Month: November 2025

  • Naxçıvandakı bu şəxslər 10 il vergidən azad olunur

    Naxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edilir.

    Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentləri olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-ci il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

    Vergi Məcəlləsinə edilən əlavələrə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək.

    Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad olacaq.

    “Gömrük tarifi haqqında” haqqında qanuna təklif edilən dəyişikliyə əsasən, bu mallar həmin dövrdə həm də gömrük rüsumlarından azad ediləcək.

  • Burnunu əməliyyat etdiyi xəstənin ölümündə təqsirləndirilən həkim hökmlə razılaşmır

    Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilərək məhkum olunan həkim Sənan Mehdiyev apellyasiya şikayəti verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.

    Xatırladaq ki, S.Mehdiyev Nəsimi Rayon Məhkəməsinin hökmü ilə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mənsurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.

    İlkin araşdırma zamanı N.Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

    Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

  • “Qarabağ”ın rəqibi baş məşqçisini qovdu

    Niderland millisinin keçmiş müdafiəçisi Con Heytinqa “Ayaks”ın baş məşqçisi vəzifəsindən azad edilib.

    “Unikal” xəbər verir ki, onun 2027-ci ilin yayına qədər olan müqaviləsi klubun təşəbbüsü ilə ləğv edilib.

    “Bu, ağrılı bir qərardır. Lakin son bir neçə aya nəzər salsaq, etiraf etməliyik ki, işlər gözlədiyimiz kimi getməyib. Çox az irəliləyiş gördük və haqsız yerə xal itiririk. Bilirik ki, yeni məşqçinin dəyişikliklərə məruz qalan heyətə öyrəşməsi üçün vaxta ehtiyacı ola bilər.

    Cona vaxt verdik, amma inanırıq ki, klub üçün baş məşqçi vəzifəsinə başqa birini təyin etmək ən yaxşısıdır. Yeni baş məşqçini ən qısa zamanda təqdim etməyə ümid edirik. Cona göstərdiyi səylərə görə təşəkkür edirik və ona uğurlar arzulayırıq”, – “Ayaks”ın texniki direktoru Aleks Kruz klubun mətbuat xidmətinə verdiyi müsahibədə bildirib.

    Con Heytinqa “Ayaks”ı 2025-ci ilin iyul ayında idarə etməyə başlayıb. Bu, keçmiş futbolçunun böyük komandaya rəhbərlikdə ilk təcrübəsi idi. O, əvvəllər Amsterdam klubunun yeniyetmə və gənclər komandalarında məşqçilik edib, 2024-cü ilin iyulundan 2025-ci ilin mayına qədər isə Liverpulun baş məşqçisi Arne Slotun köməkçi məşqçisi olub.

    “Ayaks” Erediviziyada 11 oyundan 20 xalla dördüncü yerdədir və lider “Feyenoord”dan səkkiz xal geri qalır.

    “Ayaks” UEFA Çempionlar Liqasının ümumi mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasında oyun dekabrın 10-da Bakıda keçiriləcək.

  • Председатель и член Президиума Боснии и Герцеговины поздравили Президента Азербайджана

    Председатель Президиума Боснии и Герцеговины Желько Комшич направил поздравительное письмо Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше превосходительство.

    От имени граждан Боснии и Герцеговины и от себя лично передаю Вам, Правительству и дружественному народу Азербайджана поздравления по случаю пятой годовщины Дня Победы.

    Этот знаменательный праздник является символом храбрости, решимости и единства народа Азербайджана в достижении национальных целей, обеспечении суверенитета и территориальной целостности страны.

    Босния и Герцеговина ценит развивающиеся между нашими странами дружеские отношения и сотрудничество. Уверен, что двусторонние связи будут и впредь развиваться на основе взаимного уважения и взаимопонимания на благо двух народов.

    Еще раз выражаю Вам искренние поздравления и глубокое почтение, а Азербайджанской Республике и ее народу желаю мира, прогресса и процветания”.

    Поздравительное послание главе нашего государства также направила член Президиума Боснии и Герцеговины Желька Цвиянович.

    В тексте письма говорится:

    “Ваше превосходительство, господин Президент.

    Для меня честь и гордость передать Вам и дружественному народу Азербайджана поздравления и наилучшие пожелания по случаю Дня Победы. Выражаю самые искренние пожелания дальнейшего прогресса и процветания Вашей страны.

    Этот знаменательный день имеет большое значение для народа Азербайджана, еще раз напоминает о силе, решимости и единстве, проявленных в достижении национальных целей.

    Мы с особым вниманием наблюдаем за развитием и успехами Вашей страны, а также за Вашими усилиями по поддержанию стабильности и процветания в регионе.

    Уверен, что дружественные отношения между народами Республики Сербской, Боснии и Герцеговины и Азербайджана и впредь будут развиваться в духе взаимопонимания и уважения в наших общих интересах.

    Ваше превосходительство, прошу принять мое высочайшее почтение. Желаю Вам здоровья и успехов, а народу Азербайджана – мира и процветания”.

  • Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü İlham Əliyevi təbrik ediblər

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadla xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri.

    Zəfər Gününün beşinci ildönümü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.

    Bu əlamətdar bayram Azərbaycan xalqının milli məqsədlərinə çatmaq, ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək yolunda cəsarətinin, qətiyyətinin və birliyinin rəmzidir.

    Bosniya və Herseqovina ölkələrimizin inkişaf etdirdiyi dostluq münasibətlərinə və əməkdaşlığına dəyər verir. İkitərəfli əlaqələrin xalqlarımızın rifahı naminə qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf edəcəyinə inanıram.

    Sizə bir daha səmimi təbriklərimi çatdırır, dərin ehtiramımı ifadə edir, Azərbaycan Respublikasına və onun xalqına isə sülh, tərəqqi və rifah arzulayıram”.

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç də Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Məktubda qeyd olunub:

    “Zati-aliləri, cənab Prezident.

    Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürur duyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimi arzularımı yetirirəm.

    Bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır, milli məqsədlərinizə çatmaq yolunda nümayiş etdirilən gücü, əzmkarlığı və birliyi bir daha yada salır.

    Ölkənizin inkişafını və uğurlarını, eləcə də regionda sabitliyin və rifahın qorunması naminə göstərdiyiniz səyləri xüsusi diqqətlə izləyirik.

    Əminəm ki, Serbska Respublikası, Bosniya və Herseqovina və Azərbaycan xalqları arasında dostluq münasibətləri ortaq mənafeyimizə uyğun olaraq qarşılıqlı anlaşma və hörmət ruhunda bundan sonra da inkişaf edəcəkdir.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”.

  • “Qıza yatdığı yerdə 5 patron boşaldıb” – Video

    Xəbər verdiyimiz kimi, Şamaxıda Gültəkin Tağıyeva adlı qadın odlu silahla qətlə yetirilib.

    Qətldə qadının həyat yoldaşı Pərviz Tağıyev şübhəli bilinir.

    G.Tağıyevanın babası bildirib ki, nəvəsi iki ay əvvəl ailə qurubmuş:

    “Qız zəng edib ki, döyüb-öldürür məni. Gedib uşağı götürüb gəlmişik. Əşyalarını dünən götürüb gəlib. Bu gün səhər anası qapını bağlıyıb gedib. Uşaq yatdığı yerdə gəlib daraqda 8 patron olub, 5 dənəsini boşaldıb. Belə Allahsızlıq, müsibət olmaz. İki ayın gəlini idi”.

    O da bildirilib ki, cütlük dayıqızı- bibioğlu imiş.

    DİN-dən bildirilib ki, rayon sakini P.Tağıyev əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət edib, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunub. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

    Ətraflı “Baku TV”nin videomaterialında:

  • Pakistanda İslamabad şəhəri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – Video

    Qələbə Günümüzün beşinci ildönümü münasibətilə Pakistanın İslamabad şəhəri Azərbaycan bayraqları ilə bəzədilib.

    Qardaş ölkədəki bir çox binalar, o cümlədən Baş nazir ofisi, parlament və Pakistan Ali Məhkəməsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Qəşəm Nəcəfzadə Audiovizual Şuranın üzvü təyin edildi

    Şair, publisist Qəşəm Nəcəfzadə Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilib. 

    Bununla bağlı Azərbaycan Respublikası Prezidenti 08 oktyabr 2025-ci il tarixli 739 nömrəli Sərəncam verib. 
    Qeyd edək ki, Nəcəfov Qəşəm Mirzə oğlu Nəcəfov 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitiutunun (İndiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib.
    Uzun illər İmişli rayonunda müxtəlif orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, dərs hissə müdirinin müavini vəzifələrində çalışmışdır. 1999-cu ildə Bakı şəhərinə köçmüşdür. Bakı şəhər orta məktəblərində psixoloq, Təfəkkür Universitetində və Bakı Slavyan Universitetində işləyib.
    Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir. “Mədəniyyət TV” kanalında “Və ya” proqramının müəllifi və aparıcısı, Teleraido Akademiyasında “Radio və televiziyanın dili” fənni üzrə müəllim kimi fəalyyət göstərir.

  • Bülbül adına musiqi məktəbində tələbə müəllimin bank kartından oğurluq etdi

    Bakıda fəaliyyət göstərən Bülbül adına musiqi məktəbində tələbə müəllimin bank kartından oğurluq edib.

    Qaynarinfo xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaq üçün Bülbül adına musiqi məktəbinin müəllimi Gülzar Adilovanın (şərti) yanına hazırlığa gedən Elnur Rəcəbov (şərt) dərs bitdikdən sonra müəllimin bank kartını oğurlayaraq oradan 101 manatlıq alış-veriş edib.

    Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Elnur Rəcəbnov saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilib. Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Sahilə Bağırovanın sədrliyi ilə baxılıb. Elnur Rəcəbov məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 1 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Arayikgillə bağlı sübutlar elan olundu

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 6-da davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.

    Belə ki, bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və sübutların təqsirləndirilən şəxs Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə bağlı olan hissəsini diqqətə çatdırıb.

    Bildirilib ki, təqsirləndirilən Arayik Harutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib.

    Qeyd edilənlər onun sıravi iştirakçı olmadığını, Ermənistan ordusunun döyüş qabiliyyətinin təmin edilməsində, qanunsuz silahlı birləşmələrin fasiləsiz təchizatında və onların qanunsuz silahlı əməliyyatlar aparmaq imkanlarının saxlanılmasında birbaşa rol oynadığını sübut edir.

    Diqqətə çatdırılıb ki, tədqiq edilmiş materiallardan birinə əsasən, A.Harutyunyanın 1990-cı illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən cinayətlərdə qardaşı ilə birlikdə, habelə Kərkicahan qəsəbəsində, Xocalıda gedən döyüşlərə iştirak etməsi təsdiqini tapıb.

    Qeyd olunub ki, məhkəmədə tədqiq edilmiş videomaterial təqsirləndirilən şəxsin təkcə vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın suveren ərazilərinə səfər etmədiyini, həm də döyüş mövqelərinin yoxlanılması, oradakı qüvvələrin potensialının öyrənilməsi və hərbi əməliyyatların davamlılığının təmin olunmasına yönələn fəaliyyətlərdə bilavasitə iştirak etdiyini sübuta yetirir. Bu isə onun Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı aparılan hərbi təcavüzün informasiya, təşkilati və kadr təminatı istiqamətində mühüm rol oynadığını bir daha təsdiqləyir.

    Bildirilib ki, A.Harutyunyan Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı çoxsaylı cinayətlərin, terror aktlarının törədilməsində iştirak etməklə yanaşı, qeyd edilən əməllərini sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaqdan da çəkinməyib.

    Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiqlənib ki, 2023-cü ilədək Ermənistan tərəfindən davam edən təcavüzkar müharibə dövründə Arayik Harutyunyan I Qarabağ müharibəsində 1991-ci ildən etibarən aktiv döyüş əməliyyatlarında iştirak etməklə və sonrakı dövrlərdə təcavüzkar müharibənin yenidən planlaşdırılması, hazırlanması və aparılması, etnik təmizləmə, insanların təqib edilməsi, əsir və girov götürülməklə işgəncəyə məruz qoyulması, müharibə qanunlarının və adətlərinin pozulması, qondarma qurumda bir sıra “vəzifələr”in funksiyalarını icra etməklə hakimiyyətin zorla ələ keçirilməsi, Vətən müharibəsi dövründə mülki şəhərlərin və insanların dağıdıcı raket hücumlarına məruz qoymaqla Azərbaycan xalqına qarşı terror aktlarının həyata keçirilməsində və cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları həyata keçirməklə cinayətkar birlik tərəfindən törədilmiş soyqırımı, əhalini məhvetmə, köləlik, insanları zorakılıqla yoxa çıxarma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq və digər cinayət əməllərinin törədilməsində iştirak edib.

    Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Levon Mnatsakanyan barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb.

    Prokurorun sözlərinə görə, sübutlarla müəyyən edilib ki, L.Mnatsakanyan Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı aparılan təcavüzkar müharibədə iştirak edib. Müxtəlif hərbi vəzifələrində xidmət etməklə yanaşı, cinayətkar birliyin əsas üzvlərindən olub, eləcə də qondarma rejimin “ordu quruculuğunda” mühüm rol oynayıb.

    O, nəinki Azərbaycanın suveren ərazilərinin işğal edilməsində, həm də həmin ərazilərin uzun illər işğal altında saxlanılmasına zəmin yaradaraq qondarma qurumun “ordusu”nun, yəni Ermənistan silahlı qüvvələrinin ən böyük hərbi birləşməsinin formalaşmasında iştirak edib.

    Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev isə təqsirləndirilən şəxs Bako Sahakyan barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları elan edib.

    Qeyd olunub ki, hazırda ittiham olunan şəxslər arasında B.Sahakyan yeganə hüquqşünas diplomlu şəxs olmasına baxmayaraq, onun Azərbaycan xalqına qarşı aparılmış etnik təmizləməni, təcavüzkar müharibəni, suveren ərazilərin işğalını və digər çoxsaylı cinayətkar əməlləri təkzib etməsi insani və əxlaqi dəyərlərin təhqiridir. Qeyd edilib ki, bu davranışlara özünə rəvac verən şəxsin ədalət, obyektivlik və mənəvi dəyərlərdən danışmağa haqqı yoxdur.

    Vurğulanıb ki, Bako Sahakyanın Azərbaycan qarşı aparılmış təcavüzkar müharibəyə, etnik təmizləmə siyasətinə və çoxsaylı ağır cinayətlərin törədilməsinə birbaşa rəhbərlik etmiş Serj Sarkisyanın köməkçisi olması mühüm tapşırıq və göstərişlər aldıqdan sonra qondarma qurumda “vəzifələr tutaraq” fəaliyyət göstərməsi onun 1988-ci ildən bəri formalaşmış cinayətkar ideologiyaya, eləcə də işğalçılıq siyasətinə sadiqliyinin bariz sübutudur.

    Bu hallar məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bako Sahakyanın çoxsaylı müsahibələrində səsləndirdiyi fikirlərlə də öz təsdiqini tapıb.

    Prokurorun sözlərinə görə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilib ki, 1988-ci ildən başlamaqla 2023-cü ilədək davam edən təcavüzkar müharibə dövründə Bako Sahakyan Azərbaycana terror aktlarının həyata keçirilməsində və cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları həyata keçirməklə cinayətkar birlik tərəfindən törədilmiş soyqırımı, əhalini məhvetmə, köləlik, insanları zorakılıqla yoxa çıxarma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq və ittihamda təsvir edilən digər cinayət əməllərinin törədilməsində iştirak edib.

    Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev isə təqsirləndirilən şəxs David Manukyan barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb.

    Qeyd edilib ki, D.Manukyan Ermənistan silahlı qüvvələrində, o cümlədən həmin silahlı qüvvələrin ən böyük hərbi birləşməsində müxtəlif yüksək vəzifələr tutmaqla Azərbaycan ərazilərinin vaxtilə işğal altında saxlanılmasında əsas rollardan birini oynayıb. I Qarabağ müharibəsinin əvvəlindən sonunadək David Manukyanın üzvü olduğu Şuşa batalyonu 1992-ci il sentyabrın 1-də “Daşnaksütyun” partiyasının əvvəllər yaradılmış könüllü birləşmələri əsasında formalaşdırılıb. 1991-1994-cü illərdə tabor Hadrut, Əsgəran, Şuşa, Ağdam, Füzuli Cəbrayıl, Kəlbəcər, Zəngilan rayonlarının işğalında aktiv rol oynayıb.

    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxs Arkadi Qukasyan barəsində məhkəmə istintaqının gedişində tədqiq olunan sübutlar əsasında ona qarşı irəli sürülmüş ittiham üzrə zəruri xüsusatları elan edib.

    Qeyd olunub ki, A.Qukasyanın cinayətkar fəaliyyətinin müddətini və xarakterini nəzərə alaraq, onun cinayətkar birliyə yaradılmasının ilk günlərindən qoşulması məlum olur. Bu səbəbdən təqsirləndirilən şəxsə 1988-ci ildən başlayaraq 2023-cü ilin sentyabr ayınadək Ermənistan tərəfindən Azərbaycana qarşı aparılmış təcavüzkar müharibə və işğal dövründə törədilmiş bütün cinayət hadisələri üzrə ittiham verilib.

    Bildirilib ki, A.Qukasyan yalnız işğal siyasətini sözlə müdafiə etməyib, həm də konkret hərbi və siyasi rəhbərləri təşviq etməklə onların əməllərini “böyütməyə” səy göstərib. O, həm hüquqi, həm də siyasi sahədə işğal siyasətini təbliğ edib, dinc əhaliyə qarşı zorakılığı legitimləşdirib.

    İttiham tərəfinin çıxışları zamanı məhkəmə zalındakı təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayətlər üzrə fotoşəkillər də nümayiş etdirilib.

    Məhkəmə prosesi noyabrın 7-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.