Month: November 2025

  • Sumqayıtda klinikada qadının iynədən sonra ölməsinin səbəbi açıqlanıb

    Sumqayıtda qadına həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edildikdən sonra o ölüb.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, 1953-cü il təvəllüdlü qadın yüksək təzyiq şikayəti ilə bağlı Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib.

    Xəstəyə həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edilib. İnyeksiya zamanı xəstənin halı pisləşib, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib.

    Tibb personalı anafilaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülüb, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edib.

    Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq şəxsin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

    “Qeyd edək ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunub. İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilib, o cümlədən anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq və reanimasion vasitələr tam hazır vəziyyətdə olub. Hadisə baş verən anda tibbi heyət tərəfindən Təcili Yardım Protokolları üzrə bütün müvafiq müdaxilələr vaxtında və düzgün şəkildə həyata keçirilib”, – TƏBİB-in məlumatında qeyd edilib.

  • Ален Симонян: Армения фактически вышла из ОДКБ

    Спикер парламента Армении Ален Симонян в отличие от замглавы МИД Мнацакана Сафаряна считает, что страна фактически покинула ОДКБ.

    Об этом сообщают армянские СМИ.

    “Мы фактически вышли. Что касается остального, оставьте это нашей политической целесообразности и переговорам”, – сказал он, комментируя вопрос о том, “почему Ереван, не участвующий в мероприятиях ОДКБ, не объявляет о своем выходе”.

  • Alen Simonyan: Ermənistan faktiki olaraq KTMT-dən çıxıb

    Ermənistan parlamentinin spikeri Alen Simonyan xarici işlər nazirinin müavini Mnatsakan Safaryandan fərqli olaraq hesab edir ki, ölkə faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edib.

    Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

    “Biz faktiki olaraq oradan çıxmışıq. Qalanlarına gəldikdə isə bunu siyasi məqsədəuyğunluq və danışıqların gedişinə buraxın”, – o bildirib.

  • В Баку арестован водитель, управлявший автомобилем без номерных знаков

    В Баку арестован водитель, намеренно управлявший автомобилем без номерных знаков.

    Cотрудники полиции выявили факт управления автомобилем Chevrolet Cobalt LTZ без номерных знаков на Бинагадинском шоссе в Баку.

    Водитель автомобиля Алекпер Рзаев 2000 года рождения неоднократно нарушал правила дорожного движения, создавая реальную угрозу жизни и здоровью других участников движения. Он снял номерной знак, чтобы избежать ответственности.

    Сотрудники полиции задержали водителя, а его автомобиль помещен на временную стоянку.

    Рзаев арестован на 30 суток, и в соответствии с законодательством в отношении него применены меры дисциплинарного воздействия.

  • Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib

    Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib.

    “Chevrolet Cobalt LTZ” markalı, 90-YQ-* dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsiz idarə edildiyi müəyyən olunub.

    Paytaxtın Binəqədi şossesində həmin avtomobili idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rzayevin yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı, həmçinin məsuliyyətdən yayınmaq üçün dövlət nömrə nişanını çıxardığı müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən sürücü saxlanılıb, avtomobil müvəqqəti duracağa yerləşdirilib.

    Ə.Rzayev barəsində qanunvericiliyə uyğun müvafiq məsuliyyət tədbirləri görülməklə 30 gün müddətinə inzibati qaydada həbs edilib.

  • На территории Flame of Towers будет проведено оползневое исследование

    ОАО “Объединенная дирекция строящихся объектов” при Госагентстве по надзору за безопасностью в строительстве МЧС проведет гидрогеологическое и оползневое исследование территории вокруг комплекса Flame Towers в Баку.

    Подготовка к проведению этих работ уже началась.

    Согласно информации, для этого будет закуплено оборудование на сумму 61,8 тыс. манатов у японской компании Shinyei Kaisha.

  • “Alov Qüllələri”nin ətrafında sürüşmə ilə bağlı tədqiqat aparılacaq

    Bakıdakı “Alov Qüllələri” kompleksinin ətraf ərazisində hidrogeoloji və sürüşmə ilə bağlı tədqiqat aparılacaq.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti hazırlıqlara başlayıb.

    Məlumata görə, bununla bağlı Yaponiyanın “Shinyei Kaisha” şirkətindən 61,8 min manatlıq avadanlıqlar alınacaq.

  • Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? (SİYAHI)

    2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 2171,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

    Bildirilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azdır.

    Belə ki, gələnlərin 24,4 faizi Rusiya Federasiyası, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,1 dəfə, Tacikistandan – 1,8 dəfə, Yaponiyadan – 1,6 dəfə, İordaniyadan – 1,5 dəfə, Çindən – 49,4 faiz, Qırğızıstandan – 37,3 faiz, Özbəkistandan – 35,8 faiz, Qazaxıstandan – 19,4 faiz, Almaniyadan – 17,0 faiz, Kanadadan – 16,7 faiz, ABŞ-dan – 16,4 faiz, İtaliyadan – 16,3 faiz, Pakistandan – 12,7 faiz, Koreyadan – 11,8 faiz artıb.

    2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,9 faiz artaraq 101,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz azalaraq 352,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 740,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 976,7 min nəfər təşkil edib.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3 faizi hava, 22,4 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 1774,9 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalıb. Azərbaycan vətəndaşlarının 42,0 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil edib.

    2025-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

  • Direktor itlərə görə cərimələndi

    Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev 10 sirk itinə görə cərimələnib.

    Bakı Dövlət Sirki barəsində gömrük qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi (on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə) protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

    Məlum olub ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində 10 sirk iti Bakı Dövlət Sirki tərəfindən ölkəmizə idxal olunub. İtlər gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilib.

    Müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilən itlərin idxal üzrə öhdəlik müddəti bitsə də, həmin müddət ərzində malların digər gömrük proseduru altında rəsmiləşdirilməsinə dair idxalatçı tərəfindən heç bir tədbir görülməyib.

    Məhkəmənin hökmü ilə Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinib və 1200 manat məbləğində cərimə edilib.

  • Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? (Video)

    Ağdam işğaldan ən çox ziyan çəkən yaşayış məntəqlərimizdən biri olub.

    Təsadüfi deyil ki, məhz bu şəhər “Qafqazın Xirosimosu” adlandırılırdı.

    Hələ də Ağdamda işğal dövrünün izlərinə rast gəlmək mümkündür.

    “AzTV”-nın keçmiş dayaq məntəqəsindən lentə aldığı görüntüləri təqdim edirik: