Month: November 2025

  • Maştağada 450 manata görə amansız qətl törədənə AĞIR CƏZA – Video

    Bakıda mənzilə basqın edərək 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənin yaxınlarının ifadəsindən sonra istintaq sənədləri tədqiq olunub.

    Daha sonra prokuror çıxışı zamanı təqsirləndirilənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Müşavirədən sonra hökm elan olunaraq Süleyman Cəbiyev qəti olaraq 19 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, hadisə 2025-ilin mayın 28-də Sabunçu rayonunun Maştaga qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib. Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əskərxanovanın yaşadığı evin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olduqdan sonra o, ev sahibəsinin boynuna bıçaqla ardıcıl zərbələr yetirib. 75 yaslı qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha sonra o qadının mənzilindəki 450 manatı götürərək hadisə yerini tərk edib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 120.2.11 və 101.3.3-cü maddələri üzrə cinayət işi açılaraq ittiham irəli sürülüb.
    //oxu.az

  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Vətən müharibəsində Zəfərin beşinci ildönümü münasibətilə xalqım adından və öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

    Bu şanlı Zəfərdən sonra həyata keçirilən sülh prosesi çərçivəsində atılan konstruktiv addımların davamlı bir razılaşma ilə nəticələnəcəyinə ümid edirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühiti bütün regionun rifahına xidmət edəcək və Qafqazın qlobal siyasətdə strateji əhəmiyyətini daha da artıracaqdır.

    Azad edilmiş vətən torpaqlarının sürətli dirçəlişi və yenidən qurulmasında əldə edilən irəliləyiş təqdirəlayiqdir. Bu əlamətdar günün ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci hesab etdiyi qardaş Azərbaycanın həm regionda, həm də ondan kənarda inamlı addımlarla nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir.

    “Bir millət, iki dövlət” prinsipi ilə qurulmuş yüksəksəviyyəli münasibətlərimiz və öz gücünü ortaq taleyimizdən alan sarsılmaz qardaşlıq bağlarımız keçmişdə olduğu kimi, bu gün də möhkəmlənməkdə davam edir.

    Güclü təməl üzərində qurulmuş müttəfiqlik münasibətlərimiz və bütün sahələrdə nümayiş etdirdiyimiz xüsusi əməkdaşlıq regional sülhün, etimadın və sabitliyin ən vacib sütunlarından birinə çevrilmişdir.

    Şübhəsiz ki, Sizin müdrik rəhbərliyinizlə can Azərbaycanın əldə etdiyi nailiyyətlər bundan sonra da regionumuzun çiçəklənməsinə əhəmiyyətli töhfələr verəcəkdir.

    Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, dost və qardaş Azərbaycan xalqına xoş günlər və rifah arzulayıram”.

  • İlham Əliyev Slovakiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Slovakiya Respublikasının baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Slovakiya baş nazirinin müavini və müdafiə naziri Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə dövlətimizin başçısını təbrik edərək, bununla bağlı keçiriləcək hərbi parada dəvətə görə təşəkkürünü bildirib.

    Qonaq, həmçinin Slovakiyanın Baş naziri Robert Fitsonun salamlarını Prezident İlham Əliyevə çatdırıb.

    Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Slovakiyanın baş nazirinə çatdırmağı xahiş edib.

    Prezident İlham Əliyev Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirib.

    Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

    Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması məqsədilə imzalanmış sənədlərin tarixi əhəmiyyətinə toxunaraq, bunun regionda davamlı sülhün təmin edilməsində rolunu vurğulayıb.

    Robert Kalinak Prezident İlham Əliyevin Slovakiyaya səfərini məmnunluqla gözlədiklərini qeyd edib.

    Söhbət zamanı Azərbaycanla Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-sənaye sahələrində genişləndirilməsi üçün imkanların olduğu diqqətə çatdırılıb.

    Həmçinin Slovakiyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əlaqələrinin genişləndirilməsinə göstərdiyi dəstəyə toxunulub.





  • İndoneziyada mədrəsədə partlayış: 50-dən çox yaralı var

    İndoneziyanın paytaxtı Cakartada mədrəsə kompleksində cümə namazı zamanı baş verən partlayışda 54 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

    Median.Az xəbər verir ki, bu barədə “Reuters” polisə istinadən məlumat yayıb.

    Şəhər polisinin rəisi Asep Edi Suheri mətbuat konfransında bildirib ki, polis Cakartanın Kelapa Qadinq bölgəsindəki mədrəsə kompleksinin içərisində yerləşən məsciddə partlayışın səbəbini araşdırır.

  • SON DƏQİQƏ! Polis blogerlərə qarşı əməliyyat keçirdi: 17 nəfər TUTULDU – Video

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının “Instagram”, “TikTok” və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat-texniki tədbirlər keçirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı influenserlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb.

    Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən olunaraq Baş İdarəyə gətirilib.

    Həmin şəxslər barəsində qanunauyğun tədbir görülüb. Qeyd edilən əməllərə yol verən digər şəxslərin də aşkar olunması istiqamətində araşdırmalar davam etdirilir.

    “Bir daha sosial şəbəkə istifadəçilərini, bu platformalardan aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur” – məlumatda deyilir.

  • Состоялась церемония прощания с заслуженным артистом Вахидом Алиевым

    Состоялась церемония прощания с заслуженным артистом Вахидом Алиевым.

    Как сообщает Median.Az, в ней приняли участие родные, близкие и коллеги артиста.

    Похороны артиста пройдут на Бадамдарском кладбище.

    В.Алиева проводили в последний путь под аплодисменты.

  • Əməkdar artist Vahid Əliyev ilə vida mərasimi keçirilib

    Əməkdar artist Vahid Əliyevlə vida mərasimi başa çatıb.

    Median.Az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, ailəsi, sənət yoldaşları iştirak ediblər.

    Onun nəşi Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.

    Vahid Əliyev alqış sədaları altında son mənzilə yola salınıb.

  • Zabitlərin özlərinə mənzil almaları üçün maliyyə vəsaiti ayrılması təklif edilib

    Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Qüdrət Həsənquliyev zabitlərə özlərinə mənzil almaları üçün maliyyə vəsaiti ayrılmasını təklif edib.

    Median.Az xəbər verir ki, deputat bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında çıxış edib.


    Onun sözlərinə görə, 20 il qulluq etdikdən sonra ehtiyata gedən zabitlərin çoxu hələ də mənzil ilə təmin olunmurlar:

    “2026-cı ilin dövlət büdcəsindən bu məqsədlə 35 milyon manat vəsait ayrılır. 15.5 milyon manat isə mənzillər üçün kirayə haqlarının ödənilməsi üçün ayrılır. Onlara kredit verilməsi, zabit adı alan kimi dərhal mənzillərlə təmin olunması mümkün deyil? Onlara veriləcək ipoteka 100% məbləğində, 1-2% kimi aşağı faizlə müəyyən olsun. Yaxud zabitlərə özlərinə mənzil almaları üçün maliyyə vəsaiti verilsin. Niyə evi onlara dövlət tikməlidir? Bəlkə, kimsə evinin valideynlərinin yaşadığı ərazinin yaxınlığında olmasını istəyir?”

  • Türkiyədə məktəb avtobusu ilə yük maşını toqquşdu: Xeyli yaralı var

    Türkiyənin Muğla bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yük maşını ilə şagirdləri daşıyan avtobusun toqquşması nəticəsində 21 şagird və bir müəllim xəsarət alıblar.

    Hadisə Fethiye rayonunda baş verib. Təcili xəstəxanalara çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.

    Hadisə ilə bağlı araşdırma aparılır.


  • На военную базу в США доставили посылку с белым порошком, несколько человек госпитализировали

    Несколько человек на военной базе Эндрюс под Вашингтоном были госпитализированы после того, как туда доставили подозрительную посылку с белым порошком.

    Как передает Median.Az, об этом сообщила телекомпания CNN со ссылкой на источники.

    В качестве меры предосторожности в здании, на адрес которого пришла посылка, и прилегающем к нему строении была проведена эвакуация. Экстренные службы работают на месте происшествия, они установили, что непосредственной угрозы для жизни людей нет. Состав вещества пока не определен, но специалисты по работе с опасными веществами пришли к предварительному выводу, что оно не представляет опасности.

    Как указывает телекомпания, в посылке также находились материалы, содержащие политическую пропаганду.

    Военная база Эндрюс располагается в окрестностях Вашингтона и используется для организации перелетов американского лидера, вице-президента и других высокопоставленных должностных лиц администрации США.