Month: December 2025

  • В Азербайджане выросли цены на яйца кур-бройлеров (Видео)

    В Азербайджане выросли цены на яйца кур-бройлеров.

    Как передает Median.Az со ссылкой на Xəzər TV, по словам продавцов, за последние несколько дней стоимость этой продукции увеличилась на 5-7 гяпиков и составила 20 гяпиков.

    Покупатели также подтверждают заметное подорожание этого продукта.

    По данным Ассоциации производителей и экспортеров мяса птицы и яиц, одной из основных причин роста цен стало значительное увеличение спроса.

    Отметим, что стоимость яиц деревенских кур повысилась до 50 гяпиков.

    Подробнее – в видео Xəzər TV:

  • Azərbaycanda broyler yumurtaları BAHALAŞDI (Video)

    Broyler toyuqlarının yumurtasının qiyməti artıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərdə son bir neçə gündə 5-7 qəpik artım müşahidə olunur. Onlar bildirirlər ki, hazırda broyler yumurtası 20 qəpiyə satılır.

    Satıcılar qiymət artımını müxtəlif səbəblərlə əlaqələndirirlər. Alıcılar da qiymətin artdığını təsdiqləyirlər.

    Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, broyler toyuqlarının yumurtasının bahalaşmasının bir səbəbi də tələbatın artmasına görədir.

    Qeyd edək ki, kənd yumurtasının qiyməti isə 50 qəpiyə kimi artıb.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Уровень угрозы 7 из 10: Швейцария готовится к войне с Россией

    Министр обороны Швейцарии Мартин Пфистер оценил уровень угрозы для нации в критические 7 баллов из 10 (где 10 – начало полномасштабной войны), связав этот риск с действиями Москвы.

    Как передает Median.Az со ссылкой на mk.ru, в эфире радиопрограммы SRF чиновник заявил, что государство должно быть готово к сценарию, при котором военный конфликт выплеснется за границы Украины и накроет Западную Европу.

    “Россия перешла на режим военной экономики и производит огромные объемы вооружений… Возможны ситуации, при которых нам будут угрожать нанесением ущерба с помощью воздушных ударов. Это реалистичные сценарии, которые могут затронуть и Швейцарию”, – предупредил министр.

    Власти больше не исключают, что швейцарские города станут целями для атак даже без наземного вторжения. Чтобы отразить удар, Берн экстренно закупает 36 американских истребителей F-35, но Пфистер уже назвал это количество “абсолютным минимумом”, которого может не хватить. Реальная потребность оценивается в 55-70 бортов.

    Платить за подготовку к войне придется простым гражданам. Глава оборонного ведомства предложил повысить налог на добавленную стоимость (НДС) на 0.5%, чтобы срочно наполнить военный бюджет. Кроме того, правительство намерено запустить программу “духовной обороны” в школах, чтобы подготовить население к информационному противостоянию.

  • İsveçrə Rusiya ilə müharibəyə hazırlaşır

    İsveçrənin müdafiə naziri Martin Pfister ölkə üçün müharibə təhlükəsi səviyyəsini 10 ballıq şkala ilə 7 balla qiymətləndirib.

    Median.Az mk.ru-ya istinadən xəbər verir ki, nazir öz qiymətləndirməsi üçün Rusiyanın siyasətini əsas gətirib.

    O bildirib ki, ölkəsi münaqişənin Ukrayna sərhədlərindən kənara çıxacağı və Qərbi Avropanı bürüyəcəyi ssenariyə hazır olmalıdır.

    “Rusiya müharibə iqtisadiyyatına keçib və çoxlu sayda silah istehsal edir. Hava zərbələri ilə təhdid olunacağımız mümkündür. Bunlar İsveçrəyə də təsir edə biləcək real ssenarilərdir”, – nazir xəbərdarlıq edib.

  • Сегодня впервые отмечается Всемирный день тюркских языков

    Международная общественность 15 декабря впервые отмечает Всемирный день тюркских языков.

    Соответствующее решение было принято на Генеральной конференции ЮНЕСКО, прошедшей в ноябре в Самарканде (Узбекистан).

    Выбор даты символичен и имеет глубокий смысл, так как 15 декабря 1983 года датский лингвист Вильгельм Томсен объявил об успешной расшифровке алфавита Орхонских надписей – одного из старейших известных письменных источников. Надписи были созданы древними тюрками в VIII веке нашей эры в Орхонской долине, на территории современной Монголии, и обнаружены в 1889 году.

    Достижение Томсена дало бесценное представление о языковой традиции, которая сегодня связывает десятки общин по всей Евразии.

    Языки, принадлежащие к тюркской языковой семье, такие как азербайджанский, казахский, кыргызский, турецкий, туркменский, узбекский и другие, являются родными для более чем 200 млн человек на территории площадью около 12 млн кв. км.

    С инициативой отмечать Всемирный день выступили Азербайджан, Казахстан, Кыргызстан, Турция и Узбекистан, ее поддержала 21 страна.

  • 15 dekabr ilk dəfə Ümumdünya Türk Dilləri Günü kimi qeyd olunur

    Dekabrın 15-də beynəlxalq ictimaiyyət ilk dəfə Ümumdünya Türk Dilləri Gününü qeyd edir.

    Bu barədə qərar noyabr ayında Səmərqənddə keçirilən UNESCO Baş Konfransında verilib.

    Bu tarixin seçilməsi çox simvolik və mənalıdır. 15 dekabr 1983-cü ildə danimarkalı dilçi Vilhelm Tomsen ən qədim yazılı mənbələrdən biri olan Orxon yazılarının uğurla deşifrə edildiyini açıqlayıb. Yazılar qədim türklər tərəfindən eramızın 8-ci əsrində indiki Monqolustan ərazisindəki Orxon vadisində yaradılıb və 1889-cu ildə kəşf edilib.

    Türk dil ailəsinə mənsub olan Azərbaycan, qazax, qırğız, türk, türkmən və özbək dilləri təxminən 12 milyon kvadrat kilometr ərazidə 200 milyondan çox insan üçün ana dilidir.

    Ümumdünya Türk Dilləri Gününün qeyd edilməsi təşəbbüsü Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən irəli sürülüb və 21 ölkə tərəfindən dəstəklənib.

  • У меня две семьи: шокирующие признания Шарурлу Исфандияра (Видео)

    Азербайджанский предприниматель Исфандияр Ахундов, более известный как Шарурлу Исфандияр, стал гостем программы Həftənin qonağı (“Гость недели”), где дал интервью журналисту Ульвире Гараевой.

    В рамках передачи бизнесмен рассказал о своем непростом и порой скандальном жизненном пути.

    По его словам, несмотря на отсутствие школьного образования и крайне тяжелые социальные условия в детстве, ему удалось не только выжить, но и добиться успеха. Бизнесмен рассказал, что с ранних лет занимался торговлей, работал разнорабочим, затем поднялся до мастера и постепенно создал бизнес с крупным торговым оборотом. В ходе программы он не стал скрывать и нарушения закона, которые допускал в прошлом.

    И.Ахундов также поделился интересными подробностями личной жизни. Он рассказал, что во время одного мероприятия познакомился с женщиной, которая ему очень понравилась. После трех месяцев настойчивых ухаживаний она дала согласие на брак, также была достигнута договоренность с членами семьи. На тот момент женщине было 27 лет, а ему – более 50. В этом браке родился сын.

    И.Ахундов подчеркнул, что официального развода с первой женой не было и обе семьи живут обеспеченной жизнью.

    Подробнее – в видео Baku TV:

  • “İki ailəm var, maddi imkanlar çox məsələni həll edir” – “Şərurlu İsfəndiyar”dan QALMAQALLI etiraflar (Video)

    Azərbaycanlı iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov “Həftənin qonağı” verilişində jurnalist Ulvira Qarayevanın qonağı olub. O, verilişdə uşaqlıq illərindən başlayaraq biznesə gedən çətin və qalmaqallı həyat yolundan, riskli qərarlarından və bu günə gəlib çatmasının səbəblərindən danışıb.

    İsfəndiyar Axundovun sözlərinə görə, məktəb təhsili almadan, ağır sosial şəraitdə böyüsə də, həyatda qalmağı və irəli getməyi bacarıb. O bildirib ki, uşaq yaşlarından alverə başlayıb, fəhləlik edib, daha sonra ustalığa yüksəlib və tədricən böyük ticarət dövriyyəsinə malik işlər qurub.

    “Uşaqlığım çox çətin keçib. Ayaqqabısız gəzdiyim vaxtlar olub. Amma heç vaxt ruhdan düşməmişəm. Ağıllı olmaq savadla ölçülmür. Zamanı və fürsəti düzgün dəyərləndirmək lazımdır”, – deyə o vurğulayıb.

    Verilişdə Axundov keçmişdə yol verdiyi qanunsuzluqları da gizlətməyib. O, sovet dövründə vaqon ticarəti, material alveri və müxtəlif riskli sxemlər vasitəsilə böyük pullar qazandığını etiraf edib. Bildirib ki, həmin dövrün şərtləri onu bu cür qərarlar verməyə vadar edib.

    İsfəndiyar Axundov biznes fəlsəfəsini belə izah edib: “Cəsarət, ağıl və çeviklik birlikdə olmalıdır. Əgər fürsət gəlirsə və sən onu tuta bilmirsənsə, o bir daha geri qayıtmır”.

    Hazırda əsas fəaliyyət istiqamətinin tikinti sektoru olduğunu deyən iş adamı bu sahədə təxminən 30 ildir çalışdığını bildirib. O, işini yekunlaşmış hesab etmədiyini və 100 yaşına qədər işləmək niyyətində olduğunu söyləyib.

    İsfəndiyar Axundov şəxsi həyatı ilə bağlı da diqqətçəkən açıqlamalar verib. O bildirib ki, bir məclis zamanı bəyəndiyi qadınla tanış olub və daha sonra onu tapmaq üçün uzun müddət axtarış aparıb. Məlum olub ki, həmin şəxs paytaxtda tibb müəssisələrindən birində həkim kimi çalışır. Axundovun sözlərinə görə, üç ay davam edən israrlı münasibətdən sonra razılıq əldə olunub və ailə üzvləri ilə də razılaşma baş tutub. O vaxt qadının 27, özünün isə 50-dən çox yaşı olduğunu deyən iş adamı həmin nikahdan bir oğlunun dünyaya gəldiyini qeyd edib.

    İsfəndiyar Axundov vurğulayıb ki, ilk həyat yoldaşı ilə rəsmi boşanma olmayıb və hər iki ailə eyni zamanda təminatlı həyat sürür:

    “İkisi də rahat və təminatlı yaşayır. Maddi imkanlar bir çox məsələni həll edir. Açıq desəm, bu imkanlar olmasaydı, bu münasibətlər də olmazdı”.

    Veriliş boyunca İsfəndiyar Axundov həm tənqid olunan açıqlamalarına, həm də sosial şəbəkələrdə ona qarşı səslənən iradlara münasibət bildirib. O, özünü “alim deyil, iş adamı” kimi xarakterizə edərək, nəticəyə gedən yolu əsas meyar hesab etdiyini vurğulayıb.

  • “Lake Hotel”in dörd işçisinin ölümündə təqsirləndirilən icarədarın həbs müddəti uzadıldı

    Binəqədidə ötən ay hotelin dörd işçisinin ölümündə təqsirləndirilən icarədar Ağasif Verdiyevin barəsində qərar çıxarılıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

    Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Ağasif Verdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb.

    Qeyd edək ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesində yerləşən “Lake Hotel”in işçiləri – 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Cinayət işi üzrə prokuror-kriminalist və müvafiq ekspertin iştirakı ilə hadisə yerinin ətraflı müayinəsi aparılaraq maddi sübutlar toplanıb, çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib, habelə ekspertizalar təyin olunub.

    Toplanmış sübutlarla “Lake Hotel”in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.

    Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

    İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Сегодня в поселке Джорат не будет газа

    Сегодня в поселке Джорат будет перерыв в газоснабжении для 700 абонентов.

    Об этом сообщили в производственном объединении “Азеригаз”.

    Сегодня с 11:00 в целях устранения обнаруженных утечек на газопроводе диаметром 76 мм в части поселка Джорат города Сумгайыт подача газа на указанном участке будет приостановлена.

    Отмечается, что газоснабжение будет возобновлено после завершения ремонтно-восстановительных работ.