Month: November 2025

  • Норвегия модернизирует системы контроля на границе с РФ

    Полиция и ВС Норвегии проведут модернизацию систем наблюдения на норвежско-российской границе.

    Это следует из пресс-релиза полицейского управления Норвегии.

    “Ситуация с политикой безопасности в Европе означает, что Норвегия принимает ряд мер по усилению пограничного контроля”, – приводит ведомство слова подполковника Штаба обороны Руне Риппона.

    В документе отмечается, что в конце 2024 года Норвегия получила около 191 млн норвежских крон (€16,3 млн) для улучшения пограничного контроля на внешней границе. Для этих целей была сформирована межведомственная руководящая группа, ее возглавило полицейское управление страны, а в состав вошли представители других полицейских отделений и Штаба обороны.

    В ходе первого заседания руководящая группа провела осмотр участка границы рядом с бывшим КПП “Скафферхуллет”, с которого планируется начать модернизацию. В ее рамках протестируют “как новые вышки, так и другие датчики для обнаружения и наблюдения” за границами, заявила начальник полиции провинции Финнмарк Эллен Катрине Хетта.

  • Norveç Rusiya ilə sərhəd nəzarəti sistemlərini modernləşdirir

    Norveç polisi və Silahlı Qüvvələri Norveç-Rusiya sərhədindəki müşahidə sistemlərini modernləşdirəcək.

    Bu barədə Norveç Polis İdarəsinin açıqlamasında bildirilib.

    “Avropada təhlükəsizlik siyasəti ilə bağlı vəziyyət Norveçin sərhəd nəzarətinin gücləndirilməsi üçün bir sıra tədbirlər görməsi deməkdir”, – idarə Müdafiə Qərargahının polkovnik-leytenantı Rune Ripponun sözlərini təqdim edib.

    Sənəddə qeyd olunub ki, Norveç 2024-cü ilin sonuna qədər xarici sərhədində sərhəd nəzarətini təkmilləşdirmək üçün təxminən 191 milyon NOK (16,3 milyon avro) alıb. Bu məqsədlə Milli Polis İdarəsinin sədrliyi ilə digər polis idarələrinin və Müdafiə Qərargahının nümayəndələrinin daxil olduğu idarələrarası qrup yaradılıb.

    İlk iclas zamanı rəhbər qrup sərhədin keçmiş “Skafferxullet” keçid məntəqəsinin yaxınlığında yerləşən sərhəd sahəsinə baxış keçirib. Orada modernləşdirmə işlərinə başlanılması planlaşdırılır. “Bu çərçivədə “həm yeni qüllələr, həm də sərhədlərin aşkarlanması və müşahidəsi üçün digər sensorlar” sınaqdan keçiriləcək”, – deyə Finnmark əyalətinin polis rəisi Ellen Ketrin Hetta bildirib.

  • Bu dəfə “Swarovski”ni qarət etdilər

    Fransanın paytaxtı Parisdə yerləşən “Swarovski” brendinə məxsus mağaza qarət edilib.

    Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

    Məlumata görə, oğrular mağazadan təxminən 200 min avro dəyərində zinət əşyaları və saatlar aparıblar. Hadisə gecə saatlarında baş verib. Siqnalizasiya sistemi işləməyib, mağazadakı müşahidə kameraları isə oğruları qeydə ala bilməyib.

    Nəşr yazır ki, qarətdən saatlar sonra mağazanın əməkdaşı işə gələndə qapının qırıldığını, vitrinlərin sındırıldığını və məhsulların oğurlandığını aşkarlayıb.

    Qeyd edək ki, bu hadisə Luvr muzeyində baş verən məşhur oğurluqdan cəmi iki həftə sonra qeydə alınıb. Belə ki, Fransada naməlum şəxslər muzeyə girərək imperator Napoleonun kolleksiyasından 9 əşya oğurlamışdılar.

  • “Labubu”nun sayəsində milyarder oldu

    “Pop Mart” mağazalar şəbəkəsinin yaradıcısı, məşhur “Labubu” oyuncaqları ilə tanınan Van Nin Çinin ən varlı 10 milyarderi sırasında yer alıb.

    Bu barədə “Forbes” jurnalı məlumat yayıb.

    Məlumata görə, onun sərvəti 22,3 milyard dollar olaraq qiymətləndirilir. Həmçinin siyahıya “ByteDance” şirkətinin təsisçisi və “TikTok” platformasının sahibi Çjan İminq 65,5 milyard dollarlıq sərvətlə başçılıq edir.

    İkinci yerdə “Nongfu Spring” içkilər şirkətinin rəhbəri Çjon Şanşan (58,7 milyard dollar), üçüncü pillədə isə “PUBG Mobile” və s. məşhur mobil oyunların istehsalçısı olan “Tencent” şirkətinin baş direktoru və “WeChat” tətbiqinin yaradıcısı Ma Xuatenq (52,2 milyard dollar) qərarlaşıb.

  • Bakıda məktəb direktoru ilə müəllim arasında qalmaqal – Açıqlama

    Sosial şəbəkələrdə Xəzər rayonu Ramiz Qasımov adına 216 saylı tam orta məktəbdə direktor vəzifəsini icra edən Çinarə Cəbrayılova ilə ingilis dili müəllimi Sədaqət Babayeva arasında yaşanan mübahisə nəticəsində müəllimin xəstəxanalıq olduğu haqda iddialar yayılıb.

    Median.Az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, məktəb yayılan xəbərlərə belə aydınlıq gətirib:

    “İngilis dili müəlliminin davranışları ilə əlaqədar bir qrup valideyn və müəllimlər tərəfindən dəfələrlə təhsil müəssisəsinin rəhbərliyinə şikayət olunub. Nəticədə ingilis dili müəlliminə “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozduğuna, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

    Qeyd olunub ki, 04.11.2025-ci il tarixində məktəbin direktor əvəzi, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı, Məktəb Həmkarlar Komitəsinin sədri qeyd olunan ingilis dili müəllimi ilə söhbət aparıblar:

    “Söhbət zamanı müəllim məktəbin kollektiv üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib, müəllimlərin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirib, “Təhsilverənlərin etik davranış Qaydaları”na uyğun olmayan hərəkətlər sərgiləyib. Otaqda nalayiq hərəkətlər etməsinə baxmayaraq, məktəb rəhbərliyi onun ifrat emosional vəziyyətini və halının pisləşdiyini nəzərə alaraq təcili tibbi yardım çağırıb.

    Qeyd olunan müəllimin davamlı xarakter almış bu kimi hərəkətləri məktəbdaxili pedaqoji mühitin və tədris prosesinin pozulmasına səbəb olur”.

  • Ad gününə getmək üçün taksiyə minən qadının başına iş gəldi

    Quldurluq cinayətində təqsirləndirilən 1991-ci il təvəllüdlü Ramil Cəfərova hökm oxunub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq – Silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.

    Məhkəmənin hökmü ilə Ramilə 8 il 6 ay həbs cəzası verilib.

    Bildirilib ki, hadisə Bakı-Sumqayıt magistralının Ceyranbatandan keçən hissəsində qeydə alınıb.

    Hadisə baş verən gün Aytən adlı qadın ad günü məclisinə getmək üçün metronun 20 Yanvar stansiyası yaxınlığında taksiyə əyləşib. “Manatlıq taksi” kimi fəaliyyət göstərən Ramil icarəyə götürdüyü avtomobilə daha 3 sərnişini də götürüb. O həmin şəxsləri düşürdükdən sonra Aytənin üstünə bıçaq çəkib və üzərindəki 600 manat pulu və telefonu quldurluq yolu ilə talayıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil saxlanılaraq istintaqa təhvil verilib.

  • Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi

    Xankəndidə küçələrin birinə Ənvər Paşanın adı verilib.

    Bu barədə İctimai TV məlumat yayıb.

    Bildirilib ki, müvafiq qərarla şəhərin mərkəzi küçələrindən biri Ənvər Paşanın adını daşıyacaq.

    Qeyd edək ki, Ənvər Paşa Osmanlı dövlətinin böyük ictimai-siyasi və hərbi şəxsiyyətlərindən olub. 1918-ci ildə Azərbaycanın böyük hissəsi məhz Osmanlının hərbi naziri Ənvər Paşanın əmri ilə yaradılıb və Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən erməni-daşnak işğalından azad edilib.

  • Yola çıxan at ağır qəzaya səbəb oldu

    Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə köhnə Ələt-Astara magistralında, Quşçuluq fabriki yaxınlığında olub.

    Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Anar Bədəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən qarşısına qəfil at çıxıb.

    Atın maşına çırpılmasından sonra “VAZ” hərəkətdə olan yük maşını ilə toqquşub.

    Qəza nəticəsində xəsarət alan A.Bədəlov rayon xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Borussiya” futbolçusu ilə yeni müqavilə bağlamağı düşünür

    Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Yulian Brandtla yeni müqavilə imzalamağı planlaşdırır.

    Bu barədə “Sky Germany” məlumat yayıb.

    Onun klubu ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir.

    Dortmundluların baş məşqçi Niko Kovaç da almaniyalı oyunçunun komandada qalmasının tərəfdarıdır.

    Qeyd edək ki, Yulian Brandt cari mövsüm bütün turnirlərdə 13 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

  • При крушении военного вертолета на Филиппинах погибли шестеро – ОБНОВЛЕНО

    По меньшей мере шесть человек погибли в результате крушения военного вертолета на Филиппинах, где бушует тайфун “Калмаэги”.

    Об этом сообщил телеканал ABS-CBN News со ссылкой на военные структуры.

    “В результате поисково-спасательных операций были обнаружены шесть тел, которые, предположительно, принадлежат пилоту и членам экипажа вертолета Super Huey (Bell UH-1Y Venom – ред.)”, – заявили военные.

    Воздушное судно было частью группы из четырех вертолетов, направлявшихся в пострадавшие от тайфуна районы страны для оказания помощи в ликвидации последствий стихийного бедствия. В настоящий момент правоохранители ведут расследование произошедшего и устанавливают причины аварии.

    Ранее сообщалось, что из-за тайфуна по меньшей мере 26 человек погибли, несколько сотен тысяч были вынуждены покинуть свои дома в центральной части Филиппин.