Month: December 2025

  • Kimlərə 13-cü maaş veriləcək?

    Bir çox işçilərin maraqla gözlədiyi, digərlərinin isə yalnız adını eşitdiyi “13-cü maaş” anlayışı hələ də aktual mövzulardan biridir. Bəs bu ödəniş kimlərə verilir və əsas məqsədi nədir?

    Median.Az Metbuat.az-a istinadən xəbər verir ki, “13-cü maaş” adətən il sonunda işçilərə verilən əlavə pul mükafatıdır.

    Bu ödənişin əsas məqsədi işçilərin əməyini qiymətləndirmək, onların motivasiyasını artırmaq və növbəti ildə daha həvəslə işləmələrinə stimul yaratmaqdır.

    Kimlər ala bilər?

    Azərbaycanda “13-cü maaş”ın verilməsi qanunla məcburi deyil. Yəni hər bir işçi bu ödənişi almaq hüququna avtomatik sahib sayılmır. Bu, əsasən işəgötürənin qərarından, müəssisənin maliyyə vəziyyətindən və daxili siyasətindən asılıdır. Təcrübədə daha çox dövlət qurumlarında bu ənənəyə rast gəlinir. Özəl sektorda isə 13-cü maaş yerinə, illik, rüblük və ya performans əsaslı bonuslar tətbiq olunur. Bununla belə, bəzi özəl şirkətlərdə də işçilərə ilin sonunda əlavə maaş ödənilə bilər.

    Əgər əmək müqaviləsində və ya kollektiv müqavilədə ilin sonunda mükafatlandırma ilə bağlı konkret müddəa varsa, bu halda işəgötürən həmin ödənişi etməyə borcludur. Əks halda, 13-cü maaş könüllü xarakter daşıyır.

    Məbləğ necə müəyyən edilir?

    “13-cü maaş”ın konkret məbləği üçün vahid qayda yoxdur. Əksər hallarda bu ödəniş işçinin bir aylıq əməkhaqqısı qədər olur. Bəzi hallarda isə orta aylıq maaş, maaşın müəyyən faizi və ya sabit məbləğ formasında hesablanır. Hesablama qaydası tamamilə müəssisənin daxili qərarları ilə müəyyənləşdirilir.

    Hər kəsə eyni qaydada verilməlidirmi?

    Praktikada bəzi qurumlar “13-cü maaş”ı bütün işçilərə eyni məbləğdə ödəyir. Bu isə hər zaman effektiv mexanizm sayılmır. Mütəxəssislərin fikrincə, fərqləndirmə aparılmadıqda və nəticəyə bağlılıq olmadıqda işçilərin əlavə səy göstərmək motivasiyası azalır. Bu səbəbdən bir çox müasir şirkətlər artıq performans əsaslı mükafatlandırma sistemlərinə üstünlük verir.

  • Məhəmməd İslami: “Buna icazə verilməyəcək”

    İran Atom Enerjisi Təşkilatının (İAT) sədri Məhəmməd İslami Beynəlxalq Atom Enerjisi Agentliyinə (UAEA) ABŞ və İsrailin zərbələrinə məruz qalmış nüvə obyektlərində yoxlama aparılması üçün icazə verilməyəcəyini bildirib.

    Median.Az xəbər verir ki, “İranlı Tələbələr Xəbər Agentliyi”nin (ISNA) məlumatına görə, İslami UAEA-nın İrandakı fəaliyyəti ilə bağlı açıqlamasında yalnız hücuma məruz qalmayan obyektlərdə yoxlamalara icazə verildiyini deyib.

    Onun sözlərinə görə, zərbə alan obyektlərin yoxlanılması üçün xüsusi protokol olmalıdır və belə bir çərçivə olmadan Agentliyin yoxlama aparmaq hüququ yoxdur.

    İslami UAEA-nın İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləmədiyini xatırladaraq, bu mövqedə olan qurumun həmin obyektlərdə yoxlama tələb etməsinin əsassız olduğunu bildirib.

    “Nə hücumları qınayan, nə də belə hallar üçün konkret təlimata malik olan Agentliyin bu mərkəzlərdə yoxlama istəmək haqqı yoxdur”, – deyə o vurğulayıb. İAT sədri UAEA-nın baş direktoru Rafael Qrossinin dünya ictimaiyyəti qarşısında hesabat verməli olduğunu da qeyd edib. İslami bildirib ki, İranın nüvə obyektləri Agentliyin nəzarəti altında olduğu halda bu hücumlara münasibət bildirilməməsi ciddi suallar doğurub.

    UAEA-nın baş direktoru Rafael Qrossi isə daha əvvəl İranla bağlı yoxlanışların qismən bərpa edildiyini, lakin əsas nüvə obyektlərinə- Natanz, İsfahan və Fordoya hələ də giriş əldə olunmadığını açıqlamışdı.

    Onun sözlərinə görə, bu obyektlərdə xeyli miqdarda nüvə materialı və avadanlıq mövcuddur və Agentlik həmin məkanlara qayıtmalıdır.

    Qeyd edək ki, İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və ordunun yüksək rütbəli rəhbərliyinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib. “12 günlük müharibə” zamanı İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, bir sıra yüksək rütbəli hərbçilər və 9 nüvə alimi həlak olub.

    İsrailə açıq dəstək verən ABŞ 22 iyunda Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. İran isə 23 iyunda cavab olaraq ABŞ-nin Qətərdə yerləşən “Əl-Udeyd” hava bazasını hədəfə alıb. ABŞ Prezidenti Donald Tramp 24 iyunda İran və İsrail arasında atəşkəs əldə olunduğunu bəyan edib.

  • “Qarabağ” qışda yeni transfer edəcək? – Qurban Qurbanovdan AÇIQLAMA

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış transfer pəncərəsindəki planları haqda danışıb.

    Median.Az xəbər verir ki, “Komanda.az” saytının keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilən 53 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında yeni oyunçuların gələcəyini bildirib:

    “Danışıqlarımız, axtarışlarımız davam edir. Çalışacağıq ki, təkcə hücum xəttinə yox, digər mövqelərə də transferlər edək. Tələblərimiz böyüyüb, çoxdur. Bizim keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var”.

    Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən, “Qarabağ” yeni transferlərini Çempionlar Liqasının qalan 2 matçında – “Ayntraxt” və “Liverpul”la görüşlərdə oynada bilməyəcək. Yalnız Ağdam təmsilçisinin pley-offa yüksələcəyi halda, həmin oyunçular meydanda ola biləcəklər.

  • СМИ: Башар Асад изучает в Москве русский язык и офтальмологию

    Бывший президент Сирии Башар Асад, переехавший в Россию после свержения с поста главы государства, обучается в Москве офтальмологии и русскому языку.

    Как передает Median.Az, об этом информирует британская газета The Guardian, ссылаясь на свой источник.

    Сообщается, что Асад углубляет знания в офтальмологии, посещая соответствующие занятия.

    “Это его страсть, деньги ему явно не нужны, – отметил друг семьи сирийского экс-лидера. – Еще до начала войны в Сирии он регулярно занимался офтальмологической практикой в Дамаске.

    Кроме того, друг семьи Асада поведал, что бывший президент Сирии изучает русский язык.

    “Он ведет очень спокойную жизнь. У него очень мало контактов с внешним миром, если вообще есть”, – рассказал об Асаде собеседник газеты.

    Согласно данным из открытых источников, Асад в молодости окончил медицинский факультет университета по специальности “офтальмолог”.

  • “The Guardian”: Bəşər Əsəd Moskvada rus dilini və oftalmologiyanı öyrənir

    Dövlət başçısı vəzifəsindən devriləndən sonra Rusiyaya köçmüş sabiq Suriya prezidenti Bəşər Əsəd Moskvada oftalmologiya təhsili alır.

    Median.Az “The Guardian”a istinadən xəbər verir ki, o, eyni zamanda, rus dilini öyrənir.

    “Bu, Əsədin həvəsidir, onun pula qətiyyən ehtiyacı yoxdur. Hələ Suriyada müharibə başlanana qədər o, Dəməşqdə müntəzəm oftalmologiya təcrübəsi ilə məşğul olub”, – deyə sabiq prezidentin ailə dostu bildirib.

  • Tramp avropalıları qorxudur – Ukraynaya görə narahatdırlar

    Ukraynadakı münaqişəyə son qoymaq yollarını müzakirə etmək üçün bu gün Almaniya kansleri Fridrix Merts və digər Avropa liderləri bir araya gələcəklər.

    Median.Az-ın “Agence France-Presse”ə (AFP) istinadla verdiyi məlumata görə, Avropa liderləri ABŞ prezidenti Donald Trampın Kiyevə sülh sazişi üçün öz şərtlərini irəli sürə biləcəyindən narahatdırlar.

  • Vitaminlər sizi sağlam etmir – Hətta risk yarada bilər

    Son illər vitamin və qida əlavələrinin istifadəsi genişlənir.

    Median.az xəbər verir ki, apteklərdə və onlayn platformalarda asanlıqla əldə edilən bu məhsullar bir çox hallarda “sağlam həyatın açarı” kimi təqdim olunur.

    Lakin vitamin əlavələrinin nəzarətsiz və uzunmüddətli qəbulu gözlənilən faydadan çox, sağlamlıq üçün risk yarada bilər.

    Vitamin əlavələri əsasən orqanizmdə konkret vitamin çatışmazlığı olduqda faydalıdır. Məsələn, günəş şüalarının az olduğu bölgələrdə yaşayan insanlarda D vitamini çatışmazlığı müşahidə olunur və bu halda həkim tövsiyəsi ilə qəbul müsbət nəticə verə bilər. Eyni zamanda B12 vitamini sinir sistemi və qan dövranı üçün vacib hesab olunur, xüsusilə yaşlı insanlarda və bəzi xroniki xəstəlikləri olanlarda onun əlavə şəklində qəbulu tövsiyə edilə bilər.

    Bununla yanaşı, sağlam və balanslı qidalanan insanların böyük əksəriyyəti üçün gündəlik vitamin əlavələrinə ehtiyac yoxdur. Tərəvəz, meyvə, ət, balıq və süd məhsullarından ibarət düzgün rasion orqanizmin vitamin tələbatını əsasən tam ödəyir.

    Digər tərəfdən, vitamin əlavələrinin özbaşına və yüksək dozada qəbulunun ciddi fəsadlara yol aça biləcəyi bildirilir. Xüsusilə yağda həll olan vitaminlərin – A, D, E və K vitaminlərinin, normadan artıq qəbulu orqanizmdə yığılıb toksik təsir göstərə bilər. Məsələn, A vitamininin həddindən artıq qəbulu qaraciyər zədələnməsi, başgicəllənmə və görmə problemlərinə səbəb ola bilər. D vitamini və kalsiumun yüksək dozası isə böyrək daşları və ürək-damar problemləri riskini artıra bilər.

    Multivitaminlərin xərçəng, ürək-damar xəstəlikləri və ya erkən ölüm riskini azaltdığına dair kifayət qədər elmi sübut yoxdur. Əksinə, bəzi hallarda uzun müddət yüksək dozalı əlavələr qəbul edən şəxslərdə sağlamlıq problemlərinin daha çox qeydə alındığı bildirilir.

    Vitamin əlavələrindən sui-istifadə bəzən əsas xəstəliyin gec diaqnozuna səbəb olur. İnsanlar halsızlıq, saç tökülməsi və ya digər simptomları araşdırmaq əvəzinə, problemi yalnız vitaminlərlə həll etməyə çalışır və bu da ciddi xəstəliklərin vaxtında aşkarlanmasına mane ola bilər.

    Vitamin əlavələri yalnız tibbi müayinədən sonra, konkret ehtiyac müəyyən edildikdə və həkim nəzarəti altında qəbul edilməlidir. Sağlam həyatın əsas yolu isə hələ də dəyişməz qalır: balanslı qidalanma, fiziki aktivlik və düzgün həyat tərzi.

    Nəticə olaraq, vitamin əlavələri bəzi hallarda faydalı olsa da, onların nəzarətsiz istifadəsi sağlamlıq üçün risk mənbəyinə çevrilə bilər. Vətəndaşlar “daha çox vitamin – daha çox sağlamlıq” düşüncəsindən uzaq durmalıdırlar.

  • Taleh Qaraşovun oğlu general oldu

    Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib.

    Median.Az xəbər verir ki, həmin şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur.

    Ona “general-mayor” ali hərbi rütbəsi verilib.

    Qeyd edək ki, S.Qaraşov FHN-in Daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.

  • Nə üçün Tahir İmanova pul yığılır? – ÖZÜNDƏN AÇIQLAMA

    “Tiktokda mənim adıma pul yığılır. Buna inanmayın”.

    Median.Az xəbər verir ki, bu barədə sosial media hesabında əməkdar artist Tahir İmanov paylaşım edib.

    O əlavə edib ki, bu, dələduzluqdur:”Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayın”.

    T.İmanov videoçağırış zamanı hüquq-mühafizə orqanlarına da səslənib. Bu məsələnin hüquqi əksini tapmasını rica edib.

    Əməkdar artist qeyd edib ki, əgər həqiqətən kiməsə müraciət etmək istəsə, “planetparniizbakuofficial” səhifəsindən edə bilər:

    “Digər səhifələrdən müraciətim bilin ki ya süni intellektdir, ya da dələduzluqdur və ya yalandır”.//sfera.az

  • Bu yolda sürət həddi endirildi

    Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.