Month: November 2025

  • Выплачены пенсии по Баку, Сумгайыту и Абшерону

    Выплачены пенсии за ноябрь по городам Баку и Сумгайыт, а также Абшеронскому району и Нахчыванской АР.

    Об этом Median.Az сообщает со ссылкой на Государственный фонд социальной защиты.

    Выплата пенсий за ноябрь по другим городам и районам республики, а также лицам, имеющим право на льготное пенсионное обеспечение, также будет произведена согласно графику.

  • Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində noyabr ayının pensiyaları ödənilib.

    Dövlət Sosial Müdafiə Fondu və Naxçıvan MR Sosial Müdafiə Fondu tərəfindən qeyd edilən ərazilərdə pensiya ödənişləri yekunlaşıb.

    Digər bölgələrdə yaşayan pensiyaçıların, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

  • Bakıda boruda sızıntı – İçməli su yola axır (Video)

    Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 20 ünvanında içməli su borusu partlayıb.

    Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, nəticədə içməli su bir həftədən çoxdur yola axır və ərazi sakinləri çətin vəziyyətdə qalıb.

    “Su xətti partlayanda gəlirlər, taxtadan cüy vurub gedirlər. 1 həftə keçməmiş yenə partlayır. Yol suyun içində qalır, içməli sudur, axır yollara” – deyə sakinlərdən biri bildirib.

    Hazırda su itkisi davam edir və yolda həm piyadalar, həm də nəqliyyat vasitələri üçün hərəkət çətinləşib.

    Ərazidən görüntüləri təqdim edirik:

  • Лейла Алиева поделилась публикацией об инклюзивном танцевальном спектакле “Сколько достаточно?” (Видео)

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась в своем Instagram-аккаунте публикацией об инклюзивном танцевальном спектакле “Сколько достаточно?”, проведенном в рамках Art Weekend.

    Median.Az представляет данную публикацию:

  • Leyla Əliyeva “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası ilə bağlı paylaşım edib (Video)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Art Weekend” çərçivəsində keçirilən “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası ilə bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Astarada naringi ağaclarda çürüyür: Səbəb nədir?

    Astarada naringi ağaclarda çürüyür.

    Bunu iqtisadçı Vahid Məhərrəmli bildirib.

    O, Astarada naringi istehsalçılarının növbəti dəfə ciddi problemlərlə qarşılaşdığını bildirib:

    “Naringi meyvələri xırda olmaqla məhsuldarlığı kəskin şəkildə aşağı düşüb. Əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün naringiyə təlabat xeyli azalıb. Kəndlərdə saxlama kameraları olmadığına görə, məhsul ağaclarda qalıb çürüyür. 2018-ci ildə “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Qəbul edilmiş dövlət proqramının icra müddəti 2024-cü ildə başa çatıb. Sənəddə qeyd edilib ki, “Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur”. DSK-nın məlumatlarına əsasən apardığım hesablamalar gstərdi ki, 2024-cü ildə sitrus meyvələrinin istehsal həcmi 85 min ton təşkil etmişdir. Bu da dövlət proqramında nəzərdə tutulduğundan 15 min ton, yəni 15% azdır”.

    İqtisadçının fikirincə, bu araşdırmalar onu deməyə əsas verir ki, dövlət proqramının qəbulundan sonra sitrus bitkilərinin məhsuldarlığını artırmaq və əvvəlki səviyyəyə çatdırmaq mümkün olmayıb:

    “Belə ki, limonun məhsuldarlığı 2000-ci ildə hər hektardan 163,7 sentner olduğu halda, 2024-cü ildə bu göstərici 50,6 sentner azalaraq 113,1 sentnerə düşüb. Son 10 il ərzində feyxoanın məhsuldarlığı 139,5 sentnerdən 112,4 sentnerə, naringinın məhsuldarlığı isə 270,9 sentnerdən 229,9 sentnerə düşüb. Portağalın məhsuldarlığı 20 il əvvəl 257, 8 sentner təşkil etdiyi halda, 2024-cü ildə 105,4 sentner azalaraq 152,4 sentnerə enib”.

  • XI turun açılış oyununda “Şamaxı” qələbə qazandı

    Misli Premyer Liqasında XI tura start verilib.

    “Zəfər turu”nun açılış oyununda “Şamaxı” “İmişli”ni qəbul edib.

    Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0. Görüşdə yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

    Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Şamaxı” 8-ci pilləyə yüksəlib. Qonaqlar 12 xalla 9-cudur.

    Günün ikinci görüşündə “Qəbələ” evdə “Sumqayıt”la üz-üzə gələcək.

    Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

  • “Üçtərəfli sazişlər qüvvədə qalır” – Rusiya XİN

    Münasibətlərin normallaşması prosesinin dönməz olması üçün Azərbaycan və Ermənistanın hələ görüləsi çox işi var və Rusiya buna kömək etməyə hazırdır.

    “Unikal” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

    “O cümlədən sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazın bütün ölkələri və onların yaxın qonşularının mənafeyinə uyğun nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, dövlət sərhədinin ədalətli demarkasiyası və delimitasiyası, həmçinin vətəndaş cəmiyyəti departamenti çərçivəsində səmərəli əlaqələrin qurulması üçün çox iş görməlidirlər. Rusiya tərəfi Azərbaycan və Ermənistan tərəfdaşlarına bütün sahələrdə, o cümlədən 3+3 regional əməkdaşlıq platforması çərçivəsində bundan sonra da hərtərəfli yardım göstərməyə hazırdır”, – deyə XİN-in bəyanatında deyilir.

    Həmçinin qeyd olunub ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında sazişlər qüvvədə qalır və aktuallığını itirməyib: “Birlikdə götürdükdə, ən yüksək səviyyədə (2020-2022) dörd bəyanat sülh prosesinin “yol xəritəsini” təşkil edir. Bu sazişlər qüvvədə qalır və öz aktuallığını itirməyib. Üçtərəfli formatda yaradılmış mühüm əsaslardan Azərbaycan və Ermənistan tərəfləri, o cümlədən birbaşa dialoqda fəal istifadə edirlər. Bu kontekstdə Rusiya tərəfi sülh sazişinin ilkin layihəsinin yaradılması ilə bağlı ilkin saziş layihəsini müsbət qiymətləndirib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda bu ölkənin xarici işlər nazirləri arasında sülh sazişi paraflanıb”.

  • Бывший советник Национального совета по телевидению и радио предстал перед судом

    В Баку начался судебный процесс по делу Рамина Гулиева, обвиняемого в мошенническом присвоении крупной суммы денег у трех человек.

    Как сообщает Oxu.Az, на заседании в Бакинском суде по тяжким преступлениям под председательством судьи Эльнура Нуриева прокурор Турал Ягубов зачитал обвинительный акт подсудимому.

    Р.Гулиев не признал себя виновным в предъявленных ему обвинениях.

    Согласно обвинению, Р.Гулиев под предлогом продажи строительных материалов на территории Карабаха в разное время получил от жительницы столицы Айнуры Велиевой, с которой находился в близких отношениях, в общей сложности 110 000 манатов.

    Другим потерпевшим от действий Р.Гулиева стал житель Баку Вугар Гасымов. Обвиняемый присвоил 15 000 манатов В.Гасымова в связи с имущественными вопросами и не выполнил данного обещания.

    Ещё одной потерпевшей, доверием которой злоупотребил обвиняемый, является Айбениз Адуллаева. В обвинении указывается, что Рамин Гулиев таким же способом присвоил 76 000 манатов А.Абдуллаевой, пообещав купить строительные материалы и продать их в Карабахе с прибылью, но не выполнил своего обещания.

    Следующее заседание назначено на 12 декабря.

    Напомним, в отношении Р.Гулиева возбуждено уголовное дело по статье 178.3.2 (мошенничество, совершенное в крупном размере) Уголовного кодекса.

    В своих показаниях он заявил, что ранее работал на должности советника в Национальном совете по телевидению и радио.

  • Milli Televiziya və Radio Şurasının sabiq müşaviri hakim qarşısına çıxarılıb

    Bakıda 3 nəfərin külli miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Ramin Quliyevin məhkəmə araşdırması başlayıb.

    Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Tural Yaqubov təqsirləndirilən şəxsə ittiham aktını elan edib.

    Təqsirləndirilən Ramin Quliyev ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

    İttihamla bəlli olub ki, Ramin Quliyev Qarabağ ərazisində tikinti materialları satmaq adı ilə paytaxt sakini və yaxın münasibətdə olduğu Aynurə Vəliyevadan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 110 min manat alaraq mənimsəyib.

    Ramin Quliyev tərəfdən zərər görən digər zərərçəkən isə paytaxt sakini Vüqar Qasımov olub. R.Quliyev əmlak məsələləri ilə bağlı zərərçəkənin 15 min manatını ələ keçirərək verdiyi vədə əməl etməyib.

    Təqsirləndirilənin etibarından sui-istifadə etdiyi digər zərərçəkən isə Aybəniz Adullayevadır. İttihamda bildirilir ki, Ramin Quliyev Aybəniz Abdullayevanı da eyni üsulla, yəni tikinti materialları alaraq Qarabağda satıb qazanc əldə etmək adı ilə 76 min manatını mənimsəyərək verdiyi vədə əməl etməyib.

    Növbəti proses dekabrın 12-nə təyin edilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

    Onu da qeyd edək ki, Ramin Quliyev ifadəsi zamanı əvvəllər Milli Televiziya və Radio Şurasında müşavir vəzifəsində çalışdığını deyib.