Month: November 2025

  • Subay kişilərə niyə kirayə ev verilmir? – Sosioloq

    Azərbaycanda subay kişilər kirayə ev tapmaqda çətinlik çəkir. Bu elan saytlarında açıq-aydın qeyd olunur.

    Heç kim evini subay kişilərə kirayə vermək istəmir. Kirayə ev üçün elan saytlarına müraciət edən kişilərə ev sahiblərinin verdiyi cavab belə olur: “Biz subay kişilərə ev vermirik. Subay kişiyə ev verib problem yaşamaqdansa, boş qalsa yaxşıdır”.

    Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bunun mülkiyyət sahibinin seçimi olduğunu bildirib:

    “Qərarları mülkiyyət sahibi verir. Kimə istəsə, evini kirayə verə bilər. Burada əsas məsələ ev sahibinin rahatlığıdır. Digər tərəfdən, ev sahibi mənzili elə şəxsə vermək istəyikr ki, qonşular narazılıq etməsin. Kişilərə ev kirayə veriləndə səs-küy olur, qonşularla problemlər yaranır. Görünür, mənzil sahibləri də bu təcrübədən çıxış edir”.

    Üzeyir Şəfiyev bildirib ki, kimsə bu məsələdə ev sahibinə diqtə edə bilməz.

  • PSJ-nin futbolçusu “Qızıl Oğlan” mükafatını qazandı

    Fransanın Pari Sen-Jermen klubunun hücumçusu Dezire Due 21 yaşa qədər Avropanın ən yaxşı oyunçusuna təqdim edilən “Qızıl Oğlan” mükafatını qazanıb.

    Bu barədə mükafatı təşkil edən nəşr – “Tuttosport” məlumat yayıb.

    Ötən mövsüm Due PSJ ilə Fransa çempionluğunu, Fransa Kubokunu və Çempionlar Liqasını qazanıb və 2024/25 mövsümü üçün turnirin ən yaxşı gənc oyunçusu seçilib. O, PSJ üçün 61 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib. Futbolçu həmçinin 2024-cü il Paris Olimpiadasında gümüş, 2025-cil il Millətlər Liqasında isə bürünc medal qazanıb.

    Qeyd edə ki, “Qızıl Oğlan” (Golden Boy) mükafatı 2003-cü ildə “Tuttosport” tərəfindən təsis edilib və hər il Avropa liqalarının yüksək divizionunda oynayan 21 yaşdan kiçik futbolçuya təqdim olunur. 2024-cü ildə mükafat “Barselona”nın hücumçusu Lamin Yamala verilib.

  • Bakıda Fransa və Azərbaycan diplomatları arasında uğurlu danışıqlar aparıldı

    Bakıda Fransa və Azərbaycan diplomatları arasında uğurlu danışıqlar aparılıb.

    Bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut X-də paylaşım edib.

    Səfir bildirib ki, müzakirələr Azərbaycan və Fransa prezidentləri arasında son görüşlərin davamı olub:

    O qeyd edib ki, Fransa Prezidentinin Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfey Azərbaycana səfər ediblər.

    “Prezidentin Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfey Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla Azərbaycan-Fransa münasibətlərini və regional məsələləri müzakirə etmək üçün Bakıya gəliblər”, – səfir əlavə edib.

  • Goranboyda 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

    Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

    Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

    Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

  • Əlillik dərəcəsinin verilməsindən “qazanan” vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib

    Sabirabad Rayon Mərkəzi Xəstəxanasındakı qanunsuzluqlar, eləcə də Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olan şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, xəstəxananın vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.

    İbtidai istintaqla Əlişir Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim məsləhət komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onlar barədə TƏBİB-in “e-tabib” elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Azərbaycanda bərpa, tikinti və idarəetmə xidmətlərinə xərcləmələr 2 dəfə azaldılır

    2026-cı ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 5 bərpa, tikinti və idarəetmə xidmətinə ümumilikdə 20,429 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

    Bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

    Sənədə əsasən, bu, 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 48,7 % və yaxud təxminən 2 dəfə azdır.

    Gələn il bu xərclər büdcə xərclərində 0,05 % paya malik olacaq.

  • Греция назначила нового посла в Азербайджан

    Греция назначила нового посла в Азербайджане.

    Об этом сообщает Report cо ссылкой на диписточник.

    Согласно информации, на эту должность назначена Мария Папаконстантину.

    На должности посла Греции в Азербайджане она заменит Христоса Каподистриаса.

  • Yunanıstan Azərbaycana yeni səfir təyin edib

    Yunanıstan Azərbaycana yeni səfir təyin edib.

    Bu barədə “Report” diplomatik mənbəyə istinadən xəbər verir.

    Məlumata görə, bu vəzifəyə Maria Papakonstantinu təyin edilib.

    O, bu vəzifədə Xristos Kapodistriası əvəz edəcək.

  • Дело обвиняемого в финансировании терроризма направлено в суд

    Бакинский суд по тяжким преступлениям принял к производству уголовное дело в отношении Намига Набиева, обвиняемого в финансировании терроризма и хранении экстремистских материалов религиозного характера.

    Решение было принято на подготовительном заседании суда под председательством судьи Нигяр Имановой.

    Судебное заседание назначено на 18 ноября.

    Отметим, что по уголовному делу, возбужденному в Службе государственной безопасности (СГБ), Намигу Набиеву предъявлены обвинения по статьям 167-3.1 (хранение религиозных экстремистских материалов) и 214-1 (финансирование терроризма) УК АР.

  • Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəmə baxışına verilib

    Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi məhkəmə baxışına verilib.

    Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında qərar verilib.

    Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin olunub.

    Qeyd edək ki, DTX-də başlanan cinayət işi üzrə Namiq Nəbiyevə Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham irəli sürülüb.

    //report