Month: November 2025

  • Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

    “Bu gün birlikdə 30 illik işğalı sonlandıran möhtəşəm və mükəmməl bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsinin bütün şəhidlərini, Azərbaycanın igid övladlarını bir daha rəhmətlə anıram. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını inşallah cənnət eləsin”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

    O, Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirini səsləndirərək deyib: “Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə söyləyirdi:

    Bu gün gərək

    Hər anımız Vətən! – desin.

    Qılıncımız, qalxanımız

    Vətən! – desin.

    Ölənlərin əvəzinə

    Qalanımız – Vətən! – desin.

    Vətən, – desin!

    Qəlbimizin hər duyğusu, hər vurğusu

    Vətən! – desin.

    Fərqi yoxdur, harada olaq,

    Zamanımız, məkanımız

    Vətən! – desin!

    Qəlbləri hər səfərində Vətən deyə döyünən qəhrəman qazilərimizə minnət duyğularımı ifadə edir, Uca Allah onlardan razı olsun deyirəm”.

  • Pakistanın baş naziri: “Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm”

    “Bu gün ürəyim fəxarət hissi ilə dolur. Çünki mən burada böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.

  • Украина подписала долгосрочное соглашение о поставках газа из США

    Украина подписала соглашение о будущих регулярных поставках американского сжиженного природного газа (СПГ) через греческие газовые терминалы и Вертикальный коридор.

    Как передает Median.Az, об этом сообщили в Министерстве энергетики Украины.

    “Во время Министерской встречи Партнерства по трансатлантическому энергетическому сотрудничеству (P-TEC) Группа “Нафтогаз” и греческая компания ATLANTIC-SEE СПГ TRADE S.A. подписали меморандум о будущих регулярных поставках американского СПГ в Украину через греческие газовые терминалы и Вертикальный коридор”, – отметили там.

    По словам министра энергетики Светланы Гринчук, долгосрочное партнерство охватывает горизонт до 2050 года. Важно, что это позволит поэтапно реализовывать новые стратегические проекты, в частности, обеспечить стабильные долгосрочные поставки СПГ для Украины, интегрировать нашу инфраструктуру в логистические маршруты в Европу и создать устойчивую систему поставок и хранения американского газа.

    “Спасибо партнерам из США и Греции за сотрудничество. Мы закладываем новый фундамент в трансатлантическом сотрудничестве с партнерами и делаем еще один шаг для долгосрочной энергетической стабильности Украины и новых возможностей”, – сказала министр.

  • Ukrayna ABŞ-dən maye qaz tədarükünə dair saziş imzalayıb

    Ukrayna Yunanıstanın qaz terminalları və Şaquli dəhliz vasitəsilə ABŞ-dən müntəzəm əsasda maye qazın (LNG) tədarükünə dair saziş imzalayıb.

    Median.Az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

    “Transatlantik Enerji Əməkdaşlığı Tərəfdaşlığının (P-TEC) nazirlər səviyyəsində ilk görüşü zamanı “Naftogaz” Qrupu və Yunanıstanın “ATLANTIC-SEE LNG TRADE S.A.” şirkəti Yunanıstanın qaz terminalları və Şaquli dəhliz vasitəsilə gələcəkdə Ukraynaya ABŞ-dən müntəzəm olaraq LNG tədarükü barəsində memorandum imzalayıblar”, – deyə məlumatda bildirilir.

    Energetika naziri Svetlana Qrinçukun sözlərinə görə, uzunmüddətli tərəfdaşlıq 2050-ci ilə qədər olan dövrü əhatə edir. Əsas məsələ budur ki, bu memorandum yeni strateji layihələri mərhələli şəkildə həyata keçirməyə, ələlxüsus da Ukrayna üçün sabit uzunmüddətli LNG tədarükünü təmin etməyə, infrastrukturumuzu Avropanın logistik marşrutlarına inteqrasiya etməyə və ABŞ qazının tədarükü və saxlanılması üçün dayanıqlı sistem yaratmağa imkan verəcək.

  • Şəhid övladı: “Böyük nailiyyətlər qazanıb atamın ruhunu şad etmək istəyirəm”

    “Biz bu qələbəyə görə canından keçən şəhidlərimizə, döyüşdə yaralanan, amma savaşmağa davam edən qazilərimizə daim borcluyuq”.

    Bu sözləri açıqlamasında şəhid mayor Ramid Hacıyevin 13 yaşlı oğlu Əli Hacıyev deyib. O bildirib ki, 30 ildən sonra Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu, hər bir vətəndaş üçün böyük sevincdir.

    Əli atasının qəhrəmanlığı ilə qürur duyduğunu da vurğulayıb:

    “Şəhid övladı olaraq atamla qürur duyuram. Gələcəkdə böyük nailiyyətlər göstərib atamın ruhunu şad etmək istəyirəm”.//oxu.az

  • Ərdoğan: “Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, türk dünyası üçün də böyük qürur mənbəyidir”

    “Bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.

    “Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, türk dünyası üçün də böyük bir qürur mənbəyidir”, – deyə o əlavə edib.

  • Türkiyə Prezidenti: “Zəfərimiz mübarək olsun”

    “Sizi ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram. Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqda böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma dəvəti üçün minnətdarlığımı çatdırıram. Sizə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

    “Bu qürur günümüzdə hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşğunu yaşayır. Zəfərimiz mübarək olsun”, – deyə o bildirib.

  • Лейла Алиева поделилась публикацией по случаю 8 Ноября – Дня Победы

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась публикацией в разделе историй своего Instagram-аккаунта по случаю 8 Ноября – Дня Победы.

    Median.Az представляет вниманию читателей данный пост:

  • Leyla Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 8 Noyabr – Zəfər Günü ilə bağlı rəsmi “Instagram” hesbaının hekayə bölümündə paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Bakı-Quba yolunda QƏZA: Ölən var

    Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, yük avtomobili yolu keçən piyadanı vurub.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, 08.11.2025-ci il tarixində saat 05:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub:

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.