Month: November 2025

  • Qaxda qadın meyiti tapılıb

    Qaxda qadın meyiti aşkarlanıb.

    Median.Az xəbər verir ki, hadisə rayonun Şotavar kəndində qeydə alınıb.

    Kənd sakini, 1989-cu il təvəllüdlü Züləccə Oruc qızı Baxışovanın meyiti yaşadığı evdə aşkarlanıb.

    Onun üç övladının olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Zəfər Muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq

    Zəfər Muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

    Median.Az xəbər verir ki, muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur.

    Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərin adları var.

    Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılışında iştirak ediblər.

  • Gəncədə qadını qətlə yetirməkdə təqsirləndirilənin keçmiş həyat yoldaşı olduğu üzə çıxıb

    Gəncədə törədilən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

    Median.Az xəbər verir ki, hadisə Gəncə şəhərinin Gülüstan qəsəbəsində baş verib.

    Belə ki, 1994-cü il təvəllüdlü Ayşən Sadıqova bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Lakin müayinə zamanı onun artıq öldüyü məlum olub.

    Ayşən Sadıqovanı keçmiş həyat yoldaşı, Gəncə şəhər sakini, 42 yaşlı Ramin Əliyev qətlə yetirməkdə şübhəli bilinir.

    Məlumata görə, Ayşən Sadıqova bir neçə ay əvvəl həyat yoldaşından boşanıb. Bundan sonra tərəflər arasında mütəmadi mübahisələr yaşanırmış. Onların 3 övladı var.

    Cinayəti törətməkdə şübhəli bilinən Ramin Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.//oxu.az

  • В Баку проходит военный парад в честь 5-летия Победы в Отечественной войне

    8 ноября на площади Азадлыг в Баку проходит военный парад, посвященный пятой годовщине Победы в Отечественной войне.

    Как сообщает АЗЕРТАДЖ, в параде принимают участие Президент Азербайджанской Республики Ильхам Алиев, первая леди Мехрибан Алиева, президент Турецкой Республики Реджеп Тайип Эрдоган, премьер-министр Исламской Республики Пакистан Мухаммад Шахбаз Шариф.

  • Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir

    Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

  • Bakıda Zəfər Muzeyinin açılışı olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılışında iştirak ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla anıb.

    Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzüb.

    Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər Muzeyinin açılışında iştirak edbilər.

    Zəfər Muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

    Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan-Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi”, “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”.

    Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır.

    Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var.

    Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında ümummilli lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var.

    Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır.

    Zəfər Muzeyinin “Ermənistan-Azərbaycan münaqişəsi. Tarixə baxış” zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, ulu öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur.

    Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir.

    “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və Sərəncamları nümayiş olunur.

    “Şanlı Zəfər. Şuşanın azad olunması” adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir.

    Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan “Qəhrəmanlar yolu” zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan “Qəhrəmanlar yolu” ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır.

    Növbəti zal isə “Qarabağ Azərbaycandır!” adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur.

    “Dövlət suverenliyinin bərpası. 20.09.2023” adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur.

    Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. İşıqlı üç keçid-bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir.

    Ekspozisiya zalının çıxışındakı “Danışan fotolar” adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib.

    Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur.

    Zəfər Muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır.

    Zəfər Muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

  • VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib

    Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində, Əl-Cənadriyah mərkəzində VI İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki , Bakı vaxtı ilə saat 21:00-da start götürən tədbirdə əvvəlcə indiyədək yarışa ev sahibliyi etmiş ölkələrin adları böyük ekranda nümayiş etdirilib. Həmin ölkələr arasında 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş Azərbaycanın da adı yer alıb.

    Maraqlı rəqs və işıq şoularından sonra idmançıların rəsmi paradı baş tutub. Azərbaycan nümayəndə heyəti paradın birincisi olaraq səhnədən keçib. Üçrəngli bayrağımızı voleybolçu Nilufər Ağazadə və ağırlıqqaldıran Dadaş Dadaşbəyli daşıyıblar.

    Daha sonra təşkilatçı ölkə Səudiyyə Ərəbistanının və yarışın bayraqları səhnəyə gətirilərək ucaldılıb və VI İslam Həmrəyliyi Oyunları rəsmi olaraq açıq elan edilib.

    Qeyd edək ki, Azərbaycanı yarışlarda 20 idman növü üzrə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkədən idmançılar 23 növdə medallar uğrunda mübarizə aparacaqlar.

    Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

  • Avtomobil almaq istəyənlərin nəzərinə – Yanvarın 1-dən..

    “Bazarda həddən artıq hibrid avtomobillərin qiymətinin aşağı olması, onlara tələbatın çoxalmasına və digər bazar iştirakçılarının sıradan çıxmasına səbəb olurdu. İndiki halda bazarda müəyyən balansın yaradılması istiqamətində addımlar atılır”.

    Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

    AQC sədri əlavə edib ki, yeni qərarlar qiymətlərin artımına və balans yaranmasına təsir göstərəcək:

    “Qiymət artımı rüsumlarla əlaqədardır. Bazar tələbi buna təsir göstərir və bunlar bir-birini balanslaşdırır. Yəni elə avtomobil növü var ki, ona bazar tələbi çoxdur və mövcud dəyişikliklər həmin rüsumların artırılması və yaxud da rüsumdan azad edilmənin ləğv olunması həmin avtomobillərin daha çox tələb olunmasının qarşısında müəyyən qədər maneə yaradacaq.

    Gələn ildən etibarən avtomobillərin qiymətində bahalaşma olacaq. Amma düşünürəm ki, hökumətin preventiv tədbirləri və o cümlədən iqtisadi inkişafımızın davamlı olması və istehsal istiqamətində ölkə iqtisadiyyatının daha çox təmərküzləşməsi, bu problemlərin aradan qaldırılması üçün iqtisadi gücümüzü artıracaq. Ölkə iqtisadiyyatının açar rolunu devalvasiya oynaya bilər və hökumətin bu istiqamətdə hansı mövqe tutması həlledici əhəmiyyət daşıyır”.

  • США сделали предупреждение Ираку

    США не признают правительство Ирака, если в нем будут присутствовать проиранские силы.

    Как передает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”, источник в Иракском Курдистане сообщил, что Вашингтон предупредил Багдад: если в будущем в состав иракского правительства войдут вооруженные группировки, связанные с Ираном, США не признают такое правительство.

    Отвечая на вопросы о претензиях некоторых суннитских лидеров на пост президента Ирака, источник отметил, что шиитские и курдские силы согласны с тем, чтобы этот пост остался за курдами, и эта позиция также поддерживается Ираном. Однако назначение премьер-министром суннитского политика, связанного с Тегераном, вызовет обеспокоенность.

    Источник добавил, что все шиитские группировки выступают против повторного назначения Мухаммеда Шиа ас-Судани премьер-министром. Тем не менее у специального представителя президента США по делам Ирака Марка Сафа существуют “личные отношения” с ас-Судани, что может повлиять на исход вопроса.

  • ABŞ-dən İraqa XƏBƏRDARLIQ

    ABŞ Bağdada xəbərdarlıq edərək, gələcəkdə İraq hökumətində İrana bağlı silahlı qruplaşmalara yer verildiyi təqdirdə, bu hökuməti tanımayacağını bildirib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Məlumata görə, İraqdakı şiə və kürd cərəyanları prezidentliyin kürdlərə verilməsi məsələsində razılaşıblar və bu mövqe İran tərəfindən də dəstəklənib. Ancaq baş nazir postunun Tehrana bağlı bir sünni simaya verilməsi narahatlıq yarada bilər.

    Bildirilir ki, bütün şiə qrupları Məhəmməd əs-Sudaninin yenidən baş nazir təyin olunmasına qarşıdırlar. Lakin ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi Mark Safaya əs-Sudani ilə şəxsi münasibətlərə sahibdir və bu, onun baş nazir olmasına təsir edə bilər.