Month: November 2025

  • В Азербайджане за 10 месяцев выдано ипотечных кредитов на 371 млн манатов

    В Азербайджане за счет средств Ипотечного и кредитно-гарантийного фонда в январе-октябре текущего года выдано ипотечных кредитов на сумму 371,3 млн манатов, что на 3,1% меньше по сравнению с тем же периодом прошлого года.

    Об этом сообщает Median.Az со ссылкой на Центральный банк Азербайджана.

    Объем кредитов, рефинансированных фондом за отчетный период, сократился на 7,3% – до 351 млн манатов.

    Объем средств, привлеченных фондом путем выпуска облигаций, увеличился на 22,2% – до 550 млн манатов, а финансирование из госбюджета сократилось на 2,7% – до 63,9 млн манатов.

  • Azərbaycanda 10 ayda dövlət xəttilə 371 milyon manat ipoteka krediti verilib

    Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 371,3 milyon manat kredit verilib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır.

    Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,3 % azalaraq 351 milyon manat olub.

    İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 22,2 % artaraq 550 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2,7 % azalaraq 63,9 milyon manata düşüb.

  • В Сумгайыте обнаружены охотничьи ружья

    В Сумгайыте обнаружены и изъяты три охотничьих ружья.

    Ружья обнаружены в различных частях города.

    Найденное оружие передано по назначению.

    По фактам ведется расследование.

  • Sumqayıtda üç ov tüfəngi tapılıb

    Sumqayıt şəhərində üç ədəd ov tüfəngi aşkar edilib.

    Hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

    Tapılan silahlar aidiyyatı üzrə təhvil verilib.

    Faktlarla bağlı araşdırma aparılır.

  • MAP: Интерпол предупредил об угрозах транснациональных мошеннических центров

    Участники проходящей в марокканском Марракеше 93-й сессии Генассамблеи Интерпола приняли резолюцию, в которой предупредили о растущих угрозах транснациональных мошеннических центров.

    Об этом сообщает информационное агентство Maghreb Arabe Presse (MAP).

    В документе говорится “о растущей угрозе, исходящей от транснациональных мошеннических центров, которые представляют собой настоящие криминальные площадки, связанные с крупномасштабным мошенничеством, торговлей людьми и различными формами насилия”.

    В резолюции подчеркивается, что “преступные группировки все шире используют передовые технологии с целью обмана своих жертв и сокрытия своей деятельности”. “Способность этих трансграничных сетей к быстрой адаптации требует скоординированных глобальных мер реагирования”, – заявили участники 93-й сессии Генассамблеи Интерпола, призвав к обмену разведывательной информацией в режиме реального времени для выявления преступников, мест их деятельности и методов.

    “Чтобы эффективно противостоять преступным сетям, мы должны укреплять сотрудничество, совершенствовать обмен информацией и двигаться вперед, предпринимая скоординированные и решительные действия”, – подчеркнул со своей стороны генеральный секретарь Интерпола Вальдес Уркиза.

  • İnterpol transmilli fırıldaqçılıq mərkəzlərinin təhdidləri barədə xəbərdarlıq edib

    Hazırda Mərakeşdə keçirilən İnterpolun Baş Assambleyasının 93-cü sessiyasının iştirakçıları transmilli fırıldaqçılıq mərkəzlərinin artan təhlükəsi barədə xəbərdarlıq edən qətnamə qəbul ediblər.

    Bu barədə “Maghreb Arabe Presse” (MAP) agentliyi xəbər verib.

    Sənəddə genişmiqyaslı fırıldaqçılıq, insan alveri və müxtəlif zorakılıq formaları ilə əlaqəli əsl cinayət mərkəzləri olan transmilli fırıldaqçılıq saxtakarlıq mərkəzlərinin artan təhlükəsi barədə xəbərdarlıq edilir.

    Qətnamədə cinayətkar qrupların qurbanlarını aldatmaq və fəaliyyətlərini gizlətmək üçün getdikcə daha qabaqcıl texnologiyalardan istifadə etdiyi vurğulanır. “Bu sərhədyanı şəbəkələrin sürətli uyğunlaşması əlaqələndirilmiş qlobal reaksiya tələb edir”, – İnterpolun Baş Assambleyasının 93-cü sessiyasının iştirakçıları bildiriblər və cinayətkarları, onların yerlərini və metodlarını müəyyən etmək üçün real vaxt rejimində kəşfiyyat məlumatlarının mübadilə etməyə çağırıblar.

    “Cinayətkar şəbəkələrə effektiv şəkildə qarşı çıxmaq üçün əməkdaşlığı gücləndirməli, məlumat mübadiləsini təkmilləşdirməli, əlaqələndirilmiş və qətiyyətli tədbirlərlə irəliləməliyik”, – İnterpolun baş katibi Valdes Urkiza vurğulayıb.

  • Mbappe Çempionlar Liqasında rekorda imza atıb

    “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixində digər oyunçulardan daha çox səfər oyunlarında het-trik edib.

    Fransalı hücumçu Çempionlar Liqasının 5-ci turunda “Olimpiakos” üzərində 4:3 hesablı qələbə qazanılan oyunda dörd qol vurub.

    Mbappe hazırkı turnirdə doqquz qol vuraraq özünün Çempionlar Liqasındakı qol rekordunu yeniləyib. Onun Çempionlar Liqasındakı əvvəlki ən yüksək qol sayı səkkiz olub: bu, 2020/21 mövsümündə və PSJ-də oynadığı 2023/24 mövsümündə baş verib.

    “Real Madrid” hazırda Çempionlar Liqasının turnir cədvəlində 12 xalla beşinci yerdədir. Komanda növbəti turda “Mançester Siti” ilə qarşılaşacaq.

  • Beynəlxalq axtarışa verilmiş daha bir şəxs ekstradisiya edilib

    Xarici ölkələrin hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

    Dələduzluqda ittiham edilərək 2023-cü ildə dövlətlərarası axtarışa verilmiş 25.02.1984-cü il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Mundşayn Mikael Kostanoviçin verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.

    MƏLUMAT YENİLƏNİR…

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    7. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    11. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

    12. Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti istiqamətində;

    13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    14. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

    15. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    16. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    17. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    18. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    20. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;

    21. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    22. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    23. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • Bakıda evlərdən oğurluq edən “dilənçilər”

    Bakıda dilənçi qiyafəsində oğurluq edən şəxslərə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, Ç.Abdullayev və Ş.Abdullayev “dilənçilik” etməklə evləri yoxlayırmış. Evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra isə ora daxil olaraq oğurluq edirlərmiş.

    Onlar bu üsullar Bakıda iki evdən 20 000 manatlıq oğurluq ediblər. Evlərdən nağd pul və qızıl-ziynət əşyaları oğurlanıb.

    İşin maraqlı tərəflərindən biri də budur ki, onlar yaxın qohumdurlar. Ç.Abdullayev Ş.Abdullayevin qardaşı oğludur.

    Hər iki şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılıb.

    Məhkəmənin hökmü ilə Ç.Abdullayev 2 il müddətinə, Ş.Abdullayev isə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.