Month: November 2025

  • XİN: UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsini alqışlayırıq

    Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsi qərarını alqışlayıb.

    Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

    Bildirilib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərarla dekabrın 15-i Dünya Türk Dilləri Ailəsi Günü kimi qəbul edilib:

    “Bu tarix bütün türk dillərinin dərin ümumi köklərini və birgə tarixini üzə çıxaran ən qədim yazılı abidə – Orxon-Yeniseyin şifrəsinin çözüldüyü günə təsadüf edir. Azərbaycan zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan bu addımı alqışlayır”.

  • Bakıda mənzildən meyit tapıldı

    Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Объявлена символическая сборная 2025 года по версии футболистов

    Обладатель “Золотого мяча” Усман Дембеле и обладатель “Золотой бутсы” по итогам сезона 2024/25 Килиан Мбаппе вошли в символическую сборную 2025 года по версии футболистов.

    Об этом сообщает пресс-служба Международной федерации ассоциаций профессиональных футболистов (FIFPro).

    В состав сборной, за игроков которой голосовали футболисты со всего мира, вошли: вратарь – Джанлуиджи Доннарумма (“Манчестер Сити”, Англия); защитники – Ашраф Хакими, Нуну Мендеш (оба – ПСЖ, Франция), Вирджил ван Дейк (“Ливерпуль”, Англия); полузащитники Коул Палмер (“Челси”, Англия), Джуд Беллингем (“Реал”, Испания), Педри (“Барселона”, Испания), Витинья (ПСЖ); нападающие – Дембеле (ПСЖ), Мбаппе (“Реал”) и Ламин Ямаль (“Барселона”).

  • 2025-ci ilin rəmzi komandası açıqladı

    “Qızıl top” mükafatının sahibi Usman Dembele və “Qızıl buts” mükafatının qalibi Kilian Mbappe 2025-ci ilin rəmzi komandasına daxil olublar.

    Bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) Mətbuat Xidməti məlumat yayıb.

    Müxtəlif ölkələrdən olan futbolçuların səsverməsi ilə seçilən 2025-ci ilin rəmzi komandasına aşağıdakı oyunçular daxil edilib:

    Qapıçı – Canluici Donnarumma (“Mançester Siti”, İngiltərə);

    Müdafiəçilər: Əşrəf Hakimi, Nunu Mendeş (hər ikisi PSJ, Fransa), Vircil van Dayk (“Liverpul”, İngiltərə);

    Yarımmüdafiəçilər: Kol Palmer (“Çelsi”, İngiltərə), Cud Bellinqem (“Real Madrid”, İspaniya), Pedri (“Barselona”, İspaniya), Vitinya (PSJ, Fransa);

    Hücumçular: Dembele (PSJ, Fransa), Mbappe (“Real Madrid”, İspaniya) və Lamin Yamal (“Barselona”, İspaniya).

  • “X” bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib

    Bu ilin oktyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 35,77 % (ötən ay 20,31 %, 1 il əvvəl 38,68 % olub) təşkil edib.

    Median.Az “Statcounter” agentliyinin hesabatına istinadən bildirir ki, bu, sentyabr ayına nisbətən 15,46 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 2,91 faiz bəndi azdır.

    İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 4,37 faiz bəndi azalaraq, illik isə 7,86 faiz bəndi artaraq 28,33 % (32,7 % və 20,47 %) təşkil edib.

    Növbəti yerdəki “YouTube”un bazar payı ay ərzində 7,19 faiz bəndi, il ərzində isə 9,43 faiz bəndi artaraq 20,49 % (13,3 % və 11,06 %) olub.

    Dördüncü pillədəki “Pinterest”in bazar payı aylıq 0,67 faiz bəndi artaraq, illik müqayisədə isə 11,6 faiz bəndi azalaraq 7,76 % (7,09 % və 19,36 %) təşkil edib.

    İlk beşliyi 5,24 %-lik (23,25 % və 5,51 %) bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı aylıq 18,01 faiz bəndi, illik müqayisədə isə 0,27 faiz bəndi azalıb. Beləliklə onun bazar payı ay ərzində 77 % azalıb.

  • Ислам Рзаев и Муса Шекилиев были деловыми партнерами: стали известны подробности совместного бизнеса

    Стали известны подробности деловых связей между Исламом Рзаевым, задержанным на прошлой неделе Службой государственной безопасности (СГБ), и бывшим главой Исполнительной власти (ИВ) Гахского района Мусой Шекилиевым, арестованным 20 июня.

    Как передает Median.Az со ссылкой на metbuat.az, во время руководства Ислама Рзаева Балакенским районом, а Мусы Шекилиева – Гахским у них сложились хорошие отношения. Благодаря близкому расположению двух регионов главы ИВ часто встречались и обсуждали совместные бизнес-проекты.

    Согласно информации, в результате этих контактов было создано крупное фермерское хозяйство. Сообщается, что они владеют несколькими отарами овец. В совместном хозяйстве чиновников содержится более 15 000 голов мелкого рогатого скота.

    Также отмечается, что стада, принадлежащие им, летом и весной размещаются на пастбищах в Гахском районе, а осенью и зимой – в Балакенском. Таким образом, Балакен используется как зимнее пастбище, а Гах – как летнее.

  • İslam Rzayevlə Musa Şəkiliyev şərik imişlər – Biznesləri ÜZƏ ÇIXDI

    Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də həbs edilən Qax rayonunun sabiq icra başçısı Musa Şəkiliyevin biznes əlaqələri üzə çıxıb.

    Median.Az Metbuat.az-a istinadən xəbər verir ki, İslam Rzayev Balakənə, Musa Şəkiliyev Qaxa rəhbərlik etdiyi dövrdə onların yaxşı münasibəti olub. İki rayon arasında məsafə yaxın olduğu üçün icra başçıları tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər.

    Məlumatlara görə, bu görüşlərin nəticəsi olaraq ortaya böyük fermer təsərrüfatı çıxıb. İslam Rzayevlə Musa Şəkiliyevin bir neçə qoyun sürüsünə sahib olduğu bildirilir. Şərikli təsərrüfatda 15 min başdan çox xırdabuynuzlu heyvanın olduğu deyilir.

    Məlumatlarda o da qeyd edilir ki, icra başçılarına məxsus sürülər yaz-yay aylarında Qaxda, payız-qış mövsümündə isə Balakəndə bəslənilir. Təsərrüfat sahibləri Balakəndən qışlaq, Qaxdan isə yaylaq kimi istifadə edirlər.

  • Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların çıxışı başladı

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 3-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Məhkəmədə çıxış üçün dövlət ittihamını müdafiə edən prokurorlara söz verilib. Qeyd edək ki, ötən məhkəmə iclasında tərəflər məhkəmə istintaqının yekunlaşmasına etiraz etmədiklərini, təqdim və tədqiq edilən sübutlarla kifayətləndiklərini bildirmişdilər. Dövlət ittihamını müdafiə edən prokurorlar isə çıxış üçün noyabrın 3-dək onlara vaxt verilməsini məhkəmədən xahiş etmişdilər.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında bildirib ki, bir ilə yaxın müddət ərzində 100-ə yaxın məhkəmə iclası keçirilib. 500 saatdan artıq müddət ərzində sənədlər və sübutlar tədqiq olunub.

    Dövlət ittihamını müdafiə edən prokuror daha sonra deyib: “Təqsirləndirilən şəxslər, zərərçəkmişlər və şahidlər dindirilib. İbtidai istintaq zamanı toplanmış, həmçinin müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə iclaslarında bir-bir nəzərdən keçirilib. İttiham tərəfi olaraq hesab edirik ki, hazırkı proses üzrə təqsirləndirilən şəxslərin 1988-ci ildən etibarən törədilmiş çoxsaylı cinayət əməllərinə görə təqsirləri təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapıb”.

    Qeyd edilib ki, çıxışda təqsirləndirilən şəxslərə verilmiş ittihamlar bir daha nəzərdən keçiriləcək. Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən törədilmiş cinayətlər, həmin cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin iştirakını təsdiqləyən sübutlar yenidən təhlil edilərək qiymətləndiriləcək.

    V.Əliyev bildirib ki, hazırkı məhkəmə qarşısında duran təqsirləndirilən şəxslər qeyd edilən çoxsaylı cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin yalnız bir qismidir.

    Diqqətə çatdırılıb ki, ümumilikdə təqsirləndirilən şəxslər şərti olaraq 15 fəslə bölünmüş, Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən 1988-ci ildən etibarən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində törədilmiş cinayətlərdə onların fəaliyyətini əhatə edən dövrlərə müvafiq şəkildə bilavasitə və ya dolayı yolla iştirak etməkdə ittiham olunurlar.

    V.Əliyev, həmçinin ittiham çıxışının 6 hissədən ibarət olduğunu bildirib.

    Əvvəlcə Azərbaycan Respublikasının suveren ərazilərinin işğalını ehtiva edən cinayətkar niyyətin yaranmasını və cinayətkar birliyin ilkin mərhələdə formalaşdırılmasını təsdiqləyən sübutlar elan edilib.

    Dövlət ittihamını müdafiə edən prokuror cinayətkar birliyin hüquqi anlayışını izah edib, daha sonra cinayətkar birliyin formalaşdırılmasını təsdiq edən sənədləri və sübutları elan edib.

    Bildirilib ki, məhkəmə iclasında tədqiq edilmiş digər sənədlərlə də cinayətkar birliyin rəhbərlərinin əsas məqsədinin nəyin bahasına olursa-olsun Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsinin ərazisinin Azərbaycanın tərkibindən ayrılmasına nail olmaq, həmin əraziləri işğal etmək olması təsdiq edilib.

    İttiham tərəfi cinayətkar birliyin yaradılma əsaslarının ideoloji və tarixi ardıcıllığını da diqqətə çatdırıb.

    Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyində çalışan şəxslər, cinayətkar ideyaların həmin dövrdə təbliğat və təşviqatçıları, habelə ideoloqları Balayan Zori Hayki, Kaputikyan Silva Barunakovna, Muradyan İqor Maratoviç, Manukyan Vazgen Mikaeli, Manuçarov Arkadi Manveli, Qukasyan Arkadi Arşaviroviç, Melik-Şahnazaryan Levon Qrantoviç, Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Babayan Samvel Andraniki, Sefilyan Jirayr Simonoviç, Balasanyan Vitali Mikaeli, Karapetyan Arkadi Muradoviç, Petrosyan Qeorqi Mikaeli və qeyriləri, habelə öz qulluq mövqelərindən cinayətkar məqsədləri üçün istifadə etməkdən ötrü keçmiş SSRİ-nin rəhbərliyində müxtəlif vəzifələrdə təmsil olunan erməni və ya ermənipərəst şəxslər ciddi rol bölgüsünə əsaslanan sabit mütəşəkkil cinayətkar qruplar və onların sabit birliyini, yəni cinayətkar təşkilat yaratmaqla açıq şəkildə fəaliyyət göstərməyə başlayıb. Onlar Ermənistan cəmiyyətində Azərbaycan xalqına qarşı milli-etnik nifrət və düşmənçiliyə əsaslanan “Miatsum” (“Birləşmə”) adlandırdıqları ideyalar ətrafında cinayətkar təşkilatda birləşiblər.

    Daha sonra Azərbaycan Respublikasının suveren ərazilərinin işğalı, işğal dövründə törədilmiş soyqırımı və əhalinin məhv edilməsi, terror və digər cinayət faktlarını təsdiq edən sənədlər və sübutlar diqqətə çatdırılıb.

    Vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı apardığı silahlı münaqişə beynəlxalq hüquq baxımından təcavüzkar müharibə kimi qiymətləndirilməlidir.

    Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın suveren əraziləri uzun müddət işğal altında saxlanılıb. İşğalın planlı şəkildə həyata keçirilməsi və davam etdirilməsi Ermənistan dövlətinin rəsmi strukturları, silahlı qüvvələri və qeyri-rəsmi silahlı birləşmələrinin vahid strateji plan və rəhbərlik altında fəaliyyət apardığını göstərir. Bu, Ermənistan siyasi-ideoloji mühitində uzun illər formalaşdırılmış və “böyük Ermənistan” konsepsiyası ilə əsaslandırılan ekspansionist ideologiyanın bir təzahürü olub.

    Bildirilib ki, təcavüzkar müharibə nəticəsində 1988-1994-cü illər ərzində Azərbaycan Respublikasının 12 şəhəri, 18 qəsəbəsi, 895 kəndi olmaqla cəmi 925 yaşayış məntəqəsi işğal edilib.

    Prokuror Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin işğalı, Xocalı rayonunun işğalı və Xocalı soyqırımı, helikopterlə silah daşınması, Meşəli qətliamı və digər hissələri də ittiham çıxışında diqqətə çatdırıb.

    İttiham çıxışını Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov davam etdirib. O, ittiham çıxışının Şuşa şəhərinin işğalı və Malıbəyli-Quşçular kəndlərinin əhalisinin qismən məhv edilməsi, Kərki kəndinin (Naxçıvan Muxtar Respublikası) işğalı, Qazax rayonunun Bağanis-Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı kəndlərinin işğalı, Bağanis-Ayrım kəndinin əhalisinin qismən məhv edilməsi, Xocavənd rayonunun işğal olunması və Qaradağlı kəndinin əhalisinin qismən məhv edilməsi, 1991-ci il noyabrın 20-də vertolyotun vurulması, Goranboy rayonunun Ballıqaya və Gülüstan kəndlərinin əhalisinin qismən məhv edilməsi ilə bağlı hissələrini elan edib.

    Qeyd olunub ki, təcavüzkar plana uyğun olaraq 1992-ci il mayın 8-də Ter-Tadevosyan Arkadi İvanoviçin Ermənistandan aldığı tapşırıq və göstərişlərə söykənmiş rəhbərliyi ilə Şuşa şəhərinə şimal-qərb, şimal, şimal-şərq və şərq tərəfdən olmaqla 4 istiqamətdən ayparaşəkilli (nalvari) hücum olub, şəhər işğal edilib.

    Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev Ermənistanın apardığı təcavüzkar müharibənin gedişində Kəlbəcər, Tərtər rayonunun bəzi kəndləri, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğal edilməsi, Ağdaban və Comərd kəndləri ərazisində, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun üzərində yerləşən strateji əhəmiyyətli “Tunel” adlandırılan mövqenin ələ keçirilməsi, həmin ərazidə əhalinin və Başlıbel kəndinin əhalisinin məhv edilməsi, eləcə də 2016-cı ilin Aprel döyüşləri ilə bağlı olan hissələri məhkəmə iştirakçılarının diqqətinə çatdırıb.

    Bildirib ki, təqsirləndirilən şəxslər müstəqil Azərbaycan dövlətinə qarşı Ermənistan tərəfindən aparılmış təcavüzkar müharibənin və işğal siyasətinin “qəhrəmanları” kimi təqdim edilsələr də, əslində, beynəlxalq hüquq baxımından müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərdir.

    Daha sonra prokuror təqsirləndirilən şəxslərin Azərbaycanın suveren ərazilərinin işğal edilməsində iştirakı ilə əlaqədar bəzi məqamları qeyd edib.

    Dövlət ittihamını müdafiə edən prokuror Təranə Məmmədova isə ittiham çıxışının 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuza hücumu (Tovuz döyüşləri), habelə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarını (Gəncə, Mingəçevir, Bərdə, Tərtər və s.) atəşə tutması, nəticədə insanların qətlə yetirilməsi, yaşayış evlərinin, infrastrukturun məhv olması və s. ilə bağlı hissələrini diqqətə çatdırıb.

    Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev ittiham çıxışının təcavüzkar müharibənin gedişində törədilmiş zorakılıqla yoxa çıxarma, əsir və girov götürülərək işgəncələrə məruz qoyma faktları, ərazilərin minalanması, mina partlayışları yolu ilə təcavüzün davam etdirilməsi faktları, təcavüzkar müharibənin gedişində törədilmiş terrorçuluq cinayət faktları, muzdlu döyüşçülərdən istifadə edilməsi faktları üzrə olan hissələrini elan edib.

    Habelə, təcavüzkar müharibənin davamı kimi işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılma, Azərbaycan Respublikasının işğal edilmiş suveren ərazilərində hakimiyyətin zorla ələ keçirilməsi və qanunsuz idarəçilik rejiminin tətbiq edilməsi, Azərbaycan Respublikasının hərbi arsenalına ziyan vurulması və silah-sursatın, hərbi texnikanın və digər avadanlıqların işğal edilmiş ərazilərə daşınması və yerləşdirilməsi ilə bağlı cinayətlər, Azərbaycan Respublikası iqtisadiyyatına qəsdən ziyan vurulması və işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktları üzrə olan hissələr də elan edilib.

    İttiham tərəfinin çıxışları zamanı məhkəmə zalındakı monitorlarda müvafiq fotoşəkillər, xəritələr, rəqəmlər və s. nümayiş etdirilib.

    Məhkəmə prosesi noyabrın 6-da davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • “Tikəmizi də tapmayacaqlar, yavaş sür!” – Anbaan video

    Ötən gecə  Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub.

    “Qafqazinfo” hadisənin başvermə anının görüntülərini əldə edib.

    Məlumata görə, ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb.

    Minik vasitəsini idarə etmək üçün dostu, 27 yaşlı Elvin Məmmədova verib.

    Kadrlardan da aydın olduğu kimi, hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub.

    Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o, deyilənlərə məhəl qoymayıb:
    “Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür!”
    Qeyd edək ki, hadisə zamanı minik vasitəsini idarə edən Elvin Məmmədov və 11-ci sinif şagirdi İsbi Alıyev həlak olub.

    Digər iki gənc 2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb. Avtomobil yaralılardan birinin atasına məxsus olub.
    Yüksək sürətin səbəb olduğu dəhşətli qəzanın anbaan görüntülərini təqdim edirik:

  • Komaya düşən polkovnik vəfat etdi – FOTO

    Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib.

    Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
    Polkovnik xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddətdir komada idi.

    Qeyd edək ki, Hüseynov Fazil Kamil oğlu 1950-ci ildə Laçın şəhərində anadan olub. İndiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əvvəlcə Türkmənistan SSR-də işləyib. Azərbaycana qayıtdıqdan sonra Bakı və Sumqayıt polis sistemində çalışıb.

    Mərhumun iki oğlu, bir qızı var. Oğlu Azər Hüseynov Daxili İşlər Nazirliyində çalışır. Polkovnik-leytenantdır.