Month: November 2025

  • 2040-cı ilə qədər Bakı Metropoliteninin vaqon parkı tam yenilənəcək

    “Bakı Metropoliteni vaqon parkının yenilənməsi işi davam etdirilir”.

    Median.Az-
    ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Depolarla üzrə iş departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.


    O bildirib ki, hazırda vaqon parkının 50 faizi yenilənib:

    “Yəni artıq xətdə olan iki qatarın biri yeni qatardır. Bu gün 3 qatar, ilin sonuna qədər isə daha 3 qatar xəttə buraxılacaq. Bununla da vaqon parkının tam 50 faizi yeni qatarlar olacaq”.

    A.Bəkirov bildirib ki, 2040-cı ilə qədər Bakı Metropoliteninin vaqon parkı tam yenilənəcək:

    “Çünki hazırda xətdə olan ən köhnə qatarın istismar müddəti 2049-cı ildə başa çatır. Həmin qatar da xətdən çıxarılandan sonra vaqon parkı tam yeni qatarlardan ibarət olacaq”.

  • Tanınmış tiktoker “Koti” məsuliyyətə cəlb olundu

    Sosial şəbəkələrdə “Koti” kimi tanınan fenomen məsuliyyətə cəlb olunub.

    Oxu.Az “Teleqraf”a istinadla xəbər verir ki, tiktoker qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün hakim qarşısına çıxarılıb.

    Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib. O, 2023-2025-ci illərdə özünə məxsus “Instagram” hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib.

    Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə “Koti” İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib.

  • Парк Победы и Музей Победы переданы Исполнительной власти города Баку компанией PASHA Holding

    6 ноября 2025 года между PASHA Holding и Исполнительной властью (ИВ) города Баку был подписан протокол соглашения. В соответствии с протоколом Парк Победы и Музей Победы, построенные при финансовой поддержке PASHA Holding, были переданы ИВ города Баку. Документ подписали главный исполнительный директор PASHA Holding Джалал Гасымов и глава ИВ города Баку Эльдар Азизов.

    Музей Победы расположен на территории Парка Победы, строительство которого было завершено в 2024 году. Оба проекта направлены на увековечение исторической Победы азербайджанского народа, одержанной в 2020 году, и светлой памяти наших шехидов, отдавших жизнь за Родину.

    Общая площадь Парка Победы составляет 9.16 га, из которых 4.24 га занимают зеленые зоны. В рамках проекта были возведены 44-метровая Арка Победы, 9.9-метровый мемориальный монумент, а также 8.8-метровая Стена памяти, на которой высечены имена шехидов. На строительство парка было потрачено 114.5 млн манат.

    Здание Музея Победы, общей площадью 4278 кв.м, включает восемь выставочных залов, аудиторию площадью 90.7 кв.м и другие зоны, предназначенные для посетителей. На строительство музея было направлено 59.5 млн манатов.

    Историческая Победа, восстановление территориальной целостности и суверенитета Азербайджанской Республики имеют особое значение для PASHA Holding, как и для всего азербайджанского народа. В своей деловой деятельности и социальных инициативах PASHA Holding неизменно проявляет внимание и чуткое отношение к этим вопросам.

    С 2021 года PASHA Holding активно участвует в процессах восстановления и реконструкции освобожденных территорий. В частности, компания поддержала ряд значимых проектов, направленных на сохранение исторического, религиозного и культурного наследия. При поддержке PASHA Holding были восстановлены мечети Ашагы Говхарага, Юхары Говхарага, Саатлы, Агдамская Джума-мечеть и мечеть в селе Гияслы. Кроме того, в освобожденных территориях были построены мечети Суговушана, Зангилана, Хадрута и Дашалты. В настоящее время продолжается строительство мечетей в Шуше, Джебраиле и Лачыне.

  • Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holdinq” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi

    2025-ci il noyabrın 6-da “PAŞA Holdinq” və Bakı Şəhər İcra Hakimiyyəti arasında Razılaşma protokolu imzalanıb. Protokola əsasən “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə inşa edilmiş Zəfər Parkı və Zəfər Muzeyi Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib. Sənədi “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayıblar.

    Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisində yerləşir. Hər iki layihənin inşası Azərbaycan xalqının 2020-ci ildə əldə etdiyi tarixi qələbəni və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

    Zəfər Parkının ümumi ərazisi 9.16 hektar, yaşıllıq zonaları isə 4.24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyündə Zəfər tağı, 9.9 metr hündürlüyündə memorial abidə, həmçinin şəhidlərin adlarının yazıldığı 8.8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın tikintisinə 114.5 milyon AZN vəsait sərf olunub.

    Zəfər Muzeyinin ümumi sahəsi 4278 kvadratmetr olan bina, 8 sərgi zalı, auditorium zonası (90.7 kvadratmetr) və s. ilə ziyarətçilərin istifadəsinə təqdim olunacaq. Muzeyin inşası üçün 59.5 milyon AZN məbləğində vəsait ayrılıb.

    Tarixi Zəfərimiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün Azərbaycan xalqı kimi, “PAŞA Holdinq” üçün də xüsusi önəm kəsb edir. İstər işgüzar fəaliyyəti, istərsə də sosial məsuliyyət təşəbbüslərində “PAŞA Holdinq” bu mövzulara daim diqqət və həssaslıqla yanaşır.

    “PAŞA Holdinq” 2021-ci ildən etibarən azad olunmuş ərazilərin bərpa və yenidənqurma prosesində fəal iştirak edir. Xüsusilə tarixi, dini və mədəni irsin qorunması istiqamətində holdinq bir sıra mühüm layihələrə dəstək verib. Şirkətin maliyyə dəstəyi ilə Aşağı Gövhərağa, Yuxarı Gövhərağa, Saatlı məscidi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi bərpa olunub. Həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə Suqovuşan məscidi, Zəngilan məscidi, Hadrut məscidi və Daşaltı məscidi inşa edilib. Qeyd edək ki, hal-hazırda Şuşa, Cəbrayıl və Laçın məscidlərinin inşası davam etdirilir.

  • Gunvor отказалась от сделки с “Лукойлом”

    Международная нефтетрейдинговая компания Gunvor объявила об отзыве предложения о покупке зарубежных активов “Лукойла” после того, как Минфин США отказался выдать компании лицензию на ведение бизнеса.

    Как передает Median.Az, об этом говорится в заявлении компании, опубликованном в соцсети X.

    В компании подчеркнули, что заявление американского Минфина о якобы существующей связи Gunvor с Россией является “неверным и ложным”. Представители трейдера отметили, что намерены добиваться исправления этого “недоразумения”, однако в текущих условиях отзывают свое предложение о покупке зарубежных активов “Лукойла”.

    До этого в Минфине США заявили, что до окончания конфликта в Украине не планируют выдавать Gunvor лицензию, позволяющую компании вести бизнес и получать прибыль. Ведомство не уточнило, какой именно документ имеется в виду, но утверждало, что трейдер находится под контролем России.

    В октябре США и Великобритания внесли “Лукойл” в свои санкционные списки. При этом американские ограничения не затрагивают сделки с Каспийским трубопроводным консорциумом и Тенгизшевройлом, а британские – с проектами “Карачаганак” и “Шахдениз”.

    После этого российская компания объявила о намерении продать свои зарубежные активы, а Gunvor направила предложение о покупке структуры Lukoil International GmbH, управляющей иностранными подразделениями “Лукойла”.

  • “Gunvor” “LUKOIL”la sövdələşmədən imtina etdi

    “Gunvor” beynəlxalq enerji qrupu “LUKOIL”un xarici aktivlərinin alınması təklifini rədd etdiyini açıqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə şirkətin “X” sosial şəbəkəsindəki statusunda qeyd olunub.

    “Gunvor” qərarını ABŞ Maliyyə Nazirliyinin şirkətə biznes fəaliyyəti üçün lisenziya verməkdən imtina etməsi ilə əsaslandırıb.

    Şirkətdən bildiriblər ki, ABŞ Maliyyə Nazirliyinin “Gunvor”un guya Rusiya ilə mövcud əlaqəsi haqqında bəyanatı yanlışdır və həqiqətən uyğun deyil. Treyderin nümayəndələri bu anlaşılmazlığın aradan qaldırılmasına çalışacaqlar, lakin indiki şərtlərdə “LUKOIL”un xarici aktivlərinin alınması təklifini geri götürürlər.

  • Türkiyədə mərc oyunlarına görə 17 hakim və 1 klub prezidenti saxlanılıb

    Türkiyədə futbol hakimlərinə qarşı qanunsuz mərc oyunları üzrə başladılan istintaq çərçivəsində “Kasımpaşa” futbol klubunun keçmiş sahibi Turgay Cinerlə keçmiş prezident Mehmet Fatih Saraç da saxlanılıb.

    Bu barədə NTV məlumat yayıb.
    “Eyüpspor”un prezidenti Murat Özkayanın da saxlanıldığı bildirilir.

  • 2026-cı ilin büdcəsi ilə bağlı parlament komitələrinin birgə iclası keçirilir

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclası keçirilir.

    İclasda gündəlikdə olan bir məsələ – “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə ediləcək.
    Məlumat üçün bildirək ki, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılıb.
    Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 16 910 000 000 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan məbləğ 334 400 000 manat, yerli xərclər 759 135 000 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 15 817 312 000 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 847 000 manat məbləğində proqnozlaşdırılır.
    Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 000 000 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000 min manat təsdiq edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 000 000 min manat məbləğində proqnozlaşdırılır.
    Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600 min manat məbləğində təsdiq edilib. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçiriləcək.
    Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 16 902 226,6 min manat məbləğində müəyyən ediləcək.

  • Yol polisindən qeyri-iş günləri ilə bağlı MÜRACİƏT

    Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq 8-11 noyabr tarixlərini əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin istirahət günlərində hərəkətin təhlükəsizliyi ilə bağlı hərəkət iştirakçılarına müraciətində deyilir.
    Müraciətdə bildirilib ki, qarşıdakı dörd günlük qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır:
    “Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə yoxlasınlar – xüsusilə tormoz sistemi, şinlərin aşınma dərəcəsi, işıq cihazları və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.
    Xalqımızın birlik və qürur hissi ilə qeyd etdiyi bu əlamətdar günlərdə hərəkət iştirakçılarına tövsiyə olunur ki:
    – Hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar və səfər vaxtını elə müəyyən etsinlər ki, hərəkət rahat və təhlükəsiz olsun;
    – Uzun məsafələrə yola çıxmazdan əvvəl mütləq istirahət etsinlər, yorğun və yuxusuz halda sükan arxasına keçməsinlər;
    – Sürət həddinə ciddi riayət etsinlər, riskli manevrlərdən və qəfil ötmələrdən çəkinərək ara məsafəsini düzgün saxlasınlar;
    – Uşaqları avtomobildə təhlükəsizlik kəməri və ya uşaq oturacağından istifadə etməklə daşısınlar;
    – Spirtli içki qəbul etmiş şəxslərin sükan arxasına keçməsinin yolverilməz olduğunu unutmasınlar”.
    “Piyadalara da xatırladılır ki, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etsinlər, işıqforun siqnallarına əməl etsinlər və xüsusilə axşam saatlarında, görmə şəraiti zəiflədikdə geyimlərində işıq əks etdirici elementlərə üstünlük versinlər.
    Bayram günlərində BDYPİ-nin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmət aparacaq. Məqsəd – hərəkətin təhlükəsizliyini təmin etmək və qəzaların qarşısını almaqdır.
    Unutmayaq ki, özümüzün və sevdiklərimizin təhlükəsizliyi hər birimizin davranışından asılıdır.
    Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına təhlükəsiz və xoş bayram günləri arzulayır”, -müraciətdə qeyd olunub

  • Bu gün qısa iş günüdür

    Bu gün Azərbaycanda qısa iş günüdür.

    8 noyabr tarixində Azərbaycanda Zəfər Günü qeyd olunacaq.
    Əmək Məcəlləsinə əsasən, bayramdan əvvəlki iş günü bir saat az olur. Buna görə də 7 noyabr cümə günü iş saatları adi günlərlə müqayisədə bir saat az olacaq.
    Qeyd edək ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.
    Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.
    Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.