Month: November 2025

  • Narkoloji testlər və profilaktik nəzarət yollarda insan həyatının təminatıdır

    Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunması ağır nəticəli yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Bu hallar həm spirtli içkinin, həm də narkotik və psixotrop maddələrin təsiri altında baş verir.

    Aparılmış təhlillər göstərir ki, bu ilin 9 ayı ərzində sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə baş verən 6 qəzada 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Ötən ilin eyni dövründə sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə isə 17 qəzada 8 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

    Hadisələrdə ölüm və xəsarətlərin azalma təsnifatına görə diqqət çəkən məqam ondan ibarətdir ki, il ərzində DYP əməkdaşları tərəfindən respublika ərazisində sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 9 407 fakt aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 621 fakt çoxdur. Bu statistika 9 407 potensial təhlükənin, ölüm və xəsarətin qabaqlayıcı tədbiridir ki, həmin sərxoş sürücülər hərəkətdən kənarlaşdırılıb.

    Faktlar göstərir ki, profilaktik nəzarətin gücləndirilməsi, DYP əməkdaşlarının xidmət rejiminin artırılması və narkoloji testlərin tətbiqi qanun pozuntularının vaxtında müəyyən edilməsində mühüm rol oynayıb. Davranışlarında şübhə doğuran sürücülərdə aparılan narkoloji və tibbi müayinələr onların vəziyyətinin operativ qiymətləndirilməsinə və potensial təhlükələrin qarşısının alınmasına yönəlib.

    Yollarda hadisələr təkcə ölümlə yekunlaşmır, sürücülərin, sərnişinlərin və piyadaların xəsarət almaları, sağlamlıqlarını və əmək qabiliyyətlərini itirmələri faktları ömürlük məhrumiyyətlərə, yatağa düçar olmalarına səbəb olur. Bu il 905 yol-nəqliyyat hadisəsində xəsarət alan 757 nəfərdən 147-si ömürlük sağlamlığını itirib. Onlar artıq heç vaxt əvvəlki kimi danışa, hərəkət edə bilməyəcəklər. Bu insanların böyük əksəriyyəti ailə başçısıdır, gənclərdir. Bu ağırlığın dərəcəsini hər kəs anlamalı, yollarda qaydalara əməl etməlidir ki, insan həyatı, sağlamlığı puç olmasın və başqalarının həyatı məhv olmasın.

    Bu hadisələrin baş verməməsi üçün narkoloji testlər, təşkil olunan profilaktik reydlər, gücləndirilmiş xidmət rejimi və radar sistemləri ictimai təhlükəsizliyin ön xəttidir. Bu tədbirlər nəticəsində təkcə inzibati pozuntular aşkarlanmır, həm də yüzlərlə faciənin qarşısı alınır. Əgər 10 ayda sərxoş vəziyyətdə sükan arxasında 9 407 sürücü müəyyən edilərək aşkarlanıbsa, bu təkcə inzibati qayda pozuntusu deyil, digər insanların həyatı üçün real təhlükə göstəricisidir.

    Sürücülər sükan arxasında yalnız tam ayıq vəziyyətdə olmalı, yol hərəkəti qaydalarına əməl etməli, özlərinin və başqalarının təhlükəsizliyini təmin etməlidirlər.

  • Sabah Sumqayıtda 15 min abonentin qaz təchizatı dayandırılacaq

    Sabah Sumqayıt şəhərində 15 min abonentin qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz-İstismar Sahəsi məlumat yayıb.

    Qeyd olunub ki, Sumqayıt şəhər Saray körpüsü ərazisindəki yolda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar tikinti sahəsinə düşən və kənara köçürülmüş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması planlaşdırılır.

    Bu məqsədlə noyabrın 6-da saat 8:00-dan etibarən işlər tamamlanana qədər Sumqayıt şəhərinin 16-cı, 17-ci, 20-ci və 21-ci mikrorayonlarında, həmçinin Corat qəsəbəsi, Corat bağları, 51 və 52-ci məhəllələr, Qurd dərəsi – Saray bağları ərazilərindəki 15 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

    Qaz təchizatı işlər başa çatdıqdan dərhal sonra bərpa ediləcək.

  • Президент Ильхам Алиев принял делегацию руководящих лиц структур-членов Арабской координационной группы – ФОТО

    5 ноября Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию руководящих лиц структур-членов Арабской координационной группы.

    Как сообщает АЗЕРТАДЖ, в состав делегации входят президент группы Исламского банка развития Мухаммад Сулейман аль-Джассер, президент Фонда ОПЕК Абдулхамид аль-Халифа, генеральный директор Фонда развития Абу-Даби, председатель Исполнительного комитета Экспортного офиса Абу-Даби (ADEX) Мохаммед Саиф аль-Сувайди, главный исполнительный директор Фонда развития Саудовской Аравии Султан Абдулрахман аль-Маршад и исполняющий обязанности генерального директора Кувейтского фонда арабского экономического развития Валед аль-Бахар.

    Глава нашего государства высоко оценил намерение структур-членов Арабской координационной группы поддерживать проекты, связанные с развитием социальной инфраструктуры в нашей стране, особенно в настоящее время, когда Азербайджан проводит широкомасштабные строительно-восстановительные работы в Карабахе и Восточном Зангезуре. Президент Ильхам Алиев подчеркнул, что все это расширяет братские и дружеские отношения с финансовыми институтами и народами стран, которые представляют гости.

    Отметив, что в Азербайджане уже завершены основные инфраструктурные проекты, глава государства подчеркнул, что реализуются государственные программы в водной, транспортной и других сферах, в будущем также будут приниматься государственные программы по различным направлениям.

    Поблагодарив главу государства от имени делегации за встречу, председатель Группы Исламского банка развития Мухаммад Сулейман аль-Джассер выразил удовлетворение посещением освобожденных от оккупации Карабаха, города Шуша, отметил, что проводимая там работа производит глубокое впечатление.

    В ходе беседы было подчеркнуто, что Азербайджан и структуры-члены Арабской координационной группы успешно и плодотворно сотрудничают, была затронута созданная в нашей стране благоприятная инвестиционная и деловая среда, обсуждены перспективы сотрудничества. Состоялся обмен мнениями о реализации совместных проектов Азербайджаном и структурами-членами Арабской координационной группы.







  • İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir.

    Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə – Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq, dostluq münasibətlərimizi genişləndirir.

    Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən dövlətimizin başçısı su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğulayıb.

    Görüşə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına təşəkkür edən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaqdan məmnunluğunu bildirib, orada aparılan işlərin dərin təəssürat hissi doğurduğunu deyib.

    Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub, əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

  • Ararat Mirzoyan: “Türkiyə və Ermənistan aviareyslərin sayını artırmağı razılaşdırıblar”

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ankara və İrəvan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəliblər.

    O, bunu Yerevanda “Orbeli: sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu” mövzusunda beynəlxalq forumda bəyan edib.

    “Reyslər Ermənistanın böyüklüyünə görə ikinci şəhəri olan Gümrünün “Şirak” aeroportundan da həyata keçiriləcək”,- deyə nazir bildirib.

  • Госагентство опровергло информацию о переводе студентов

    В последние дни в социальных сетях распространилась информация о процессе перевода студентов. В этих публикациях утверждалось, что вышеупомянутая процедура начнется с 1 февраля.

    Как сообщает Median.Az со ссылкой на Государственное агентство по науке и высшему образованию Азербайджана, данная информация не соответствует действительности и не размещена в официальных источниках, “объявление” на изображениях является поддельным.

    “Согласно действующим правилам, процесс перевода студентов осуществляется исключительно в период летних каникул. Информация об этом ежегодно публикуется в соответствующий период на официальных сайтах Министерства науки и образования и Государственного агентства по науке и высшему образованию, а также на их страницах в социальных сетях.

    Просим граждан ссылаться только на информацию, опубликованную из официальных источников, и воздержаться от распространения фейковых публикаций”, – отмечается в сообщении.

    С правилами перевода можно ознакомиться подробнее, перейдя по соответствующей ссылке.

  • Agentlik tələbələrin köçürülməsi ilə bağlı yayılan məlumatlara AYDINLIQ GƏTİRDİ

    Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesinə dair məlumat yayılıb. Həmin paylaşımlarda tələbələrin köçürülməsi prosesinə 1 fevral tarixindən etibarən başlanıldığı iddia olunur.

    Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) məlumat yayıb.

    Bildirilib ki, yayılan bu məlumat həqiqətə uyğun deyil və rəsmi mənbələrdə yerləşdirilməyib, görüntülərdəki “elan” saxtalaşdırılıb.

    “Mövcud qaydalara əsasən, tələbələrin köçürülməsi prosesi yalnız yay tətili dövründə həyata keçirilir. Bu barədə məlumatlar hər il müvafiq dövrdə Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində dərc olunur.

    Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etsinlər və saxta paylaşımları yaymaqdan çəkinsinlər”, – məlumatda qeyd edilib.

    Qaydalar ilə ətraflı buradan tanış ola bilərsiniz: https://eatda.edu.az/melumatlar/telebelerin-kocurulmesi

  • “Qarabağ” – “Çelsi” oyunu ilə əlaqədar avtobus marşrutlarının hərəkətində müvəqqəti dəyişiklik ediləcək

    Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda baş tutacaq “Qarabağ” – “Çelsi” oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq. Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

  • Noyabrda üç maqnit qasırğası gözlənilir: Tarixləri açıqlandı

    Noyabrın 7-də Yer kürəsində G1 səviyyəli maqnit qasırğası gözlənilir.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin Günəş-Yer Fizikası İnstitutu məlumatına yayıb.

    Mütəxəssislər hadisənin baş vermə ehtimalını 61% olaraq qiymətləndirirlər.

    Alimlər noyabr ayı üçün maqnit qasırğalarının proqnozunu dərc ediblər: G1 səviyyəli geomaqnit qasırğaları cəmi üç dəfə: 7, 25 və 26 noyabrda gözlənilir. Ayın qalan günlərində Günəş aktivliyi aşağı olaraq qalacaq.

  • Biləcəridə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşdu

    Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə 202 nömrəli avtobusla “Prius” və “Sonata” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

    Toqquşmadan sonra 202 nömrəli avtobus yol kənarında yerləşən obyektə çırpılıb.

    Nəticədə avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

    Hadisə səbəbindən ərazidə ciddi tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.