İnfeksiyalar və sızanaqların müalicəsində istifadə edilən adi antibiotik doksisiklin şizofreniya riskini azalda bilər.
Month: November 2025
-
Tibbdə yeni kəşf: Sızanaq dərmanı beyin xəstəliklərinə qarşı qoruyucu ola bilər
Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu nəticəyə Edinburq Universitetinin alimləri Finlandiya və İrlandiyadan olan həmkarları ilə birgə apardıqları araşdırma zamanı gəliblər.Tədqiqat zamanı Finlandiya psixiatriya xidmətlərində müalicə alan 56 minə yaxın yeniyetmənin məlumatları təhlil edilib.Alimlər müəyyən ediblər ki, doksisiklin qəbul edən şəxslərdə yetkinlik dövründə şizofreniya inkişaf riski digər antibiotiklər qəbul edənlərə nisbətən 30–35 faiz daha azdır. -
Rusiyada azərbaycanlı qardaşlara 29 il həbs cəzası verildi
Moskva Şəhər Məhkəməsi dayanacaq mübahisəsi zəminində moskvalı motosikletçini qətlə yetirən Azərbaycan vətəndaşı Şahin Abbasovu 17 il, qardaşı Şöhrəti isə 12 il müddətinə azadlıqdan məhrum edib.
“Unikal” xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
İsaxan Abbasov cinayəti gizlətmək və rüşvət almaq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər isə istintaq təcridxanasında cəzalarını çəkdikdən sonra məhkəmədə sərbəst buraxılıblar. Məhkəmə Şahin Abbasovun atası Nizamiyə bəraət verib.
Hadisə 2024-cü il aprelin 17-də baş verib. İstintaqın məlumatına görə, Şahin Abbasov avtomobilini Krasnodarskaya küçəsində yerləşən binanın girişinin yaxınlığındakı səkidə saxlayıb.
Bu, 24 yaşlı yerli sakin Kirill Kovalevi qəzəbləndirib və o, sürücünü danlayıb. Şahin Abbasov və qardaşı Şöhrət gəncə bir neçə bıçaq zərbəsi vurub və o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
İstintaqın məlumatına görə, onlar saxlanıldıqları Rostov vilayətinə gedərkən daha sonra Şahin Abbasovun atasından və digər qohumlarından gizlənmək və daha bir neçə cinayət törətmək barədə göstərişlər alıblar. Digər təqsirləndirilən şəxslər Moskvada saxlanılıb.
-
Pakistan Əfqanıstana zərbələr endirdi
Pakistan iki ölkənin Türkiyədə sülh danışıqları apardığı bir vaxtda Əfqanıstan ərazisinə artilleriya zərbələri endirib.
Mənbələrin məlumatına görə, Pakistan yüngül və ağır silahlardan istifadə edib.Şahidlərin sözlərinə görə, atəş 10-15 dəqiqə davam edib.
Atəşə baxmayaraq, Əfqanıstan tərəfi İstanbulda danışıqlar getdiyindən qarşı tərəfə cavab verməyib.
-
Prodüser Təranənin cəzası azaldıldı
Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.
Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib.
Məhkəmə məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən, Tərana Səmədovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin olunmayıb.
Bu qərarla prodüser yaxın müddətdə cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə həbsdən azad edilə bilər.
Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov 2023-cü ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib.
-
COP30-la əlaqədar ezamiyyə normaları dəyişdi
COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem şəhərinə ezam olunan heyət üzvlərinin təqdim edilmiş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının (qeyd olunan əlavə nəzərə alınmaqla) 60 faizindən çox olduğu halda həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödəniləcək.
Nazirlər Kabineti bu barədə qərar verib.
-
Tural Güləhmədova yüksək VƏZİFƏ VERİLDİ
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyəti sədrinə müşavir təyin edilib.
Bu vəzifə Tural Güləhmədova həvalə edilib.Qeyd edək ki, T.Güləhmədov 2023-cü ilin oktyabr ayında DOST Agentliyinin DOST Xidmətləri departamentinin müdir müavini vəzifəsinə təyinat alıb. O, 2024-cü ilin mart ayına qədər həmin vəzifədə çalışıb. 1 mart tarixində İdarə Heyətinin sədri Fərid Məmmədovun imzaladığı əmrə əsasən, Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsinə təyinat alıb.
-
Bakıda eyvanlar arasında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi – Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrinin eyvanları arasında yerləşən metal artırmanın üzərində köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra vətəndaş xilasedicilər tərəfindən yerə düşürülərək xilas edilib.
-
В Бейлаганском районе 15-летняя девочка родила ребенка: арестован 31-летний мужчина
В одном из сел Бейлаганского района 15-летняя девочка родила ребенка.
Как передает Oxu.Az, родители жительницы района Нахиды (2009 г.р.) развелись, когда ей было четыре года, и она воспитывалась под опекой отца.
В 2023 году Нахида познакомилась с жителем села Махиром Исмайыловым (1994 г.р., имя и фамилия условные). После некоторого периода общения Махир решил создать семью с Нахидой и с этой целью поговорил с ее отцом. Для 14-летней девочки была проведена церемония помолвки, а между семьями была достигнута договоренность о том, что брак будет заключен после достижения девушкой 18 лет.
Однако в 2024 году Нахида после ссоры с братом пришла к брату Махира. Она сообщила Махиру, что не хочет возвращаться домой и согласна на совместную жизнь. Махир согласился, и с того времени они начали жить в качестве супругов.
После рождения у пары дочери по имени Севги информация о случившемся поступила в полицию, и было возбуждено уголовное дело.
Решением Бейлаганского районного суда М.Исмайылов был приговорен к шести месяцам лишения свободы и арестован прямо в зале суда.
-
Beyləqanda 15 yaşlı qız uşaq dünyaya gətirdi: 31 yaşlı kişi HƏBS EDİLDİ
Beyləqanda 15 yaşlı qız uşaq dünyaya gətirib.
Oxu.az-ın məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib. Rayon sakini, 2009-cu il təvəllüdlü Nahidənin dörd yaşı olanda atası ilə anası boşanıb və o, atasının himayəsində böyüyüb.Nahidə 2023-cü ildə kənd sakini, 1994-cü il təvəllüdlü Mahir İsmayılovla (ad və soyad şərtidir) tanış olub. Mahir onunla bir müddət münasibət qurandan sonra Nahidə ilə ailə qurmaq qərarına gəlib və bu məqsədlə, o, Nahidənin atası ilə danışıb. 14 yaşlı qıza nişan mərasimi keçirilib və ailələr arasında qərara gəlinib ki, qızın 18 yaşı olandan sonra ailə qursunlar.
Amma 2024-cü ildə Nahidə evdə qardaşı ilə dalaşaraq Mahirin qardaşıgilə gəlib. O, Mahirə bildirib ki, evə qayıtmaq istəmir və onların birgə yaşamasına razıdır. Mahir də onunla razılaşıb və həmin vaxtdan etibarən ər-arvad kimi yaşamağa başlayıblar.
Cütlüyün Sevgi adlı qızları da dünyaya gələndən sonra faktla bağlı polisə məlumat daxil olub və cinayət işi başlanılıb.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Mahir İsmayılov altı ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
-
В Лондоне случайно отпущенный из тюрьмы заключенный сдался властям
Один из двух заключенных, отпущенных по ошибке за последние дни из тюрьмы Уондсуорт, сдался властям.
Как передает Median.Az со ссылкой на телеканал Sky News, речь идет о 35-летнем Уильяме Смите.
3 ноября он был приговорен Королевским судом лондонского района Кройдон к трем годам и девяти месяцам тюремного заключения за мошенничество. В тот же день он был случайно отпущен на волю.
Отмечается, что Смит выслушал приговор по видеосвязи, находясь в тюрьме.
По информации Sky News, он был выпущен на свободу из-за того, что сотрудники пенитенциарного учреждения получили неверное сообщение о вынесении ему условного наказания.








