Month: November 2025

  • Bakının bəzi qəsəbələrində su kəsiləcək

    Sabah nasos stansiyasının kollektorunda aparılacaq yenidənqurma işləri ilə əlaqədar Bakının Sulutəpə, Qobu və Hökməli qəsəbələrinin bəzi hissələrinin su təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

    Məlumata əsasən, sabah saat 08:00-dan axşam saatlarınadək su verilişində məhdudiyyətlər tətbiq ediləcək.

  • Asif Əli Zərdari İlham Əliyevi təbrik edib

    Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri.

    Şanlı Zəfər Gününün beşinci ildönümü münasibətilə zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

    Bu gün zati-alinizin uzaqgörən rəhbərliyi ilə Vətəninin suverenliyini və ərazi bütövlüyünü fədakarlıqla bərpa edən Azərbaycan xalqının əzmkar mübarizəsinin və qətiyyətinin qürurverici təntənəsidir. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycanın müasir tarixində ədalətin, dözümlülüyün və milli birliyin rəmzi olan əlamətdar bir nailiyyət kimi qalır.

    Bu il Qələbə Gününün qeyd olunması Ermənistanla münasibətlərdə əhəmiyyətli inkişafdan sonra regionda davamlı sülhə doğru müsbət nəticələrin təşviq edilməsi ilə üst-üstə düşdüyündən xüsusi əhəmiyyət daşıyır. Bu tarixi məqam hamı üçün sabitlik, əməkdaşlıq və firavanlıqla təmin olunacaq gələcəyin qurulması üçün yeni ümidlər doğurur.

    Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli və ardıcıl dəstəyini bir daha təsdiqləyir. Əminəm ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq və qardaşlıq əlaqələri qarşıdakı illərdə də möhkəmlənəcəkdir.

    Fürsətdən istifadə edərək, zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzularımı çatdırıram.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Bu avtobusların hərəkət sxemində dəyişiklik edilir

    Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23 marşrutun hərəkət sxemi dəyişdirilir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Dəyişikliyə əsasən: 1, 2, 46 və H1 nömrəli marşrutlar “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    4 nömrəli marşrut “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Mərkəzi Bulvar küçəsi – 1-ci Yaşıl Ada küçəsi (Ağ şəhər) – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

    5 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyası – Süleyman Rəhimov küçəsi (“28 May” metrostansiyası) istiqamətində hərəkət edəcək.

    6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət “Azadlıq prospekti” metrostansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə (Ö.Nemanzadə küçəsi) – Su İdmanı Sarayı – “Binə” ticarət mərkəzini əhatə edir.

    10 nömrəli marşrut Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

    18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı) olacaq.

    20 nömrəli marşrut “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    21, 120 və 120E nömrəli marşrutlar “28 May” NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

    30 və 49 nömrəli marşrutlar “28 May” NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    32 nömrəli marşrut “28 May” NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

    61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi ilə;

    65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

    88 nömrəli marşrutun son dayanacaq məntəqəsi Füzuli küçəsi olmaqla fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi ilə təşkil ediləcək.

    88A nömrəli marşrut “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Puşkin küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

    125 nömrəli marşrutun son dayanacaq məntəqəsi “28 May” NMM olmaqla fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi ilə təşkil ediləcək.

    149 nömrəli marşrut Sahil qəsəbəsi – “20-ci Sahə” dairəsi istiqamətində fəaliyyət göstərəcək.

    205 nömrəli marşrutun fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.

  • Azərbaycanla Pakistan arasında saziş təsdiqləndi

    Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş təsdiqlənib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, 2025-ci il sentyabrın 10-da İslamabad şəhərində imzalanıb.

  • Бакинский метрополитен внедрил бесконтактную оплату проезда на всех станциях

    В ногу с технологическими инновациями и современными тенденциями, Бакинский метрополитен значительно расширил возможности оплаты проезда. Теперь пассажиры смогут оплачивать поездки с помощью всех местных банковских карт с поддержкой NFC, а также через платежные системы Apple Pay и Google Pay.

    Как сообщает Median.Az со ссылкой на информацию ЗАО “Бакинский метрополитен”, пассажиры по-прежнему могут использовать BakıKart, BirBank и M10 для оплаты своих поездок.

    “После успешного тестирования в пилотном режиме, новый метод оплаты теперь внедрен на всех станциях метрополитена. Инновационная технология прошла успешные испытания на станциях ‘фиолетовой” ветки”, – говорится в информации.

    Особенностью новой системы является возможность осуществить разовый проход даже при отсутствии средств на банковской карте с NFC. Однако важно отметить, что если баланс не будет пополнен, автоматическая система заблокирует дальнейшие платежи с данной карты.

    В настоящее время для повторного прохода через тот же турникет с использованием одной и той же карты необходимо выждать интервал в 10 минут. При этом существует альтернативный вариант – пассажиры могут немедленно воспользоваться другим турникетом с той же картой без ожидания.

  • Bakı metrosunun bütün stansiyalarında yeni üsulla ödəniş MÜMKÜNDÜR

    Texnoloji yeniliklər və müasir tendensiyalarla ayaqlaşan Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər.

    Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

    Bildirilib ki, paralel olaraq “BakıKart”, “BirBank” və “M10″la ödəniş qüvvədə saxlanılır.

    “Bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb.

    Yenilik “bənövşəyi xətti”n stansiyalarında uğurla sınaqdan keçirilib.

    NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.

    Hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür”, – məlumatda qeyd edilib.

  • İlham Əliyev BƏƏ ilə sazişi təsdiqlədi

    Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqlənib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, saziş 2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində imzalanıb.

  • “Çin şirkət”ində çalışan azərbaycanlının qəribə dələduzluq əməlləri aşkarlandı (TƏFƏRRÜAT)

    Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif adamların əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti naməlum “Maria”, “Jesika” adlı şəxslərlə cinayət əlaqəsinə girib.

    O, qrup üzvləri “Maria” və “Jesika”dan “Telegram” vasitəsilə aldığı tapşırıqlara uyğun olaraq insanlara birbaşa və ya sosial şəbəkələr vasitəsilə özünü mərkəzi ofisi Çinin Honkonq şəhərində yerləşən “İnstapower” şirkətinin nümayəndəsi kimi təqdim edib.

    Şirkətinin iaşə obyektləri üçün daşına bilən enerji avadanlıqları – poverbank istehsal etdiyini, investisiya yatıranların da şirkətdən xəyali olaraq poverbank alacaqlarını və aldıqları poverbankları şirkətin icarəyə verməsi nəticəsində gündəlik gəlir qazanacaqlarını vəd edib.

    Həmçinin cəlb olunan vətəndaşlara daha çox gəlir qazanmaq üçün özlərindən sonra şirkətə yeni şəxsləri qoşduqda yatırılan məbləğin 10 faizinədək əlavə gəlir əldə edəcəklərini bildirib.

    Təqsirləndirilən şəxs real görüntü yaratmaq məqsədilə 2023-cü il yanvarın əvvəllərində Bakının Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində və digər ünvanlarda icarəyə götürdüyü ofislərdə şirkətin rəsmi nümayəndəliyinin açılması ilə bağlı tədbir təşkil edib.

    Bunu nümayişkaranə şəkildə insanlara göstərməklə şirkətin respublika ərazisində lisenziya əsasında tam qanuni şəkildə fəaliyyətdə olduğunu, işləmələrinə icazə verildiyini bildirib.

    Bu üsulla 2022-cü ilin oktyabr ayından 5 mart 2023-cü il tarixədək Bakı şəhəri və respublikanın digər rayonlarında müxtəlif ünvanlarda ümumilikdə 56 nəfəri aldadıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərə 300 min manata yaxın ziyan vurub.

    İstintaq orqanı tərəfindən O. Babazadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.

    “Mesajın öz dilimizdə olması məndə şübhə yaratdı”

    Cinayət işi üzrə ifadə verən Orxan Babazadə ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, internet sosial şəbəkəsində iş axtarmağı ilə bağlı sayta elan yerləşdirib: “Bu zaman “Jesika” adlı bir şəxs mənə “Ayfon” telefonunda öz adına olan mobil nömrəsi ilə açdığı və işlətdiyi “Telegram” sosial şəbəkəsindən xarici nömrədən Azərbaycan dilində mesaj yazaraq iş təklif etdi.

    “Jesika” özünü xarici ölkə vətəndaşı kimi tanıtdı və bildirdi ki, dünyanın 20 ölkəsində şirkətləri var, 21-ci ölkə isə Azərbaycandır. Dedi ki, “İnstpovver” adlı şirkət daşına bilən enerji doldurucu aparatın istehsalı və icarəyə verilməsi ilə məşğuldur. Təklif etdi ki, həmin cihazın istehsalı və icarəsi üçün yatırım edərək gəlir qazanaq.

    Mən “Jesika”dan qazancın mənbəsini soruşdum. Bildirdi ki, yatırım nəticəsində “İnstapower” adlı şirkət qurğu icarəyə veriləcək və gündəlik gəlirdən bizə də qazanc qalacaq. “Jesika”nın mesajının Azərbaycan dilində olması məndə şübhə yaratdı. Ondan bizim dilimizdə necə yazdığını soruşdum. Cavab verdi ki, cümlələri transletdə Azərbaycan dilinə çevirərək yazır, çevirə bilmədiyi sözləri isə onların Azərbaycanda olan nümayəndələrinin köməyi ilə tərcümə edir.

    “Jesika” və “Maria” adlı şəxslər xarici mobil nömrədən istifadə edirdilər. “Jesika” işin rəsmi olduğunu bildirdi. Mən isə həmin vaxt mətbəə yerində işləyirdim”.

    “Bildirdilər ki, bu iş problemli deyil”

    Təqsirləndirilən şəxs bildirib ki, 2022-ci ilin dekabr ayında Əli adlı şəxs ona götürəcəyi obyektdə iş təklif edib:

    “Mən obyektdə oturaraq “Powerbank” aparatı barədə müştərilərə məlumat verməli idim. “Powerbank” aparatı mobil telefonun enerji yığmasına kömək edən cihazdır. Mənim rolum sadəcə məlumat vermək idi. Satışı isə işi quranlar həyata keçirirdilər.

    Mən əlavə gəlir götürmək üçün təkliflə razılaşdım. Müştərilər proqram vasitəsilə yatırım edirdilər və yatırım etdikcə müştərilərin adına da avadanlıqlar icra olunurdu, gündəlik qazanc əldə edilirdi. İş mənə şübhəli görünsə də, ətrafdakılardan soruşduqda bildirirdilər ki, bu iş problemli deyil”.

    Orxan Babazadə qeyd edib ki, ona əlbəəl heç kəs pul verməyib: “Müştərilər pulu “M10” tətbiqinə köçürürdülər. “M10” proqramı bir növ “pulqabı” rolu oynayırdı. Bu proqram vasitəsilə kommunal xərclər ödənilə, digər kart hesablarına pul köçürülə bilər. Amma “M10” proqramında olan pulu nağdlaşdırmağın mümkün olub-olmadığını bilməmişəm. Çünki çıxarışları mən etmirdim. Mən zərərçəkmiş şəxsləri tanımıram”.

    “Bir dəfə 800, bir dəfə də 1000 manat qazandım, 46000 isə batdı”

    Təqsirləndirilən şəxs deyib ki, işdə adı keçən Leyla onun həyat yoldaşıdır: “Lakin həyat yoldaşımın işimdən xəbəri yox idi. Mən həyat yoldaşımla mağazaya getdim və onun şəxsiyyət vəsiqəsi ilə adına nömrə aldıq.

    “Jesika” və “Maria” adlı şəxslər bilmədiyim başqa nömrələrlə də “M10” proqramı istifadə edirdilər. Mən heç vaxt “Jesika” ilə görüntülü danışmamış və ya səsli mesaj atmamışam. Biz “Telegram” sosial şəbəkəsindən mesajlaşdıq.

    İstintaq zamanı müstəntiq mənə həmin şəxsin Çin vətəndaşı olduğunu dedi. Mənə bu işdən maaş kimi bir dəfə 800, bir dəfə də 1000 manat almışam”.

    Orxan Babazadənin sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “VÖEN” almayıb və qeydiyyatdan keçməyib: “Mesajlarda “Jesika” və “Maria” fəaliyyətlərini rəsmiləşdirmək üçün Azərbaycana gələcəklərini yazırdılar. Mesaj yazdım ki, axı mənə əvvəlcədən işin rəsmi olduğunu demişdilər. Bildirdilər ki, dünyanın 20 ölkəsində rəsmi fəaliyyət göstərsələr də, hələ Azərbaycanda bu iş rəsmiləşdirilməyib.

    Mircəfər adlı şəxs şirkətin nümayəndəsi idi və dediyinə görə, əvvəllər hüquq-mühafizə orqanlarından birində müstəntiq işləyib. Mircəfər deyirdi ki, rəsmiləşdirmə işini özü edəcək. Mircəfərin bacısı Aytac xanım isə vəkil idi. Mən rəsmiləşdirmə işi qarşılığında “Jesika” və “Maria” adlı şəxslərin hesabıma göndərdiyi 46.000 manatı Mircəfərə və Aytaca çatdırdım.

    Amma rəsmiləşdirmə baş tutmadı və 46.000 manat batdı. Hazırda vəkil Aytac xanım barəsində Səbail Rayon Polis İdarəsinə şikayətlər daxil olub. Dələduzluq cinayətində ittiham olunduğundan onun vəkillik fəaliyyətinə xitam verilib”.

    “Həmin şəxsləri canlı görməmişəm”

    Orxan Babazadənin ifadəsinə görə, Minə Mehdiyeva onun cinayət işi üzrə şahiddir: “Minə “Jesika” və “Maria” adlı şəxsləri öncədən tanıyıb. “Powerbank” aparatını Azərbaycan ərazisində gömrükdən o keçirib, açılışlarda cihazı o təqdim edib. Minə şirkətlə çoxdan işlədiyini, heç bir problem olmadığını bildiririrdi”.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Orxan Babazadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmə əsasən, Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabında saxlanılan 15.998 manat və MMC tərəfindən bloklanmış, “M10” hesabında saxlanılan 12.374,25 manat müsadirə edilib. Həmin vəsait mülki iddiaçı olan zərərçəkmiş şəxslərin arasında bölünməsi barədə qərar qəbul edilib.

    Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin n 178.2.2 (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrinə tövsif edilməsini xahiş edib.

    Həmçinin zərərçəkmiş şəxslər də apellyasiya şikayəti veriblər. Onlar mülki iddialarının tam təmin edilməsini, həmçinin təqsirləndirilən şəxsin cəzasını 9 ilə qədər artırılmasını istəyiblər.

    Bu şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Həm təqsirləndirilən şəxsin vəkilinin, həm də zərərçəkmiş şəxslərin şikayətləri rəd edilib.

    Bu qərardan narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. Kasasiya şikayətinə Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər heyəti vəkilin şikayətini haqlı hesab etməyiblər.

  • 2026-cı ildə dövlət büdcəsində uşaqpulu nəzərdə tutulubmu?

    2026-cı ildə Dövlət Büdcəsində uşaqpulunun verilməsi ilə bağlı vəsaitin ayrılması nəzərdə tutulmayıb.

    Bu barədə Qaynarinfo-ya iqtisadçı Natiq Cəfərli məlumat verib. İqtisadçı bununla bağlı hazırda büdcədə heç bir məlumatın olmadığını əlavə edib:

    “Əgər müzakirələr zamanı əlavə edilməsə, çox güman ki, elə də qalacaq”.

  • Şimali Koreyanın keçmiş lideri vəfat etdi

    KXDR-in əsas lideri Kim Yonq-nam 98 yaşında Pxenyanda vəfat edib.

    Bu barədə noyabrın 4-də Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

    Ölkənin Ali Xalq Məclisi Rəyasət Heyətinin keçmiş sədri noyabrın 3-də xərçəng intoksikasiyası nəticəsində yaranan çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib.

    Qeyd edək ki, Kim Yonq-nam Şimali Koreyanın ən görkəmli siyasətçilərindən biri idi. O, 1998-2019-cu illərdə Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri vəzifəsində çalışaraq dövlət başçısının təntənəli funksiyalarını yerinə yetirib. Kim Yonq-nam uzun karyerası ərzində Koreyanın Xarici İşlər Nazirliyində və İşçi Partiyasının Mərkəzi Komitəsində də yüksək vəzifələrdə çalışıb. O, Şimali Koreya üçün çətin dövrlərdə onun beynəlxalq əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb.