz nizami ordu kimi formalaşmış və hərbi quruculuq məsələləri prioritet məsələ kimi daima önə çəkilib.

    Ulu Öndərin qurtuluşdan başlanan Zəfər yolu və inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi, 8 Noyabr – Zəfər Günü Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı.

    Dövlət başçımızın müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın müstəqil dövlətçilik tarixində əlamətdar hadisə kimi geniş qeyd olunur.

    Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, antiterror tədbirləri nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir.

    Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

    Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 8 Noyabr – Zəfər Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.

    Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial qayğılarının həlli istiqamətində mühüm addımlar atılır.

    Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

    Bir daha hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram”.

  • Vətən müharibəsi iştirakçısı: “Döyüşə başlayanda 124 nəfər idik, sonda 20 nəfər qalmışdıq”

    “Hər zaman torpaqlarımızı geri qaytaracağımıza inanırdıq. Amma bunun nə zaman olacağını bilmirdik”.

    Bunu Baku TV-yə müsahibəsində Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev deyib.

    “Fəxr edirik ki, bu tarixi yazmaq, torpaqlarımızı geri qaytarmaq bizə qismət oldu”, – deyə o əlavə edib.

    Nizami Əliyev həmçinin “Əfsanəvi tabor”un qəhrəmanlığından bəhs edib: “Əfsanəvi tabor” ən ağır döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən son saatlarına qədər döyüşlərdə olub. Müharibəyə başlayanda şəxsi heyətim 124 nəfər idi. Amma döyüşlərin sonunda taborda 20-yə yaxın əsgər qalmışdı. Tabora bu adı qazandıran onun qəhrəman döyüşçüləridir”.

    Daha ətraflı videomaterialda:

  • Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar ediblər

    Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif birgə nahar ediblər.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşüb

    Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşüb.

    DİN-in Quba regional qrupundan APA-ya bildirilib ki, rayon sakini, 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Siyəzən RPŞ-nin “+994 23 304 02 21”, “+994 50 663 43 99” nömrələrinə məlumat vermələri xahiş olunur.

  • Путин назначил Андрея Булыгу заместителем секретаря Совбеза РФ

    Занимавший пост замминистра обороны России генерал-полковник Андрей Булыга указом президента РФ Владимира Путина назначен заместителем секретаря Совета безопасности.

    Как передает Median.Az, об этом рассказал ТАСС.

    “Назначить Булыгу Андрея Михайловича заместителем секретаря Совета безопасности Российской Федерации, освободив его от занимаемой должности”, – предписывается документом.

    На место генерала Булыги в Минобороны назначен занимавший пост командующего войсками Южного военного округа генерал-полковник Александр Санчик. Он также указом президента одновременно с назначением освобожден от прежней должности.

    Булыга в Минобороны отвечал за материально-техническое оснащение вооруженных сил. До этого генерал занимался МТО в Западном военном округе в качестве замкомандующего.

  • Putin müdafiə nazirinin müavini Andrey Bulıqanı vəzifəsindən azad etdi

    Rusiya müdafiə nazirinin müavini vəzifəsində çalışan general-polkovnik Andrey Bulıqa Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

    Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

    “Andrey Mixayloviç Bulıqa Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin və hazırkı vəzifəsindən azad edilsin”, – deyə sənəddə bildirilib.

    General Bulıqanın yerinə Müdafiə Nazirliyinə Cənub Hərbi Dairəsinin komandanı vəzifəsində çalışan general-polkovnik Aleksandr Sançik təyin edilib. O, həmçinin prezidentin fərmanı ilə, eyni zamanda, əvvəlki vəzifəsindən azad edilib.

    Bulıqa Müdafiə Nazirliyində silahlı qüvvələrin maddi-texniki təminatına cavabdeh idi. General daha əvvəl Qərb Hərbi Dairəsində komandan müavini kimi maddi-texniki təminat məsələləri ilə məşğul olub.

  • VI İslam Həmrəyliyi Oyunlarında 15 yaşlı ağırlıqqaldıranımız 3 bürünc medal qazanıb

    “Şükür Allaha, ilk medallarımızı qazandıq”.

    Bu sözləri Apasport.az saytının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.

    O, bu nəticəni Azərbaycan xalqına həsr etdiklərini bildirib:

    “Bu münasibətlə bütün azarkeşləri, xalqımızı təbrik edirəm. Nurayın 15 yaşı dekabrda tamam olacaq. Bu çox böyük nəticə, uğurdur. Onun göstərdiyi əzmkarlıq federasiya olaraq bizi də .çox sevindirdi. Üstəlik, bu uğur xalqımız üçün böyük bir günə – Zəfər Gününə təsadüf etdi. Bu medalı Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqına həsr edirik. İnşallah, uğurlu nəticələrim izin davamı gələcək. Qarşıda medal qazanmaq potensialına malik digər ağırlıqqaldıranlarımız da çıxış edəcəklər. Bu uğur dövlətimizin, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə zəhmətinin nəticəsidir”.

    Qeyd edək ki, 15 yaşlı ağırlıqqaldıranımız Nuray Əbilova 48 kq çəki dərəcəsində 3 bürünc medal qazanıb.

  • Министерство нацобороны Турции поделилось публикацией о параде в Баку

    Министерство национальной обороны Турции поздравило азербайджанский народ с 8 Ноября – Днем Победы.

    Как передает Median.Az, соответствующая публикация размещена в аккаунте ведомства в соцсети Х.

    “По случаю 8 Ноября – Дня Победы братского Азербайджана в Баку прошел грандиозный парад. По приглашению Президента страны Ильхама Алиева в мероприятии также приняли участие турецкий лидер Реджеп Тайип Эрдоган, министр национальной обороны Яшар Гюлер и командование нашей армии.

    Наши военнослужащие на параде приветствовали азербайджанских тюрков. Боевые самолеты Военно-воздушных сил Турции также совершили полеты во время мероприятия”, – говорится в посте.

  • Türkiyə Milli Müdafiə Nazirliyi Bakıdakı paraddan paylaşım etdi

    Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

    Median.Az xəbər verir ki, bu barədə nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

    “Qardaş Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda möhtəşəm bir parad keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milli Müdafiə naziri Yaşar Güler və ordumuzun komandanlığı da tədbirdə iştirak etdi. Hərbçilərimiz paradda Azərbaycan türklərini salamladılar. Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri də paradda uşular həyata keçirdilər”, – nazirliyin paylaşımında bildirilib.

  • Çin Tayvana görə Avropa İttifaqına etiraz etdi

    Çin Tayvanın müstəqilliyinin tərəfdarlarının Avropa Parlamentində (AP) iştirakı ilə əlaqədar Avropa İttifaqına (Aİ) etirazını bildirib.

    Median.Az
    xəbər verir ki, Çinin Aİ-dəki diplomatik missiyasının bəyanatında belə deyilir.

    Qeyd edək ki, bir gün əvvəl Tayvan administrasiyasının başçısının müavini Syao Meytsin Avropa Parlamentində olub.

    “Çin bu məsələ ilə bağlı qəti narazılığını və etirazını bildirir”, – deyə Çinin bəyanatında bildirilir.

    Vurğulanır ki, Avropa İttifaqının hərəkətləri Çinin əsaslı maraqlarına zərbə vurur və “vahid Çin” prinsipini kobud şəkildə pozur.