Month: December 2025

  • Gəncə Hava Limanında ÖLÜM

    Gəncə Hava Limanında ölüm hadisəsi baş verib.
     
    Median.Az xəbər verir ki, Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Azər Fikrət oğlu Əmiraslanov Gəncə Hava Limanının ərazisində infarktdan ölüb.

    Araşdırma aparılır.

  • XƏBƏRDARLIQ: Bu yollar buz bağlayacaq

    Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirlib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

    Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

  • Bu avtomobillər ucuzlaşa bilər?

    Azərbaycanda hibrid və elektrik avtomobillərinin istehsalı nəzərdə tutulur. Bu halda həmin avtomobillərin qiyməti ucuzlaşacaq?

    Nəqliyyat eksperti Eldəniz Cəfərov sfera.az-a açıqlamasında bildirib ki, artıq ölkəmizdə elektrik mühərrikli avtobusların, yəni elektrobusların istehsalı prosesinə başlanılıb və bu tip nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin istehsalı da mümkündür:

    “Ancaq hər hansı məhsulun müəyyən ölkədə istehsal olunması həmin məhsulun, bu halda avtomobilin qiymətinin mütləq ucuz olacağı anlamına gəlmir. Sadəcə olaraq, daha əlverişli və daha səmərəli qiymətlərlə bu avtomobillər vətəndaşlara təklif oluna bilər”.

    E.Cəfərovun sözlərinə görə, bu növ avtomobillər ölkəmizdə istehsal ediləcəyi təqdirdə müəyyən rüsumlardan azadolmalar da mümkün olacaq ki, bu da həmin nəqliyyat vasitələrini vətəndaşlar üçün daha əlçatan edə bilər.

  • Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib?

    ​Şəkinin Çeşməli kənd sakini Azər Abdullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək oğlunun problemi ilə bağlı aidiyyəti qurumdan kömək istəyir.

    O bildirir ki, 25 yaşlı övladı Elməddin Abdullayev anadangəlmə bağırsaq keçməzliyindən əziyyət çəkir. Ağır xəstəliyi olan gəncə 2005-ci ildən əlillik təyin edilsə də, 2024-cü ilin noyabrında pensiyası kəsilib.

    Elməddin Abdullayev deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmır:

    “Oğlum üçün çox qapılara getmişik, çox xəstəxanaları gəzmişik. İşləyə bilmir, məktəbə, hərbi xidmətə gedə bilməyib. Ağır əməliyyatlardan çıxmış adamın pensiyası kəsilməli deyil. Özüm fəhləyəm. Qazandığım pulları onun yolunda tökmüşəm. Dərman qəbul etməsə, həftələrlə ağrı çəkir”.

    Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Elməddin Abdullayevin əlilliyinin qiymətləndirilməsi ilə bağlı son bir il ərzində tibb müəssisəsi tərəfindən heç bir “Forma 88” göndərişi rəsmiləşdirilməyib:

    “Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Elməddin Abdullayevlə bağlı yeni “Forma 88″ sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər”.

    Daha ətraflı videomaterialda:

  • Раскрыто убийство азербайджанца на юге Москвы

    Убийство азербайджанца, труп которого был обнаружен в овраге на юге Москвы, раскрыли столичные следователи и полицейские.

    Как передает Median.Az со ссылкой на mk.ru, 53-летнего мужчину, торговавшего фруктами, нашли с ножевыми ранениями в районе улицы Борисовские пруды в ночь на субботу. Спасти его не удалось. По подозрению в убийстве задержан знакомый погибшего.

    Как сообщили в пресс-службе ГСУ СКР по Москве, сегодня следствие ходатайствует перед судом об избрании ему меры пресечения в виде заключения под стражу.

  • Moskvada öldürülən Azərbaycan vətəndaşının qətlinin üstü açılıb

    Moskvanın cənubunda dərədə cəsədi tapılan Azərbaycan vətəndaşının qətlinin üstü açılıb.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı meyvə satıcısı bıçaq yaraları ilə tapılıb. Onun həyatını xilas etmək cəhdləri uğursuz olub. Mərhumun tanışı qətldə şübhəli bilinərək saxlanılıb.

    Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Mətbuat Xidmətinin məlumatına görə, müstəntiqlər qətldə şübhəli bilinən şəxsin həbs olunması üçün vəsatət qaldırıblar.//oxu.az

  • Yasamalda yanan binanın sakinlərinə TƏZMİNAT AYRILDI

    Paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A ünvanında yanğın baş vermiş çoxmərtəbəli yaşayış binasında bərpa işləri davam etdirilir.

    Median.Az xəbər verir ki, bina sakini, jurnalist Heydər Mirzənin yaydığı məlumata görə, sakinlərə təzminat da ayrılıb:

    “Sabahdan etibarən 11-ci mərtəbədən 17-ci mərtəbəyə qədər olan hissəyə elektrik enerjisinin verilməsi nəzərdə tutulub. Su təchizatı isə artıq bir həftədir ki, bərpa olunub. Nazirlər Kabinetinin 3 dekabr tarixli sərəncamı ilə ayrılan təzminatın məbləği müvafiq bank hesabına köçürülüb”.

    O qeyd edib ki, kompensasiya alacaq şəxslərin sayı 96-dır:

    “Hazırda binanın kommunal təminatı bərpa edilsə də, maddi baxımdan ən ciddi və təcili məsələ liftlərin işə salınmasıdır. Liftin işləməməsi yuxarı mərtəbələrdə yaşayan sakinlərin evlərinə qayıtması və normal həyata davam etməsi üçün ciddi maneə yaradır. Binaya dəyən ümumi zərərin hesablanmasını əks etdirən akt lisenziyalı şirkət tərəfindən artıq tərtib olunub. Sənəd Baş Prokurorluğa və zərərçəkənlərin vəkillərinə təqdim edilib”.//oxu.az

  • Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur

    Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq.

    Median.Az
    xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

    Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib.

    G.Hacıbəyli isə bu qərarla razılaşmadığını və məhkəməyə müraciət edəcəyini qeyd edib.

    Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı istintaqa çağırılıb.//qafqazinfo

  • Qadını gəlini və qardaşı yastıqla boğaraq öldürüblər – Biləsuvardakı qətlin TƏFƏRRÜATI

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.

    Median.Az xəbər verir ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.//oxu.az

  • DİQQƏT: Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar AŞKARLANDI

    Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumatda qeyd olunub.

    Bildirilib ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi “Sevinc Mall” Ticarət Mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib:

    “Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq”.

    Vurğulanıb ki, hazırda AQTA və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır.