Month: December 2025

  • Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq – Nazirlikdən XƏBƏRDARLIQ

    Pirəkəşkül və Ağdərədə dekabrın 15-dən 19-a qədər müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə MN-dən bildirilib.

  • В поселке Говсан тепловоз столкнулся с легковым автомобилем

    В поселке Говсан Сураханского района Баку ночью произошло дорожно-транспортное происшествие.

    Как сообщает Oxu.Az, автомобиль Volkswagen Touareg столкнулся с тепловозом.

    Информации о пострадавших на данный момент нет.

    По факту происшествия начато расследование.

  • Hövsanda teplovoz minik avtomobili ilə toqquşub

    Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Gecə saatlarında “Volkswagen Touareg” markalı minik avtomobili ilə teplovoz toqquşub.

    Xəsarət alanların olub-olmaması barədə hələ ki məlumat yoxdur.

  • “Google Translate” xidmətinə yeni funksiyalar əlavə olunub

    “Google öz “Translate” xidmətində yenilənmə elan edib.

    Median.Az “The Verge” nəşrinə istinadən xəbər verir ki, yeniliyin əsas hadisəsi istənilən model qulaqlıqlar üçün canlı nitqin sinxron tərcüməsi funksiyasının istifadəyə verilməsidir.

    Ondan istifadə etmək üçün sadəcə “Android” əməliyyat sistemli uyğun smartfon və “Translate” tətbiqi kifayətdir. Xidmət 70-dən çox dili dəstəkləyir və beta rejimində ABŞ, Meksika və Hindistanda istifadəyə veriləcək. 2026-cı ildə bu funksiya tətbiqin “iOS” versiyasında da əlçatan olacaq.

    Bununla paralel olaraq “Google” “Gemini” süni intellekt modelinin imkanlarına əsaslanan təkmilləşdirilmiş mətn tərcümə mexanizmini də tətbiq edib.

    Üçüncü mühüm yenilik isə dillərin öyrənilməsi üçün nəzərdə tutulmuş “Təlim” funksiyasının coğrafiyasının və dil dəstəyinin genişləndirilməsidir.

    Təkmilləşdirilmiş mətn tərcüməsi artıq ABŞ və Meksikada bütün platformalarda – “Android” və “iOS” tətbiqlərində, eləcə də veb-versiyada mərhələli şəkildə istifadəyə verilməyə başlayıb.

  • Кадры преступных деяний бывшего главы ИВ, задержанного СГБ (Видео)

    Служба государственной безопасности (СГБ) Азербайджанской Республики обнародовала информацию о бывшем главе Исполнительной власти (ИВ) Балакенского района.

    Как передает Median.Az со ссылкой на пресс-службу СГБ, в ходе комплексных оперативно-следственных мероприятий, проведенных службой, возникли обоснованные подозрения, что бывший глава ИВ Ислам Рзаев в период исполнения своих должностных обязанностей, используя служебное положение, присвоил вверенное ему чужое имущество в крупном размере и совершил многочисленные коррупционные преступления.

    Установлено, что Ислам Рзаев в период своей деятельности на посту главы Исполнительной власти Балакенского района злоупотреблял должностными полномочиями, присваивая финансовые средства, выделенные из государственного бюджета для безработных и малообеспеченных лиц, а также на ремонтно-строительные и благоустроительные работы в районе. Он не организовал использование этих средств по целевому назначению, а также получал взятки от должностных лиц и предпринимателей.

    По данному факту в главном следственном управлении СГБ было возбуждено уголовное дело, по которому Ислам Рзаев был задержан и привлечен к ответственности по статьям 179.3.2 (присвоение в крупном размере) и 311.3.2 (получение взятки неоднократно) Уголовного кодекса Азербайджанской Республики. Решением суда в его отношении избрана мера пресечения в виде ареста. В настоящее время следственно-оперативные мероприятия по уголовному делу продолжаются.

  • DTX tərəfindən saxlanılan sabiq icra başçısının cinayət əməllərinin GÖRÜNTÜLƏRİ (Video)

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb.

    Bu barədə DTX məlumat yayıb.

    Bildirilib ki, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş İslam Vahid oğlu Rzayevin həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.

    Müəyyən olunub ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alınıb.

    Faktla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvətalma) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Uşaqların “ChatGPT”dən istifadə etməsinin hansı təhlükələri var? (Video)

    Bir sual verirsən, dərhal ətraflı izah edir və uzun bir cavab verir… Nə əlavə araşdırmağa ehtiyac qalır, nə də əlavə vaxt gedir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət hər sahəyə sirayət edən süni intellektdən – daha dəqiq desək, “ChatGPT”dən gedir.

    İşimizi asanlaşdırdığı doğrudur, amma uşaqların süni intellektdən istifadəsi düzgündürmü? Hazırda məktəbli uşaqların çoxu araşdırmaq, oxumaq, fikirləşmək istəmirlər. Çünki bütün bunları “ChatGPT” edir.

    Məktəblilərin etdiyi etiraflar onu göstərir ki, uşaqların evdə süni intellektdən istifadəsi nəzarətsiz qalır.

    Təhsil ekspertləri deyirlər ki, süni intellekt tədris prosesinə köməkçi vasitə kimi inteqrasiya olunmalıdır, tam əvəzləyici kimi yox.

    Bir sözlə, əgər valideynlər uşaqların süni intellektdən istifadəsinə nəzarət etməsələr, yeni nəsil analitik düşünmək, yaradıcı yazmaq və problemi həll etmək qabiliyyətini itirə bilər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Dünyada elektromobillərə tələbatın artdığı bir vaxtda Azərbaycanda niyə azalıb? (Video)

    Dünyada elektromobillərin alışı artır, Azərbaycanda isə əksinə – hər keçən gün azalır.

    Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında Avropa İttifaqında yeni qeydiyyata alınan avtomobillərin 16.4 faizini elektrik mühərrikli avtomobillər təşkil edib. Bu rəqəm ötən ilin eyni dövründəki göstəricidən 13.2 faiz çoxdur. Amma Azərbaycanda göstəricilər azalma istiqamətindədir. Belə ki, ölkəmizə bu ilin 10 ayı ərzində 1 732 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50 faiz və 33.2 faiz azalma deməkdir.

    Avtomobil ustası Sahil Ağabəyli hesab edir ki, istehsalçıların vəd etdiyi kilometrajla real istifadə arasındakı fərq elektromobillərə marağı azaldan başlıca səbəblərdən biridir.

    Usta deyir ki, soyuq havada kilometraj ümumiyyətlə çox az olur.

    Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı isə bildirir ki, ölkəmizdə hazırda 3-5 min civarında elektromobil var. Ekspert əlavə edib ki, əgər həmin növ nəqliyyat üçün lazımi səviyyədə infrastruktur olsaydı, maraq azalmazdı.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • В Кюрдамирском районе стая волков растерзала 10 голов мелкого рогатого скота

    В результате нападения волков на частное животноводческое хозяйство в селе Аршали Кюрдамирского района погибли 10 голов мелкого рогатого скота.

    Как сообщает Report, хищники также нанесли увечья пяти животным.

    Хозяйство принадлежит местному жителю Нофалу Гурбанову. По его словам, финансовый ущерб в результате инцидента составил около 8 000 манатов.

    Отметим, что это не первый случай нападения волчьей стаи на хозяйства в районе, ранее аналогичные инциденты фиксировались в селах Чёль Губалы и Сыгырлы. Общий ущерб тогда составил около 10 000 манатов.

  • Kürdəmirdə canavarların daha bir kəndə hücumu baş verib

    Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, xırdabuynuzlu heyvanlar tələf olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb.

    Belə ki, yırtıcılar kənd sakini Nofəl Mirzəağa oğlu Qurbanovun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub, 5 baş heyvan isə yaralanıb.

    N.Qurbanovun sözlərinə görə, yırtıcılar onun təsərrüfatına ümumilikdə 8 min manata yaxın maddi ziyan vurublar.

    Xatırladaq ki, canavarlar bir necə gün öncə də rayonun Çöl Qubalı və Sığırlı kəndlərinin də təsərrüfatlarına hücum edib və fermerlərə 10 min manata yaxın maddi ziyan vurublar.