Month: December 2025

  • Bakıda orta məktəbdə şagirdlər zorakılığa məruz qalırlar? – İDDİA

    Bakı şəhəri 292 saylı tam orta məktəbdə şagirdlərin fiziki və psixoloji zorakılığa məruz qaldığı iddia olunub. Məktəblilərin bildirdiyinə görə, bu halları təkcə müəllimlər deyil, direktor müavini də törədib.

    “Ağzımda konfet var idi. İdman müəllimi məni küncə qoydu, ağzımı sıxdı, nəticədə, dişim əzildi”, – şagirdlərdən biri deyib.

    Valideynlərdən biri isə bildirib ki, uşaqlar direktor müavininin zorakılığına məruz qalıb və o, dəfələrlə şagirdləri onun əlindən alıb: “Birinin saçını çəkir, digərinə qarşı ağır ifadələr işlədir. Mənim övladım idmançıdır, saçını qısa saxlayır. Sinifdə hamının yanında ona “sən qızsan, bu nə saç kəsimidir?” deyib. Uşağıma qarşı “heyvan” ifadəsi işlədilib. İdman müəllimi isə şagirdlərə kəmərlə fiziki şiddət göstərib”.

    Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 292 saylı tam orta ümumtəhsil məktəbində şagirdə qarşı təzyiq göstərilməsi ilə bağlı irəli sürülən iddialar araşdırılacaq.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • На освобожденных землях восстановлена работа еще трех радиотелевизионных станций

    В соответствии с указом Президента Ильхама Алиева и “I Государственной программой по Великому возвращению на освобожденные от оккупации территории Азербайджанской Республики” компаниями AZCON Holding последовательно осуществляется деятельность по восстановлению вещания посредством ООО “Радиотелевизионное вещание и спутниковые коммуникации”.

    Как сообщает Median.Az, 29 декабря были восстановлены работы радиотелевизионных станций в Агдере – Талыш, Кичик Гарабей и Гасанриз.

    Таким образом, общее количество восстановленных станций на освобожденных землях достигло 11, что позволило расширить охват цифрового телевидения и FM-радио, а также повысить качество сигнала.//oxu.az

  • İşğaldan azad edilmiş ərazilərdə üç radio-televiziya yayım stansiyasının işi bərpa edilib

    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, “AZCON Holding” şirkətlərindən olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.

    Median.Az xəbər verir ki, dekabrın 29-da Ağdərə rayonu ərazisində yerləşən Talış, Kiçik Qarabəy və Həsənriz radio-televiziya yayım stansiyalarının işi bərpa edilib.

    Bununla da işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 11-ə çatdırılmaqla rəqəmsal televiziya və FM radio yayımlarının əhatəsi və siqnal keyfiyyəti artırılıb.

    Qeyd edək ki, 2026-cı il üzrə əhalinin köç qrafiki diqqətdə saxlanacaq və radio-televiziya proqramlarının tələb olunan ərazilərdə yayımının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.//oxu.az

  • Ушаков: Трамп был шокирован информацией об атаке ВСУ на госрезиденцию РФ

    Российский лидер Владимир Путин во время телефонного разговора с американским коллегой Дональдом Трампом рассказал ему об атаке Вооруженных сил Украины (ВСУ) на государственную резиденцию президента РФ.

    Как передает Median.Az со ссылкой на “Известия”, об этом 29 декабря сообщил на брифинге помощник российского президента Юрий Ушаков.

    “Президент США был шокирован этим сообщением, в буквальном смысле возмущен, не мог предположить такие сумасшедшие действия. И как было сказано, это, несомненно, повлияет на американские подходы к работе с Зеленским”, – пояснил он.

    Как рассказал помощник президента РФ, Путин при разговоре подчеркнул, что подобные действия не останутся без серьезного ответа, и заявил, что позиция России по ряду достигнутых ранее договоренностей будет пересмотрена. При этом российская сторона намерена и далее плотно работать с Вашингтоном по поиску путей к миру.

    Трамп, по словам Ушакова, заявил, что этот инцидент повлияет на подходы США в работе с украинским президентом Владимиром Зеленским, и отметил, что его администрация, “слава Богу, не давала [ракеты] Tomahawk”. В завершение разговора лидеры договорились продолжать диалог.

    Глава МИД РФ Сергей Лавров ранее 29 декабря сообщил, что ВСУ совершили атаку беспилотниками на резиденцию президента России в Новгородской области. Он отметил, что переговорная позиция РФ будет пересмотрена из-за атаки, однако Москва не выйдет из переговорного процесса.

  • Tramp və Putin arasında telefon danışığı olub

    “ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı telefon danışığı aparıb”.

    Median.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” sosial şəbəkə hesabında bildirib.

    Öz növbəsində, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışığın baş tutduğunu təsdiqləyib və bildirib ki, Tramp və söhbətdə iştirak edən onun əsas müşavirləri Mar-a-Laqoda Ukrayna nümayəndə heyəti ilə dünən keçirilmiş danışıqların əsas nəticələri barədə ətraflı məlumat veriblər.

    Uşakovun sözlərinə görə, Putin Ukrayna ordusunun Rusiyanın Novqorod vilayətindəki prezident iqamətgahına dron hücumu barədə məlumatı Trampın diqqətinə çatdırıb.

    “Tramp bu xəbərdən şoka düşüb və qəzəblənib. O, bu cür ağılsız hərəkətləri təsəvvür belə edə bilməyəcəyini deyib”, – Uşakov vurğulayıb.

    Söhbət zamanı Vladimir Putin ABŞ prezidentinə Kiyevin iqamətgaha hücumunun cavabsız qalmayacağını bildirib. Tramp isə öz növbəsində Rusiya prezidentinin iqamətgahına dron hücumunun Ağ Evin Zelenskiyə yanaşmasına təsir edəcəyini qeyd edib.

    Həmçinin, Putin həmkarına Rusiyanın sülhə nail olma yollarının tapılması üçün ABŞ ilə sıx və məhsuldar şəkildə işləmək niyyətində olduğunu bildirib.

  • Türkiyədə narkotik əməliyyatı: Jurnalist və sosial media fenomeni həbs edildilər


    Türkiyədə İstanbul Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik əməliyyatları çərçivəsində “HaberTürk” telekanalının keçmiş baş direktoru, jurnalist Veysi Ateş və sosial media fenomeni Taner Çağlı məhkəmə tərəfindən həbs ediliblər.

    Median.Az bu barədə “Türkiye” qəzetinə istinadən xəbər verir.

    Eyni iş üzrə saxlanılmış iş adamı Mustafa Karataş isə sərbəst buraxılıb. Qeyd edək ki, Ateş və Çağlı dekabrın 28-də keçirilmiş əməliyyat zamanı saxlanılmışdılar.

    Qeyd edək ki, sözügedən əməliyyat çərçivəsində bu günə kimi həbs edilənlərin sayı 25 nəfərə çatıb.

  • Sumqayıtın “Yaşıldərə” massivindən ŞİKAYƏT: Sakinlərin yol və marşrut PROBLEMİ

    Sumqayıt şəhərinin “Yaşıldərə” massivində yaşayan sakinlər yolsuzluqdan və marşrut xətlərinin olmamasından şikayətçi olublar.

    Bununla bağlı oxu.az-a müraciət ünvanlanıb.

    Qeyd olunub ki, “Yaşıldərə” massivi, “parnik ərazisi” deyilən 6-cı məhəllədə yaşayan sakinlər hər gün istifadə etməli olduqları yoldan və marşrutlardan istifadə edə bilmirlər.

    “Bir ara özümüz pul yığıb yolu az da olsa bərpa etmişdik, amma iritonnajlı maşınlar işlədiyi üçün yenidən dağıldı. Yollarımız keçilməz olduğu üçün massivə avtobus da işləmir. Çünki maşının getməsi üçün şərait yoxdur. Yola bir əncam çəkən olsa, yəqin ki, avtobus xətti də açılar. Hər il 50 manatdan pul yığıb yolumuzu düzəldirik, amma yenə də bərbad günə düşür. Videoda gördüyünüz bu yolla hər gün dayanacağa çatmaq üçün azı iki kilometr yol getməliyik ki, avtobusa minə bilək. Dəfələrlə Sumqayıt şəhər icra nümayəndəsinə müraciət etsək də, nəticəsi yoxdur. Xüsusən də hava yağıntılı olanda çox çıxılmaz vəziyyətdə qalırıq”, – deyə şikayətdə bildirilir.

    Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsinin Mətbuat Xidmətinin rəhbəri Nizami Rəsulov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dekabrın 22-də Sumqayıt şəhərinin “Yaşıldərə” yaşayış massivində Milli Məclisin deputatı Mehriban Vəliyeva və Sumqayıt bələdiyyəsinin sədri Adil Xudatovun iştirakı ilə sakinlərlə səyyar görüş keçirilib.


    “Görüş zamanı vətəndaşları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlərlə bağlı ətraflı məlumat və izahatlar verilib. Belə ki, “Yaşıldərə” yaşayış massivi Sumqayıt şəhərinin təsdiq edilmiş Baş planına daxil edilib. Bu isə ərazidə mövcud sosial və infrastruktur problemlərinin dövlət proqramları və müvafiq büdcə mexanizmləri çərçivəsində mərhələli şəkildə həllinə hüquqi və planlaşdırma əsası yaradır. Baş plana uyğun olaraq gələcək mərhələlərdə yaşayış massivinə yönəlmiş layihələrin icrası üçün müvafiq maliyyə vəsaitlərinin ayrılması mümkün olacaq”, – deyə N.Rəsulov vurğulayıb.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, sözügedən ərazidə yol infrastrukturu qənaətbəxş deyil:

    “Yol infrastrukturu ictimai nəqliyyat vasitələrinin təhlükəsiz və sərbəst hərəkəti, manevr etməsi üçün imkan verdiyi təqdirdə marşrutla əlaqələndirmə məsələsinə baxıla bilər”.

  • Azərbaycanda icra hakimiyyətləri LƏĞV EDİLİR? – AÇIQLAMA

    “Türkiyə və bir sıra Avropa ölkələrində bələdiyyələrin icra hakimiyyətlərində mühüm rol oynaması idarəetmədə səmərəliliyi artırır. Bu modelin Azərbaycanda da tətbiqi mümkün olsa da, əsas maneə mərkəzləşmiş idarəetmə sistemindən imtina ilə bağlı siyasi iradənin olub-olmamasıdır”.
     
    Median.Az xəbər verir ki, bu fikirləri iqtisadçı Asif İbrahimov Konkret.az-a açıqlamasında bildirib.
     
    Onun sözlərinə görə, Azərbaycanda idarəetmədə əsas problemlərdən biri üfüqi və şaquli məsuliyyətin düzgün bölüşdürülməməsidir. Eyni və ya oxşar funksiyaları yerinə yetirən qurumların həddən artıq çox olması həm büdcə yükünü artırır, həm də rüşvət və korrupsiya risklərini yüksəldir:
     
    “Azərbaycanda bir-birini təkrarlayan, oxşar funksiyalar həyata keçirən qurumlar çoxdur. Bu strukturların bir hissəsi ləğv edilməli, bir hissəsi isə birləşdirilməlidir. Bu addım həm dövlət xərclərini azaldar, həm də korrupsiya mənbələrinin aradan qaldırılmasına xidmət edər”.
     
    İqtisadçı qeyd edib ki, hazırkı sistemdə icra hakimiyyətləri, icra nümayəndəlikləri və bələdiyyələr paralel fəaliyyət göstərir ki, bu da idarəetmədə səmərəsizlik yaradır. Halbuki Azərbaycan Avropa Şurasına üzv olarkən hakimiyyətin əks-mərkəzləşdirilməsi ilə bağlı öhdəliklər götürmüşdü.
     
    Asif İbrahimovun sözlərinə görə, bələdiyyə institutu Azərbaycanda formal xarakter alıb:
     
    “Bələdiyyələr faktiki olaraq zibil pulu və torpaq vergisi yığımı ilə məşğuldur. Halbuki əvvəllər onların özünü maliyyələşdirmə imkanları vardı – torpaq satışı, yerli təbii resurslardan əldə olunan gəlirlər, otel rüsumları, reklam lövhələrindən daxilolmalar və s. Sonradan qanunvericiliyə edilən dəyişikliklərlə bu səlahiyyətlər məhdudlaşdırıldı”.
     
    O, bildirib ki, Almaniya, Fransa və İngiltərə kimi ölkələrdə, eləcə də Türkiyə modelində yerli özünüidarəetmə orqanları real səlahiyyətlərə malikdir. Azərbaycanda da Türkiyə idarəetmə sisteminin fundamental elementlərini tətbiq etmək mümkündür.
     
    İqtisadçının fikrincə, rayon icra hakimiyyətləri artıq köhnəlmiş idarəetmə modelidir və funksional baxımdan effektsiz qurumlara çevrilib:
     
    “Bu gün icra hakimiyyətlərinin əsas funksiyaları tədbirlərin təşkili və seçkilər zamanı səfərbərlikdir. Bir sıra səlahiyyətlər, o cümlədən yerli idarəetmə ilə bağlı öhdəliklər bələdiyyələrə verilə bilər. Bu da idarəetməni sadələşdirər və daha çevik sistem yaradılar”.
     
    Asif İbrahimov hesab edir ki, bələdiyyələrin gücləndirilməsi və icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması Azərbaycanda idarəetmədə boşluqların aradan qaldırılması üçün əsas addımlardan biri ola bilər.ola bilər.

  • Alim Qasımovun nəvəsinin toy tarixi dəyişdi

    Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toy tarixində dəyişiklik olub.
     
    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, Xalq artisti Alim Qasımovun nəvəsinin toyu yanvarın 27-də deyil, 16-da paytaxt restoranlarından birində keçiriləcək.
     
    Oğlan toyu isə dəyişilməz olaraq qalır. Məclis fevralın 5-də olacaq.
     
    Qeyd edək ki, Mövlanə bu ilin yanvar ayında Fərid adlı bəylə nişanlanıb.

  • Xankəndidə bayram konserti keçirilib

    Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub.

    Bu barədə “Report”a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 29-da şəhərin Zəfər meydanında keçirilən “Qış nağılı” yarmarkası günlərində baş tutan bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.

    Konsertdə tanınmış ifaçılar və musiqiçilər çıxış ediblər. Səslənən ifalar şəhər sakinlərinə və qonaqlara yüksək bayram ovqatı bəxş edib, mərkəzi meydanda coşqun ab-hava yaradıb.

    Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili birlik, həmrəylik və bayram ruhu ilə qeyd etmək, eyni zamanda Xankəndi şəhərində ictimai-mədəni həyatın canlandırılmasına töhfə vermək olub.