Month: November 2025

  • Azərbaycanlı qadın Türkiyədə 75 bıçaq zərbəsi ilə öldürüldü

    Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan 20 yaşlı Arzu Xəlilova mübahisə zəminində Azərbaycan əsilli sevgilisi S.M. (27) tərəfindən 75 dəfə bıçaqlanaraq öldürülüb.

    Median.Az unikal-a istinadən xəbər verir ki, hadisə saat 15:00 radələrində Yıldırım rayonunun Deyirmenlikızık məhəlləsindəki evdə baş verib. Birlikdə yaşayan Arzu Xəlilova ilə sevgilisi S.M. arasında mübahisə tez bir zamanda davaya çevrilib. Dava zamanı S.M. Xəlilovanı bıçaqlayıb. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

    S.M. əlində bıçaqla tutularaq saxlanılıb.

  • Çexiyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

    Çexiyanın sabiq prezidenti Miloş Zeman paytaxt Praqada xəstəxanaya yerləşdirilib.

    Median.Az xəbər verir ki, bu barədə onun köməkçisi Lyuboş Prohazka özünün “X” səhifəsində yazıb.

    “Sürücüsü Zemanı mühafizəçilərin müşayiəti ilə xəstəxanaya aparıb. Onun hərtərəfli müayinədən keçməsi gözlənilir”, – deyə Prohazka bildirib.
    Qeyd edək ki, 81 yaşlı sabiq dövlət başçısı bu yaxınlarda kürəyindəki şişi çıxarmaq üçün təcili əməliyyat keçirib.

  • Həbs olunan icra başçısı apellyasiya şikayəti verməkdən İMTİNA ETDİ

    Balakənin həbs edilən keçmiş icra başçısı İslam Rzayev apellyasiya şikayəti verməkdən imtina edib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş icra başçısının hüquqlarını müdafiə edən vəkil Elvin Əliyev məlumat verib.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.

    Ona 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.

    Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

  • Onlar üçün icbari tibbi sığortahaqqı azaldılır

    Gələn il üçün özəl sektorda çalışanların icbari tibbi sığortahaqqını ödəmə qaydasına dəyişiklik edilir.

    Median.Az xəbər verir ki, bu, “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
    Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.

    Həmçinin sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.
    Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya görə, sığortaolunan və sığortaedənin hər biri üçün əməkhaqqı 8000 manatadək olduqda sığortahaqqı 2%, əməkhaqqı 8000 manatdan çox olduqda isə 0.5% sığortahaqqı tutulur.

  • Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

    Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb.

    Median.Az “Nepal News”a istinadən xəbər verir ki, bu barədə polis rəisinin müavini Gyan Kumar Mahato bildirib.

    O bildirib ki, qrup 15 nəfərdən – xarici alpinistlərdən və nepallı bələdçilərdən ibarət olub.

    Ölənlərdən beşi əcnəbi – üçü ABŞ, biri Kanada, digəri isə İtaliya vətəndaşı olub. Həmçinin iki nepallı da həlak olub.

    Bundan başqa, dörd alpinist itkin düşüb, dördü isə yaralanıb.

  • Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək

    Avqustun 8-dən etibarən Ermənistan və Azərbaycan indiyədək əldə edilmiş tərəqqinin möhkəmləndirilməsi və dialoqun dərinləşdirilməsi üçün məqsədyönlü səylər göstəriblər.

    APA “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə konfransda bildirib.

    “Məsələn, oktyabrın 21-22-də ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti ikitərəfli dəyirmi masada iştirak etmək üçün Ermənistana səfər edib. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin də Azərbaycana səfər edəcəyi gözlənilir. Vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasından əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri beynəlxalq təhlükəsizlik forumunda iştirak etmək üçün Bakıya səfər edib. Bu cür səfərlər və mübadilələr iki cəmiyyət arasında qarşılıqlı inam və anlaşmanın möhkəmlənməsinə, eyni zamanda, Ermənistan və Azərbaycan arasında sülhün möhkəmlənməsinə töhfə verəcək”, – o qeyd edib.

    Qeyd edək ki, ötən ay İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Vətəndaş cəmiyyəti nümayəndələrinin görüş təşəbbüsü sülh gündəliyini 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamə ruhunda təbliğ etmək məqsədi daşıyıb.

    Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kamalə Məmmədova, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

  • Sadıq Sadıqova yeni VƏZİFƏ VERİLDİ

    “Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

    Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.

    Qeyd edək ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.

  • Maştağada tanışının qətlində təqsirləndirilən şəxsə hökm oxunub

    Maştağa sakini Roman Əsgərovu qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayev 9 il müddətə azadlıqdan məhrum edilib.

    Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi iclasda elan olunub.

    Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.

    İttihama görə, 1974-cü il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovu tanışı – 1966-cı il təvəllüdlü həmin qəsəbə sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev qətlə yetirib.

    R.Babayev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

  • Скончавшаяся в Турции врач-азербайджанка оказалась племянницей бывшего главы ИВ

    Тело скончавшейся в Турции врача-азербайджанки Фарганы Аббасовой доставлено в Азербайджан.

    Как сообщает Median.Az со ссылкой на Teleqraf, молодая женщина была похоронена на кладбище, расположенном в поселке Локбатан Гарадагского района.

    Хотя Фаргана Аббасова умерла от инфаркта, турецкие СМИ выдвинули утверждения о самоубийстве молодого врача. Родные Фарганы Аббасовой опровергли информацию о суициде.

    Отметим, что выпускница Азербайджанского медицинского университета Фаргана Аббасова продолжила свое образование в Турции. После завершения учебы она работала по своей специальности в этой стране.

    Она приходится бывшему главе Исполнительной власти (ИВ) Гедабейского района Салеху Рустамли племянницей.

  • Türkiyədə vəfat edən azərbaycanlı həkim sabiq icra başçısının bacısı qızı imiş

    Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Azərbaycana gətirilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, mərhum Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

    Fərqanə Abbasova infarktdan vəfat etsə də, Türkiyə mətbuatı gənc həkimin intihar etməsi ilə bağlı iddialar irəli sürüb. Abbasovanın yaxınları intihar xəbərlərini yalanlayıblar.

    Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Fərqanə Abbasova təhsilini Türkiyədə davam etdirib. O, təhsilini başa vurduqdan sonra bu ölkədə ixtisası üzrə çalışıb.

    Fərqanə Abbasova Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin bacısı qızıdır.