Month: November 2025

  • Qazaxıstanın müdafiə naziri Bakıda keçirilən hərbi paradda iştirak edir

    Qazaxıstanın müdafiə naziri Dauren Kosanov İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Bakıya gəlib.

    Median.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel sosial şəbəkələrdə paylaşım edib.

    “Qazaxıstanın müdafiə naziri paradda iştirak etmək üçün xüsusi olaraq Bakıya gəlib. Qardaş Azərbaycanı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Bütün şəhidlərin məkanı cənnət olsun”, – deyə paylaşımda bildirilir.

  • Prezident: “Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil”

    “Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

    “Biz müstəqil siyasət aparan ölkə idik və bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • “Finalissima”nın vaxtı dəyişdirildi – Hər şey “İspaniya”dan asılıdır

    Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) “Finalissima”nın – Avropa Çempionatı (İspaniya) və Amerika Kuboku (Argentina) qalibləri arasında tək oyunlu turnirin keçirilmə vaxtını dəyişdirib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, ilkin olaraq 2026-cı il martın 28-də keçirilməsi planlaşdırılan oyunun vaxtı martın 27-nə dəyişdirilib.

    Bildirilib ki, bu qərar tədbirin nüfuzunu artırmaq, matçın ətrafındakı hər şeyin – komandaların gəlişindən mətbuat konfranslarına qədər böyük final atmosferi daşımasını təmin etmək məqsədi daşıyır.

    Lakin qeyd olunub ki, hər şey İspaniyanın 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanmasından asılı olacaq. Əgər ispanlar birbaşa vəsiqə qazana bilməyib, mart ayında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsində iştirak edərsə, “Finalissima” baş tutmayacaq.

    Qeyd edək ki, matçın Qətərdəki “Lusail” stadionunda keçirilməsi planlaşdırılır. Oyunun daha öncə 2025-ci ilin martında oynanılması gözlənilsə də, sonradan 2026-cı ilə təxirə salınmışdı.

  • İlham Əliyev paradda çıxış edir – Canlı

    Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda çıxış edir.

    Dövlət başçısı Bakının Azadlıq meydanında təşkil edilən paradda iştiraka görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təşəkkür edib. 
    Prezidentin çıxışını canlı yayımdan izləyə bilərsiniz:

  • İlham Əliyev: “Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi”

    “1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınmışdı”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı səsləndirib.

    Xalqımıza qarşı hərbi cinayətlərin, Xocalı soyqırımının törədildiyini, etnik təmizləmə siyasəti aparıldığını xatırladan dövlətimizin başçısı bildirib: “Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi”.

  • Hərbi parad üçün Azərbaycana gəldilər – Fotolar – Yenilənib

    Noyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktum Azərbaycana səfərə gəlib.

    Median.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və digər rəsmi şəxslər qarşılayıblar.

    ***

    Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanov Azərbaycana səfər edib. O, Zəfər Gününə həsr olunmuş hərbi paradda iştirak edir.

  • Prezidentin oğlu ilə gəlini hərbi paradda

    Bakıda Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda Prezident İlham Əliyevin ailə üzvləri də iştirak edir.

     
    Median.Az-ın məlumatına görə, ölkə başçısının oğlu Heydər Əliyev və gəlini Alena Əliyeva da iştirakçılar sırasındadır.

  • Президент и первая леди в Аллее почетного захоронения – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева по случаю пятой годовщины Победы в Отечественной войне посетили на Аллее почетного захоронения могилу Общенационального лидера нашего народа Гейдара Алиева.

    Как передает Median.Az, Президент Ильхам Алиев возложил венок к могиле Великого лидера, почтил его память.

    Затем первая леди Мехрибан Алиева почтила память Общенационального лидера.

    Глава государства и первая леди также почтили память спутницы жизни великого лидера, выдающегося ученого-офтальмолога, академика Зарифы ханым Алиевой, возложили цветы к ее могиле.

    Была также почтена память известного государственного деятеля Азиза Алиева и профессора Тамерлана Алиева.

  • Prezidentlə xanımı Şəhidlər xiyabanında – Fotolar+Video

    Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

    Median.Az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

    Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr ediblər.

  • Tərtərdə narkotik qəbul edib maşın sürən şəxs saxlanılıb

    Tərtərdə narkotik qəbul edərək avtomobil idarə edən sürücü saxlanılıb.

    Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

    Qeyd edilib ki, Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü N.Məmmədliyə “saxla” işarəsi verilib.

    Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.

    N.Məmmədli barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.