Month: November 2025

  • В Баку осужден организатор банды, совершавшей убийства и разбои в 90-е

    Бакинский суд по тяжким преступлениям приговорил к 15 годам лишения свободы Халида Тагиева, признанного виновным в создании и руководстве преступной группировкой, действовавшей в столице в 1990-е годы и причастной к серии убийств, разбойных нападений и другим тяжким преступлениям.

    Как сообщает Report, приговор был оглашен на заседании под председательством судьи Сабухи Гусейнова. Государственный обвинитель также настаивал на 15-летнем сроке заключения.

    Согласно материалам дела, в отношении Тагиева велось расследование по статьям старого Уголовного кодекса Азербайджана, действовавшего до 1 сентября 2000 года. Он находился в международном розыске и был задержан правоохранительными органами 12 февраля 2025 года.

    Ему было предъявлено новое обвинение по нескольким статьям – в том числе за организацию банды, убийства, разбой, незаконное хранение оружия и попытку незаконного пересечения государственной границы.

    Следствие установило, что в период с 1995 по 1999 годы Тагиев создал вооруженную группу, которая действовала в различных районах Баку.

    В частности, он признан виновным в убийствах: 2 сентября 1998 года – Мамеда Гаджиева в поселке Амирджан (Сураханский район); в конце сентября 1998 года – Арифа Гулиева в поселке Бильгя (Сабунчинский район); 11 сентября 1999 года – Захида Велиева.

    Кроме того, участники банды занимались кражами, угоном автомобилей, хищением государственных документов и печатей, а также незаконным оборотом оружия и боеприпасов.

    Суд признал Тагиева виновным по совокупности преступлений и назначил ему наказание в виде 15 лет лишения свободы в колонии строгого режима.

  • 90-cı illərdə banda yaradaraq quldurluq, qətl və digər cinayətlərdə ittiham olunan şəxsə hökm oxunub

    Cinayətkar birlik (banda) təşkil edərək Bakının müxtəlif ərazilərində ağır cinayətlər törətməkdə təqsirləndirilən və uzun müddət axtarışda olan Xalid Tağıyev 15 il müddətə azadlıqdan məhrum edilib.

    Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

    Həmçinin prosesdə dövlət ittihamçısı da çıxış edib. O, Xalid Tağıyevin 15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, rəsmi məlumatda Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunan Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparıldığı bildirilib.

    Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan edilib.

    Xalid Tağıyev bu il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

    Ona qarşı 2025-ci il aprelin 29-da Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb.

    İttihama görə, X. Tağıyev 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törədib.

    İttihamda qeyd olunub ki, o, 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın edərək ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının sonunda Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabr ayının 11-də isə Zahid Vəliyevi öldürüb.

    Həmçinin Xalid Tağıyev həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirak etməkdə təqsirləndirilib.
    //report

  • Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb

    Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb.

    Hadisə rayonun Xatınlı kəndi ərazisində qeydə alınıb.

    Bildirilib ki, həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Məhərrəm Rəcəb oğlu Abdiyev yıxılaraq həyatını itirib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Средний размер пенсии в Азербайджане в 2026 году превысит 579 манатов

    В 2026 году средний размер пенсии в Азербайджане составит 579,2 маната.

    Об этом говорится в проекте бюджета на 2026 год.

    Согласно документу, данный показатель на 7,9% выше, чем ожидаемый уровень 2025 года (537 манатов).

    Кроме того, в проекте указывается, что по данным Министерства экономики, рост номинальной заработной платы в 2025 году прогнозируется на уровне 9,2%. Исходя из этого, финансовая нагрузка на индексирование трудовых пенсий в 2026 году может достичь 635,59 млн манатов в год.

  • Gələn il orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır

    2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır.

    Bu, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, bu məbləğ 2025-ci ildə gözlənilən 537 manatdan 7,9 faiz çoxdur.

    Sənəddə həmçinin vurğulanıb ki, İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635 milyon 590 min manatadək olması gözlənilir.

    Bildirilib ki, nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi 1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72 mln. manat ətrafında gözlənilir.

  • 2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular müəyyənləşib

    2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular müəyyənləşib.

    Siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərtib edib.

    Fransa millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe birinci pillədə qərarlaşıb. O, ümumilikdə 51 qolla yadda qalıb. Mbappe 32 dəfə çempionatda, 3 dəfə ölkə kubokunda, 11 dəfə beynəlxalq klub matçlarında, 5 dəfə isə yığmada rəqib qapılarına yol tapıb.

    İkinci sırada İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn (50 qol) yer alıb.

    İlk “üçlüy”ü İngiltərə təmsilçisi “Mançester Siti”də çıxış edən norveçli forvard Erlinq Holann qapayır – 43 qol.

  • Prezidentin ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək?

    Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

    Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin qorunmasının vacibliyini xüsusi vurğulayıb və alimləri bu istiqamətdə dəstək göstərməyə çağırıb.

    Bəs ana dilinin saflığının qorunması üçün hansı addımlar atılacaq?

    Median.Az Bizim.media-ya istinadla xəbər verir ki, AMEA-nın prezidenti İsa Həbibbəyli Azərbaycan dilinin elmi qrammatikası üzərində uzunmüddətli işlərin aparılmasının akademiyanın prioritet istiqamətlərindən olduğunu deyib:

    “Azərbaycan dilinin elmi qrammatikası məhz AMEA-da həyata keçirilən uzunömürlü layihələrdən biridir. Müstəqillik dövrünün çağırışları Azərbaycan dilinin qrammatikasının milli ideologiya əsasında yenidən formalaşdırılmasını zəruri edir”, – deyə İsa Həbibbəyli bildirib.

    Onun sözlərinə görə, Prezident İlham Əliyevin dilin qorunması ilə bağlı tapşırıqları müasir dövrün reallıqlarına tam uyğun gəlir. Bu istiqamətdə akademiyada bir sıra fundamental elmi tədqiqatlar aparılır, nəşrlər hazırlanır:

    “Hazırda Azərbaycan dilinin daxili imkanları hesabına zənginləşdirilməsi, lazımsız texnologiya və yad təsirlərdən qorunması üçün lüğətlər, ensiklopediyalar üzərində iş gedir. Artıq fonetika və leksika kitabları çapdan çıxıb. Yaxın vaxtlarda sintaksis və leksikologiya kitabları da nəşr olunacaq. Bundan başqa, nitq mədəniyyəti kitabı üzərində iş aparılır”.

    O qeyd edib ki, AMEA qarşıya qoyulan məqsədlərə əməli işlərlə və real tədqiqatlarla cavab verməyi planlaşdırır:

    “Biz Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dilimizin inkişafı və saflığının qorunması istiqamətində praktiki addımlar atacağıq”.

  • Buğda yüklü qatar Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gedib

    Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1 048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

    Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

  • 50 yaşlı kişi xaricdən gəlib 17 yaşlı qızı qaçırdı (VİDEO)

    Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Balakən RPŞ-nin keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.

    Zərərçəkmiş polis əməkdaşları tərəfindən gizlədildiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.

    Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

  • В пригороде Баку ожидаются перебои с водоснабжением

    Завтра в связи с реконструкцией коллектора насосной станции будут наблюдаться перебои в водоснабжении некоторых частей поселков Сулутепе, Гобу и Хокмели города Баку.

    Как сообщает Median.Az со ссылкой на Объединенную службу водоснабжения крупных городов при Агентстве водных ресурсов Азербайджана, ограничения в подаче воды будут применяться завтра, 5 ноября, с 08:00 до вечерних часов.