Month: November 2025

  • Honq Konqda yanğın baş verən binada 13 nəfər qalıb

    Honq Konqun Tay Po rayonunda yanan yaşayış kompleksində olan 13 nəfərin, o cümlədən iki azyaşlı uşaqdan xəbər yoxdur.

    Report-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu şəhər hakimiyyəti bildirib.

    Ümumilikdə 4 nəfərin həlak olduğu bildirilib.

    Bundan əlavə, 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3 nəfərin vəziyyəti kritikdir.

    İlkin məlumata görə, yanğın karaoke-barda başlayıb.

  • General “şabalıd işi” üzrə keçirilən məhkəməyə gedəcək

    General-mayor Raul Zeynalovun da adı keçən “şabalıd işi” üzrə bugünkü məhkəmə prosesi media üçün qapadılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim zərərçəkmiş şəxslərin istəyi ilə belə qərar qəbul edib.

    Təqsirləndirilən kapitan Ayaz Bayramov özü prosesin media nümayəndələrinin iştirakı ilə keçirilməsini xahiş etsə də, zərərçəkmişlərin istəyi nəzərə alınıb.

    Bu gün iclasda əsas zərərçəkmişlərdən biri – Fövqəladə Hallar Nazirliyinin (FHN) şöbə müdiri, polkovnik-leytenant Yasin Muradov da ifadə verib. O və digər zərərçəkmiş Kəmalə Əliyeva jurnalistlərin zalda iştirakına qarşı çıxıblar. Onlar təqsirləndirilən şəxsin külli miqdarda pullarını ələ keçirdiklərini bildirərək bunu şəxsi məsələ kimi qiymətləndiriblər.

    Prosesə sədrlik edən hakim jurnalistlərin zalda qalmasına icazə verməyərək onları zaldan kənarlaşdırıb.

    Prosesin tərəflərin qarşılıqlı ittihamları ilə gərgin keçdiyi, təqsirləndirilən şəxsin ona 200 min manatdan çox pul verdiyini deyən zərərçəkmiş Yasin Muradovla mübahisə etdiyi məlum olub. Ayaz Bayramov yenə zərərçəkmişlərin Raul Zeynalovun sifarişi ilə danışdıqlarını deyib.

    Əldə olunan digər məlumata görə, növbəti dəfə general Raul Zeynalov məhkəməyə çağırılacaq.

    Qeyd edək ki, kapitan Ayaz Bayramov FHN-də işləyib. O, işlədiyi idarənin rəis müavini olmuş general Raul Zeynalov, idarənin daha iki zabiti və başqa 6 nəfərin 3 milyon manata yaxın pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur. Təqsirləndirilən şəxs bir neçə gün əvvəl saxlanıldığı istintaq təcridxanasından 28 vərəqlik məktub göndərib. Kapitan həbsinə görə general Raul Zeynalovu günahlandırıb, onun general rütbəsinə və nazirliyin adına xələl gətirən hərəkətlərinə görə işdən qovulduğunu deyib.

  • Начальник отдела Пенитенциарной службы и еще один человек уволены из органов юстиции

    За допущенные грубые нарушения при исполнении служебных обязанностей начальник отдела внутреннего расследования Пенитенциарной службы Министерства юстиции Фаган Ягубов и находящийся в распоряжении органов юстиции Алтай Абдуллаев уволены из органов юстиции.

    Как сообщает AПA, соответствующий приказ подписал министр юстиции Фарид Ахмедов.

    Кроме того, за безответственное отношение к служебной деятельности, невыполнение основных обязанностей, установленных законом, а также за другие серьёзные недочеты в работе в отношении группы сотрудников Пенитенциарной службы были применены меры дисциплинарного взыскания.

    В пресс-службе Министерства юстиции подтвердили эту информацию.

  • Penitensiar xidmətin şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric edilib

    Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

    Bundan başqa, xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin bir qrup əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb.

  • Мать Национального героя Азербайджана направила письмо Президенту Ильхаму Алиеву – ФОТО

    Мать Национального героя Азербайджана Панджали Теймурова Вахима Агаева направила благодарственное письмо Президенту Ильхаму Алиеву.

    В своем обращении Вахима ханым выразила признательность главе государства за присвоение ее сыну высокого звания.

    В послании говорится:

    “Президенту Азербайджанской Республики, победоносному Верховному главнокомандующему господину Ильхаму Алиеву!

    Благодарственное письмо от Вахимы ханым, матери Национального героя Азербайджанской Республики Панджали Нурмамед оглу Теймурова.

    От своего имени и от имени всех членов нашей семьи выражаем Вам глубокую благодарность и признательность за то, что Вы спустя девять лет удостоили моего сына чести – посмертно присвоив ему звание “Национальный герой Азербайджанской Республики” за проявленное мужество в Апрельских боях.

    Забота и внимание, которые Вы проявляете к семьям шехидов, высоко ценятся нашим народом.

    Пусть Аллах никогда не оставит нас без Вашего покровительства.

    Желаем Вам долгих лет жизни и крепкого здоровья”.

    Отметим, что Президент Ильхам Алиев 7 ноября 2025 года подписал распоряжение о посмертном присвоении звания Национального героя Азербайджана прапорщику П.Теймурову.

    Прапорщик Панджали Теймуров служил в Силах специального назначения Азербайджана и был известен как отважный военнослужащий, внушавший страх противнику, погиб в Апрельских боях 2016 года.

    За успешное выполнение боевых задач он был награждён различными орденами и медалями. В 2015 году, по представлению командования и указу Президента Азербайджана, за высокий профессионализм и образцовую службу во время спецоперации на оккупированных территориях он был удостоен медали “За отвагу”.

    За проявленные в Апрельских боях мужество и героизм Панджали Теймуров был награждён медалью “За Родину”.

  • Milli Qəhrəmanın anası İlham Əliyevə təşəkkür məktubu göndərib – FOTO

    Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə xanım Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

    Vahimə xanım oğluna Milli Qəhrəman adı verilməsinə görə dövlət başçısına minnətdarlığını çatdırıb.

    Məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına!

    Azərbaycan Respublikasının Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun anası Vahimə xanım tərəfindən təşəkkür məktubu.

    Doqquz il intizarla gözlədiyimiz şərəfə – oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

    Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir.

    Allah sizi başımızın üstündən heç vaxt əskik etməsin.

    Sizə uzun ömür, can sağlığı arzu edirik”.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci il noyabrın 7-də gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb.

    Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşlərində şəhid olub.

  • Ален Симонян выразил готовность поехать в Азербайджан

    Спикер Нацсобрания Армении Ален Симонян выразил готовность поехать в Азербайджан в подходящий момент.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом он сказал журналистам в парламенте.

    “Я готов в удобный момент поехать в Азербайджан. Намерен пригласить свою коллегу в Армению в каком-либо формате”, – сказал Симонян.

    На вопрос, поступало ли ему приглашение посетить Азербайджан, Симонян ответил, что нет. Но если будет, он рассмотрит его.

    Симонян сообщил, что отказ Азербайджана от участия в саммите Европейского политического сообщества (ЕПС) в Ереване в мае 2026 года не связан с Арменией.

    “Госпожа Гафарова просила при встрече, чтобы от имени президента я передал, что это никак не связано с армянской стороной”, – сказал Симонян.

    Ранее Ален Симонян заявлял, что допускает возможность взаимных визитов в Ереван и Баку высокопоставленных лиц двух стран.

  • Alen Simonyan Azərbaycana səfər etməyə hazır olduğunu bildirib

    Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan uyğun vaxtda Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə o, parlamentdə jurnalistlərə bildirib.

    “Mən uyğun vaxtda Azərbaycana səfər etməyə hazıram. Həmkarımı hansısa formatda Ermənistana dəvət etmək niyyətindəyəm”, – deyə Simonyan qeyd edib.

    Azərbaycana səfər etmək üçün dəvət alıb-almadığı ilə bağlı suala Simonyan “yox” cavabını verib. Amma bildirib ki, dəvət alarsa, bunu nəzərdən keçirəcək.

    Alen Simonyanın sözlərinə görə, Azərbaycanın 2026-cı ilin may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməkdən imtina etməsi Ermənistanla əlaqəli deyil.

    “Xanım (Sahibə) Qafarova görüşümüz zamanı Prezidentin adından bunun Ermənistan tərəfi ilə heç bir əlaqəsi olmadığını çatdırmağımı xahiş etdi”, – deyə Simonyan vurğulayıb.

    Daha əvvəl Alen Simonyan iki ölkənin yüksəkvəzifəli şəxslərinin İrəvan və Bakıya qarşılıqlı səfərlərinin mümkünlüyündən danışmışdı.

  • Azərbaycanda “Mounjaro” təhlükəsi: Qanunsuz istifadə ağır fəsadlara səbəb olur

    Azərbaycanda şəkərli diabet xəstələri üçün nəzərdə tutulan “Mounjaro” dərmanının estetik məqsədlərlə, xüsusilə arıqlama vasitəsi kimi istifadəsi ciddi təhlükə mənbəyinə çevrilib.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, preparat sosial şəbəkələr, gözəllik salonları və hətta ev şəraitində reseptsiz şəkildə satılır.

    Araşdırmalara görə, “Mounjaro” Almaniyada 1 000-1 600 manat arasında dəyişən qiymətlərlə satılır. Azərbaycanda isə 3 000 manata qədər təklif olunur.

    Satışı isə apteklər yox, kosmetoloqlar, influenserlər və qeyri-ixtisaslı şəxslər həyata keçirir.

    Ən narahatedici məqam odur ki, bu iynəni vuran şəxslərin əksəriyyətinin tibbi bilik və sertifikatı yoxdur.

    Məlumata görə, artıq bir neçə nəfər “Mounjaro”nun istifadəsi nəticəsində ağır vəziyyətə düşərək xəstəxanaya yerləşdirilib. Onlardan biri baş həkimdir. Daha bir tanınmış şəxsin isə bu iynədən sonra həyatını itirdiyi bildirilir.

    Bir çox qadının hazırda reanimasiyada olduğu, lakin “Instagram”da eyni şəxslərin hələ də arıqlama reklamlarını davam etdirdiyi qeyd olunur.

    “Mounjaro” arıqlama iynəsi deyil və hormon sisteminə, mədəaltı vəzə, qalxanabənzər vəzə, həmçinin psixikaya birbaşa təsir göstərir.

    Yan təsirlərinə kəskin pankreatit, böyrək çatışmazlığı, anafilaktik şok, nəfəs dayanması, depressiya və təşviş pozuntuları, boyunda şiş – qalxanabənzər vəz xərçəngi riski daxildir.

    Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, Azərbaycan Respublikasında “Mounjaro” adlı dərman vasitəsinin (DV) dövlət qeydiyyatı olmadığına görə ölkəyə idxal olunmur. Qeyd olunub ki, ölkədə satışına icazə verilən, dövlət qeydiyyatında olan DV, seriya, satışa rəsmi icazə və ya satışına qoyulmuş qadağalar və bu kimi bütün məlumatlar AEM-in rəsmi internet səhifəsində yerləşdirilir.

    Nəzərə çatdırılıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, AEM tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı təsdiqedici sənədlərlə birgə dövlət və yerli özünüidarəetmə orqanlarından, media və vətəndaşlardan daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamaların keçirilməsi üçün qərar qəbul edilir:

    “Lakin məsələ sosial şəbəkələrdə ölkəyə qeyri-qanuni yolla gətirilmiş dərman vasitəsindən və ya müalicə növündən gedirsə, bu zaman şikayətçinin hüquq-mühafizə orqanlarına müraciət etməsi məqsədəmüvafiq hesab olunur”.

    Əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanununun və Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın müvafiq maddələrinə görə, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən DV-ni maneəsiz gətirə və apara bilərlər:

    “Bildiririk ki, qanunvericiliyə görə əhaliyə DV yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə DV sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında DV-ni apteklərdən alıb istifadə etməlidirlər. Həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə edilmir, çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə edilməyən dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər”.

    Vurğulanıb ki, Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanununun 9.6-cı maddəsi və 12-1.6-cı maddələrində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən DV-ni pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin DV-nin resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır:

    “AEM-in Əlavə təsirlər haqqında məlumat bazasında “Tirzepatide” tərkibli dərman vasitəsinin heç bir əlavə təsiri barədə məlumat bildirilməyib. Amma nəzər almaq lazımdır ki, DV-nin əks göstərişlərində təsiredici maddəyə və ya DV-nin tərkibindəki hər hansı köməkçi maddələrə qarşı yüksək həssaslıq vurğulanır”.

  • В Баку задержан подозреваемый в краже денег у туриста

    В Баку установлен и задержан подозреваемый в краже денег у туриста.

    Как сообщает Median.Az со ссылкой на Министерство внутренних дел Азербайджана, 25 ноября в полицию поступило сообщение о краже у иностранного гражданина 1991 года рождения денежных средств в размере 1 600 манатов, 60 долларов США и 80 фунтов стерлингов.

    В ходе полицейских мероприятий был задержан Сабухи Салманзаде (2000 г.р.).

    Расследованием установлено, что подозреваемый через социальные сети познакомился с туристом и пришёл в арендованную им квартиру, где и украл деньги.

    В Ясамальском районном управлении полиции возбуждено уголовное дело по статье “кража”, следственные мероприятия продолжаются.