Month: December 2025

  • Bu gün Coratda qaz olmayacaq

    Bu gün Corat qəsəbəsində 700 abonentin qaz təchizatında fasilə olacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.

    Bildirilib ki, Sumqayıt şəhəri, Corat bağlarının bir hissəsində yerləşən 76 mm-lik qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə ərazidə qaz təchizatı bu gün saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.

    Qeyd olunub ki, təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

  • Suriyada amerikalı hərbçilər və tərcüməçi öldürülüb, yaralılar var

    Suriyanın mərkəzində, Homs vilayətində yerləşən Palmira şəhəri yaxınlığında ABŞ Silahlı Qüvvələrinin iki hərbçisi və bir amerikalı mülki tərcüməçi öldürülüb.

    APA xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat verib.

    Onun sözlərinə görə, insident nəticəsində daha üç nəfər yaralanıb. Parnell bildirib ki, ABŞ hərbçiləri regionda “İslam dövləti” terror qruplaşmasına qarşı aparılan əməliyyatlara dəstək göstərirdilər. Hadisənin detalları açıqlanmayıb, faktla bağlı araşdırma aparılır.

    ABŞ-ın müdafiə naziri Pit Heqset də sosial şəbəkədə paylaşım edərək hücumu həyata keçirən şəxsin tərəfdaş qüvvələr tərəfindən zərərsizləşdirildiyini bildirib.

    O vurğulayıb ki, ABŞ hərbçilərinə dünyanın istənilən nöqtəsində hücum edənlər cavabsız qalmayacaq.

    Bundan öncə Syria TV telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Palmira yaxınlığında baş verən atışma zamanı Suriyanın təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb, ABŞ ordusunun üç hərbçisi isə yaralanıb.

    SANA agentliyinin məlumatına görə isə, silahlı şəxs patrul zamanı Suriya və ABŞ hərbçilərinə atəş açıb və hadisə yerində zərərsizləşdirilib.
    Hücumun motivləri açıqlanmayıb.

  • Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

    Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta ağır qiymətləndirilir.

    Zərərçəkənlərin kimliyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Astarada gəlin qayınanası və baldızını qaynar çayla yandırdı

    Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib.

    Median.Az lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.

    Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib.

    Burada onunla qayınanası və baldızı arasında mübahisə yaşanıb. Mübahisə zamanı Süsən odun peçinin üstündəki isti çaydanı götürərək, içərisindəki çayı qayınanasının üstünə töküb. Nəticədə qadının bədəninin 17 faizi yanıq xəsarətləri alıb. Bu zaman baldızı çaydanı Süsənin əlindən almaq istəyib. Lakin qaynar çay onun da ayağının üstünə tökülüb.

    Faktla bağlı Süsən İmanova barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və bir daha belə hərəkət etməyəcəyini bildirib.

    Astara Rayon Məhkəməsinin qərarı ilə Süsən İmanova barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

  • Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub – VİDEO

    Fransa Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub.

    APA xəbər verir ki, müsabiqədə Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.

    Qeyd edək ki, Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edib. O “Miau Miau” mahnısını ifa edib və 15-ci yerdə qərarlaşıb.

  • Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?

    Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi”nin sakinləri yol problemindən şikayətçidirlər.

    Sakinlərin sözlərinə görə, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.

    “Buraya nə taksi, nə də təcili tibbi yardım maşını gəlir. Çətin vəziyyətdəyik. Hər il yolu düzəldəcəklərini desələr də, problem həll olunmur”, – onlardan biri söyləyib.

    Digər bir vətəndaş isə narazılığını belə ifadə edib: “Hərdən yola daş tökürlər, amma eyni vəziyyət yenidən təkrarlanır. Bu problemi kökündən həll etmək lazımdır. Ucqar kəndlərdə yol var, amma Masazırda yoxdur”.

    Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, 4 il ərzində həmin ərazidə mütəmadi olaraq təmir işləri aparılıb: “Lakin yolun əsaslı təmirə ehtiyacı var. Bu isə növbəti ildə həyata keçiriləcək”.

    Ətraflı Baku TV-nin süjetində:

  • Erməni spiker iştirakçımıza uğurlar arzuladı – VİDEO

    Ermənistan parlamentinin spikeri Alen Simonyan “Uşaq Avroviziya”sındakı təmsilçimiz Yağmur Nəsrullayevaya uğurlar arzulayıb.

    Median.Az xəbər verir ki, bu il müsabiqə Gürcüstanın paytaxtı Tbilisidə keçirilir.

    Yağmur Nəsrullayeva yarışmada Azərbaycanı “Miau-Miau” mahnısı ilə təmsil edir.

  • “Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb

    Tbilisidə 23-cü “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin finalı başlayıb.

    Median.Az xəbər verik ki, ölkəmizi müsabiqədə təmsil edən 12 yaşlı Yağmur Nəsrullayeva “Miau Miau” mahnısı ilə 2 nömrə altında səhnəyə çıxacaq.

    Beynəlxalq mahnı yarışmasına Azərbaycanla yanaşı 17 ölkə – Albaniya, Ermənistan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna qatılıb.

    Qeyd edək ki, “Uşaq Avroviziyası”nda 4 dəfə qalib gələn Gürcüstan müsabiqənin tarixində ən uğurlu ölkə hesab olunur. Qonşu ölkə müsabiqəyə ikinci dəfədir ev sahibliyi edir.

  • Полиция задержала организатора визита Месси в Калькутту после беспорядков

    Полиция города Калькутты (штат Западная Бенгалия) задержала организатора мероприятия с участием аргентинского футболиста Лионеля Месси, которое завершилось беспорядками болельщиков.

    Как передает Median.Az со ссылкой на агентство PTI, об этом сообщил генеральный инспектор полиции штата Раджив Кумар.

    “Мы задержали главного организатора Сатадру Дутту. Мы принимаем меры, чтобы ненадлежащая организация этого мероприятия не осталась безнаказанной”, – заявил он.

    По словам Кумара, организатор в письменном виде обязался вернуть деньги за проданные билеты.

    Месси прибыл в Калькутту в рамках коммерческого тура. Ожидалось, что он проведет на стадионе Salt Lake Stadium, на котором собрались десятки тысяч болельщиков, около 45 минут, однако его визит продлился лишь 10-20 минут. Причем большинство зрителей не смогли увидеть футболиста, поскольку он был плотно окружен VIP-гостями и охранниками. Это вызвало недовольство публики, которая заплатила за билеты от 5 000 до 25 000 индийских рупий (от 55 долларов до 280 долларов). Болельщики начали вырывать сиденья на трибунах и бросать их, а также другие предметы, на поле. Организаторы экстренно вывели Месси со стадиона.

    После этого сотни болельщиков также прорвались на футбольное поле, повредили оборудование и баннеры. Сотрудники службы безопасности пытались их остановить при помощи дубинок.

  • Messinin Hindistan səfərinin təşkilatçısı saxlanıldı

    Hindistanın Kəlkətə şəhərində polis argentinalı futbolçu Lionel Messinin iştirak etdiyi və azarkeşlər tərəfindən iğtişaşlarla nəticələnən tədbirin təşkilatçısını saxlayıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, şəhərin polis baş müfəttişi Raciv Kumar onun həbs olunduğunu açıqlayıb.

    “Əsas təşkilatçı Satadra Duttanı saxladıq. Bu tədbirin düzgün təşkil edilməməsinin cəzasız qalmaması üçün tədbirlər görürük”, – deyə o bildirib.

    Kumarın sözlərinə görə, təşkilatçı satılan biletlərin pulunu geri qaytarmaq barədə yazılı öhdəlik götürüb.