Month: December 2025

  • Xəzər dənizində zəlzələ baş verib

    Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3.1 olub.

    Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.

  • Tahir İmanov 26 minlik plaşı ilə gündəmə gələn icra başçısını parodiya etdi – VİDEO

    Əməkdar artist Tahir İmanov sosial şəbələdə yayımladığı video ilə gündəmə gəlib.

    Median.Az xəbər verir ki, aktyor Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovu parodiya edib. O, pencəyini göstərərək icra başçısının 26 min manat dəyərində olduğu iddia edilən plaşı ilə bağlı açıqlamasına ironik reaksiya verib:

    “Bu plaşı 17 manata almışam. Siz onu görmürsünüz, çünki gözəgörünməzdir. Çindən gətiriblər. “Brend” sözünün mənasını isə bilmirəm. Bu ayaqqabını da mənə pulsuz veriblər, məktəbdə uşaqlar əmək dərsində hazırlayıblar. Qolumdakı orijinal “Rolex”i də pulsuz əldə etmişəm, dominoda udmuşam. Barmağımda brilyant üzüyüm var idi, onu da nərddə uduzmuşam. 7 manata da maşın almışam. Sağ olsun, oyuncaq mağazasının müdiri mənə endirim etdi. Hamıya 10 manata deyirdi, mənə isə 7 manata verdi. Belə”.

    Qeyd edək ki, səsləndirilən iddialarla bağlı icra başçısı açıqlamasında “Plaşımı üç il əvvəl 350 manata almışam” sözlərini deyib. (Axşam.az)

  • Yanğında anasını itirən Ləman palataya köçürüldü

    Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş var.

    Bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib:

    “Əzizim Könül Vəlibəylinin qızı, gözəlimiz Ləman artıq reanimasiyadan palataya köçdü, vəziyyəti stabildir. Müalicəsi davam edir”.

    Xatırladaq ki, Ləman həmin yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır

  • Ağadadaş Ağayev: “Qurban Qurbanovdan incimişəm, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim”

    “Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm”.

    Median.Az xəbər verir ki, bunu “Futbolinfo”ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib.

    O, bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb: “Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mən çıxış etmişəm. Doğrudur, ondan küsməmişəm, sadəcə, qardaş kimi bir az incimişəm. Qurban Qurbanov bu gün nəinki Azərbaycanda, hətta dünyada da tarix yazıb. Bu uğurun arxasında haradasa mənim də xeyir-duam var”.

    Sənətçi Qurban Qurbanovda inciməyinin səbəbini ona zəng etməməsi ilə izah edib: “Məni xatırlamır, zəng edib hal-əhval soruşmur. Mənim də işim çoxdur. Adam sevdiyindən umur, mən ondan umuram, uman yerdən küsərlər. Bunu ona irad tutmuram. O, mənim kiçik qardaşımdır. Bu gün avrokuboklarda ermənipərəst hakimlər “Qarabağ”ın oyunlarında qərəzli hakimliklə yadda qalırlar. Onların soyadları “yan”la bitməsə də, ermənilər kimi düşmənçilik edirlər. Yadınızdadır, avrokuboklarda “Bazel”lə oyunda top yarım metr qapı xəttini keçdi, amma hakimlər bunu görmədilər. Hələ biz Bakıda Marsel “Olimpik”i ilə oyunda “Qarabağ”ın vurduğu qoldan sonra Qurban Qurbanovun oyunçusunun əllə fərqlənməsini görüb qolu ləğv etdirməsindən danışmırıq. Alicənablıq budur! Qurbanov əsl xarakterdir. Mən Türkiyə mediasını izləyirəm, onlar “Qarabağ”ı tərifləyirlər.

    Mən Qurbandan incikliyimi Musa Qurbanova da bildirmişəm. Musa mənə dedi ki, “Ağadadaş, sən haqlısan!” Mən Qurbanı çox sevirəm axı. Vallah, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim…” – A.Ağayev bildirib.

  • Taksi sürücüsü həbs edildi – Hava limanından müştəri götürübmüş

    Bakı Hava Limanından icazəsiz olaraq sərnişin daşıyan taksi sürücüsü həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə 11 dekabr 2025-ci il tarixində saat 03:30 radələrində baş verib.

    Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci
    maddələri ilə barəsində protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, G.H. hava
    limanı ərazisində icazə olmadan sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu üçün saxlanılıb.

    Şəxs saxlama otağında olarkən avtomobil açarının növbətçi hissədə saxlanmasına etiraz etdiyi üçün barəsində məhkəməyə təqdimat verilib.

    Məhkəmənin hökmü ilə G.H. barəsində 15 müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

  • Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi (VİDEO)

    Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib.

    APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

    Bildirilib ki, əməliyyat nəticəsində bir neçə diaspor üzvü saxlanılıb.

    Rusiya mediasının yazdığına görə, saxlanılan arasında Niyaz Zahidov adlı şəxs var. Onun kriminal aləmin üzvü olduğu və Alekseyevski bazarına nəzarət etdiyi qeyd olunub.

    Zahidovun Rusiya Federasiyası pasportunun əlindən alındığı və qanunsuz miqrantların saxlanılma məntəqəsinə göndərildiyi bildirilib.

  • Bəzi rayonlarda güclü külək əsir – FAKTİKİ HAVA

    Milli Hidrometeorologiya Xidmətinin dekabrın 13-ü saat 19:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir.

    Xidmətdən verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

    Küləyin maksimal sürəti Qəbələ və Şəkidə 25, Daşkəsəndə 23, İsmayıllıda 22, Mingəçevir və Şahdağda 20, Oğuz, Şamaxı və Qobustanda 18, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Tərtərdə 16, Qaxda 15 m/s-yə çatır.

  • Moskva yaxınlığında təyyarə qəzaya uğrayıb

    Rusiyanın Moskva vilayətində Novinki aerodromunda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

    Bu barədə REN TV məlumat yayıb.

    Məlumata görə, təyyarənin göyərtəsində iki nəfər olub və qəza zamanı onlardan biri xəsarət alıb.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.

    Qeyd edək ki, Novinki aerodromu Moskva dairəvi yolundan 80 kilometr aralıda yerləşir.

  • Lukaşenko 123 məhbusu əfv edib

    Belarus Prezidenti Aleksandr Lukaşenko kalium sənayesinə qarşı ABŞ-nin sanksiyalarının ləğvinə cavab olaraq müxtəlif ölkələrin 123 vətəndaşını azadlığa buraxıb.

    Bu barədə Belarus pPrezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Məlumata görə, əfv olunanlar arasında Belarus müxalifətinin liderlərindən olan Mariya Kolesnikova da var.

    Qeyd olunub ki, azadlığa çıxan şəxslər daha əvvəl casusluq, terrorçuluq, ekstremist fəaliyyət və digər maddələrlə məhkum ediliblər.

    Xatırladaq ki, Lukaşenko son vaxtlar Böyük Britaniya, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiya vətəndaşları da daxil olmaqla ümumilikdə 156 nəfəri əfv edib.

  • Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU

    Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin məşhur zabiti Ramil Səfərovun polkovnik rütbəsində ilk fotoşəkli yayılıb.
     
    Polkovnik Ramizl Səfərovun bu fotoşəkli dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində lentə alınıb.  
     
    Xatırladaq ki, əslən Cəbrayıl rayonundan olan Ramil Səfərov 2004-cü ilin yanvar ayında Azərbaycan ordusunun baş leytenatı kimi NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
     
    Eyni kursa ezam olunmuş iki nəfər erməni zabit orada Ramil Səfərova mənəvi təzyiq göstərərək, onu aqressiv davranışa təhrik ediblər.
     
    Ramil Səfərov 2004-cü il fevral ayının 19-da – vətənə dönməyə 20 gün qalmış kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib.
     
    Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
     
    Azərbaycan tərəfinin Macarıstanla apardığı danışıqlardan sonra Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. O, Azərbaycan Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə əfv edilib.
     
    1 sentyabr 2012-ci ildə ona mayor rütbəsi təqdim edib.
     
    2012-ci ilin oktyabrda Ramil Səfərovun ailə həyatı qurub, hazırda bir qızı, bır oğlu var.
     
    2017-ci ildə R.Səfərova polkovnik-leytenant rütbəsi verilib.
     
    Bir neçə ay öncə isə Ramiz Səfərov polkovnik rütbəsi alıb.