Month: December 2025

  • Суд по делу “короля азартных игр”: Делал ставки в букмекерских играх, но потом раскаялся

    В Бакинском суде по тяжким преступлениям состоялось очередное заседание по делу Юсифа Багиева, Рамиля Саадова, Парвиза Мамедова и Самира Насибова, обвиняемых в организации нелегальных азартных онлайн-игр и легализации полученных от этой деятельности средств.

    На заседании под председательством судьи Фахри Мамедова обвиняемым был зачитан обвинительный акт.

    Согласно обвинению, подсудимые в составе организованной группы, не соблюдая соответствующее постановление Кабинета министров по организации спортивных и букмекерских игр и не проходя регистрацию, получили права администраторов таких иностранных сайтов как “qazan bet”, “check black”, “online loto” и других, извлекая прибыль через онлайн-азартные игры. Распределив роли, они организовали перевод полученных доходов через различные счета, в том числе банковские карты на сумму 170 млн 344 тыс. манатов, а на счетах m10 еще 3 млн манатов, что в общей сложности составило более 173 млн манатов.

    Расследованием было установлено, что Юсиф Багиев, пытаясь легализовать 41 млн манатов, полученных от онлайн-азартных игр, приобрел на имя своей супруги несколько квартир в разных районах Баку, включая поселок Шувелан и Сабаильский район.

    Самир Насибов, злоупотребляя своим руководящим положением, обеспечивал перевод денег через электронные кошельки, созданные в системе компании ООО Paysis, имеющей высокий оборот.

    В обвинительном акте также упоминается 142 свидетеля по делу.

    Обвиняемые не признали своей вины в предъявленных обвинениях.

    Давая показания, обвиняемый Парвиз Мамедов заявил, что при задержании подвергался давлению. Он также отрицал причастность к организации азартных игр.

    “Я продавал одежду на рынке в Бина, управлял рестораном, но не организовывал азартные игры. Сам я в 2013 году делал ставки в букмекерских играх, но потом раскаялся. У меня есть компания, я ее учредитель, и у меня есть финансовые документы. Я только партнер Юсифа Багиева по ресторану, который я упоминал. Я не имею отношения к 173 миллионам. Стоимость предприятия, учредителем которого я сейчас являюсь, составляет 3-4 млн. Из других обвиняемых я не знаю Рамиля Саадова. Самира Насибова знаю с 2023 года. Он был моим соседом”, – сказал он.

    Следующее заседание назначено на 22 декабря.

    Отметим, что согласно информации, распространенной пресс-службой Генеральной прокуратуры, в результате оперативно-разыскных мероприятий, проведенных Главным управлением по борьбе с коррупцией на основании поступивших сведений об организации азартных игр с использованием интернет-ресурсов и связанных с этим незаконных действий, было завершено предварительное расследование уголовного дела в отношении ряда членов организованной группы.

    Предварительным следствием было установлено, что Юсиф Багиев и другие лица, объединившись в организованную группу, получили особо крупный доход от организации и проведения азартных игр и легализовали денежные средства, полученные преступным путем.

    Так, с начала 2022 года до февраля 2025-го Юсиф Багиев(Шекинский), известный как “король азартных игр”, с Парвизом Мамедовым, Рамилем Саадовым и другими лицами, находящимися в розыске, объединились в организованную группу с распределением соответствующих ролей для привлечения многочисленных лиц к участию в азартных играх, обеспечения денежного оборота и открытия многочисленных банковских карт и счетов на имена различных лиц.

    После этого Юсиф Багиев и другие члены организованной группы договорились с руководителем ООО Paysis Самиром Насибовым для обеспечения переводов, связанных с азартными играми, и легализации доходов, полученных преступным путем. Они открывали электронные кошельки на имена разных лиц в платежных системах этой компании, не ставя их в известность, путем должностного подлога, и обеспечили перевод более 171 млн манатов, полученных от онлайн-азартных игр.

    Следствием доказано, что более 41 млн манатов из этих незаконно полученных средств были легализованы путем ввода в оборот через различные банковские счета и приобретения имущества.

    В ходе расследования были изъяты в качестве вещественных доказательств многочисленные электронные носители, банковские карты, наличные деньги и другие предметы, которыми пользовались члены организованной группы. Также установлено, что общий оборот принадлежащих им банковских счетов превысил 171 млн манатов.

    На основании собранных доказательств Юсифу Багиеву, Рамилю Саадову и Парвизу Мамедову были предъявлены обвинения по статьям 193-1.3.1, 193-1.3.2 (легализация имущества, полученного преступным путем, организованной группой) и 244-1.4 (организация и проведение азартных игр организованной группой с получением дохода в особо крупном размере) Уголовного кодекса АР. Самиру Насибову, помимо этих статей, были предъявлены обвинения по статьям 32.5, 244-1.4 (пособничество в организации и проведении азартных игр организованной группой с получением дохода в особо крупном размере) и 313 (должностной подлог).

    В отношении Юсифа Багиева на основании ходатайства следственного органа и представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, решением Бинагадинского районного суда, а в отношении других лиц – Рамиля Саадова и Самира Насибова – на основании ходатайства государственного обвинителя решением Бакинского суда по тяжким преступлениям была избрана мера пресечения в виде ареста.

    Следственным органом был наложен арест на имущество обвиняемых стоимостью более 10 млн манатов, а в отношении ООО Paysis было начато производство по применению уголовно-правовых мер, и уголовное дело направлено на рассмотрение в Бакинский суд по тяжким преступлениям.

    Одновременно продолжается предварительное расследование по материалам, выделенным из уголовного дела, в отношении других лиц, предположительно участвовавших в совершении указанных противоправных деяний и объявленных в розыск.

  • “Şəkili Yusif”lə birgə 173 milyonluq cinayət işində təqsirləndirilən şəxs: “Tövbə etmişəm”

    Onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənlərə ittiham aktı elan olunub.

    İttihama görə, təqsirləndirilən şəxslər Nazirlər Kabinetinin idman və mərc oyunlarının təşkil olunması ilə bağlı müvafiq qərarına əməl etmədən, qeydiyyatdan keçməyərək, mütəşəkkil dəstə halında “qazan bet”, “check black”, “online loto” və digər xarici saytların adminliyini əldə edərək onlayn qumar oyunları vasitəsilə gəlir əldə ediblər. Əldə olunan gəlirləri vəzifə bölgüsü apararaq müxtəlif hesablardan, o cümlədən, bank kartlarından 170 milyon 344 min manat, “M10” hesablarında isə 3 milyon manat, ümumilikdə 173 milyon manatdan artıq vəsaitin köçürülməsinə nail olublar.

    Araşdırmalarla bəlli olub ki, Yusif Baqiyev ittiham olunduğu onlayn qumar oyunlardan qazandığı 41 milyon manatı leqallaşdırmaq məqsədi ilə həmin məbləğdən Şüvəlan qəsəbəsi və Səbail rayonu da daxil olmaqla Bakının müxtəlif bölgələrindən həyat yoldaşının adına bir neçə mənzil alıb.

    Samir Nəsibov isə öz rəhbər vəzifəsindən sui-istifadə etməklə dövriyyəsi yüksək olan “Paysis MMC” şirkətinin elektron sisteminin tərkibində yaradılmış elektron pul kisəsində pulların köçürülməsini təmin edib.

    İttiham aktında 142 nəfər şahidin də olduğu qeyd olunub.

    Təqsirləndirilən şəxslər elan olunmuş ittihamda özlərini təqsirli bilməyiblər.

    Daha sonra ifadə verən təqsirləndirilən Pərviz Məmmədov bildirib ki, saxlanılarkən təzyiqlərə məruz qalıb. O, qumar oyunları təşkil etmədiyini də deyib:

    “Mən Binə bazarında paltar satmışam, restoran işlətmişəm, amma qumar oyunları təşkil etməmişəm. Özüm də 2013-cü ildə mərc oyunlarında stavka qoymuşam, sonra tövbə demişəm. Şirkətim var, təsisçiyəm və maliyyə sənədlərim var. Sadəcə işlətdiyimi qeyd etdiyim restoranda Yusif Baqiyev ilə şərikəm. 173 milyonla əlaqəm yoxdur. Qazana-qazana hazırda təsisçisi olduğum müəssisənin 3-4 milyon dəyəri var. Digər təqsirləndirilən şəxslərdən Ramil Saadovu tanımıram. Samir Nəsibovu isə 2023-cü ildən tanıyıram. Qonşum olub”.

    Növbəti proses dekabrın 22-nə təyin edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq mütəşəkkil dəstənin bir sıra üzvləri barəsində tamamlanıb.

    İbtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunlarının təşkili və keçirilməsi nəticəsində xüsusilə külli miqdarda gəlir əldə etməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, Yusif Baqiyev 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çoxsaylı şəxslərin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına çoxsaylı bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək dəstənin üzvləri arasında müvafiq rol bölgüsü aparıb.

    Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşaraq, həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıb və bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.

    Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib.

    İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

    Yusif Baqiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin, digər şəxslər – Ramin Saadov və Samir Nəsibov barəsində isə dövlət ittihamçısının vəsatəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, habelə “Paysis” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Eyni zamanda, cinayət işindən ayrılmış materiallar üzrə göstərilən qanunazidd əməllərin törədilməsində iştirak etməsi güman olunan və barəsində axtarış elan edilmiş digər şəxslərlə bağlı ibtidai istintaq davam etdirilir.
    //oxu.az

  • Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

    Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunları imzalayıb.

    Sənədə əsasən,

    – Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş təsdiqlənib.

    Qeyd edək ki, sənədlər bu ilin sentyabr ayında Nyu-York şəhərində imzalanıb.

  • Prezident FHN-in bəzi əməkdaşlarını təltif etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

    “Azərbaycan Bayrağı” ordeni ilə

    Mirzəyev Rəfail Xalid oğlu – general-leytenant

    1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Abdullayev Qüdrət Həsən oğlu – general-mayor

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Adıgözəlov Elçin Şirxan oğlu – general-mayor

    Məmmədov Vidadi Məmməd oğlu

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Hüseynov Xaliq Tapdıq oğlu – polkovnik

    Musayev Füzuli İsa oğlu – polkovnik

    Səmədov Hikmət Vasif oğlu – polkovnik

    Nəcəfov Peyman Mehman oğlu – polkovnik-leytenant

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Əsədov Elxan Xəlil oğlu

    “Tərəqqi” medalı ilə

    Əhmədov Eldar Paşa oğlu

    Əmrahov Azad Tahir oğlu

    Quliyev Elçin Malik oğlu

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Mirzəyev Şahin Əyyub oğlu – general-mayor

    Məmmədli Cavid Qafar oğlu – polkovnik

    Ağasiyev Ağasi Murad oğlu – polkovnik-leytenant

    Cəfərov Natiq Oqtay oğlu – polkovnik-leytenant

    Əsgərov Vüqar Nadirəli oğlu – polkovnik-leytenant

    Əliyev Rüfət Zöhrab oğlu – mayor

    Rzayev Akif Məhərrəm oğlu – mayor

    Qalayev Zamin Zelan oğlu – gizir

    Məmmədova Sevinc Xəzər qızı – gizir

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Əmiraslanov Xəzər Kamal oğlu

    Əsədov Rüfət Nadir oğlu

    İbrahimov Elçin Eldəniz oğlu

    Qurbanov Kamal Vaqif oğlu

    Nəsirov İsmayıl Rauf oğlu

    Ömərli Vüsalə Saleh qızı

    2-ci dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Fəradov Rüfət Lətif oğlu – daxili xidmət general-mayoru

    3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Nəsirli Mehmandar İslam oğlu – daxili xidmət polkovnik-leytenantı

    Zeynalov Famil Tofiq oğlu – daxili xidmət baş leytenantı

    Cəfərov Ehtiram Fazil oğlu – daxili xidmət baş çavuşu

    Əkbərov Azər Valeh oğlu – daxili xidmət baş çavuşu

    Ələskərov Murad Kamal oğlu – daxili xidmət baş çavuşu

    Həsənov Cəsarət Ziyəddin oğlu – daxili xidmət baş çavuşu

    Həsənov Ramil Amil oğlu – daxili xidmət baş çavuşu

    Xəlilov Ramil Ələkbər oğlu – daxili xidmət baş çavuşu

    İmanov Yəhya Səfər oğlu – daxili xidmət baş çavuşu

    Rzayev Məhəmməd Amil oğlu – daxili xidmət baş çavuşu.

  • МЧС обратилось к населению в связи с опасностью “невидимого убийцы” (Видео)

    С понижением температуры воздуха увеличивается использование газовых обогревательных приборов, что существенно повышает риск отравления угарным газом в быту. Необходимо помнить, что несоблюдение правил безопасности при эксплуатации газовых приборов может привести к трагическим последствиям.

    Об этом говорится в обращении Министерства чрезвычайных ситуаций (МЧС) к населению.

    В заявлении отмечается, что, несмотря на масштабную просветительскую работу, проводимую ведомством в этом направлении, трагические случаи отравления угарным газом продолжают происходить.

    Учитывая вышесказанное, а также то, что угарный газ не имеет запаха и не ощущается человеком, Министерство чрезвычайных ситуаций напоминает о необходимости соблюдения следующих правил безопасности для предотвращения возможных негативных последствий:

    – используемые газовые приборы должны быть исправными и соответствовать стандартам;

    – высота помещения, где установлен газовый прибор, должна быть не менее 2 м 20 см;

    – вентиляционная система должна работать исправно, вытяжное отверстие должно быть открыто;

    – в ванной комнате должна быть вентиляционная труба и отверстия в нижней части двери;

    – дымоходы необходимо чистить два раза в год.

    “Необходимо помнить, что головная боль, головокружение, тошнота и слабость у людей, находящихся в помещении с газовым прибором, являются основными признаками отравления угарным газом.

    При отравлении угарным газом следует немедленно вынести пострадавшего на свежий воздух, освободить от одежды, затрудняющей дыхание, и вызвать Помните: пренебрежение правилами – угроза нашей жизни!” – подчеркивается в обращении.

    В случае опасности МЧС рекомендует звонить на горячую линию 112.

  • Fövqəladə Hallar Nazirliyindən dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT (Video)

    Havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır. Nəzərə alınmalıdır ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində bildirilib.

    Qeyd edilib ki, bu istiqamətdə FHN-in apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də dəm qazının törətdiyi faciəli hadisələr baş verir.

    Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

    – istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;

    – cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

    – havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

    – hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

    – tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

    “Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.

    Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!” – müraciətdə qeyd edilib.

  • Трагически погибший в Губе человек оказался учителем

    Стали известны некоторые подробности о мужчине, погибшем в результате отравления угарным газом в Губинском районе.

    Вугар Атаев работал учителем физкультуры в средней школе села Даглы.

    * * * * *

    В селе Даглы Губинского района мужчина умер в результате отравления угарным газом.

    Вугар Атаев отравился во время купания в ванной комнате, расположенной во дворе его дома.

    По данному факту районной прокуратурой проводится проверка.

  • Qubada faciəli şəkildə ölən şəxs MÜƏLLİM İMİŞ

    Quba rayonunda dəm qazından ölən şəxslə bağlı bəzi təfərrüat məlum olub.

    Vüqar Qədirağa oğlu Atayev Dağlı kənd tam orta ümumtəhsil məktəbində bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərirmiş.

    * * * *

    Quba rayonunda kişi dəm qazından zəhərlənərək ölüb.

    Vüqar Qədirağa oğlu Atayev Quba rayonu, Dağlı kəndində yerləşən evinin həyətində olan hamam otağında yuyunarkən dəm qazının zəhərlənərək vəfat edib.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В поселке Баладжары обрушился фундамент жилого дома

    В поселке Баладжары города Баку обрушился фундамент частного жилого дома.

    Происшествие было зафиксировано в квартале Томрис.

    Граждане утверждают, что жилье было построено на магистральном канализационном коллекторе.

    По их словам, из-за деформации коллектора сточные воды просочились в грунт. Это привело к обрушению участка.

    По данному вопросу в соответствующую организацию направлен запрос.
    //oxu.az

  • Biləcəridə yaşayış evinin bünövrəsi çökdü (Video)

    Bakı şəhəri, Biləcəri qəsəbəsində fərdi yaşayış evinin bünövrəsi çöküb.

    Hadisə Tomris məhəlləsində qeydə alınıb.

    Vətəndaşların iddialarına görə, mənzil magistral kanalizasiya kollektorunun üzərində tikilib.

    Onların sözlərinə görə, kollektorda deformasiya səbəbindən çirkab su torpaq qatına axıb. Bu da ərazinin çökməsi ilə nəticələnib.

    Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
    //oxu.az