Month: November 2025

  • Cəbrayıla yeddi baş ceyran buraxıldı

    Şirvan Milli Parkından götürülən yeddi baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb.

    Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətin rəis müavini Arzu Babayeva bildirib.

    Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib.

    Xidmət rəsmisinin sözlərinə görə, “Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası” layihəsi çərçivəsində bugünədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.

  • Türkiyə Rusiyanın S-400-lərindən imtina edir?

    Türkiyə hökuməti ABŞ-nin tələbi ilə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən tamamilə imtina etməmək qərarına gəlib.

    “Unikal” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazır.

    “Türkiyə Rusiyanın S-400 raketləri məsələsində güzəştə getməyə hazır olduğunu açıq şəkildə bildirdi, lakin Vaşinqtonun tələb etdiyi kimi, sistemdən tamamilə imtina etməyi dayandırdı”, – KİV mənbələrə istinadən yazıb.

    Bildirilir ki, Türkiyə tərəfi Rusiya sistemlərinin və onların amerikalı həmkarlarının birgə istifadəsi üçün xüsusi mexanizm yaratmaq niyyətindədir.

  • Bakıda obyekt yanıb

    Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 400 m² olan mebel sexinin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda yeni informasiya sistemi yaradılır – FƏRMAN

    “Invest in Azerbaijan” informasiya sisteminin yaradılır.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmanla “Invest in Azerbaijan” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilir.

    Müəyyən edilir ki, “Invest in Azerbaijan” informasiya sistemi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir. Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO həyata keçirir.

  • Zərgərlik məmulatlarına dövlət əyar damğasını vuracaq orqan müəyyənləşib

    Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına dövlət əyar damğasının vurulması sahəsində xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.

    Agentliyin təqdim etdiyi xidmətlər siyahısına malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi və standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktla müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı və uyğunluğun təsdiqi barədə təsdiqedici sənədlərin verilməsi də daxil edilib.

  • Sabah qısa iş günü olacaq

    8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq, 7 noyabr ölkə üzrə qısaldılmış iş günü olacaq.

    Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.

    Qeyd edək ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

    Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

    Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.

  • Sarkisyan korrupsiya ilə mübarizə komitəsində dindirildi

    Dünən axşam saatlarında Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan korrupsiya ilə mübarizə komitəsinə çağırılıb.

    Bu barədə onun vəkili Amram Makinyan “Facebook” səhifəsində yazıb.

    Məlum olub ki, prokurorluq eks-prezidentin ölkədən qaça biləcəyini ehtimal edib: “Bütün hüquq-mühafizə sisteminin deyəcək bir sözü qalmadığı, lakin Ermənistan Respublikasının üçüncü prezidentinin Ermənistan Respublikasından getməsi hər nəyin bahasına olursa olsun məhdudlaşdırılmalı olduğu bir vaxtda, 2019-cu ildən bəri rəflərdə saxlanılan iyirmi-iyirmi beş il əvvəl vəfat etmiş insanların ifadələri üzə çıxıb.

    Bir sözlə, siz öz yolunuzu seçmisiniz və mən vəkil olduğum üçün ictimai çıxışımı belə bitirirəm: məhkəmədə görüşəcəyik”.
    //unikal.az

  • Zəfər paradında yeni texnikalar nümayiş etdiriləcək

    “Ali Baş Komandan İlham Əliyev daim Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatına xüsusi diqqət yetirib, təhlükəsizlik məsələlərinin daim prioritet olduğunu qeyd edib. İldən-ilə artan döyüş imkanlarımız bu diqqətin sayəsində mümkün olub”.

    Bunu “Unikal”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Zəfər paradında Azərbaycanın yeni əldə etdiyi bir çox silah sistemləri ilk dəfə ictimaiyyətə rəsmi olaraq təqdim ediləcək.

    “Bunların arasında Pakistanın istehsalı olan qırıcıları, Serbiya istehsalı olan uzaqmənzilli özüyeriyən artilleriya sistemlərini, Çinin istehsal etdiyi müasir hava hücumundan müdafiə sistemini, eləcə də Belarus, Türkiyə və digər müttəfiq ölkələrin silah, texnika, vasitə və avadanlıqlarını müşahidə edəcəyik. Həmçinin, Azərbaycanın yerli istehsalı olan bəzi silahlar bu paradda nümayiş etdirilə bilər”.

  • Экс-губернатор Сюника объявлен в розыск

    Бывший депутат от блока “Армения” и экс-губернатор Сюника Ваге Акопян, ранее возглавлявший партию “Возрождающаяся Армения”, объявлен в розыск.

    Об этом сообщили Sputnik Армения источники в правоохранительных органах.

    Других подробностей на данный момент неизвестно.

    Напомним, в сентябре 2024-го по делу об экономических преступлениях были арестованы брат экс-губернатора, директор завода “Чистое железо” Карен Акопян и заместитель гендиректора Зангезурского медно-молибденового комбината (ММК) Нарек Амбарян.

    Ваге Акопян в 2016-2018 годах был губернатором Сюникской области, а до этого занимал пост административного директора Зангезурского ММК. Акопян избрался в парламент в составе блока “Армения” в 2021 году. В 2022 году он сложил мандат.

  • Sünikin sabiq qubernatoru Vaqe Akopyan axtarışa verilib

    “Hayastan” blokundan keçmiş deputat, Sünikin sabiq qubernatoru, vaxtilə Dirçələn Ermənistan Partiyasına rəhbərlik etmiş Vaqe Akopyan axtarışa verilib.

    Bu barədə məlumatı “Sputnik Ermənistan” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yayıb.

    Akopyanın hansı cinayətdə ittiham olunduğu hələlik bəlli deyil. Yalnız bu məlumdur ki, hələ 2021-ci ildə ona qarşı mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb. 2022-ci ilin noyabrında Akopyan deputat mandatından imtina edib. Üstəlik, onun qardaşı, “Xalis dəmir” zavodunun direktoru Karen Akopyan və Zəngəzur mis-molibden kombinatının (MMK) baş direktorunun müavini Narek Ambaryan iqtisadi cinayətlər ittihamı ilə keçən ilin sentyabrında həbs ediliblər.

    Vaqe Akopyan 2016-2018-ci illərdə Sünik vilayətinin qubernatoru olub.