Month: December 2025

  • Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb

    Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63A ünvanında yerləşən Ülvi Çingiz oğlu Məmmədov və İlkin Əlipənah oğlu Əlişzadəyə məxsus avtomobil təmiri sexlərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsanın mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki:

    – obyektlərdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

    – obyektlərin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

    – elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

    – obyektlər odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud odsöndürən balonlara texniki qulluq göstərilməyib;

    – obyektlərdə tezalışan sürtgü yağlarının saxlanması və istifadəsi həyata keçirilir;

    – ⁠obyektlərdə layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim edilməyib;

    – ⁠sahibkar fəaliyyətini tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində təşkil edib.

    “Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63A ünvanında yerləşən sexlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektlərin nümayəndələrinə təqdim edilib”-məlumatda qeyd edilib.//oxu.az

  • Yeni icra başçısı 23 illik müavini işdən çıxardı

    Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq Əmr imzalayıb.

    Əmrə əsasən, başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.

    Qeyd edək ki, 59 yaşlı M. Nuriyeva 2002-ci ildən bu vəzifədə idi.

    Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-ü Prezident İlham Əliyevin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

  • Balakəndə ağır qəza – Ölən və yaralananlar var

    Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub.

    Belə ki, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.//qafqazinfo

  • Сотрудник стройкомпании арестован за смертельное ДТП в закрытом туннеле в Лачыне

    Лачынский районный суд вынес приговор 41-летнему Галибу Керимову, виновнику серьезной аварии в еще не сданном в эксплуатацию туннеле на участке дороги Лачын – Кельбаджар, проходящем через село Гаджисамлы.

    Как сообщает Qafqazinfo, трагический инцидент произошел 1 июня 2025 года примерно в 05:30.

    Согласно материалам дела, Керимов, работавший слесарем в строительной компании, въехал на закрепленном за ним автомобиле Mitsubishi L200 в туннель, доступ в который был строго запрещен.

    Двигаясь на высокой скорости по туннелю, водитель столкнулся с насыпью грунта, преграждавшей путь. Керимов попытался объехать препятствие через участок с более низким уровнем земли, но автомобиль врезался в насыпь. В результате удара водитель и четверо пассажиров получили травмы различной степени тяжести. Пострадавшие были госпитализированы. Позднее один из них – сотрудник строительной компании Рагиф Алиев – скончался от внутреннего кровотечения в Бардинской центральной районной больнице.

    На судебном заседании родственники погибшего заявили о своих претензиях к Галибу. Решением Лачынского районного суда подсудимый приговорен к 5 годам и 2 месяцам лишения свободы. Водитель, находившийся под надзором полиции в течение следственного периода, был арестован непосредственно в зале суда.

  • Laçında istifadəyə verilməmiş tuneldə qəza törədən sürücü həbs edildi

    Laçın-Kəlbəcər yolunun Hacısamlı kəndindən keçən hissəsində istifadəyə verilməmiş tuneldə ağır qəza törədən şirkət əməkdaşı həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Laçın Rayon Məhkəməsində 1984-cü il təvəllüdlü Qalib Kərimova hökm oxunub.

    Bildirilib ki, hadisə 1 iyun 2025-ci il saat 05:30-da baş verib.

    Belə ki, tikinti şirkətində çilingər işləyən Qalib həmin vaxt ona təhkim edilmiş “Mitsubishi L-200” markalı avtomobillə giriş-çıxışın qadağan edildiyi tunelə daxil olub.

    O, yüksək sürətlə tuneldə hərəkətdə olarkən yola tökülmüş torpaq topası ilə qarşılaşıb. Bu zaman Q.Kərimov maşını torpağın hündürlüyünün az olduğu yerdən sürüb keçmək istəyib. Lakin maşın torpağa çırpılıb, sürücü və avtomobildəki 4 sərnişin yaralanıb. Onlar avtomobilin içində güclü silkələnmə və salona çırpılma səbəbindən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Həmin şəxslərdən biri – tikinti şirkətinin əməkdaşı Raqif Əliyev daxili qanaxma səbəbindən Bərdə xəstəxanasında ölüb.

    Məhkəmədə mərhumun yaxınları Qalibdən şikayətçi olduqlarını bildiriblər. Laçın Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan sürücü məhkəmə iclas zalında həbs edilib.

  • Mərakeşdə daşqınlar nəticəsində ölənlərin sayı artıb

    Mərakeşin Safi əyalətində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə Mərakeşin dövlət televiziyası olan 2M TV məlumat yayıb.

  • Проходит судебное заседание над Кареном Аванесяном, пытавшимся совершить теракт в Ханкенди

    Проходит судебное заседание по уголовному делу в отношении Карена Аванесяна, обвиняемого в попытке совершения террористического акта в Ханкенди и других особо тяжких преступлениях.

    Как сообщает Report, уголовное дело рассматривается в Гянджинском суде по тяжким преступлениям под председательством судьи Натига Алиева.

    Отметим, 14 сентября около 7 часов утра подозреваемый без объяснения причин покинул социальный приют, где проживал, забрал спрятанное оружие и боеприпасы, привел их в боевую готовность. Примерно в 9 часов он проник в нежилой дом, занял позицию и стал ожидать приближения сотрудников полиции. Наблюдая за большим количеством полицейских, пытавшихся определить его местонахождение, Аванесян решил, что появилась возможность для осуществления заранее спланированного террористического акта и убийства многочисленных представителей власти. Из своего укрытия он открыл беспорядочный огонь из автоматического оружия по приближающимся полицейским, а затем бросил в них ручные гранаты, вызвав взрывы.

    В результате три сотрудника полиции получили телесные повреждения различной степени тяжести. Благодаря своевременной эвакуации с места происшествия и оказанию необходимой медицинской помощи их жизни удалось спасти.

    Несмотря на требования законодательства и многократные предупреждения, Карен Аванесян отказался подчиниться законным требованиям представителей власти, вследствие чего был задержан сотрудниками полиции с применением огнестрельного оружия. После задержания ему была оказана необходимая медицинская помощь, и он прошел лечение в больнице.

    На основании собранных по уголовному делу доказательств Карен Аванесян привлечен в качестве обвиняемого по статьям 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (покушение на умышленное убийство двух и более лиц, представителей власти в связи с исполнением ими служебных обязанностей, общеопасным способом, связанное с терроризмом), 214.2.3 (терроризм с применением огнестрельного оружия и предметов, используемых в качестве оружия), 228.1 (незаконное приобретение, хранение и ношение огнестрельного оружия, его комплектующих частей, боеприпасов) и 315 (сопротивление представителю власти и применение насилия) Уголовного кодекса.

    В отношении Карена Аванесяна по ходатайству органа предварительного расследования, на основании представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, решением Ханкендинского городского суда избрана мера пресечения в виде заключения под стражу.

  • Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi keçirilir

    Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində dekabrın 15-də keçirilən prosesə hakim Natiq Əliyev sədrlik edir.

    Qeyd edək ki, cari il sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

    İstintaq tədbirləri nəticəsində Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah – AKMS markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 7 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 9 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

    Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hadisə yerindən təxliyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub.

    Bundan başqa, qanunvericiliyin tələblərinə və edilən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib.

    Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

    Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq

    Cənubi Koreya dünyada hərtərəfli süni intellekt qanunvericiliyini qəbul edən ilk ölkə olmağa hazırlaşır.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən qanun layihəsi 2026-cı ilin yanvarın 22-də qüvvəyə minəcək.

    Cənubi Koreyada süni intellekt qanunu ötən ilin sonunda qəbul edilib və bu ilin yanvarında rəsmi olaraq dərc edilib. Qanun rəsmi dərc edildikdən düz bir il sonra qüvvəyə minəcək.

    Tətbiq ediləcək yeni qanunlar ölkədə müasir süni intellekt texnologiyalarının demək olar ki, bütün spektrini əhatə edəcək.

    Yeni qanunda bizneslə bağlı müəyyən narahatlıqlar var. Aparılan bir araşdırmaya görə, Cənubi Koreya süni intellekt startaplarının 98 faizi hələ də yeni qanuna uyğunlaşmaq üçün hərtərəfli bir sistemə malik deyillər. Sorğuda iştirak edənlərin təxminən yarısı konkret tənzimləyici gözləntilərini zəif başa düşdüklərini etiraf ediblər və demək olar ki, eyni sayda insan görülən hazırlıq tədbirlərinin qeyri-kafi olduğunu bildirib.

  • Boşanmasını bayram etdi: Avtomobilini bəzədi və… -FOTO

    Türkiyənin Bursa şəhərində qadın sürücüyə məxsus avtomobil fərqli görünüşü ilə diqqət mərkəzinə düşüb.

    Median.Az
    Türkiyə mediasına istinadən xəbər verir ki, toy maşınları kimi bəzədilmiş avtomobilin arxa şüşəsində yazılan “6 ildən sonra pul verib boşandım” ifadəsi maraq doğurub.

    Qadın sürücünün boşanma prosesini yumorla qeyd etməsi ətrafdakıların üzündə təbəssüm yaradıb.

    Yolda hərəkət edən avtomobili görən digər sürücülər bu maraqlı anları mobil telefonları ilə çəkərək sosial şəbəkələrdə paylaşıblar. Qısa müddətdə yayılan görüntülər çoxsaylı istifadəçilər tərəfindən bəyənmə və şərhlərlə qarşılanıb. //milli.az