ABŞ-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına içərisində ağ toz olan şübhəli bağlama çatdırıldıqdan sonra bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Median.Az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Ehtiyat tədbiri olaraq, bağlamanın ünvanlandığı binada və ona bitişik tikililərdə təxliyə aparılıb. Təcili yardım xidmətləri hadisə yerində işləyirlər. Onlar insanların həyatı üçün birbaşa təhlükə olmadığını müəyyənləşdiriblər. Maddənin tərkibi hələ müəyyən edilməyib, lakin təhlükəli maddələrlə işləyən mütəxəssislər ilkin olaraq onun təhlükə yaratmadığı qənaətinə gəliblər.
Telekanalın bildirdiyinə görə, bağlamada, həmçinin siyasi təbliğat materialları da olub.
Qeyd edək ki, Endryus hərbi bazası ABŞ prezidenti, vitse-prezidenti və administrasiyanın digər yüksəkvəzifəli şəxslərinin uçuşlarının təşkili üçün istifadə olunur.
Xətai rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı, Xətai rayon Xətai bələdiyyəsinin təşkilatçılığı ilə qazilər və şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanları Zaur Hüseynov, Zaur Quliyev, C.Naxçıvanski adına Hərbi Liseyin müdavimləri, şəhid ailələri, qazilər iştirak ediblər.
Median.Az xəbər verir ki, tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Torpaqlarımızın azad olunmasında fədakarlıq göstərən hər bir kəs xalqımız üçün əzizdir. Həyatları bahasına bizə qələbə sevinci yaşadan şəhidlərimiz Azərbaycanda şəhid anlayışına münasibəti tamamilə dəyişdi. Biz artıq məğlub deyilik, qalib ölkənin vətəndaşlarıyıq. Aldığımız hər nəfəsdə, atdığımız hər addımda həm bundan əvvəl verdiyimiz şəhidlərin, həm də Vətən müharibəsi şəhidlərinin və qazilərinin haqqı var. Nə etsək də, borclarından çıxa bilməyəcəyik, lakin heç vaxt unutmayacağıq.
Digər çıxış edənlər bildiriblər ki, Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Prezidentin şəxsi nəzarəti altında böyük miqyasda quruculuq və yenidənqurma işləri aparılır, “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra olunur. Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilib.
Tədbirdə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışılıb, buna görə ölkə rəhbərinə təşəkkürlər ünvanlanıb.
Sumqayıt şəhəri Corat qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən bildirilib.
Qeyd olunub ki, Sumqayıt şəhəri, Corat qəsəbəsinin bir hissəsində yerləşən diametri 57 millimetr olan qaz xəttinin nəqliyyat vasitəsi tərəfindən zədələnməsi nəticəsində qaz sızmasının qarşısının alınması məqsədilə bu gün saat 13:00-dan etibarən 600 abonentin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı ərazidə təmir-bərpa işləri tamamlandıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.
DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib. Tural Güləhmədov İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsində çalışıb.
Median.Az xəbər verir ki, digər əmrlə Solmaz Həsənova Abşeron DOST Mərkəzinin direktoru təyin edilib. O, bu vəzifəyə qədər Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
İdarə Heyəti sədrinin növbəti əmri ilə Elçin Həsənov Keyfiyyətin idarə edilməsi və xidmətlərin monitorinqi departamentinin müdiri vəzifəsinə təyin olunub. E.Həsənov bu təyinatadək 3 saylı Bakı DOST Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.
В британской тюрьме скончался приговоренный к высшей мере наказания убийца. С мужчиной расправились его сокамерники.
Как передает Median.Az, об этом пишет издание The Nightly.
По его данным, на 33-летнего Кайла Бевана, который в 2020 году забил до смерти двухлетнюю дочь своей подруги, напали трое заключенных. Его тело без признаков жизни обнаружила в камере охрана исправительного учреждения.
Началось расследование.
Как объявили в полиции графства Уэст-Йоркшир, погиб Беван именно от рук своих сокамерников.
Отмечается, что погибший был приговорен к пожизненному лишению свободы с “минимальным сроком в 28 лет”. При этом на суде преступник так и не раскаялся.
Böyük Britaniya həbsxanasında ən ağır cəzaya məhkum edilmiş qatil kamera yoldaşları tərəfindən öldürülüb.
Median.Az xəbər verir ki, bu barədə “The Nightly” nəşri yazıb.
Məlumata görə, 2020-ci ildə sevgilisinin iki yaşı olan qızını döyərək öldürən 33 yaşlı Kayl Bevana üç məhbus hücum edib. Onun cansız bədənini islah müəssisəsinin mühafizəçiləri kamerada aşkar ediblər.
Hadisə ilə bağlı araşdırma başlayıb.
Uest-Yorkşir qraflığı polisinin açıqlamasına görə, Bevanı məhz kamera yoldaşları öldürüblər.
Qeyd olunur ki, ölən şəxs ən azı 28 il cəza çəkdikdən sonra əfv üçün müraciət hüququ tanınmaq şərti ilə ömürlük azadlıqdan məhrum edilib. Bununla belə, o, törətdiyi cinayətə görə peşman olmayıb.
Azərbaycan ərazisində noyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb.
Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 70-80% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Bakı şəhər sakini 69 yaşlı Arif İsmayılov paytaxtın Nizami rayonunda yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Median.Az xəbər verir ki, şəkildə gördüyünüz şəxs barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55 202-91-19 və (+994)50 973-86-73 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Elvin Vahid oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı kustar üsulla hazırlanmış, etiketində yanlış məlumatlar qeyd edilən saxta alkoqollu içkilər aşkarlanıb.
Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
27 ədəd “Organic Premium”, 79 ədəd “Axcy”, 31 ədəd “N1 Organic” əmtəə nişanlı saxtalaşdırılmış alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.//Bizim.Media
Hövsandan Suraxanı istiqamətində hərəkət edən 161 saylı marşrut avtobusunda sərnişinlər çətin anlar yaşayıb.
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Sərnişinin sözlərinə görə, avtobus Dədə Qorqud qəsəbəsi yaxınlığında hərəkət zamanı qəfil xarab olub və salon tüstü ilə dolub.
“Hadisə zamanı avtobusda sərnişinlərlə dolu idi. Sürücü avtobusu saxlayıb sərnişinləri düşürdü. Gələn növbəti avtobusa minməli olduq. O da həm gec, həm də dolu gəldi”.
Şikayətçilərin sözlərinə görə, bu vəziyyət təkcə həmin günə aid deyil. Hər axşam, xüsusilə saat 17:30-dan sonra avtobusların gecikməsi müşahidə olunur və insanlar bəzən 25-30 dəqiqə dayanacaqda gözləmək məcburiyyətində qalırlar. Bundan başqa həmin xətt üzrə hərəkət edən avtobuslar köhnə, baxımsız vəziyyətdədir.