Month: November 2025

  • Bu heyvan bazarları fəaliyyət göstərməyəcək – Xəbərdarlıq

    Ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesi aparılır.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Salyan, Şamaxı rayonlarında yerləşən heyvan bazarlarında işlər AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq mərhələli şəkildə irəliləyir.

    Bazarlarda dezbaryerlərin quraşdırılması, ərazinin hasarlanması, heyvanlara baxış platformalarının tikilməsi, çardaqların və satış pavilyonlarının qurulması, asfaltlanma və betonlama işlərinin görülməsi təmin olunub.

    Heyvanların bazarlara rahat və təhlükəsiz şəkildə daxil olmasını təmin edən rampaların quraşdırılması, arakəsmələrin yaradılması və texniki şəraitin standartlara uyğunlaşdırılması istiqamətində də işlər davam edir.

    Abşeron, Masallı, Qazax, Xaçmaz, Zaqatala rayonlarında yerləşən heyvan bazarlarında isə rekonstruksiya işlərinə yeni başlanılıb və qısa müddətdə intensiv şəkildə icra olunması nəzərdə tutulur:
    “Təəssüflər olsun ki, bəzi heyvan bazarlarında hələ də təmir və rekonstruksiya işlərinə başlanılmayıb. AQTA bir daha bildirir ki, tələblərə əməl etməyən heyvan bazarlarının fəaliyyəti mümkün olmayacaq”.

    Xatırladaq ki, 25 oktyabrdan dabaq xəstəliyi ilə bağlı heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunur.

    Sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görülür. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.

  • Restoranlara xərclənən pul artıb: Səbəb nədir? – İqtisadçı açıqladı

    “İnsanlar ilbəil varlanır. Kasıb adamlar restoranlara getmir. Restoranlara ancaq imkanı yüksək olanlar gedir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli əhalinin yemək yeyərkən restoranları evdən daha üstün tutmasının səbəblərindən danışarkən deyib.

    Ekspert hesab edir ki, dövriyyənin artmasının səbəbi menyu qiymətlərinin artmasıdır:

    “Restoranlarda dövriyyənin artmasının bir neçə səbəbi var. Birincisi inflyasiyadır, qiymətlər artır. İnflyasiya ölkədə 6 %-ə yaxın olsa da, əsas inflyasiya ərzaq qiymətlərindədir – 8 %. Yəni restoranlar 8% ərzaq, içki satır. Düzdür, içkilərin qiyməti bir az artıb, 2%-dən yuxarıdır. Amma ərzaq qiymətləri, qidalar daha çox bahalaşıb. Onun da birinci səbəbi inflyasiyadır. İkinci səbəb şəffaflaşmadır”.

    Xalid Kərimli deyir ki, rəsmi statistika hələ də real vəziyyəti əks etdirmir:

    “Çünki ölkədə dövriyyələrin şəffaflaşması prosesi yekunlaşmayıb. Bura şəffaflığın hansı dərəcədə təsir etdiyi məsələlər var. Məsələn, malı eyni həcmdə də ala bilərik, amma şirkət daha çox dövriyyə göstərə bilər. Xüsusən də “ƏDV geri al” kimi məsələlər insanların çekə marağını artırıb. Biz çox yeməyə də bilərik. Əvvəl yediklərimizə qəbz almırdıq, gizlədirdik. İndi daha az gizlədirlər”.

    İqtisadçı üçüncü səbəbi alıcıların davranışı ilə bağlayır:

    “İnsanlar 30-40 il bundan əvvələ nisbətdə restoranlarda qidalanmağa daha çox üstünlük verirlər. İistehlakçı davranışı əhəmiyyətlidir”.

    Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr ayları üçün əhalinin restoranlara nə qədər pul xərcləməsi ilə bağlı statistika açıqlanıb. Sənədə əsasən iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə iaşə dövriyyəsinin dəyəri 1 milyard 990 milyon 168,8 min manat təşkil edib. 2024-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 1 milyard 668 milyon 291,1 min manat olub.

  • Nazir bu universitetə yeni prorektor təyin etdi

    Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.

    Elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.

    Əmrə əsasən, Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub. O bu gün universitet kollektivinə təqdim edilib.

    Natəvan Namazova İstanbul Universitetində (Türkiyə) və Kaunas Universitetində (Litva) uzunmüddətli elmi-tədqiqatlar aparıb, “Journal of Sustainable Development Issues” jurnalının redaksiya heyətinin üzvüdür. O, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsilini, 2012-ci ildə isə magistratura təhsilini fərqlənmə ilə bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Həmçinin 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir.

  • Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq

    Sabah paytaxtın bir sıra ərazilərində qaz olmayacaq

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    “27 noyabr saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Səbail, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd olunub.

  • Gəncədə yeniyetmə bıçaqlandı

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    Hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, şəhər sakini, 2012-ci il təvəllüdlü Kənan Qurbanov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

    Yaralıya tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

    İlkin məlumata əsasən, yeniyetmə dostu tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Dondurularaq qurudulan meyvələrə tələbat artıb: Yeni trend, yoxsa sağlam seçim? – Video

    Son zamanlar dondurmalara və dondurularaq qurudulan meyvələrə tələbat artıb.

    Məhsulların məbləği isə ölçüsündən və çəkisindən asılı olaraq, 20-60 manat arasında dəyişir.

    Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, belə məhsulların üzərində mütləq istehsal tarixi və son istifadə müddəti qeyd olunmalıdır:

    “Açıq havada saxlanıldıqda tərkibi dəyişə bilər, bu isə keyfiyyətin azalmasına və temperatur dəyişikliyi səbəbi ilə mikroorqanizmlərin çoxalmasına gətirib çıxarır. Nəticədə bu məhsullar zəhərlənmə və həzm problemlərinə səbəb ola bilər”.

    Mütəxəssislər dondurularaq qurudulan meyvələrin, eləcə də dondurmaların tərkibində istifadə olunan konservantlar, əlavə dadlandırıcılar və rəngləndiricilərin allergiyası olan insanlarda ciddi reaksiyalara səbəb ola biləcəyini qeyd edirlər.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Bakıda dava zamanı sahibkarın qulağını qopardılar – “Həsənoğlu Market”in sahibi imiş

    Marketin qarşısında qonşusu ilə davada qulağı qoparılan 35 yaşlı Nihad Əliyevin məhkəməsi keçirilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə “Həsənoğlu Market”in sahibi olan N.Əliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

    Məhkəmənin hökmü ilə ona 2 il 3 ay həbs cəzası verilib. Nihad məhkəmə zalındaca qandallanıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl Nihadla dalaşan Kürdəmir rayonunun Sor-Sor kənd sakini, 43 yaşlı Cavad Rüstəmova (soyadlar şərtidir) da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavad 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay həbs cəzası alıb.

    Bildirilib ki, cinayət hadisəsi ötən il oktyabrın 6-sı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən “Həsənoğlu Market”in qarşısında baş verib.

    Həmin vaxt marketin sahibi olan Nihadla qonşusu Cavad 18 manat borc pul və maşını obyektin qarşısında bərk sürməyə görə dalaşıblar. Nihad ona irad bildirərək hücum edib. Dava zamanı Cavad Nihada dəmir parçası ilə zərbələr endirib, həmçinin bir qulağını dişləyərək qoparıb. Hadisədən sonra Nihad xəstəxanaya gedərək qulağını tikdirmək istəsə də, tibbi müdaxilə müsbət nəticələnməyib. Belə ki, yerinə tikilən qulaq çürüyərək düşüb.

  • İstanbulda hoteldə halı pisləşərək xəstəxanada vəfat edən Böcek ailəsinin ölüm səbəbi açıqlandı

    İstanbulda (Türkiyə) qaldıqları hoteldə halı pisləşərək xəstəxanaya yerləşdirilən Böcek ailəsinin ölüm səbəbi müəyyən edilib.

    Median.Az “A Haber”ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hazırlanan autopsiya hesabatında ana Çiğdem Böcek, ata Servet Böcek və uşaqları Kadir Muhammet (6) və Masal Böceyin (3) həşəratlara qarşı dərman zəhərlənməsindən öldükləri müəyyən edilib.

    Prokurorluq zəhərləyici maddənin hotelə necə daxil olmasını araşdırır.

  • Умер актер из фильма “Одиннадцать друзей Оушена” Майкл Делано

    Американский актер Майкл Делано, сыгравший в фильмах “Одиннадцать друзей Оушена” (2001) и “Коммандос” (1985), умер на 85-м году жизни.

    Об этом сообщил журнал The Hollywood Reporter со ссылкой на его жену Джин Делано.

    Согласно информации, артист умер 20 октября в больнице Лас-Вегаса из-за сердечного приступа.

    За свою актерскую карьеру Делано снялся в более чем 70 фильмов и сериалов. В 1960-х он занимался записью песен в Филадельфии под псевдонимом Ки Ларсон.

    В 1970 году актер приехал в Голливуд и снялся в фильмах “Кэтлоу” (1971) и “Новые центурионы” (1972). Последняя роль Делано была в сериале “Чумной доктор” (2009-2016).

  • Məşhur amerikalı aktyor Maykl Delano vəfat etdi

    “Ouşenin 11 dostu” və “Komandos” filmlərində rol almış amerikalı aktyor Maykl Delano 85 yaşında vəfat edib.

    Bu barədə “The Hollywood Reporter” jurnalı aktyorun həyat yoldaşı Cin Delanoya istinadən xəbər verir.

    Onun sözlərinə görə, əri oktyabrın 20-də Las-Veqas xəstəxanasında ürək çatışmazlığından vəfat edib.

    Qeyd edək ki, Delano aktyorluq karyerası ərzində 70-dən çox film və serialda çəkilib.