Month: November 2025

  • Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

    “Bu gün birlikdə 30 illik işğalı sonlandıran möhtəşəm və mükəmməl bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsinin bütün şəhidlərini, Azərbaycanın igid övladlarını bir daha rəhmətlə anıram. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını inşallah cənnət eləsin”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

    O, Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirini səsləndirərək deyib: “Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə söyləyirdi:

    Bu gün gərək

    Hər anımız Vətən! – desin.

    Qılıncımız, qalxanımız

    Vətən! – desin.

    Ölənlərin əvəzinə

    Qalanımız – Vətən! – desin.

    Vətən, – desin!

    Qəlbimizin hər duyğusu, hər vurğusu

    Vətən! – desin.

    Fərqi yoxdur, harada olaq,

    Zamanımız, məkanımız

    Vətən! – desin!

    Qəlbləri hər səfərində Vətən deyə döyünən qəhrəman qazilərimizə minnət duyğularımı ifadə edir, Uca Allah onlardan razı olsun deyirəm”.

  • İşdən çıxarılan direktor təhsil idarəsini məhkəməyə verib

    İşdən çıxarılan məktəb direktoru məhkəməyə müraciət edərək işinə bərpa olunmasını istəyib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, Mingəçevir şəhər M.Hüseynzadə adına 3 saylı tam orta məktəbin direktoru olmuş Gültəkin Quliyeva məhkəməyə müraciət edərək, işə bərpa olunmasını və işsiz qaldığı dövr üçün əməkhaqqının ödənilməsini tələb edib.

    İddiaçı bildirib ki, o, 2019-cu ildə M.Hüseynzadə adına 3 saylı məktəbə direktor təyin edilib. Bundan əvvəl isə 2013-2019-cu illərdə Mingəçevir şəhər 19 saylı məktəbin direktoru vəzifəsində çalışıb. Onun sözlərinə görə, hər iki məktəbdə tədrisin keyfiyyətinin yüksəlməsinə nail olub.

    Gültəkin Quliyeva qeyd edib ki, dünya görüşünə və rəhbərlik təcrübəsinə görə 2024-cü ildən seçki məntəqəsi sədrliyinə cəlb edilib. Seçki məntəqəsi sədri kimi fəaliyyət göstərdiyi müddətdə əmək qanunvericiliyinə əsasən, onun iş yeri və əməkhaqqısı saxlanılmalı olduğu halda direktor vəzifəsindən azad edilib.

    İddiaçı bunu qanunsuz hesab edərək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Mərkəzi Aran Regional Təhsil İdarəsinin işdən çıxarılma barədə əmrin ləğvini, əvvəlki vəzifəsinə bərpa olunmasını və məcburi işsizlik dövrünə görə əməkhaqqının ödənilməsini tələb edib.

    Təhsil idarəsi isə direktorun pensiya yaşına çatmasını əsas gətirərək, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə işdən azad edib.

    Yevlax Rayon Məhkəməsi Gültəkin Quliyevanın iddiasını təmin etməyib.

  • Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası təşkil olundu – FOTO

    8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası təşkil olunub.

    Median.Az
    xəbər verir ki, aksiya çərçivəsində Agentliyin və onun tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə 1850 ədəd ağac əkilib. Ağacəkmə aksiyası respublikanın bütün şəhər, rayon və qəsəbələrində eyni zamanda həyata keçirilib və Agentlik tərəfindən ümumilikdə ölkə üzrə 12 000-dən çox ağac əkilib.

    Tədbirin əsas məqsədi Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda ekoloji mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək olub.

  • Xəzər dənizində zəlzələ oldu

    Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla saat 13.30-da qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.

    Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.

  • Vaşinqton “Rosneft” və “LUKOIL”a qarşı sanksiyalarında Budapeştə güzəşt edib

    Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Vaşinqton “Rosneft” və “LUKOIL”a qarşı sanksiyalarında Budapeşt üçün istisna edib.

    ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin satın alınmasına ABŞ tərəfindən qoyulan sanksiyalardan Macarıstanın məhdudiyyətsiz azad olmasına imkan yaradıb.

    Median.Az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Donald Tramp və Macarıstanın Baş naziri Viktor Orbanın Ağ Evdə görüşündən sonra özünün “X” sosial şəbəkəsində hesabında paylaşım edib.

    “Amerika Birləşmiş Ştatları Macarıstana neft və qaz sanksiyalarından tam və müddətsiz azad olmaq imkanı verib. Biz Macarıstanın enerji təhlükəsizliyinə zəmanət verən bu qərara görə minnətdarıq”, – deyə Siyarto bildirib.

  • В Музее Победы высечены имена шехидов

    Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева посетили мемориал Победы в Баку и приняли участие в открытии Музея Победы.

    Как передает Median.Az, на входе в музей размещена инсталляция “Железный кулак”, ставшая символом исторической Победы, приведены отрывки из выступления победоносного Верховного главнокомандующего, Президента Ильхама Алиева.

    На окружающей музей стене в знак уважения высечены имена героев, павших в 44-дневной войне.

    В выставочных залах музея запечатлены имена героев, павших в Карабахе до Отечественной войны и после Дня Победы.

    Музей Победы будет открыт для посетителей с 9 ноября.

  • Bu gün açılan Zəfər Muzeyinin bir divarına şəhidlərimizin adları HƏKK OLUNUB

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılışında iştirak ediblər.

    Median.Az xəbər verir ki, muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunub.

    Muzeyi əhatə edən divarda isə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib.

    44 günlük Vətən müharibəsində və ondan sonra ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin adlarına, eyni zamanda, muzeyin ekspozisiya zallarında da rast gəlmək mümkündür.

    Qeyd edək ki, Zəfər Muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

  • Hikmət Hacıyev Zəfər Günü ilə bağlı paylaşım etdi: “Müzəffər Azərbaycan Silahlı Qüvvələri sülhün qarantıdır”

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib.

    Median.Az-ın xəbərinə görə, Hikmət Hacıyev özünün “X” hesabında Zəfər Günü münasibətilə keçirilən paradın görüntülərini dərc edib.

    “Vətən müharibəsində qalib gəlmiş xalq!

    Müzəffər Azərbaycan Silahlı Qüvvələri regionda sülhün, sabitliyin və təhlükəsizliyin qarantıdır.

    Müharibədə qalib gələn Azərbaycan indi dünyada da qalibiyyət əldə edir”, – deyə o paylaşımda bildirib.

  • Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda hərbçilərin keçidi başladı

    Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

    Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin keçidi başlayıb.