Month: December 2025

  • Paşinyan seçkiləri gözləyir – Konstitusiya dəyişdiriləcək

    Ermənistanda yeni konstitusiyanın hazırlanması və qəbulu məsələsi gündəmə gəlib. Erməni mediası son günlər bildirir ki, hakimiyyət Azərbaycan və Türkiyənin irəli sürdüyü tələblər çərçivəsində ölkənin əsas qanununu dəyişdirməyə hazırlaşır. Belə olduqda sual yaranır: sözügedən məsələ ilə bağlı ən tez nə kimi addımlar atıla bilər? Bununla da yekun sülh yaxınlaşırmı?

    Politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistanın konstitusiyası dəyişdirilməlidir.

    Onun sözlərinə görə, bu, Azərbaycanın eləcə də, qardaş Türkiyənin tələbidir:

    “Çünki konstitusiyada Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Belə olan halda, dayanıqlı sülhdən, təhlükəsizlik sistemindən və sabitlikdən danışmaq çətindir. Lakin Ermənistanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı Paşinyanın mövqeyi də bir qədər dəyişib. Çünki əvvəlki dövrdə Paşinyan çalışırdı ki, konstitusiya məhkəməsinin qərarını əsas gətirərək konstitusiyanı dəyişməsin. Konstitusiyada heç bir uyğunsuzluğun olmadığını dilə gətirərək manevr etmək istəyirdi. Lakin artıq belə cəhdlər etmək yersizdir”.


    Politoloq qeyd edib ki, konstitusiyada dəyişikliklər nə qədər tez olsa, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi daha tez imzalana bilər:

    “Amma proseslər onu göstərir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra konstitusiya dəyişikliklərini həyata keçirməyə hazırlaşır. Mandat qazandıqdan sonra, etimad formalaşdıqdan sonra Ermənistanda referendum keçiriləcək. Bu, həm də sülh üçün önəmli bir sınaq olacaq. Çünki erməni xalqı yeni konstitusiyaya tərəfdar çıxaraq, həm də dolayısı ilə sülhə tərəfdar olduğunu bildirməlidir”.

  • Ağdamda azyaşlı velosipeddən yıxılaraq ölüb

    Ağdamda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

    APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndi ərazisində baş verib.

    Kənd sakini 2016-cı il təvəllüdlü H. Baxşəliyevin velosipeddən yıxılaraq öldüyü bildirilir.

    Faktla bağlı araşdırma başlanıb.

  • Prezidentdən amnistiya təşəbbüsü – 20 mindən çox şəxsə şamil olunacaq

    Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb.

    Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilib.
    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
    Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
    Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

    Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

  • Aİ Belarusa qarşı sanksiyaları genişləndirib

    Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib və yeni sanksiya kriteriyalarına Aİ ölkələrində demokratiya, qanunun aliliyi və təhlükəsizliyi pozmaq maddələri də əlavə edilib.

    Median.Az bu barədə “Reuters“ə istinadən xəbər verir.

    “Yeni kriteriya Aİ-yə xarici manipulyasiya və müdaxiləni planlaşdıran, asanlaşdıran, dəstəkləyənlərə qarşı məhdudiyyətlər qoymaq imkanı verir. Aİ həm də üzv dövlətlərin ərazisinə icazəsiz keçidləri də hədəfə ala biləcək”, – Avropa İttifaqı Şurasından bildirilib.

    Qeyd edək ki, son vaxtlar Belarus ərazisindən Litvanın hava sahəsinə qaçaqmalçılıq üçün istifadə olunan hava şarları daxil olur.

    Litva rəsmi olaraq bu məsələdə Belarusu ittiham etsə də, Minsk mövzu ilə bağlı hər hansı bir məsuliyyəti inkar edir.

  • Водительские права и другие важные документы будут выдаваться по новым правилам

    Министерство внутренних дел (МВД) подготовило предложения по совершенствованию ряда услуг с целью упростить повседневную жизнь граждан, повысить качество и доступность государственных услуг, а также ускорить процесс цифровой трансформации нашей страны.

    Как передает Oxu.Az, об этом сообщили в МВД.

    В предложениях предусматривается цифровизация этапа приема первичных документов для получения и обновления удостоверений личности, общегражданских паспортов и водительских прав, а также регистрации транспортных средств, благодаря чему граждане смогут подавать первичные заявки по этим услугам онлайн, не посещая госучреждения.

    Эта инициатива будет способствовать дальнейшему укреплению модели “цифрового правительства” страны, повышению качества госуслуг и удовлетворенности граждан, а также внесет вклад в достижение Целей устойчивого развития ООН.

    Министерство внутренних дел (МВД) подготовило предложения по совершенствованию ряда услуг с целью упростить повседневную жизнь граждан, повысить качество и доступность государственных услуг, а также ускорить процесс цифровой трансформации нашей страны.

    Как передает Median.Az, об этом сообщили в МВД.

    В предложениях предусматривается цифровизация этапа приема первичных документов для получения и обновления удостоверений личности, общегражданских паспортов и водительских прав, а также регистрации транспортных средств, благодаря чему граждане смогут подавать первичные заявки по этим услугам онлайн, не посещая госучреждения.

    Эта инициатива будет способствовать дальнейшему укреплению модели “цифрового правительства” страны, повышению качества госуслуг и удовлетворенности граждан, а также внесет вклад в достижение Целей устойчивого развития ООН.

  • Sürücülük vəsiqəsi və digər vacib sənədlər YENİ QAYDADA veriləcək

    Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.

    Median.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

    Təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.

    Bu təşəbbüs “ölkənin rəqəmsal hökumət” modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcəkdir.

  • Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin əhəmiyyətindən danışıb.

    APA-nın xəbərinə görə, Ərdoğan deyib ki, Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi olub.

    Onun sözlərinə görə, 2021-ci ildə TDT-nin İstanbul zirvəsində əməkdaşlığı daha bir üst səviyyəyə qaldırıblar, Türk dövlətləri arasında hər sahədə keçmişlə müqayisə olunmayacaq dərəcədə sıx əmədaşlıq qurulub.

  • Azərbaycanla Qazaxıstan arasında imzalanmış dörd sənəd təsdiq olundu

    Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında imzalanmış dörd sənədi təsdiqləyib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq qanununla imzalayıb.

    Sənədə əsasən,

    – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş;

    – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

    – Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş təsdiq olunub.

    Qeyd edək ki, sənədlər 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanıb.

  • Azərbaycana ən çox kərə yağı İrandan gətirilir, Rusiyaya isə ən çox satılır

    Cari ilin 10 ayında Azərbaycana ümumi dəyəri 121 milyon 60.42 min dollar dəyərində 16 763.73 ton kərə yağı idxal olunub.

    Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ölkədən 26 milyon 322.88 min dollar dəyərində 3 779.17 ton kərə ixrac edilib.

    Azərbaycandan ən çox Rusiyaya kərə yağı ixrac edilib. Belə ki, 10 ayda Rusiyaya 23 milyon 998.76 dollar dəyərində 3 437 ton kərə yağı satılıb.

    Bu sahədə idxal lideri İrandır. İrandan ümumi məbləği 42 milyon 117.27 min dollar dəyərində 6 994.56 ton kərə yağı alınıb. Daha sonrakı yerləri isə Yeni Zelandiya (3 632.96 ton) və Səudiyyə Ərəbistanı (1 284.64 ton) tutur.

    Hesabat dövründə Ukrayna, Rusiya, Hindistan, Türkiyə, Uruqvay, Almaniya, Belçika, Finlandiya, Fransa, İspaniya, İtaliya, Litva, Lüksemburq, Polşa, Portuqaliya və Danimarkadan da Azərbaycana kərə yağı idxal olunub.

    Kərə yağının ixrac olunduğu ölkələr isə Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkmənistan və İraqdır.

  • Azərbaycanla Əlcəzair arasında saziş TƏSDİQLƏNDİ

    Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, saziş 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanıb.